Yaşlı insanları qocalar evinə gətirən səbəblərdən asılı olmayaraq bu cansıxıcı haldır
Yüz illərlə formalaşan Azərbaycan xalqının mentaliteti üçün “Qocalar evi” ləkədir. Axı ora düşənlər uşaqları, qohumları və yaxınlarının qayğısından kənar qalıblar. Onlardan çoxusu vaxtı ilə xoşbəxt uşaqlıq dövrü, qayğı və məhəbbətlə dolu mühitdə yaşayıb. Yaşa dolanda valideyn olublar. Lakin həyatlarında nə isə düz gətirməyib. Həyatlarını yaşayıb ömrünün son illərində yaddan çıxan və atılmışların sırasında oldular. Əsl ağrı budur! Ənənəvi olaraq Azərbaycan ailəsində uşaqları kiçik yaşlarından böyüklərə hörmət etməyə öyrədiblər. Amma həyat bəzən acı zarafat edir və hər şey əksinə ola bilər.
Əməkdar jurnalist Mais Məmmədov Sovet dövründə Bakının qocalar evinə baş çəkməyini xatırlayaraq orada yaşayanların sayının az olduğumu qeyd etmişdir. Bu gün həmin ev qədərindən artıq doludur. Bəzi ekspertlər hesab edirlər ki, qocalar evi artıq tənha və ümidsizlikdən (çarəsizlikdən) panaseyaya çevrilir. Bunu ailə daxilində qocaların ünsiyyət çatışmaması ilə bağlayırlar. Xəstəsi olan ailələrdə onlara qulluq etmə ilə bağlı çətinliklər əmələ gəlir. Yaşlı insanların qocalar evinə yerləşdirməsi mənfəətpərəst marağından irəli gələn hallarda var. Ancaq bu barədə danışmaq bizdə dəb deyil.
Yaşlı insanları qocalar evinə gətirən səbəblərdən asılı olmayaraq bu cansıxıcı haldır. Ailə içində ömrünün qalan hissəsini keçirtməkdən qocaları məhrum edən insanların şüuruna təsir göstərən, bizim qocalara olan münasibətimizi yüzillərlə formalaşmış adət və ənənələrimizə, psixikaya mutasiyanın naməlum formaların təsiri səbəblərinin araşdırılmasını psixologiya üzrə mütəxəssis Azad İsazadədən xahiş etdik.
A. İsazadə qeyd etdi ki, sovet dövründə Azərbaycanda qocalar evlərinin sayı az, keyfiyyəti isə aşağı səviyyədə idi. Bu onlara tələbatın olmaması ilə bağlı idi. Bu cür evlərdə maraqlılıq olmadığı üçün onları inkişaf etdirmirdilər.
"Axır zamanlarda Azərbaycandakı sosial vəziyyət bir qədər dəyişildi. Qocalar evinə yerləşdirmə hallarından mən də tez-tez eşidirəm. Hətta Maştağı psixiatrik xəstəxanasının qerantologiya (qocalma prosesi və onun profilaktikası) şöbəsi həmişə doludur. Bunun obyektiv və subyektiv faktorları var. Obyektiv olan bioloji səbəblərdir. Yəni Alsqeymer (neyrodeqeneratif xəstəlik), qocalıq otrofik proseslər. Bununla bərabər tibbin inkişafın nəticələrini də qeyd etmək lazımdır. Məsələn şuntlaşdırma ömrü uzadır, beynin normal funksiyasını isə uzatmır. Əvvəllər insan ağıl zəifliyinə ya da Alsqeymerq çatmıyaraq daha cavan yaşda infaktdan dünyasını dəyişirdi. Şuntlama ürək-damar xəstəliyindən ölüm hallarının sayını kəskin şəkildə azaltdı".
Deməli beyin qocalması ilə əziyyət çəkən insanların sayı artır. Bundan əlavə, qocalmış insanlar axını qaçqın çox olan dövr ilə bağlıdır. O vaxt yaşlıları, əlilləri, paralizasiya olanları yerləşdirmək üçün ayrı imkan da yox idi. Vəziyyət elə idi ki, qocalar evində olan şərait çadır və ya yataqxanada olan şəraitlərdən daha yaxşı idi. Bunlar obyektiv səbəblərdir.
Subyektiv faktlardan danışan psixoloq qeyd etdi ki, heç bir xəstəliyə baxmayaraq, orta statistik Azərbaycan ailəsi daimi böyüklərin ətrafında formalaşıb. Ailədə hətta işləmək qabiliyyətini itimiş böyüyün olması böyük məna daşıyır. Belə insanın ailədə hər hansı təşəbbüslərinə xeyir dua verməyi olduqca vacib əhəmiyyət sayılır. Hətta uşaqların valideynlərində ayrı yaşamağı da cəmiyyətdə rüsvayçılıq sayılırdı. Misal üçün uşaqların hamısı Bakıya köçüb yaşlı valideynlərini tək qoyaraq qazanc əldə etmək üçün gedib. Uşaqlardan, ya da nəvələrdən kimsə mütləq onlarla qalmalı idi. Fikrimcə urbanizasiya prosesi də bu problemə təsir edib. Rüsvayçılıq amili itib.
“Yaşlı baba və nənələrin ailəyə, nəvələrə müsbət təsirinin nəticələri indiyədək axıracan dəyərləndirilməyib. Nəvələr baba və nənələrini ata, analardan yaxşı başa düşüblər. Bu həm ömrün təcrübəsi, həm də ömrün tarixidir. Nəvə üçün babası sanki tarix daşıyıcısıdır. Baba və nənələrlə ünsiyyət imkanın olmaması uşaq üçün hər yaşda əvəzsiz itkidir”, - deyə A. İsazadə bildirib.
Yaşlıları qocalar evinə təhvil vermək insafsızlığın yüksək dərəcəsidir. Yaponlar belə hesab edir. Bununla belə tibbin yüksək səviyyəsi bu ölkəni dünyada ən qocalan ölkələrin sayına gətirib çıxarıb. Güclü milli ənənəəri olan yapon qocalar üçün gündüz vaxtı yaşlılara xidmət göstərən evləri yaratmağa başladırlar. Səhər qocaları həmin yalnız gün ərzinə aparırlar. Ailə üzvləri bildirirlər ki, onların qocaları tibbi işçilərinin nəzarət altındadır arxayın işləyir. Axşam isə hamı evə yığılır. Bəlkə biz də bu təcrübədən yararlanaq?
“Bu gündüz stasioner adlanır. Onlar həm yaşlı həm də xroniklər üçün nəzərdə tutulur. Səhər doqquzdan günörta saat 3-ə ya da 5-ə qədər işləyir. Orada tibi xidmət və iki dəfəlik yemək təşkil olur. Axşam isə insan evdə olur. Psixika xidmətində bunlar var. Qocalar evində isə yoxdur. Ola bilsin ki, yaranmış vəziyyətdə bu ən yaxşı çıxış yoludur. Həm də bu bizim qocalarımıza ən əsası-seçmə imkanını verər” deyərək psixoloq nəticələdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?