Şorgöz siyasətçilərin qadın düşkünlüyü başlarına bəla olmaqdadır
“Harrasment”- Qərb siyasətində indi ən dəbdə olan sözlərdən birinə çevrilib. Bunu Azərbaycan dilinə daha çox “sataşma” kimi tərcümə etmək olar.
Dünyanın əksər yerlərində, daha doğrusu, demokratik ölkələrdə tabeçiliyi altında olan qadına seks obyekti kimi baxan siyasətçilər bir gün ilişəcəklərindən əndişəlidirlər. Çünki yaxalandıqları və ifşa olunduqları anda onların karyerası, demək olar ki, bitmiş olacaq.
Lakin bunu parlamentdəki qadın müxbirlərə sataşan Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski haqqında söyləmək çətindir. Olub-bitənlər Slutskinin heç vecinə də deyil. Çünki müstəqil hüquq-mühafizə sisteminin mövcud olmadığı, Krılovun məşhur təmsilində olduğu kimi, güclülərin zəifləri əzdiyi Rusiyada Qərbdən fərqli olaraq belə işlər “ayıb” hesab edilmir.
gundemxeber.az musavat.com-a istinadla xarici mediaya istinadən digər ölkələrdəki “təcrübələr”i oxuculara çatdırır.
Məsələn, uzaq Şərqin ən uzaq ölkələrindən birində, Cənubi Koreyada hakim partiyanın üzvü və vilayət quebrnatorlarından biri, An Hi Çjon zorlama ittihamı ilə üzləşdikdən sonra istefaya getməyə məcbur olub.
An Hi Çjon partiyasının yüksəlməkdə olan ulduzlarından və hətta 2022-ci ildə keçiriləcək prezident seçkilərində real namizədlərdən biri hesab olunurdu.
Onunla bağlı qalmaqal isə köməkçisi Kim Çi Inın təcavüz ittihamı ilə mətbuatda çıxış etməsindən sonra başlayıb. Əvvəlcə An Hi Çjon köməkçisi ilə intim əlaqəsini inkar etməyib və bunun qarşılıqlı istək zəminində baş verdiyini söyləyib. Lakin daha sonra o, nədənsə bu ifadəsindən vaz keçib və günahkar olduğunu ictimaiyyətə çatdırıb. Koreyalı siyasətçi Çxunçxon-Namdo vilayətinin rəhbəri postunu tərk etməli olub.
Kim Çi In An Hi Çjonin onu 4 dəfə zorla cinsi əlaqəyə məcbur etdiyini bildirib. Görünür, siyasətçi canını təkcə istefayla qurtara bilməyəcək. Çünki Cənubi Koreya polisi artıq cinayət işinə başlayıb.
Siyasətdəki seks qalmaqalları məsələsində lider olaraq ABŞ və Böyük Britaniya sayılır. Bu da olduqca təbiidir. Çünki başqa ölkələrdən fərqli olaraq burada siyasətçilər üzərində ictimai nəzarəti təmin edən azad mətbuat var.
ABŞ-da hazırda bu cür sataşma ittihamı ilə ən çox ölkənin birinci şəxsi, yəni Donald Tramp üzləşir. Bundan başqa, Minnesota senatoru El Franken, Nümayəndələr palatasının üzvü Stiv Libsok, Kolorado ştatından deputat (demokrat) Pol Rozentalın başı bu cür qalamqallarla dərddədir.
Eyni sözləri Böyük Britaniya haqında söyləmək olar. Keçən ilin payızında bir neçə qadın birdən Uels hökumətinin naziri və Leyborist partiyasının üzvü Karl Sarceni onlara qaşrı uyğunsuz davranış sərgilməkdə günahlandırdılar.
Bu ittihamlardan sonra Sarcen həm hökumətdəki, həm də Leyborist partiyasındakı mövqelərindən məhrum oldu. Bir neçə gün sonra isə onu öz evində ölü olaraq tapdılar.
Böyük Britaniyada bənzər ittihamlarla vəzifələri ilə vidalaşan siyasətçilər arasında keçmiş müdafiə naziri Maykl Fellon, mühafizəkar deputat Çarli Elfikeni də göstərmək olar. Bundan başqa, baş nazirin müavini Demien Qrirə qarşı da eyni ittihamlar səsləndirilib.
Fransanın Milli Assambleyasının vitse-spikieri Deni Bopen, Avstraliyanın baş nazirin müavini Barnabi Coysun adları da bu kimi qalmaqallarda çəkilib. Seksual sataşmaya görə real olaraq həbs cəzası çəkənlərin başında isə İsrail pezidenti Moşe Katsavı qeyd etmək lazımdır. Katsav nə az nə çox, düz 10 qadını zorlamaqda ittiham olunub. Israill məhkəməsi onu 2011-ci ildə 7 il həbs cəzasına məhkum edib..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?