“Kasperski laboratoriyası” anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıblar.
Bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb.
Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub.
Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu “İnternet Explorer” brauzeri ilə (“VBScript Godmode” eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.
“Əsas modul ilk versiyaları hələ 2014-cü ildə yayılan, kifayət qədər tanınmış “Buhtrap” bank sistemlərinin troyanıdır. O, kibercinayətkara virusa yoluxmuş sistemə tam nəzarət etmək imkanı yaradır”, - deyə məlumatda qeyd olunur.
Bəyanata görə, virtual dələduzların başlıca hədəfi, hüquqi şəxslərin hesablarından iri məbləğlərdə pul oğurlamaqdır.
“Kasperski” adı açıqlanmayan xəbər saytlarında yüzlərlə yoluxdurma cəhdi qeydə alıb. Əsas hücumlar Rusiya istifadəçilərinə hədəflənib, habelə bundan başqa Qazaxıstan və Ukrayna xəbər oxucularının kompüter sistemlərinə də hücumlar qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?