Deputat Xanlar Fətiyevin rəhbərlik etdiyi Azərbaycan Üzgüçülük Federasiyasında "Milliləşmə”lərin olacağı və xaricdən yeni baş məşqçi gətiriləcəyi ilə bağlı məlumat yayılıb. İddiaya görə, hətta federasiya rəhbərliyi bununla bağlı bəzi şəxslərlə müzakirələr də aparıb.
Məsələ ilə bağlı Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı ilə əlaqə saxladıq. Unikal.org-a danışan baş katib yayılan xəbəri təkzib edib:
"Xaricdən yeni idmançı gətirmək xəbəri tamamilə yalandır. Bundan əlavə bizim milli komandayla hazırda 2 ildən çox çalışan ukraynalı məşqçimiz var. Yeni məşqçi gətirmək planımız da yoxdur”.
Qurum rəsmisi maaşların gecikməsi ilə bağlı yayılan xəbərin yalan olduğunu diqqətə çatdırıraq bildirib ki, hər kəs maaşını vaxtı-vaxtında alır.
Fərid Bananyarlı federasiya ilə Gənclər və İdman Nazirliyi arasında olan münasibətdən də danışıb: "Nazirlik hər zaman federasiyalara dəstəyini göstərir. Amma bizim maaşlar sırf federasiya rəhbərliyi tərəfindən ayrılır. Düzdür bizim federasiya hər zaman nazirliklə birlikdə işləyir, amma onlar bizə heç bir pul ayırmırlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?