Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sərkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər.
Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan “Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər. Sözügedən görüntüləri “Amerikanın səsi” radiosu yayıb. Qeyd edək ki, Ələkbər Tağıyevin bəstələdiyi bu mahnı Zeynəb xanım Xanlarova da daxil olmaqla, bir çox məşhur sənətçimizin ifasında səslənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?