GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Alpinistlərin itkin düşməsindən 4 ay ötdü

Alpinistlərin itkin düşməsindən 4 ay ötdü

Tarix: 25-04-2018, 19:36 Bölmə :Maraqlı Baxış: 450
Alpinistlərin itkin düşməsindən 4 ay ötdü


Tufandağ üç alpinistlə bağlı sirrini vermir...

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər - Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları 4 aydır ki, nəticə vermir.

Alpinistlər ötən il dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq, onların axtarışları nəticə verməyib. Ekspertlər bildirirlər ki, alpinistlərin soyuq qış aylarında tapılması mümkün deyil. Çünki ərazidə hava şəraiti və relyef olduqca mürəkkəbdir. Eyni zamanda qar uçqunları nəticəsində onların olduqları güman edilən yerdə hündür qar təpələri yaranıb. Buna görə də ümid yalnız havaların isindiyi aylardır. Daha dəqiq desək may, iyun aylarında itkin alpinistlərin cəsədləri tapıla bilər.

Hazırda da ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışları davam etdirirlər. Onlar yanvar ayından etibarən hava şəraiti imkan verdikcə bir gün də olsun axtarış yerini boş qoymayıblar. Ötən həftə məlumat yayılmışdı ki, Xınalıq ərazisində dağlara 40 santimetrdən çox qar yağıb. Bu, axtarışların da aparılmasına mənfi təsir göstərmişdi. Lakin öyrəndik ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış işlərini davam etdirirlər və mövcud hava şəraiti axtarış üçün maneə yaratmır.

“Yeni Müsavat”a danışan dağçı-fotoqraf Elçin Quliyev bildirib ki, hazırda könüllü alpinistlərin əraziyə yaxınlaşması mümkün deyil. Axtarışları yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aparırlar: “Son günlərdə əraziyə heç kim buraxılmayıb. Biz əraziyə gedib, axtarışlara qoşulmaq istədik. Lakin bildirdilər ki, əraziyə kimsə buraxılmır. Yalnız oradakı qrup işləri aparır. Ötən həftə başqa bir layihə üçün həmin əraziyə yollanmışdım. Orada da dedilər ki, qar yağdığı üçün ərazidə təhlükə var. Ona görə yaxınlaşmağa imkan vermədilər. Həmçinin hazırda bütün zirvələrə yürüşlər dayandırılıb. Hər il adətən may ayında Heydər Əliyev zirvəsinə yürüş olurdu. Bu il, hələ ki, həmin yürüşlə bağlı da xəbər yoxdur. Gözləyirik ki, bəlkə yeni təyin olunan ekologiya və təbii sərvətlər naziri məsələ ilə bağlı fərqli qərar qəbul edəcək. Ancaq, hələ dediyim kimi, dəyişən bir şey yoxdur”.

Quliyev hesab edir ki, artıq alpinistlərin cəsədləri tapıla bilər: “Əgər onlar biz dediyimiz ərazidə qarın altında qalıblarsa, may-iyun aylarında böyük ehtimalla tapılacaqlar. Artıq may ayında həmin dağda qar əriməyə başlayır. Bunun nəticəsində də, təbii ki, əgər alpinistlərin cəsədləri qarın altındadırsa, ərimə nəticəsində üzə çıxacaq. Diqqət etmək lazımdır ki, qar əriməsi nəticəsində onların cəsədləri su ilə axıb kənar yerlərə getməsin. Buna da orada axtarış aparan şəxslər nəzarət edəcəklər”.

“Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov isə “Report”a bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: “Hazırda hava şəraitinə görə, axtarış işləri müvəqqəti dayandırılıb. Çünki hava şəraiti çox kəskindi, güclü qar yağır və duman var. Əraziyə çıxmaq təhlükəlidir”.

Klub direktoru qeyd edib ki, alpinistlərin axtarışı ilə 20 nəfər məşğul olur: “Axtarışlarda iştirak edənlərin 10 nəfəri Fövqəladə Hallah Nazirliyinin işçisidir. Digər 10 nəfər isə könüllüdür. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də ərazidədir”.

Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub

    İtkin düşən alpinistlərin axtarışlarına əlavə ...

    28-12-2017, 12:00

  • 
  • Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

    Alpinistlərin itkin düşməsindən 1 ay ötdü ...

    24-01-2018, 20:50

  • 
  • Yoxa çıxan üç alpinistlə bağlı ən son xəbərlər

    Yoxa çıxan üç alpinistlə bağlı ən son xəbərlər ...

    29-12-2017, 11:15

  • 
  • Türkiyəli mütəxəssislər alpinistlərin axtarışını dayandırdı

    Türkiyəli mütəxəssislər alpinistlərin axtarışını ...

    10-02-2018, 12:11

  • 
  • Alpinistlərin axtarışı iki istiqamətdə DAVAM ETDİRİLİR

    Alpinistlərin axtarışı iki istiqamətdə DAVAM ...

    5-02-2018, 17:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu