“Əlağa Hüseynov bu dövlətin inkişafı üçün çalışan, Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərən bir deputatdır və onun haqqında mətbuatda aparılan şər-böhtan kampaniyası məqsədli şəkildə tirajlanır”.
gundemxeber.az bidirir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yaxın qohumu, millət vəkili Əlağa Hüseynovun jurnalisti təhqir etməsinə və mətbuatda ittiham olunmasına münasibət bildirərkən belə deyib. O bildirib ki, Əlağa Hüseynov çox səmimi, hər kəsə açıq, o cümlədən ictimai rəylə hesablaşan bir millət vəkilidir: “Əlağa müəllimi yaxından tanıyan, ona bələd olan şəxs kimi deyirəm ki, o kifayət qədər alicənab adamdır. Heç vaxt ola bilməz ki, o nəinki jurnalisti, üumiyyətlə kimisə təhqir etsin. Görünür həmin jurnalist nəsə deyib ki, bu baş verib. Əks halda inandırıcı deyil ki, Əlağa müəllim ona aqressiv cavab versin”. “Əlağa Hüseynov fəraridir, orduda olmayıb” itihamlarına cavab verən E.Məmmədov qeyd edib ki, Əlağa Hüseynov həyatının böyük hissəsini hərbi sahədə keçirib: “Uzun illər Respublikanın Hərbi Komissarı olub. İstefada olan generaldı. Belə bir adama demək ki, fəraridir, orduda olmayıb, gülünc ittihamdır və həmin adamların ən azı məntiqsiz olduqlarını ortaya qoyur. Bu qədər yalan danışmaq olmaz, Vallah”. Qardaşıoğlu Anar Məmmədovun Türkiyənin Bodrum şəhərində türk müğənni Hadisəyə mülk bağışlamasından danışan sabiq millət vəkili bunu da uydurma adlandılrıb: “Ziya müəllimin, mənim, onun və mənim övladlarımın haqqında olmazın şaiyələr uydurur, ağızlarına gələni yazırlar. Bunlar hamısı yalandır, şərdir, böhtandır, məqsədli şəkildə təşkil olunan qara-piardır. Nə hadisə, hansı Hadisə, nə “plyaj”, hansı “plyaj” ?!”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?