Belorusiyanın prezidenti Aleksandr Lukaşenko 2015-ci ildə prezident seçkilərində iştirak edəcəyinə əmin olmadığını söyləyib.
Dövlət başçısı “prezidentlikdən doyduğunu” açıqlayıb və əlavə olaraq "bunu yalnız Allah bilir, hər şey ola bilər",- deyə bildirib. Xatırladaq ki, Aleksandr Lukaşenko Belarusiya Respublikasının ilk və hələ ki, yeganə prezidentidir. O, 1994-cü ildə seçilib, daha sonra 2001-2006 və 2010-cu illərdə yenidən prezidentlik vəzifəsinin başına keçib. Növbəti prezident seçkilərin 2015-ci ildə keçiriləcəyi gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?