Fəthullahçı Terror Təşkilatının (FETÖ) bir üzvünün telefonundan 15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni bir dəlil əldə edilib.
gundemxeber.az xəbər verir ki, bu haqda ölkənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib. Onun sözlərinə görə, bu dəlil FETÖ-nün çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün tezisləri gücləndirir. “Bu axşam ABŞ-ın ədliyyə naziri ilə telefon söhbətin olacaq. Prosesi birlikdə izləyəcəyik”, - türkiyəli nazir vurğulayıb. Qeyd edək ki, FETÖ lideri Fəthullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Ankara onun ekstradisiyasını tələb etsə də, Vaşinqton müxtəlif bəhanələrlə bu tələbi geri çevirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?