Bolqarıstanda televiziya jurnalisti Viktoria Marinovanın qətli ilə əlaqədar yeni şübhəli saxlanıb.
Bolqarıstan rəsmiləri jurnalistin zorlanması və qətlində şübhəli bilinən şəxsin Almaniyada saxlandığını təsdiqləyib.
Ba. prokuror Sotir Tsatsarov adının Severin Krasimirov olduğunu deyib.
Oktyabrın 10-da daxili işlər naziri Mladen Marinov, baş prokuror və baş nazirin iştirakı ilə mətbuat konfransı keçirib. Onlar şübhəlinin bir gün öncə Bolqarıstan hakimiyyətinin xahişilə saxlandığını bildiriblər.
“Qətllə bağlı fiziki dəlil var”, deyən Marinov əlavə edib ki, təhqiqatçılar Marinovanın paltarlarında və bədənində DNT sübutu tapıblar. Nazir müstəntiqlərin jurnalistin ailəsi və dostları ilə danışdığını, qətlin Marinovanın peşəsilə bağlılığına “açıq əlaqə” tapmadığını qeyd edib.
Rəsmilər şübhəlinin Bolqarıstan vətəndaşı, Ruze sakini Severin Krasimirov olduğunu deyib.
Marinov şübhəlinin daha öncə metal oğurluğunda təqsirli bilindiyini söyləyib.
Bolqarıstan rəsmiləri şübhəliyə qarşı ittihamlar irəli sürüb və Almaniyadan onun təhvil verilməsini gözləyirlər.
***
Bolqarıstanda televiziya jurnalisti Viktoria Marinova-nın qətlilə əlaqədar yeni şübhəli saxlanıb. Bu haqda ölkə mediası xəbər yayıb.
Baş nazir Boyko Borissov oktyabrın 10-da səhər saatlarında mətbuat konfransı keçirəcək və həbsin detallarından danışacaq, DW.com yazır.
Şübhəlinin 20-30 yaşlarında bolqarıstanlı olduğu, Almaniyada saxlandığı bildirilir. Onun oktyabrın 7-də Bolqarıstandan çıxdığı, anasının yaşadığı Almaniyaya yollandığı iddia olunur.
Marinovanın çalışdığı TVN televiziyası xəbər verib ki, yeni şübhəli qətlə yetirilmiş jurnalisti tanımayıb.
Bolqarıstanın digər televiziyası olan bTV-nin məlumatına görə, polis jurnalistin mobil telefonunu şübhəlinin Ruze şəhərindəki mənzilində tapıb.
BİRİNCİ ŞÜBHƏLİ BURAXILIB
Marinovanın cəsədi oktyabrın 6-da Ruzedəki parkda aşkarlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?