GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Müdafiə Nazirliyinin “işverən” idarəsi

Müdafiə Nazirliyinin “işverən” idarəsi

Tarix: 2-08-2013, 11:07 Bölmə :Maraqlı Baxış: 816
Müdafiə Nazirliyinin “işverən” idarəsi
Ekspert əsgərləri intihara sürükləyən səbəblərdən danışdı

“Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən hərbi hissələrinin birində Goranboy rayonundan hərbi xidmətə çağırılmış əsgər Elşad İsmayılov intihar edib. Əsgər tabeliyində olan avtomat silahdan açılan atəşlə dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır”. Artqı bu kimi acı xəbərləri oxumağa öyrəşmişik. Min bir əziyyətlə böyüyən kasıb balalasının olüm xəbəri övlad itirmiş valideyini üçün nə qədər acıdırsa, bu faktın intihar zəminidə baş verməsi bu dərdi birə on artırır. Amma bu qara xəbərlər bitmir ki, bitmir.

“Biz atıq 10 ildir bu sahədə monitorinq aparırıq və bu illər ərzidə 70 nəfərdən artıq hərbi qulluqçunun intihar etməsini qeydə almışıq. Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, intiharlara qeyri-nizamnamə hərəkətləri, “dedovşina” hallarrının mövcudluğu, tabeçilik məsələlərində sui-istifadə hallarına yol verilməsi kimi problemlər yol açır. Çox az hallarda hərbi qulluqçu ailə-məişət məsələlərinə görə intihar edir”. Bunu “Bizim Yol”un əməkdaşı ilə söhbətində “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bildirib.

Onun sözlərinə görə, nə Müdafiə Nazirliyi, nə Hərbi Prokurorluq bu intiharlarin konkret səbələri barədə heç bir açıqlama vermir: “Təəssüflər olsun ki, bu məsələ Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən ciddi nəzərə alınmır. Bunun nəticəsidir ki, son illər orduda intihar halları daha da artır. Həm də nəzərdən qaçırmaq lazım deyil ki, son illər hərbi xərclər də xeyli artıb. Müdafiə xərclərinin artması ilə paralel qeyri-döyüş itkiləri də artır. Bu isə ordu daxilində olan ciddi problemlərdən xəbər verir. Belə problemlər əslində orduya ciddi zərbədir, ordunu daxildən dağıdan bir amildir”.

C.Sümərinlinin sözlərinə görə, dünyanın əksər ölkələrində problemin araşdırılması ilə xüsusi məşğul olan institutlar var: “Çox təəssüf ki, Azəraycan Silahlı Qüvvələrində intiharların səbəblərini araşdıran bir institut yoxddur. Əvvələr sovet ordusundan qalma “zampalit” institutu var idi. İndi isə şəxsi heyətin həm dini, həm də psixoloji durumu ilə məşğul olan bir quruma ehtiyac var. Loru dildə desək, əsgərdən tutmuş zabitə qədər hamının öz dərdini deməyə bir unvan olmalıdır. Artıq müdafiə sektorunun müəyyən sahələrinə psixoloq institutunun yaradılması istiqamtinə iş getməsi barədə xəbər var. Amma bu Müdafiə Nazirliyinə aid deyil. Məlumatlara görə, bu istiqamətdə Daxili Qoşunlarda iş gedir və gələcəkdə psixoloq ştatlarının yaradılması gözlənilir. Amma intiharların 90 faizindən artığı Müdafiə Nazirliyinin payına düşür. Bu isə nazirlikdən hərəkətə keçməyi tələb edir”.

C.Sümərinli onu da bildirib ki, orduda intihar hallarina birbaşa məsul Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi var. Amma bu idarə başqa işlərlə məşğuldur: “Əslində bu qurum hərbçilər arasında “işverən” idarə kimi tanınr. Çünki onlar öz səlahiyyətlərindən sui-istifadə edirlər. Hərbçilər arasında mənəvi ruhun artırılması istiqamətində iş aparmaq əvəzinə, bu və ya digər hallarla bağlı hərbçilərə qarşı qondarma cinayət işlərinin başlanmas kimi işlərlə məşğuldurlar. Məsələn, Beyləqan hadisəsinə nəzər yetirək - zabitlərin maaş kartlarını dükana vermişdilər. Tərbiyəvi İşlər İdarəsi gedib həmin şikayətçi hərbçilərin özlərini cinayətkar çıxardı, onları “əyyaş” və sair kimi qələmə verdi. Bu səbəbdən adı çəkilən idarə yenidən qurulmalıdır”.

Hərbi analitik hesab edir ki, orduda dini təsisat da yaradılmalıdır: “Son 3-4 ildə orduda dini ayinlərin icra edilməsi qeyri-rəsmi olaraq qadağan edilib. Amma əvvələr hərbi hissələrdə namaz otaqları var idi. Ən azı dini ayini icra etmək də insanı sakitləşdirir”.

C.Sümərinli mentalitetdə də inqilaba ehtiyac duyur: “Əsgərə qarşı hər hansı qanunsuzluq və zoraklıq olursa, o, şikayət etməyə qorxur. Əgər o hansısa formada yuxarı komandanlığa şikayət etsə, onu alçaldırlar “suka”, “peysər” elan edirlər. Əslində hər bir əsgər üzləşdiyi qanunsuzluqlarla bağlı birbaşa yuxarı komandanlığa, hətta müdafiə nazirinə şikayət etmək imkanına malık olmalıdır. Məsələn, bir çox hərbi hissələrdə yuxarı komandanlığın nömrələri asılıb. Amma heç bir əsgər cürət edib bu nömrələrə zəng etmir. Çünki o, ilk növbədə birbaşa tabe olduğu komandirin təzyiqi ilə üzləşır. Komandir əsgəri onu tapdalayıb yuxarı şikayət etdiyinə görə hansısa formada cəzalandırır. Əsgər şikayət etməkdən qorxmasa, bu intihar hallarının kəskin azalmasına səbəb olacaq. Əsgərlər əsasən düşdükləri vəziyyətdən çıxış yolu görmədikəri üçün intihara əl atırlar. Amma yapışmağa bir istinad nöqtələri olsa, heç kim intihara əl atmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bir əsgərimiz də intihar etdi

    Bir əsgərimiz də intihar etdi ...

    1-08-2013, 11:05

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Azərbaycan əsgəri özünü ayağından yaralayıb

    Azərbaycan əsgəri özünü ayağından yaralayıb ...

    27-01-2014, 16:48

  • 
  • 22 yaşlı əsgər Cavid Məmmədov ehtiyatsızlığın qurbanı oldu

    22 yaşlı əsgər Cavid Məmmədov ehtiyatsızlığın ...

    5-08-2014, 12:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu