GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Səs-küylü casusluq qalmaqalları

Səs-küylü casusluq qalmaqalları

Tarix: 5-08-2013, 12:04 Bölmə :Maraqlı Baxış: 778
 Səs-küylü casusluq qalmaqalları
ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyada sığınacaq verilməsi iki ölkə arasında onsuz da soyuq olan münasibətləri bir az da gərginləşdirib.
30 yaşlı Edvard Snouden ABŞ-dan qaçaraq sözügedən qurum tərəfindən həyata keçirilən məxfi casus proqramlarını ifşa edib. Onun məlumatları böyük qalmaqala səbəb olub. Snouden ABŞ-dan Honkonqa, oradan isə ona siyasi sığınacaq verəcək dövlətdə yaşamaq üçün Moskvaya uçub.

2012-ci ilin casus qalmaqalları

2012-ci il oktyabrın 3-də Nyu-Yorkun Bruklin rayon prokurorluğu 11 şübhəli şəxsə Rusiyaya qanunsuz hərbi texnologiya ixracına görə ittiham elan edib. Ehtimal olunurdu ki, bu işdə adı keçənlər hökumətin ciddi nəzarətində olan çoxsaylı hərbi sistemlərdə istifadəsi mümkün olan mikroelektron hissələri, Rusiyanın kəşfiyyat və hərbi müəssisələri üçün aparırlarmış.

Bu iş üzrə əsas şübhəli kimi adı keçən ABŞ və Rusiya vətəndaşlığı olan Aleksandr Fişenko lazım olan cihazları əldə edilməsini özünün rəhbərlik etdiyi Amerikanın “Arc Electronics” və Moskvada qeydiyyata alınan “Apex System” vasitəsi ilə reallaşdırıb. Təşkilatçı “üçlükdə” Fişenkodan başqa şirkətdə əsas mövqeləri olan Aleksandr Posobilov və Biktoriya Klebanovanın da adı keçib. KİV-in məlumatına görə, ABŞ Federal Təhlükəsizlik Xidməti tərəfindən 11 şübhəlidən 8-i saxlanılıb, 3-ü azadlıqda qalıb.

Bu dünya tarixində son illər baş verən çoxsaylı casus qalmaqallarından biri olub.

2012-ci il iyunun 1-də Çinin kəşfiyyat xidməti Cin Xalq Respublikasının dövlət təhlükəsizliyi naziri müavinin köməkçisini ABŞ lehinə casusluq fəaliyyətinə görə həbs edib. Məmurun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alınaraq bir neçə il ərzində gizli məlumatları ABŞ xüsusi xidmətinə ötürdüyü iddia olunub.

Mayın 28-də İranın İslam İnqilab Keşikçiləri Korpusunun hərbçiləri prezident Mahmud Əhmədinejat ölkənin şərqindəki Xorasan-Rezavi vilayətinin Sebzevar şəhərinə uçarkən onun vertolyotuna daxil olmağa cəhd edən ərəb ölkələrindən birinin casusunu həbs edirlər. Sorğu-sual zamanı həbs olunan etiraf edir ki, ərəb ölkəsinin vətəndaşı ilə əlaqəsi olub və ona gizli informasiyalar verib. Onun üzərində informasiyaları ötürmək üçün telekommunikasiya cihazları da aşkarlanıb.

2012-ci il fevralın 22-də Estoniya təhlükəsizlik polisinin əməkdaşı, bu quruma dövlət maraqlarının müdafisəi də daxildir, Aleksey Dresseni arvadı ilə birgə Tallin hava limanında Rusiya lehinə casusluqda şübhəli bilinərək saxlanılıb. Moskvaya uçmağa haızrlaşan Dressenin arvadı Viktoriyanının üzərinə baxış keçirilən zaman informasiya gizliliyi qorunmalı olan daşıyıcı aşkarlanır. İstintaq ehtimal edib ki, Dressen arvadından kuryer kimi istifadə edir. Dressenin bu fəaliyyətinə isə Federal Təhlükəsizlik Xidməti rəhbərlik edirmiş.

Qeyd edəki ki, 1993-cü ildən Dressen Estoniya təhlükəsizlik polisində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən struktur bölməsinə rəhbərlik edib.

Çindən olan casus Moskvada tutuldu

Oktyabrın 18-də Avstriya vətəndaşı Andreas Anşlaq və onun arvadı Xaydrun Almaniyanın Marburq şəhərində sənaye casusluğu ittihamı ilə bu ölkənin Cinayət İşləri üzrə Federal Xidməti tərəfindən saxlanılıblar. Oktyabrın 19-da Karlsrue şəhər məhkəməsi ər-arvadın həbsinə order verib, saxlanılanlar isə ittihamla razılşmayıblar. Saxlanılan ərlə arvad “KQB” dövründən Rusiya xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli biliniblər. Ekspertlər isə istisna etməyiblər ki, ərlə-arvad bütün Avropada fəaliyyət göstəriblər, Almaniyadan yalnız baza kimi istifadə ediblər.

2012-ci il martın 24-də polis Niderlandın Honkqonqdakı vitse-konsulu Reymond P.B-ni həbs edib. Xarici İşlər Nazirliyinin əməkdaşı 7 il ərzində arvadı Anşlaqa konfidensial məlumatlar ötürüb ki, bəzilərinin gizli ola biləcəyi də istisna edilməyib.

2011-ci il oktyabrın 5-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr mərkəzi Çindən olan casusu, S-330 kompleksi haqda məlumat toplamağa cəhd edərkən saxlayıb. Saxlanılan Cin Xalq Respublikasının vətəndaşı Tun Şe Nyun olub. İstintaq müəyyən edib ki, CXR-in milli təhlükəzilik bürosunun tapşırığı ilə o rəsmi nümayəndə heyətinin tərcüməıçisi kimi gizlənərək Rusiya vətəndaşlarına pulla mükafatlandırılacağı haqda vəd verərək S-300 zenit-raket komlekslərinin texnoloji və təmir sənədlərini, dövlət sirrini özündə əks etdirən məlumatları almağa cəhd edib.

İyulun 7-nə keçən gecə 4 gürcüstanlı fotoqraf Rusiya xeyrinə casusluq ittihamı ilə həbs olunublar. Gürcüstan prezidentinin mətbuat xidmətinin fotoqrafı İrakli Qedenidze, onun arvadı, fotoqraf Natiya Qedennidze, eləcə də ERA Avropa fotoagentliyinin fotoreportyoru Zurab Kurtsikidze, “Alia Holdinq” nəşrində işləyən, müqavilə ilə Gürcüstan Xarici İşlər Nazirliyində əməkdaşlıq edən və “Associated Press”in strinqeri olan fotoqraf Georgi Abdaladze Tbilisi şəhər məhkəməsinin qərarı ilə Rusiya hərbçiləri ilə əməkdaşlığa görə şərti azadlıqdan məhrum ediliblər .

Mayın 2-də “Frans Press” agentliyinin İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, İran hakimiyyəti bəyan edib ki, ABŞ-a işləyən casusluq şəbəkəsinin üstünü açıb və 30 nəfər “casus” həbs olunub.

İslam respublikasının kəşfiyyat nazirliyinin açıqlamasına görə, əməliyyat zamanı ölkə ərazisində, eləcə də onun hüdudlarından kənarda Mərkıəzi Kəşfiyya İdarsəinə bağlı casus şəbəkəsi aşkar olunub. “Casus şəbəkəsi” agentləri ABŞ-ın diplomatik missiyası vasitəsilə Birləşmiş Ərəb Əmirliklərində, Malayziya və Türkiyədə ələ alıblarmış.

Mayın 13-də Kiyev iki Çexiya diplomatını persona non qrata elan edib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, diplomatlar casusluqla məşğul olublar, Rusiya raket-kosmik sistemləri barədə barədə informasiya toplayıblar. Sonra buna cavab olaraq Çexiya iki Ukrayna diplomatını geri yollayıb. Praqa çexiyalı diplomatların casusluq fəaliyyətlərini etiraf etməyib və bəyan edib ki, diplomatların çıxarılması siyasi səbəblə bağlıdır. Bu, Ukraynanın keçmiş iqtisadiyyat naziri Boqdan Danilşina Çexiyada siyasi sığınacaq verilməsinə cavabdır. Amma Ukrayna XİN xəbər verib ki, Ukrayna çexiyalı diplomatların fəaliyyəti ilə bağlı sübut olunacaq bazaya malikdirlər.

Mayın 12-də Moskvada casusluq etdiyi şübhəsi ilə İsrailin hərbi attaşesi Vadim Leyderman saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Leyderman Rusiyanın bəzi ərəb ölkələri və bir sıra MDB dövlətinə köməyi ilə bağlı məlumatlar toplamağa çalışıb. FTX onu Rusiya vətəndaşından dövlət sirrindən ibarət olan informasiya alarkən saxlayıb. Leyderman persona non qrata elan edilib və mayın 14-də Rusiyanı tərk edib.

Aprelin 26-da “Əl-Cəzirə” telekanalı Bəhreyndəki mənbələrə istinadən xəbər verib ki, Bəhreyn xarici işlər nazirliyi İranın krallığın paytaxtındakı Manamedəki səfirliyinin ikinci katibi Xoca Alla Rəhmaninin 72 saat müddətində ölkəni tərk etməsini tələb edib. Buna səbəb onun İranın casus şəbəkəsi ilə bağlılığı olub. Bəhreyn XİN-i bu ərəb ölkəsi ilə İran arasında növbəti “casus qalmaqalı”nın alovlanmasına səbəb olub.

Rusiyanın ABŞ-dakı 10 nəfərlik casus şəbəkəsi

Dekabrın 2-də Böyük Britaniyada İcmalar Palatasının deputatı Mayk Henkokun keçmiş köməkçisi, rusiyalı Yekatirina (Katya) Zatuliveter saxlanılıb. Əvvəlcə xəbər verilib ki, Zatuliveter Rusiya Federasiyası lehinə casusluqda şübhəli bilinir, amma rusiyalıya heç bir rəsmi ittiham elan b. Zatuliveter şübhəli kimi diqqəti guya deputatdan Britaniyanın nüvə proqramı və sualtı qayıqları haqda soruşub, təhlükəsilik sahəsi ilə bağlı məsələlər haqda informasiya verməsini istəyib. O, Böyük Britaniyanın deportasiya mərkəzinə gətiriulib. Burada ona ölkədən milli təhlükəsizlik maraqları üçün çıxarılması haqda order verilib. Amma o, bu qərardan apelyasiya verib.

2011-ci il noyabrın 29-da Britaniyanın Miqrasiya apelyasiyası üzrə xüsusi komissiyası Zatuliveterin apelyasiya şikayətini təımin edib və Böyük Britaniya Daxili İşlər Nazirliyinin qərarı ləğv edilib. Komissiyanın qənaəti belə olub ki, rusiyalı Rusiya xüsusi xidmət orqanlarının agenti deyil.

Avqust ayında Rumıniyanın xarici informasiya xidmətinin əməkdaşı Qabriel Qrek milli səfirlikdə işləyən siyasi bölmənin birinci katibi vəzifəsi adı altında gizlənərək Moskvada Rusiya vətəndaşından hərbi xarakterli informasiya almağa cəhddə təqsirli bilinərək saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən xəbərə görə, kəşfiyyatçıdan casusluq fəaliyyəti üçün lazım olan predmetlər aşkarlanıb və onun Rusiya əleyhinə fəaliyyəti tamamilə təsdiqlənib. Rusiya tərəfinin rumın diplomata qarşı hərəkətlərinə adekvat olaraq Rusiyanın Buxarestdəki səfirliyinin birinci katibi Anatoli Akopov Rumıniya hökuməti tərəfindən persona non qrata elan olunub. Rumıniya Xarici İşlər Nazirliyi diplomatdan 48 saat müddətində ölkəni tərk etməsini tələb edib.

İyunun 28-də ABŞ Ədliyyə Nazirliyi bir gün əvvəl onlarla adamın saxlanıldığını elan edib. Onlara sonradan prokurorluğun təqdimatı ilə Amerika ərazisində Rusiya agentləri kimi fəaliyyət göstərmələri ilə bağlı ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, agentlərin başlıca vəzifəsi ABŞ haqqında informasiya toplayıb Rusiya ötürmək olub. İttiham sənədində qeyd edilirdi ki, saxlanıların bəziləri bir neçə il müddətində Manhettendə BMT yanında Rusiya missiyasının nümayəndələri ilə əlaqədə olublar.

Bu casusluq qalmaqalının iştirakçıları Anna Çapman, Riçard və Sintiya Merfilər, Xuan Lazaro, Maykl Zotolli, Patrisiya Millz, Mixail Semenko, Vikki Pelaez, Donald Hovard Hitfild və Treysi Li Enn Foli olublar.

İyul ayında Rusiya və ABŞ ABŞ-da 10 nəfəri Moskva lehinə casusluqda şübhəli bilinərək Rusiyada həbs cəzası çəkən ABŞ və Kanada institutlarının keçmiş zavsektoru İqor Sutyaqin, “NTV Plyus” teleşirkətinin təhlükəsizlik xidmətinin keçmiş rəis müavini Gennadi Vasilenko, eləcə də Rusiya Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşları Aleksandr Zaporojski və Sergey Skripalya ilə dəyişməyə razılaşıblar.

Apreldə Hindistan hüquq-mühaqfizə orqanları Hindistanın İslmabaddakı səfirliyinin yüksək vəzifəli əməkdaşını Pakistanın lehinə casusluqda ittiham edərək həbs ediblər. KİV-də verilən məlumata görə, Hindistanın Pakistandakı səfirliyinin ikinci katibi Madhuri Qupta Pakistanın Ay-Es-Ay kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilinib.Qupta bir neçə müddət nəzarət altında saxlanılıb və onunla bağlı başqa ölkəyə “vacib informasiya” ötürməklə bağlı şübhələr təsdiqlənəndən sonra həbs olunub.

Aprel ayında Cənubi Koreya xüsusi xidməti iki nəfəri saxlayıb. Rəsmi Pxenyan onları Cənubi Koreyaya Koreya Xalq Demokratik Respublikasından bu ölkəyə qaçan yüksək vəzifəli şəxsi, Koreyanın Əmək Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi Xvan Dyan Obanı izləmək üçün göndərməkdə günahkar bilib. Xəbər verilib ki, onlar KXDR-in Xalq Silahlı Qüvvəlkərinin kəşfiyyat idarəsinin əməkdaşları olublar və dekabr ayında Çin vasitəsilə Şimali Koreya qaçqınları kimi Tailanda, oradan da Cənubi Koreyaya göndəriliblər.

Fevral ayında Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Valentin Nalivayçenko bəyan edib ki, ölkə ərazisində fəaliyyət göstərən “rusiya casus qrupu” ifşa edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ehtiyatlı olun, bütün sosial şəbəkələr nəzarətdədir...

    Ehtiyatlı olun, bütün sosial şəbəkələr ...

    9-07-2013, 18:09

  • 
  • Türkiyə-ABŞ casusluq qalmaqalı

    Türkiyə-ABŞ casusluq qalmaqalı ...

    2-09-2014, 11:12

  • 
  • ABŞ Moskvanı ittiham etdi

    ABŞ Moskvanı ittiham etdi ...

    14-07-2013, 14:21

  • 
  • ABŞ Suriya müxalifətçilərinə hərbi dəstək verəcək

    ABŞ Suriya müxalifətçilərinə hərbi dəstək verəcək ...

    23-07-2013, 12:45

  • 
  • ABŞ kəşfiyyatı BMT iqamətgahını da dinləyirmiş

    ABŞ kəşfiyyatı BMT iqamətgahını da dinləyirmiş ...

    25-08-2013, 23:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu