GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra olsa da, Yuri Jdanovu atasına görə işdən çıxarıblar

Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra olsa da, Yuri Jdanovu atasına görə işdən çıxarıblar

Tarix: 29-08-2019, 17:48 Bölmə :Maraqlı Baxış: 468
Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra olsa da, Yuri Jdanovu atasına görə işdən çıxarıblar


O, atasının tanınmış dövlət xadimi, qayınatasının isə ölkənin birinci şəxsi olmasından heç vaxt istifadə etməyib. Həyat yollarını özü müəyyənləşdirib, gələcəyini özü qurub. Böyüklü-kiçikli problemlərlə üzləşəndə heç kimin qapısını döyməyib, hətta atasına belə müraciət etməyib...

Yuri Jdanov özünü dərk edəndən evlərində mövcud dövrün ən tanınmış siyasi liderlərini görüb. İosif Stalini, Vyaçeslav Molotovu, Georgi Malenkovu, Kliment Voroşilovu və digərlərini o, uşaqlıqdan tanıyıb.

1919-cu ildə Tver şəhərində anadan olan Yuri Jdanovun uşaqlıq və yeniyetməlik illəri Qorki və Leninqrad şəhərlərində keçib. Atası Andrey Jdanov Mərkəzi Komitəyə təyinat alanda ailə Moskvaya köçüb.

Orta məktəbi bitirdikdən sonra Yuri Jdanov Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Universiteti bitirdiyi il, 1941-ci ildə gənc mütəxəssis kimi ordu sıralarına getməkdən möhlət hüququ olsa da, o, hərbi xidmətə yollanıb, Ordunun hərbi hissələrində təbliğat və təşviqat bölüklərində xidmət edib, döyüş vərəqələri hazirlayıb, ordu birləşmələrinin radioqovşaqlarında verlişlər aparıb.

Atasının Kremldə böyük nüfuza sahib olmasına, Stalinin ən yaxın adamlarından biri sayılmasına baxmayaraq, Yuri Jdanov müharibənin sonuna qədər döyüşən orduda xidmətini davam etdirib.

Müharibədən sonrakı illərdə Jdanov bütün fəaliyyətini elmə bağlayıb. Bir müddət Moskva Dövlət Universitetində kiçik bir vəzifədə çalışan Jdanov əvvəlcə fəlsəfədən dissertasiya müdafiə edərək fəlsəfə elmlər namizədi adını alıb, daha sonra isə kimya üzrə namizədlik və doktorluq işini müdafiə edib.

Elmi fəaliyyəti ilə yanaşı Jdanov ictimai işlərdə də fəallıq göstərib. 1940-cı illərin sonunda o, siyasətlə məşğul olmağa qərar verib. Fəal kommunist Mərkəzi Komitədə həmin dövrdə yaradılmış elm sektorunun müdiri vəzifəsinə təyinat alıb. Atası Andrey Jdanov oğlunun bu seçimindən razı qalmayıb.

Bu vəzifəsi ilə yanaşı o, elmi fəaliyyətini universitetin kimya kafedrasında davam etdirib və günlərin birində laboratoriyada çalışdığı zaman onu telefona çağırıblar. Dəstəyi qaldıranda ciddi bir səs eşidib:

- Dəstəkdə olun, indi sizinlə İosif Stalin danışacaq.

Bir necə dəqiqədən sonra Yuri Jdanov İosif Stalinin salamsız başlayan bir cümləsini eşidib:

- Mənə məlumat çatıb ki, siz ictimai işlərə daha çox vaxt ayırırsınız, siyasətlə məşğul olursunuz, siyasət çirkli bir işdir, bizə kimyaçılar lazımdır...

Stalin salamlaşmadığı kimi, sağollaşmadan da dəstəyi yerə qoyub.

Stalin Yuri Jdanovu yaxşı tərəfdən, ağıılı, tərbiyə görmüş, dünyagörüşlü bir adam kimi tanıyıb və o, məhz belə bir adamın yeganə qızının həyat yoldaşı olmasını arzulayıb. O, bununla bağlı qızı ilə bir neçə dəfə söhbətlər aparıb. Bu təklif Svetlananın ürəyincə olmayıb, o, Yuru Jdanovu “quru elm adamı” kimi qəbul edib. Amma atasının sözündən çıxmayıb.

Beləliklə, Yuri Jdanovla Svetlana ailə qurublar. Çütlüyün dünyaya bir qız övladı gəlib. Amma nikah uzun sürməyib. 1952-ci ildə Svetlananın təkid və təşəbbüsü ilə nikah pozulub.

Nikahın pozulmasından xəbər tutan Stalin qızını danlayıb:

- Bax, sən belə axmaqsan, belə bir əsrdə əlinə yaxşı bir adam düşdü, sən onu saxlaya bilmədin...

1953-cü ildə Stalinin vəfatından sonra ölkənin kadr siyasətində baş verən köklü dəyişiklikərin dalğası Yuri Jdanovdan da yan keçməyib. Heç vaxt “böyüklərin” işinə qarışmayan Jdanovu heç bir səbəb olmadan Mərkəzi Komitədəki vəzifəsindən azad ediblər. Bununla yanaşı ona Moskvanı tərk etməyi də “məsləhət” görüblər.
Yuri Jdanova iki yerdə iş təklif olunub, Çelyabinskidə və Rostovda.

Sonrakı taleyini Rostovla bağlayan Jdanov 1953-1957-ci illərdə Rostov vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləyib. 1957-ci ildən 1988-ci ilə qədər isə Rostov Dövlət Universitetinin rektoru olub.

1988-ci ildə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti dövründə Yuri Jdanov Andrey Jdanovun oğlu olduğu üçün bu vəzifəsini də itirib. O, ömrünün son illərinə qədər Rostovda nəşr olunan “Qafqazın elmi düşüncələri” jurnalının baş redaktoru vəzifəsində çalışıb.

Yuri Jdanov 2006-cı ildə, 87 yaşında Rostovda vəfat edib.


Xatırladaq ki, Yuri Jdanovun atası Andrey Jdanov uzun illər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi və Mərkəzi Komitənin katibi vəzifələrində işləyib, 1948-ci ildə 52 yaşında vəfat edib. Andrey Jdanov İosif Stalinin ən yaxın silahdaşlarından biri olub./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış aparıcı döyüldü (FOTO)

    Tanınmış aparıcı döyüldü (FOTO) ...

    6-12-2014, 01:43

  • 
  • Rusiyanı şoka salan intihar: admiral özünü güllələdi

    Rusiyanı şoka salan intihar: admiral özünü ...

    4-01-2014, 00:15

  • 
  • Şoyqunun kürəkəni Rusiya baş prokurorunun yeni müavini oldu

    Şoyqunun kürəkəni Rusiya baş prokurorunun yeni ...

    15-03-2019, 11:40

  • 
  • “Azərbaycan ordusu Ermənistanı da silməyə hazırdır...”

    “Azərbaycan ordusu Ermənistanı da silməyə ...

    13-01-2018, 15:58

  • 
  • Qayınatasının evində həyat yoldaşını bıçaqladı

    Qayınatasının evində həyat yoldaşını bıçaqladı ...

    24-10-2013, 13:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu