İŞİD-ə qoşulduğu və əmir rütbəsinədək yüksəldiyi güman edilən ABŞ vətəndaşı yeni ittihamlarla və ömürlük həbs cəzası mümkünlüyü ilə üzləşir.
ABŞ Ədliyyə Departamenti rəsmiləri Nyu Yorkun Bruklin rayonunda 43 yaşlı Ruslan Maratoviç Asaynova qarşı beş maddə üzrə ittiham irəli sürüblər.
Bu ittihamlara İŞİD-ə material dəstək vermək qəsdi, terror qruplaşmasını personnel, təlim, ekspert məsləhəti və silahlarla təchiz etmək, İŞİD-dən hərbi təlim almaq və ədaləti əngəlləmək daxildir.
2013-cü ildə Suriyaya yollandığı deyilən Asaynov terror qruplaşması üçün snayper funksiyasını yerinə yetirib.
Əgər bütün maddələr üzrə məhkum edilərsə, Asaynovu ömürlük həbs cəzası gözləyir.
İlkin ittihamnamə əsasında Asaynovu yalnız 20 il həbs gözləyirdi.
ABŞ rəsmiləri Asaynovu Suriyada əsir götürüldükdən az sonra bu ilin iyul ayında Vaşinqtonun dəstəklədiyi Suriya Demokratik Qüvvələrindən təhvil alıblar.
Məhkəmə sənədlərinə əsasən Asaynov ABŞ-a Qazaxıstandan mühacirət edib.
İŞİD sıralarına qatılan 6 ABŞ vətəndaşı ölkəyə ektradisiya edilib. 2013-cü ildə Suriyaya yollandığı deyilən Asaynov terror qruplaşması üçün snayper funksiyasını yerinə yetirib.
İndiyədək İŞİD-ə qoşulmaqda ittiham edilən 6 ABŞ vətəndaşı mühakimə edilmək üçün Suriya və İraqdan Birləşmiş Ştatlara gətirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?