ABŞ-ın Kəşfiyyat Xidmətinin iti "Ləyaqət Ordeni"nə layiq görülüb.
2014-cü ildə Ağ Evə qarşı potensial hücumun qarşısını məhz bu it alıb. Hücuma cəhd vaxtı prezident Obama və ailəsi Ağ Evdə olub. İtin reaksiyasından sonra hücumçunu zərərsizləşdirmək mümkün olub.
Britaniyanının xeyriyyə cəmiyyətinin bu ordeninə ilk dəfədir ki, xarici ölkə heyvanı layiq görülür.
Yüksək təlimlərdən keçən Hurrikeyn adlı it bir zamanlar ABŞ-ın itlərdən ibarət Olimpiya komandasının üzvü olub.
British Airways itin Londona uçuşunu VIP sinfi ilə təmin edib. Hava limanında isə o, limuzinlə qarşılanıb.
Sorğu
Yeni dizaynımız necədir?