GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Səidin dəstəsi” – həqiqətlər və böhtanlar

“Səidin dəstəsi” – həqiqətlər və böhtanlar

Tarix: 16-12-2012, 12:23 Bölmə :Maraqlı Baxış: 9 948
“Səidin dəstəsi” – həqiqətlər və böhtanlar
Birbirinə zidd dini cəryanlara xidmətdə ittiham olunan insanıarın gerçəklikləri “Gündəm xəbər”də

gundemxeber.az Təxminən 5 il öncə dekabrın 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Səidin dəstəsi» kimi tanınan 15 nəfərə hökm oxundu. Səid Dadaşbəyli əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edildi. Digər təqsirləndirilənlər də müxtəlif müddətlərə həbs cəzası aldılar. Bu proses ölkədə kifayət qədər böyük səs-küy yaratdı.
«Səidin dəstəsi» qalmaqalı tək terror ittihamı ilə ajiotaj yaratmadı. Məsələn, dəstə üzvlərindən 12 il həbs cəzası alan Mikayıl İdrisovun evindən axtarış zamanı 10 min dollar pullarını və komyuterlərini götürsələr də, hələ də qaytarmayıblar. Üstəlik, divanlarının küncünə partladıcı maddə qoyaraq, həyat yoldaşını evdə qanunsuz silah-sursat saxlamaqda günahlandırıblar. Evdə iki körpə uşaq olduğu halda divanın küncündə qumbara saxlamaq hansı məntiqə sığar? İttihamda dəstə üzvlərinə gah vəhhabi, gah da «Həmas» damğası yapışdırıblar. İnsanları elə təriqətlərdə günahlandırıblar ki, o təriqətlər bir-birləri ilə düşməndirlər. Üstündən beş il keçdikdən sonra “Gündəm xəbər” qəzeti olaraq mövzunu yenidən araşdırmağa qərar verdik. Beləliklə, ilk olaraq


Səid Dadaşbəyli kimdir?

Dadaşbəyli Səid Ələkbər oğlu 1 oktyabr, 1975-ci ildə Bakı şəhərində anadan olmub. O, 10-cu sinfi 138 saylı orta məktəbdə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İstehsalın idarə olunması” fakültəsinə daxil olmuşdur. İngilis dili və proqramlaşdırma üzrə müxtəlif kurslar keçib. 1992-ci ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetini qırmızı diplomla bitirdikdən sonra, “İnvestisiya və dünya bazarı” proqramı ilə Moskvada Harvard-Bauman müştərək proqramına qəbul olunub. Daha sonra, “Dünya birjasında uzunmüddətli və qısamüddətli investisiyalar üzrə analitik-ekspert” ixtisasını əldə edib və 1998-ci ildən isə “Azəri EM-AY Drillinq Flyuids” azərbaycan-amerikan birgə müəssisəsində material-texniki təchizat üzrə kordinator vəzifəsində çalışıb. Bundan əlavə o, “İOSC” təchizatı üzrə beynəlxalq ingilis şirkətinin təsisçisi olmub. Böyük Britaniyanın bəzi şirkətləri üçün məsləhət tələb edən məsələlər üzrə məşğul olmuş və MDB regionları üzrə biznes-planlar hazırlamışdır. Bundan başqa Valyuta və Neft Birjasında bazar analizlərini həyata keçirmiş və Dünya Valyuta Birjasında treyder (ticarətçi) kimi iştirak etmişdir. O, ingilis, ispan, rus və türk dillərini bilir.
Kanada hökuməti mütəxəssis fəaliyyəti ilə əlaqədar olaraq ona daimi yaşayış haqqında pasport təqdim etmişdir. O, ingilis dili üzrə “business environment” mütəxəssis kursu keçmişdir. O, Varşavada ingilis dili və biznes proqramlaşdırması üzrə imtahan vermişdir. Evlidir, 2 azyaşlı uşağı var.

S.Dadaşbəyli qruppuna dair əsas və sübutlar

13 yanvar 2007-ci ildə təxminən 30 nəfərin geniş-miqyaslı axtarışı və həbsi həyata keçirilmişdir. Onlardan çoxu şənbə, Köhnə yeni il bayramı günü çayxana, «Olimpik-Star» uşaq əyləncə mərkəzi, restoran kimi ictimai yerlədən qaçırılmışdır. Onların başlarında qara torba görkəmində gəlib insanların qaçırılması ilə yanaşı qaçırılan insanların qohumlarına və ya yaxınlarına heç bir şey xəbər vermədən mənzillərində müxtəlif hüquq pozuntusu ilə müşayiət olunan, açıq-aşkar silah, döyüş sürsatı atmaqla (qoymaqla) axtıarışlar başlamışdır.
İnsanların bir hissəsi döyüldükdən və hədələrdən sonra şahid qismində ifadənin verilməsinə məcbur edilmiş, 10 nəfər isə dövlət çevrilişinin (mətbuatda indiyədək xəbər verildiyi kimi dövlət çevrilişinin hazırlanması və ya ona cəhddə deyil) həyata keçirilməsində ittiham edilmişdir. Həmin bu 10 nəfər sonradan Azərbaycan Respublikası CPM 278 saylı maddəsilə «hakimiyyətin qeyri-qanuni istila edilib tutulması (ələ keçirilməsi), dövlət quruluşunun təzə quruluşla əvəz edilməsi, Konstitusiyanın dəyişdirilməsi» məhkum edilmişdir.
Gənclər Azərbaycanın hakimiyyətinin ələ keçirilməsini və şəriət qaydalarının bərqərar olunmasını planlaşdırılmasına görə ittiham edilmişlər. Həmin ittiham üçün əsaslar isə tutulanların çayxanada Harun Yahyanın İmam Mehdinin zühurunun əlamətlərindən bəhs olunan kitabı haqqında fərdi söhbətlər olmuşdur. Xristian aləminin İsa Məsihin gəlişini gözdəiyi kimi, bütün müsəlman aləmi də əsrlər boyu İmam Mehdinin ikinci dəfə zühur etməsini gözləyir. Bunun üçün məscidlərdə dualar oxunur, ibadətlər yerinə yetirilir və bu, dövlət çevrilişinə hazırlıq, çağırış, xüsusilə də dövlət çevrilişinin həyata keçirilməsi hesab edilə bilməz. Harun Yahyanın kitabları kitab mağazalarında indiyədək açıq satılır və onların satışına heç kim qadağa qoymayıb. Harun Yahyanın kitabları qadağan edilmiş ədəbiyyat deyil. İslamçı-məhkumların xeyrinə bir dənə də sübut çayxana söhbətlərində Sistaninin kitabının adı çəkilməsi olub. Bu kitab da hələ də kitab mağazalarında açıq satılır və bu da qadağan edilmiş ədəbiyyat deyil.
Ekstremizmə və itaətsizliyə çağıran kitablar arasında ekspertizaya əsasən bu məzhəbin mərkəzi İzrayildə Hayfa şəhəri olan Baha-ula, bahayi kitabının da adı çəkilmişdir. Gənclər bəzilərinin nəinki müxalif olduğu, həm də bir birilə açıq-aşkar düşmənlik etdiyi müxtəlif islam cərəyanlarının (Hizbulla, Fəth) tərəfdarı olmalarında ittiham olunmuşlar. Bundan əlavə, gənclər masonluqda və Avropa mentalitetinin tərəfdarı olmağında ittiham olunmuşlar. Bunların hamısı öz əksini İttiham aktında, sonra isə Hökmdə də tapdı.


Əsassız ittiham aktı

İttiham aktında məhkumlar vəhabilik də də ittiham olunmuşlar, lakin bu ittiham, hakim tərəfindən çıxarılmışdır. Dövlət çevrilişinə hazırlıq ittihamının xeyrinə olan əsas isə gənclərin idman və hərbi hazırlıq keçmələri oldu.
Dadaşbəyli Səyid və İdrisov Mikayıl birlikdə Beynəlxalq neft şirkətində işləyir və hərdən birgə ticarətlə məşğul olurdular. Onlar üçün Peyntbol Federasiyasının Bakı şəhərində açılması imkanı açılmış, bunun üçün ilkin danışılar aparılmış, danışıqlar zamanı fərz edilən ortaqlar peyntbol oyunlarının keçirilməsi üçün yerinə tapılmasını və bunun üçün 10 nəfər təlimatçının hazırlanması, sonra isə avadanlığın, iş geyimlərinin (uniformanın) satın alınması və peyntbol bölməsinin açılması məsləhəti görülmüşdür.
Peyntbol bütün dünyada geniş yayılmış böyüklərin komandalar bölünərək və bir-birinə silahla boya ataraq döyüşdüyü hərbi-idman oyunudur.
Vaxtıilə bütün Sovet uşaqları hərbi-vətənpərvərlik tərbiyyəvi proqramı üzrə Ümumittifaq Zarnitsa (Zarniüa) oyununu oynayırdılar. İndi bu oyun bütün dünyada oynanılır. Məhz bu məqsədlə Qarabağ əlilləri cəmiyyəti bazasında İHH müəllimi tərəfindən məktəb proqramı və 9-10 sinif şagirdləri üçün məktəb kitabı üzrə 6-7 nəfər üçün hərbi hazırlıq kursalı təşkil edilmişdir. Bu məşğələlərin sayı 10 dərsdən artıq olmamışdır. Bu məqsədlə təlimtaçı olmaq niyyətidə olanlar DİN sərbəst fəaliyyət göstərən və gəlmək istəyən bütün kəslər üçün açıq olan tirə (nişana atmaq üçün yer) getmişlər.
2006-cı ilin may ayında Bakı şəhərində digər sahibkarlar tərəfindən Peyntbol Federasiyası açılmışdır. Ona görə də, uşaqlıqdan sağlamlıq üçün idmanla məşğul olanlar çıxmaqla, insanlar tərəfindən İHH kursu üzrə hərbi hazırlıq və Dinamo idman zallarına və DİN tirlərinə gəliş-gediş dayanmışdır. Hərbi hazırlıq kursunun təşkil olunmasında kömək etmiş və bazasında Peyntbol federasiyasının açılması planlaşdırılan firmanın başçılığını üzərinə götürməli olan Qarabağ əlilləri cəmiyyətinin rəhbəri iş üzrə şahid qisminə iştirak etmişdir.
Etirafedici ifadələr məhkumlardan (nəticədə istintaq altında olanlardan biri Məmmədov Eminin vəfatı baş vermiş) işgəncələr, şataj (ləkələməklə, qorxutma ilə hədə-qorxu), yaxınlarla qorxutma, psixotrop dərmandarlar tətbiq etmə vasitəsilə alınmışdır. Dövlət çevrilişinə dair hazırlıq barəsində hər hansı başqa sübutlar mövcud deyil. S.Dadaşbəyli qrupu dövlət çevrilişinə görə məhkum edilmişdir. 2006-2007-ci illərdə Azərbaycan Respublikasında heç bir dövlət çevrilişi baş verməmişdir. Bu, ölkənin tərixinin uydurmasıdır.
Məhkəmədə dövlət çevrilişi məsələsi baxılmamışdır, lakin bu, məhkəmənin İttiham aktının tam surəti olan protokolunda öz əksini tapmışdır. Məhkəmə zamanı şahidlər zala gətirilir, onlara təsdiq etməli olduqları ifadələr oxunurdu. Şahidlərdən biri MNB-nin təzyiqi altında verdiyini bəyan edib öz ifadələrindən imtina etmişdir, lakin üç gündən sonra o məhkəməyə gəlib öz ifadələrini təsdiqləməli olmuşdur. Hal-hazırda həmin şəxs mühacirətdədir.
Məhkum olunmuş şəxslərdən çoxu onların mənzillərinə açıq-aşkar şəkildə qoyulmuş silahın və döyüş sürsatının qeyri-qanuni saxlanması haqqında maddələrlə ittiham edilmişlər. Qohkmların daktiloskopik ekspertizanın keçirilməsini tələb etmələrinə baxmayaraq, nə bir silah, nə də bir döyüş sürsatı silahda ittiham olunanların barmaq izlərinin olunmasına dair ekspertizaya məruz qalmamışdır (keçirilməmişdir). İttiham olunanların nə özləri, nə də onların qohumları bu silahla bağlı, onların haradan götürüldüyü, niyə evdə saxlandığı haqqında sorğu-sual edilməmişlər. Bu silahlar məhkəməyə də təqdim edilməmişdir, məhkəmə də heç bu silahlara dair istintaq keçirməmişdir, çünki onların haradan ortaya çıxdığını əla bilirdilər.
S.Dadaşbəylinin maşınında keçirilən axtarış zamanı silahdan savayı ekspertizaya əsasən narkotik kimi təyin edilmiş 2,5 qr. maddə tapılmışdır. Həbs günü S.Dadaşbəyli ailəsi və dostları ilə birlikdə Uşaq əyləncə mərkəzində Köhnə yeni ili keçirirdi. O, onun uşaqlarının və orda olan bütün kəslərin gözü qarşısında izah edilmədən başına qara torba geyindirilib naməlum istiqamətdə aparılmışdır. Az sonra dayanacaqdan onun maşını da götürülmüşdür. Onun valideyinin və xanımının mənzilində aparılan axtarışlardan sonra, ertəsi gün axtarış onun maşında da aparılmış, maşı isə Olimpik-Star binasının yanına (lakin başqa yerə; xanımı bunun canlı şahidi olmuşdur) gətirilmişdir. Maşında tapılmışlar açıq-aşkar (xəlvəti) qoyulmadır.
İşdə bir dənə belə cinayət əməli və ya cinayət niyyətlərinin olmasına dair sübutlar mövcud deyil. Bu, iş materialları ilə tanış olmuş bütün vəkillərin, o cümlədən beynəlxalq vəkillərinin fikridir. Bütün şərh edilmiş əsaslara dair sənəd şəkilində sübutlar var.

Həqiqətdə heç bir birlik olmayıb

S.Dadaşbəyli qrupundan olan 10 nəfər AR CPM 218.2 saylı maddəsilə - cinayət birliyində iştiraka - görə məhkum edilmişlər. Həqiqətdə heç bir birlik yox idi. Mühakimə olunmuş şəxslərdən 6 il birlikdə eyni şirkətdə çalışdığı üçün S.Dadaşbəyli və İdrisov Mikayıl və S.Dadaşbəylinin dostu Mehbaliyev Emin bir birlərinə daha yaxın idilər. Bəzilərilə çayxana və ya bizneslə bağlı üzdən tanışlıq vardı, digərlərlə isə ümumiyyətlə tanışlıq yox idi. Cinayət birliyinin mövcud olmasına dair təşkilat fondunun olması faktı əsas gətirilir. Dindar olaraq bəzi gənclər müvəffəq ticarətdən (iş fəaliyyətindən) əldə olunan kiçik məbləğləri toplayıb bu pullara yetim-uşaqlar üçün oyuncaq, ərzaq, yataq dəstləri alıb uşaq evlərinə aparırdılar. Pulların bir hissəsi tibbi xidmətlərin, təhsilin və s. ödənilməsi üçün yaxınlara yardımın göstərilməsi üçün toplanırdı. Fondun heç bir hesabı və ya nəğd pulları aşkar edilməmişdir. Onda İdrisov Mikayılın vəkili onun ailəsinə evin seyfindən götürülən pulların (ailə tərəfindən mənzilin təmiri, müalicə və uşaqların təhsili üçün saxlanmış 5100 dollar və 3500 Avro) fondun pulu kimi hesablanacağını və geri qaytarılmayacağını İdrisov Mikayılın həbsindən üç ay sonra xəbər verdi. Fondun movcudluğunu sübut edən dəlil qismində İdrisov Mikayılın kompüterindən götürülmüş iki cədvəl olmuşdur. Cədvəllərin birində bilyard komandasının bilyarddan istifadə etdiklərinə görə, çay, oyun zamanı içkilərdən toplanan kiçik haqqlar, digər cədvəldə isə ailə xərcləri göstərilmişdir.
Gənclərdən yarısı vətənə xəyanət adı ilə məhküm edilmişdir. Məhkum edilənlərdən heç kəs hərbi xidmət keçməmiş, məxfi məlmuta malik olmamış, onun açılmaması üçün sənəd imzalamamışdır. Xəyanətə əsas məhkum olunmuş şəxslərin (Kərimov D. və Əliyev D.) güya İranın xüsusi xidmətinin nümayəndələrilə hələ də istintaqla müəyyən edilməmiş əməkdaşlığı olmuşdur. İstintaq materiallarına əsasən heç bir məlumat heç kimə ötürülməmişdir. Məhkum olunmuş şəxslərin istintaqın fikrinə görə ötürməli olduğu məlumat məxfi deyil, məsələn, qaz kəmərinin marşrutu, borunun qalınlığı və s. istintaq qeyd edir ki, bu məlumatı ittiham olunmuş şəxslər internetə vasitəsilə axtarmaq niyyətində idilər, lakin tənbəllik üzündən axtara bilməyib ötürə də bilməmişlər. İstintaq materiallarında D. Kərimova İran tərəfindən Bakı-Ceyhan boru kəmərinin fotoaparatla çəkilməsi üçün fotoaparatın satın alınması üçün 1000 dollar məbləğində pulun ötürülməsi faktı da qeyd edilir. Boru yerin altından keçir, onu çəkilməsi yalnız (kosmos) peyk vasitəsilə mümkündür, lakin İran tərəfi kosmos gəmisinin əldə edilməsi üçün pul verməmişdir. Ona görə də tapşırıq yerinə yetirilməməişdir, fotoaparat belə alınmamışdır. D.Əliyev və D.Kərimovla salaməleyk tanışlığı istisna olmaqla, S.Dadaşbəyli ilə əlaqədar heç bir vətənə xəyanət faktı qeydə alınmamışdır.
Cinayət birliyinə islam-ekstremisti damğasını vurmaqdan ötrü istinatq materiallarında güya evdə axtarışların aparılması zamanı ordan götürülən ilslam ədəbiyyatının mövzusuna xüsusi yer ayrılır. Axtarışlar zamanı ittiham olunan kəslərin çoxunun evindən adları heç kim tərəfindən qeyd olunmayan kitablar götrülmüşdür, belə ki həmin kitablar arasında uşaq ədəbiyyatı, dərslkilər, Quran və İncil də olmuşdur. Qismən bu, götürülmüş ədəbiyyatın hər şeydən öndə Qurana və fars dili kitabına təcili ekspert qiyməti verilən ekspertizasında öz əksini tapmışdır. Hökmün çıxarılması və elan edilməsindən sonra İran tərəfi onun xüsusi xidməti əməkdaşlarının Azərbaycana qarşı düşmən münasibətdə olduğuna dair etiraz bildirmişdir və sübutların göstərilməsini tələb etmişdir, lakin sübutlar təqdim olunmamışdır.
S.Dadaşbəyli qrupunun bir hissəsi oğurluq üstündə mühakimə olunmuşdur. Bu dəlilin sübut olunması üçün məhkumların birinin Kasparın evindən əlində içində pul olan çanta ilə çıxan hansısa qadının dalınca güdməsi faktı olmuşdur. Məhkumlardan heç birinin bu qadının nə adından, nə soyadından, nə də xarici görkəmindən xəbəri vardı, çünki istintaq Kaspar binasında işləyən xanımlardan təxminən on nəfərini dəvət etmişdir, onlardan biri istintaqın şahidi qismində seçilmişdir. Məhkəməyə isə şahid qismində digər xanım dəvət olunmuşdur (çağırılmışdır) (şahidin dəyişdirilməsi). İstintaqın fikir variantına görə Foreks birjası və daşınmaz əmlakın alqı-satıqısı ofisinin işçiləri güdülmüşlər. Bu firmaların bütün işçiləri onların idarəsində nəğd pulun saxlanmadığını və özlərinin dalınca təqib olduğunu hiss etmədiyini bəyan etmişlər.
İstintaq zamanı S.Dadaşbəyli qrupunun işinə 5 nəfərdən ibarət qrup birləşdirilmişdir. Onlar Rusiyadan 100 min saxta amerika dollarının gətirilməsində ittiham olunmuşdular. İstintaq ekspertizasına əsasən bu dollarlar sadə kağızda yüz dollarlıq əskinazın çığarılmış ksero-surəti olmuşdur. Pulların bu cür surətləri açıq-aşkar suvenir dükanları satılır. Həmin pulların satın alınması və saxlanması heç bir cinayyət məsuliyyətinə cəlb etmir. Saxta valyutanın qaçalmalçılığı haqqında cinayət işi başlanmamışdır. Bu insanları S.Dadaşbəyli qrupuna yalnız onlardan birinin – Əliyev Rəşadın S.Dadaşbəyli ilə tanış olması əsasında birləşdirmişlər. Bu qrupdan dörd nəfəri isə ümumiyyətlə heç kəs tanımırdı. Bu iş üzrə keçən və silahın qeyri-qanuni saxlanmasına görə məhkum olunmuş F.Bəbirovu da heç kəs tanımamışdır. O, məhkum olanlardan birinin qonşusu idi.

Ənvər Seyidovun “ədalət” məhkəməsi

Ağir Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının hakimi Ənvər Seyidovun sədriliyi ilə keçən məhkəmə prosesində də bir çox qanun pozuntularına yol verilib. Məsələn, təşkilatın təsviri zamanı “ekstremist ruhu ilə”, “ ruhla bağlı cinayətkarlar” kimi istifadə olunmuş sözlər hüquqi xüsusiyyət daşımır və Azərbaycan Respublikasının nə CM, nə də CPM qanunları ilə nəzərə alınmırlar.
Hökmdə konkret ittiham maddələri üzrə Azərbaycan Respublikası CM və CPM-nin qanununa müvafiq olaraq nəzərdə tutulmuş cinayətin konkret halları və əməlləri əks olunmur, məhs hakimin insanın qənaətlərini təəssübkeş və ekstrimist hesab etmək fikirləri əks olunur. Məhkəmədəki müzakirədə bu cür yanaşma qanuna müvafiq olaraq hüquqi xüsusiyyət daşımır.
Hökmdə S.Dadaşbəylinin və digərlərinin ittiham olduğu maddələr üzrə təqsiri konkret olaraq göstərilmir. İnsanın məhkum edildiyi konkret əməl və hadisələr göstərilmədikdə bununla məhkumun qanunla təmin edilmiş müdafiə üçün hüquqdan və ədalətli hər tərəfli məhkəmə hüququndan mərhum edərək, insanın müdafiəsini həyata keçirtmək mümkün deyil. Niyyətlərin, məsləklərin ümumi təsvirləri fikirlərin hər hansı hərəkət olmadan təsviri baş vermiş cinayətlərdə təqsirin etirafı kimi qəbul edilə bilməz. Məslək, fikir və ifadələr üzrə təqsirdə ittiham edilməsi məslək, fikir, din, icma azadlıqlarını təmin edən Azərbaycan Respublikası Konstitutsiyasına ziddir. Bu, Avropa Konvensiyasının İnsan Haqları üzrə “hər bir insan dinc yığıncaq azadlığı hüququna malikdir”, “bu hüquqların həyata keçirilməsi hər hansı məhdudiyyətlərlə məhdudlaşdırıla bilməz” 10 saylı maddəyə ziddir.
Hökmdə ən azı bir təşkilata konkret mənsubiyyəti göstərilməyən beynəlxalq təşkilatlar və bizə heç bir aidiyyatı olmayan digər müttəhimlər sadalanır. Sadalanmış təşkilatların bir hissəsi BMT daxildir və müxtəlif ölkələrin dövlət partiyalarıdır. Hökm onlara hətta təsvir hissə də istinaq etməməlidir, çün ki bu BMT-in tərkib hissəsinə daxil olan ölkənin konstitutsiyasına ziddir.
Hökmdə dükanlarda sərbəst olaraq satılan, müəlliflərinin bir qismi Nobel premiyası laureatı və professor olan kitablar təsvir edilir. Müxtəlif ölkələrdə geniş işıqlandırılmış bu kitablar Azərbaycanı özündə azad satışda əldə etmiş, onları oxuyub və üzərində öz mülahizələrini ifadə etmiş vətəndaşlara qarşı istifadə oluna bilməz. Bu kitablar qadağan edilmiş kitablara aid deyil və habelə bütün məscid və kilsədə müyəssərdir. Hökmdə təəssübkeşlik və ekstrimizmin sübutu kimi sadalanmış kitabların siyahısı hüquqi xüsusiyyət danışımır, Azərbaycan Respublikası CM-nın heç bir maddəsinə əsaslanmır və buna görə də AR CPM-nın 125 saylı maddəsinə əsasən sübutedici gücə malik deyil.
Bir, iki və üç məhkəmə instansiyaların hökmlərində digər maddələr üzrə, yəni valyutala əməliyyatları üzrə ittiham olunmuş şəxslərin əməl və hərəkətləri şərh edilir. Mən bu şəxslər haqqında heçnə bilməmşəm və bu şəxslərlə tanış deyiləm. Hökmlərdə heç bir birgə münasibətlər yoxdur. Qanuna əsasən bir-biri ilə əlaqəsi olmayan bu ayrı-ayrı cinayət işləri ayrı-ayrı məhkəmə icraatları ilə araşdırılmalıdır. Cinayət işlərinin bu cür qanunsuz qoşulması insanı şəxsi ittihamı üzrə müdafiə hüququndan məhrum edir. Nə də ittiham olunduğum haqqında bilmək və müvafiq olaraq müdafiə olunmaq imkanından məhrum olunaraq, mənim təqsirim üzrə hadisələr haqqında konkret ittiham yoxdur.

Bir-birindən köçürülən hökmlər

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi Dadaşbəyli Said Ələkbər oğlu və digərləri Azərbaycan Respublikası Ağır və Xüsusi Ağır Cinayətlər üzrə məhkəməsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 218.1, 278, 274, 28.2, 180.3.1,204.3.1, 204.3.2, 228.1, 228.4, 234.1 maddələrinə əsasən əmlakının müsadirə edilməsi ilə 14 il azadlığdan məhrum edilib və ciddi rejim kaloniyasında saxlanma cəzasına məhkum olunub. Apellyasiya şikayətinə baxış Bakı şəhəri cinayət işləri inzibati xətalar üzrə Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəişməz olaraq saxlayıb. Azərbaycan Respublikası Ali məhkəməsinin kassasiya şikayəti verilsə də üçüncü instansiya məhkəməsi hökmü dəişməz olaraq saxlayıb.
Bununla da Azərbaycan Respublikası CPM 419.1 maddəsinin pozulmasına yol verilib. Kassasiya şikayətinin mahiyyətinə, belə ki, kassasiya mahiyyətinin baş şərhində baxışa toxunmadan ikinci instansiya məhkəməsinin hökmünün ümumi təsvirini şərh edib üçüncü instansiya məhkəməsinin hökmü müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini konkret baxılması məzmununu şərh etmir, nə də mahiyyət etibarı ilə baxmamış və şərh etməmişdir.
Azərbaycan Respublikası CPM-nın 419.1 saylı maddəsi “3-cü instansiya məhkəməsi kassasiya şikayətinin mahiyyətinə görə araşdırır, hüquq məsələləri üzrə cinayət qanununun və CPM tətbiqinin düzgünlüyünü yoxlayır”. Bu maddənin qanunun tələbinə baxmayaraq hökm üzrə ittiham qısa dəlillərə əsaslanmadan AR CM və CPM qanunun normalarına qeyri müvafiq olaraq şərh edilir.
AR CPM 419.12 saylı maddəsinə əsasən “ kassasiya instansiyası məhkəməsi kassasiya da müttəhimin məhkəmədə bir başa dinlənilmək hüququ olmadan araşdıraraq və müdafiə üçün öz dəlillərini tətbiq etmək birinci və ikinci instansiyalarda məhkəmə araşdırması mövzusu olmamış dəlilləri sübuta yetirilmiş kimi müəyyən etmək və hesab etmək hüququna malik deyil”. Azərbaycan Respublikası məhkəmələrində işin ədalət
məhkəməsizəhərlənərək baxılmasına AR CPM-nin 27.2 saylı maddəsinə əsasən
yol verilmir. Əgər məhkəmə ittiham və etirafın mahiyyətinin şərh edilməsini zəruri
hesab etsə AR CPM, konstitutsiya insan haqları üzrə Avropa Konvensiyası
mübahisəlilik, müstəqillik və əməl etmə qanunun tələbinə əsasən əyani araşdırma təmin edilməli idi.
Birinci və ikinci instansiyanın məhkəmə prosesləri CPM-nin “dövlət sirrinə” aid olan 200 saylı maddəsi qapalı elan olunmuşdur. Lakin məhkəməyə qədərki icraatda və məhkəməyə təqdim edilmiş ittiham aktında dövlət sirrinə, təhlükəsizliyə aid olan dəlillərin mövcud olması yoxdur. Əksinə, işin qapalı məhkəmədə baxılmasını istisna edən hərəkətlər həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nın 211 saylı maddəsi “ cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallardan ayırma” CPM-nin 211 saylı maddəsi: “cinayət işlərinin birləşdirilməsi CPM-nin maddəsi ilə nəzərdə tutulmuş qayda və vəziyyətlərdə həyata keçirilir” ki, buda hazırkı iş üzrə yuxarıda deyilənlərlə əlaqədar olaraq baş verə bilməzdi. Bundan əlavə, hətta əsas və zərurət olsaydı, qapalı məhkəmə icraatında iki ayrı-ayrı cinayət işlərini birləşdirib qapalı prosesin keçirilməsi yolverilməzdi.

Ramil Həsənli

Redaksiyadan: Yazıda əks olunan faktlar “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən təqdim olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada 19 yaşlı azərbaycanlı 8 zorlama ittihamı ilə həbs edilib

    Rusiyada 19 yaşlı azərbaycanlı 8 zorlama ittihamı ...

    10-11-2013, 21:14

  • 
  • Azərbaycanda quldur dəstəsi həbs edildi - FOTOLAR

    Azərbaycanda quldur dəstəsi həbs edildi - FOTOLAR ...

    29-03-2015, 21:45

  • 
  • Amerikada erməni caniyə hökm oxundu - 32 il həbs

    Amerikada erməni caniyə hökm oxundu - 32 il həbs ...

    12-11-2014, 11:19

  • 
  • Nigar Yaqubluya HÖKM oxundu

    Nigar Yaqubluya HÖKM oxundu ...

    19-12-2012, 18:06

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu