GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » DÜNYANI SARSIDAN “TOPPUZ BAŞLI” – Koronavirus nədir və qarşısını almaq mümkün olacaqmı?

DÜNYANI SARSIDAN “TOPPUZ BAŞLI” – Koronavirus nədir və qarşısını almaq mümkün olacaqmı?

Tarix: 3-02-2020, 12:42 Bölmə :Maraqlı Baxış: 469
DÜNYANI SARSIDAN “TOPPUZ BAŞLI” – Koronavirus nədir və qarşısını almaq mümkün olacaqmı?


Çində meydana gələn və 11 milyonluq Uxan şəhərinin ətraf mühitdən tam təcridinə gətirib çıxaran koronavirus infeksiyası bundan öncəki “quş qripi”, “donuz qripi” və SARS virusu ilə müqayisədə daha vahiməli görünür.

Müəyyən işlərdən sonra koronavirusun genetik şifrəsinin “qırılması” gözlənilir. Hələlik isə mütəxəssislərin bütün səylərinə baxmayaq, bu virusun genetik kodu çözülməyib. Belə olan halda koronavirusa qarşı müvafiq dərman preparatı və vaksin hazırlamaq müşkülləşir. Həmin virusun bu cür adlanmsı isə onun quruluşu ilə bağlıdır. Öz quruluşuna görə kapsidin başlıqları toppuza və ya taca oxşayır. Bundan öncəki virus infeksiyaları ətrafa yayılmamışdan əvvəl, infeksiya mənbəyi daha tez izolyasiya edilə bilmişdi. İndi çinli alimlər bu məsələdə gecikdiklərini etiraf edirlər.

Çin Mühəndislər Akademiyasının akademiki və respirator xəstəliklər sahəsi üzrə milli ekspertlər qrupunun rəhbəri Çjun Nanşin “Sinxua” agentliyinə verdiyi müsahibəsində deyib: “Yoluxmanın nə zaman öz pik həddinə çatmasını müəyyənləşdirmək çox çətindir. Lakin mən düşünürəm ki, yaxın həftələrdə və ya on gün ərzində xəstələnənlərin sayının artışı artıq baş verməyəcək. Epidemiya ilə mübarizənin iki üsulu var: onun erkən aşkarlanması və yoluxmuş xəstənin erkən izolyasiya edilməsi. Bu, ən sadə və ən səmərəli metoddur. Yeni koronavirusa yoluxmuş xəstədəki tipik simptom- qızdırmadır”.

Məlumatı olmayanlar üçün virus haqqında onu bildirmək istəyirik ki, virus yalnız canlı orqanizmdə peyda ola bilər və bakteriyadan fərqli olaraq, onun nüvəsi yoxdur və hətta o, bakteriyaları da məhv edir. Vaksinasiya tədbirləri və yaranma ocaqlarının məhv edilməsi nəticəsində kökü kəsilmiş taun, vəba, çiçək kimi infeksiyalar virus mənşəli infeksiyalardan fərqlənir. Belə ki, viruslar mutasiyaya uğrayır, yəni sadə dillə desək, formasını dəyişib, yeni cildə girə bilirlər. Virusların mənşəyi elmə tam bəlli deyil, yalnız müxtəlif hipotezalar irəli sürülür. Virus mənşəli ən çox yayılan infeksiya qrip infeksiyasıdır .

Tarixdə ən böyük pandemiya (yəni başvermə ocağından çıxıb, bütün dünyaya yayılma hadisəsi-müəll.) 1918-1920-ci illərdə bütün dünyanı bürümüş “İspan qripi” olub. Bu virus ilk olaraq İspaniyada aşkarlandığından, həmin ad buradan yaranıb. Dəqiq olmayan məlumata görə, bu pandemiya nəticəsində tələf olanların sayı 50 milyonu ötmüşdü. Sonrakı dövrlərdə də qrip virusu az insan öldürməyib. 1950-ci illərin ortasında ölümcül qrip virusu yenidən tüğyan etmişdi. 1968-1969-cu illərdə pandemiya halını almış “Hon-Konq qripi” nəticəsində təkcə ABŞ-da 30 min adam ölmüşdü.

Əgər biz ən çox yayılan virus infeksiyası - qrip xəstəliyinin insan sağlamlığı üçün törətdiyi fəsadlara diqqət etsək, onda bu infeksiya nəticəsində nə qədər insanın öldüyünü görərik. Ancaq maraqlısı odur ki, bununla bağlı dünyada elə də böyük çaxnaşma yaşanmır. Sanki bütün bəşəriyyət buna labüd bir proses kimi yanaşır. Çünki qripdən fərqli olaraq, yeni koronavirusdan ölə biləcək insanların sayının qat-qat çox olacağı ehtimalı yüksəkdir. Sözsüz ki, mənşəyi naməlum olan hər bir yolxucu xəstəlik daha geniş təlaş yaradır.

ABŞ-ın “Slate” saytında yayımlanmış və “Bu il qrip koronavirusdan daha qorxuludur” başlıqlı məqalədə yazılır: “Bir neçə ay bundan öncə 2019-2020-ci ilin qrip mövsümünün pis olacağı təhlükəsi vardı. Hələlik, bu baş verməyib, yalnız hələlik. ABŞ-da ən pis qrip mövsümündə (2017-2018-ci il) 61 min nəfərə yaxın insan ölmüşdü və onlardan 643 nəfəri uşaq olub. Lakin görürsünüzmü, hətta bu cür pis qrip mövsümü bizim indi izlədiyimiz koronavirusla müqayisədə elə də böyük təlaşa və səs-küyə səbəb olmadı. Əgər böyük elmi kəşflər olmayacaqsa və ya virusologiya sahəsinə güclü maliyyə ayrılmayacaqsa, onda bundan sonra da qrip həmişəki kimi cövlan edərək, insanlığı “barmağına sarıyacaq”. Yazıçı və onkoloq Siddxartxa Mukereji xərcəng xəstəliyini “bütün xəstəliklərin şahı” adlandırıb. O, qrip virusu barəsində isə bunları deyib: “Qrip bütün virusların saray təlxəyidir, lakin iş ondadır ki, biz bu təlxəyə xüsusi diqqət ayırmırıq”.

Sözügedən məsələ ilə əlaqədar Almaniyanın “Die Welt” qəzeti yazır: “Koronavirusla bərabər dünyaya qorxu da yayılır. Məgər, doğrudanmı xəstəliklər, epidemiyalar, müharibə və terror, bioloji növlərin itməsi və iqlim dəyişikliyi kimi müdhiş bədbəxtliklərə daha yenisi - insanın sağ qalması məsələsi əlavə olunur? Sübhəsiz risk böyükdür. Hələ bəlli deyil ki, dünya sürətlə yayılan bu pandemiyanın öhdəsindən gəlməyi bacaracaqmı”.

Ancaq “Die Welt” onu da bildirir ki, əslində elmin inkişafı nəticəsində bəşəriyyət böyük fəlakətlərdən qurtula bilib, lakin qorxu və təlaş əvvəlkitək öz yerində qalır.

Qəzet yazır: “Pandemiya qorxusu dünyanın sürətlə kürəsəlləşməsi ilə əlaqəlidir. İndiki pandemiyanın aktuallığı barəsində nəticəni Valter Kremer və Herald Makentunun “Təlaşa qapılanlar” bestsellerindən çıxarmaq olar. Həmin kitabda deyilir: “Risklər artmayıb, bizim ona baxışımız kəskinləşib. Hələ heç zaman texniki tərəqqi sivilizasiya üçün riskləri və təhlükələri artırmayıb, tamam əksinə, bunu azaldıb. Hələ heç zaman həyat bu cür təhlükəsiz olmayıb və bu təhlükəsizliyin möhkəmləndirilməsi davam edir”.

Ümumiyyətlə isə, infeksion xəstəliklər bu və ya digər şəkildə mövcudluğunu hər zaman sürdürüb, amma indiki kürəsəl iqtisadi–sosial inteqrasiya dövründə onun fəsad gücünün daha çox olacağından ehtiyat edilir. Belə ki, virusiun meydana gətirdiyi fəlakətlər dünya üçün təkcə tibbi nöqteyi-nəzərdən deyil, həm də iqtisadi cəhətdən qorxuludur. Artıq uzun müddətdir ki, Çin dünya fabrikinə çevrilib. İndi isə hamı bu “emalatxanadan” qaçır. Əgər dünya iqtisadiyyatının əsas istehsal mərkəzində virusla bağlı işlər vaxtında yoluna qoyulmazsa, onda ümümdünya çapında iqtisadi təlatümlərin baş verəcəyi qaçılmaz olacaq.//AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çindən yayılan və dünyanı qorxuya salan epidemiya - "2019-nCOV" virusu haqqında dəhşətli FAKTLAR

    Çindən yayılan və dünyanı qorxuya salan epidemiya ...

    23-01-2020, 15:41

  • 
  • Baş epidemioloq: "Azərbaycanda "donuz qripi" yoxdur"

    Baş epidemioloq: "Azərbaycanda "donuz ...

    11-01-2019, 15:19

  • 
  • Azərbaycanda yayılan nədir: "donuz qripi", yoxsa "adi" qrip?

    Azərbaycanda yayılan nədir: "donuz ...

    1-02-2019, 10:32

  • 
  • SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır

    SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ...

    17-01-2020, 14:18

  • 
  • "Donuz qripi"nə görə 100-ə yaxın şəxsdən qan nümunəsi götürülüb

    "Donuz qripi"nə görə 100-ə yaxın ...

    21-01-2016, 19:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu