GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Samur gömrüyndə maxinasiyalar

Samur gömrüyndə maxinasiyalar

Tarix: 20-09-2013, 23:13 Bölmə :Maraqlı Baxış: 1 062
Samur gömrüyndə maxinasiyalar
Aydın Əliyevə qarşı gömrük sabotajı
Samur gömrüyndə maxinasiyalar; Samur keçid məntəqəsinin rəisi Hüseyn Məhsimov gəldiyi gündən bu keçid məntəqəsində dövlət rüsumlarını bir kənara tullayaraq “qara rüsumları” tətbiq etməyə başaldı.
Bir-birini əvəz edən tarixi formasiyalarda istehsal münasibətlərinin sürətli inkişafı, kapital bazarının yaranması, cəmiyyətin qütblərə bölünməsi, yuxarıların imtiyazları, aşağıların asılılığı insanlar arasındakı münasibətlərdə rüşvəti kimisi üçün qazanc mənbəyinə kimisi üçün isə izafi xərcə çevirib.Rüşvətxorluq və korrupsiya cəmiyyətdə ciddi sosial-iqtisadi və siyasi, eləcədə kriminal problemlərin əmələ gəlməsinə, konkret olaraq, dövlətin demokratik dayaqlarının sarsıdılmasına, qanunların işlənilməsinə, qanuna inamsızlığın yaranmasına, əhalinin əksər hissəsinin sosial vəziyyətinin pisləşməsinə, sonda isə iqtisadiyyatın iflasına səbəb olur. Ölkədə hökm sürən cəzasızlıq, yerliçilik, tayfabazlıq rüşvətin miqyasını daha da artırır.Ölkədə formalaşan klanın yaxın dairələrindən təşkil olunmuş vəzifə dəllalları yarandı. Özləri külli məbləğdə rüşvət verməklə yüksək vəzifələrə təyin olunmuş məmurlar aşağı vəzifələri hərraca qoymaq prinsipi ilə işləməyə başladılar və bu prinsip sistem şəklində yerli idarəetmə orqanlarınadək davam etdirildi. Xalq təsərrüfatının və idaréetmənin bütün sahələri korrupsiyaya büründü. Bu da iqtisadiyyatın başdan-başa kriminallaşmasına gətirib çıxardı. İş o yerə gəlib çatdı ki, rüşvətxorluq məmurların nəinki iş rejiminə, hətta gündəlik həyat tərzinə çevrildi. Məmurlara verilən rüşvətin qeyri-rəsmi tarif cədvəli formalaşdı.İqtisadiyyatda hökm sürən özbaşınalıq, məsuliyyətsizlik, hərc-mərclik ölkəni ciddi problemlérlə üz-üzə qoydu. Yüksək vəzifəli dövlət məmurlarının himayəsi və birbaşa dəstəyi ilə sahibkarlıqda haqsız rəqabət mühiti formalaşdırıldı. Gömrük qeydiyyatından keçmədən həyata keçirilən ixrac-idxal əməliyyatları, uçotdan kənar məhsul istehsalı və satışı gizli iqtisadiyyatı daha da çiçəkləndirdi. Ölkədə dövlətin kredit resurslarından istifadəsi, alış və satış qiymətlərinin təyini, dövlət sifarişlərinin yerinə yetirilməsi prosesində "şapka"üsulu tətbiq olunmaqla külli miqdarda vəsait məmurların şəxsi kapitalına çevrildi. Beynəlxalq maliyyə təşkilatlarından alınmış güzəştli kreditlərin, xarici banklardan götürülmüş kommersiya kreditlərinin təyinatından kənar istifadəsi onların xeyli hissəsinin səmərəsiz formada dağıdılmasına gətirib çıxardı. Dövlət büdcəsinin vəsaitlərinin təyinatından kənarlaşdırılması və mənimsənilməsi korrupsiya hallarının, daha doğrusu, strateji maraqların çoxalmasına səbəb oldu. Ölkénin milli sərvətləri ixrac edilərək, ondan qazanılan vəsaitlər xarici banklarda yatırıldı. Respublikada strateji xammalın ixracı və gündəlik istehlak mallarının idxalı üzrə məmur himayəsi ilə idarə edilən mafioz qruplaşmalar yarandı. Hökumətin elan etdiyi korrupsiyaya qarşı mübarizəyə insanların bir qismi inanmışdı. Amma hökumətin bu məsələdə səmimi olmadığını, prosesin sadəcə, “gözdən pərdə asmaq” məqsədi daşıdığını anlamaq üçün çox zaman lazım olmadı.
Əslində, Azərbaycandakı rejimin mahiyyətinə bələd olanlar bundan artığını gözləmirdilər. Korrupsiyadan yoğrulmuş bir sistemdə antikorrupsiya islahatları hansı nəticəni verə bilər axı? Hökumət “korrupsiyaya qarşı mübarizəyə başlayandan” bu vəziyyət sahibkarları sevindirib. Amma az keçməmiş onlar xəbər tutublar ki, gömrükdə alınan pulun məbləği artırılıb.
Aydın Əliyev Dövlət Gömrük komitəsinin sədri olandan sonra bir çox sərhəd keçid məntəqələrində məntəqə rəisləri işdən çıxarıldı. Keçid məntəqələrindən tez- tez istifadə edənlər buna sevindilər. Onalr elə bildilər ki, bundan sonra rüşvət olmayacaq korrupsiener sərhəd keçid məntəqə rəisləri işdən çıxarıldı və yerinə yeni gələnlər işlərinə məsuliyyətlə yanaşacaqlar.Amma hər şey tərsinə oldu. Ölkənin şimal qapısına təyin olunan Hüseyn Məhsimov əhaliyə və sahibkarlara gələn gündən qan uddurur. Aydın Əliyevin yaxın qohumu olan Samur sərhəd keçid məntəqəsinin rəisi Hüseyn Məhsimov gəldiyi gündən bu keçid məntəqəsində dövlət rüsumlarını bir kənara tullayaraq Aydın Əliyevin onun üçün təyin etdiyi rüsumları tətbiq etməyə başaldı.“Samur” sərhəd keçid məntəqəsində özbaçnalıqlarla bağlı zaman- zaman yazmışıq və mətbuat səhifələrinə bu çox ifadə olunub.Burada sahibkarlardan alınan rüşvətin həddi o qədər çox olur ki, artıq buna görə sahibkarlar sahibkarlıqla məşğul olmaqadan vaz keçirlər.Buda təbbi ki monipolislərə sərf edir. Gömrükdə də məhz bu rüşvət kompaniyası buna hesablanıb ki, ayrı-ayrı insanlar sahibkarlıqla məşğul olmasın bütün xaricdən gətirilən və aparılan məhsullar manipoliyaya götürülsün.Buna görədə Azərbaycan sərhəd keçid məntəgələrində brokerlər fəaliyyət göstərir ki, bu brokerlər gətirilən və aparılan mallara nəzarət edirlər.Samur keçid məntəqəsində olan mənbəmiz bildirir ki, buradakı gömrük postunda olan brokerlər ayrı- ayrı manipolistlərijn adamlarıdır ki, onlar sərhəddən keçən mallara nəzarət edirlər. Əgər həmin monipolistin məhsulundan kimsə gətirmək istəyirsə ona imkan verilmir. Mənbəmiz bildirir ki. Bunların da hamsının birbaşa tabe olduöu adam keçid məntəqəsinin rəisi Hüseyn Məhsimovdur. Bildirirlir ki, kimsə deyək ki, rusiydan taxta gətirirsə bu iş adamına ilk olaraq gətirdiyi taxtaya görə pul təklif olunur ki, malı sərhəddəcə təhvil versin. Əgər sahibkar brokerlərin dediyi məbləğə gətirdiyi taxtanı stmaq fikirində olmasa onda ona elə rüşvət qiyməti deyirlər ki, iş adamı son qəpiyinə kimi pulunu Samur keçid məntəqəsində verib malını keçirtməli olur buda sonda gətirilən malın edaxili bazarda baha olmasına gətirib çıxarır.Samur keçid məntəqəsində olan mənbəmiz bildirir ki, əvvəl ölkəyə gətirilən taxtanın 1 vaqonuna görə 7 min 500 dollar pul alınırdısa, indi bu məbləğ 1000 dollar artıb. Bir vaqon taxtaya görə gömrükdə 8 min 500 dollar manat ödəmək lazım gəlir. Sahibkarlarların bizə bildrdiyi bilgiyə görə, o da aydın oldu ki, quru taxtaya görə alınan rüşvətin məbləği də düz 1000 manat qalxıb. Quru taxtanın bir vaqonu üçün sahibkarlar 10 min 800 dollar verirdilərsə, indi onlar 11 min 800 dollar ödəməli olurlar.
Nəzərə alsaq ki, hər gün ölkəyə 80-100 vaqon taxta gətirilir, deməli, təkcə taxta biznesindən komitə sədri Aydın Əliyevin şəxsi büdcəsinə milyonlarla rüşvət yığılır.
Sahibkarlar deyir ki, əslində, bir vaqona görə ödənilməli olan dövlət rüsümu cəmi 740 dollardır. Yəni, qalan məbləğ “şapka”dır ki, bu şapkada hər axşam gömrük məntəqəsinin rəisi Hüseyn Məhsimov tərəfindən yığılaraq Aydın Əliyevin orada olan adamı bütün proseslərə nəzarət edən Ramiz adlı şəxsə verilir və hər gün axşam “qara maşın” dövlət gömrük komitəsinin qarşısına gəlir və orada ayrıca adam axşam saat 9 da bütün sərhəd keçid məntəqələrindən gələn “qara maşınların” gətirdiyləri rüşvət pullarını həmin Aydın Əliyevin bir nömrəli adamına siyahı ilə veilir və o pulda komitə sədrinə çatdırılır. Mənbəmizin bildridiyinə görə bu proses hər gün eyni vaxta təkarlanır.Bunadan əlavə mənbənin bildirdiyinə görə gömrük məntəqələrinin ayrıca olaraq aylıq “şapkaları” da olur ki, həmin şapkaları məntəqə rəisləri komitə sədri Aydın Əliyevin hər ayın 28 də qəbula gələndə özləri ilə gətirib Komitə sədrinin “məsul işçisinə” verməklə tamam edirlər. Bununlada Dövlət Gömrük Komitəsinin sədrinin milyonlarla gəlirini hesablamaq üçün vaxt lazım gəlir ki, bu hesabı yalnız komitə sədri özü bilir.Samur keçid məntəqəsindən mal gətirən sahibkarlar deyir ki, ölkəyə gətirilən tikinti materialları “rüşvət aparatı”ndan keçməsə, qiymətlərdə də kəskin ucuzlaşma olar. İş adamları bildirirlər ki, monopoliya, rüşvət olmasa, azad bazar prinsiplərilə işlənilsə, heç nədən şikayətləri də olmaz. Gömrük məntəqələrində incidilən iş adamları bildirir ki, gömrük keçid məntəqə rəislərinin heçnə veclərinə arxalarında duran Aydın Əliyev bu şəraiti yaradıb ki, onlarda açıq- aşkar rüşvət yığmazlar. Bundan əlavə Samur keçid məntəqəsində hazırda uzun müddətdir növbədə qalan sahibkarlar bildirir ki, hazırda meyvə sezonu olduğundan rusiyaya alma aparmaq üçün maşın kirayələyiblər və meyvə ilə dolu yük maşınları sərhəd məntəqəsində 5 gündür ki qalıb.Səbəb isə rüşvətin çox istənilməsidir.Yerli sahibkarlar bildirir ki, ölkədən mal çıxarmaq üçün bunlıar rüşvət istəyirlər. Bu pulu gömrük məntəqəsinin rəisinə verə bilmədiyiləri üçün burda qalıblar.Onların sözlərinə görə aparmaq istədikləri meyvələr də havasız yük maşınında xarab olur.Sərhəd keçid məntəqəsinin rəisinin qanunsuz əmmələri ilə bağlı hara şikayət etməklərinin də mənasız olduqlarını deyirlər.Sərhəddə olan sahibkarların bildirdiyinə görə gömrük komitəsinin qaynar xəttinə də müraciət etmək heç bir effekt vermir. Baxan yoxdur.Bundan əlavə rusiyadan siqaret və sipirtli içki kolpasa və digər konservləşdirilmiş ət məhsulları gətirmək üçün xüsusi proseduradan keçməlisən.Belə ki Samur keçid məntəqəsində kimsə ölkəyə gəlirsə və özü ilə sipirtli içki və ya konservləşdirilmiş ət məhsulu gətirmək istəyirsə ona yalnız 3 kilo kolpasaya 2 şüşə sipirtli içki gətirilməsinə icazə verilir. Ölkəyə gələnlərin əlindən alınan artıq bildikləri məhsullara görə hüç bir bildiriş verilmir və o məhsullar keçid məntəqəsinin qarşısında Hüseyn Məhsimovun topdan satış maqazinlərində yenidən baha qiymətə həmin adamlara təklif olunur.“Heç bir məmur öz xoşuna mövqeyini əldən verməyəcək. Ona qarşı zor tətbiq etmək, dövlət orqanlarının gücünü tətbiq etmək lazımdır. Ona görə də yuxarıda iclas oldu, nəsə həll olunacaq demək bir az sadəlövhlük olardı. Burda güclü məmur müqavimətini qırmaq lazımdır. Bunun üçün də vətəndaşların özlərinin bir müqaviməti olmalıdır”

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan AÇIQLAMA

    Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan ...

    19-02-2016, 11:50

  • 
  • Azərbaycan-Rusiya sərhədində tıxac - 150 avtobusa "qırmızı işıq"

    Azərbaycan-Rusiya sərhədində tıxac - 150 avtobusa ...

    26-08-2013, 10:17

  • 
  • Yalama keçid məntəqəsində özbaşınalıq

    Yalama keçid məntəqəsində özbaşınalıq ...

    12-08-2013, 11:41

  • 
  • Gömrük sistemində kapital savaşı

    Gömrük sistemində kapital savaşı ...

    10-05-2013, 12:54

  • 
  • Rusiyadan Azərbaycana gələnlər yoxlanılır

    Rusiyadan Azərbaycana gələnlər yoxlanılır ...

    22-01-2016, 12:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu