GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Nadir Qəhrəmanova bağlı təhsil rəzaləti

Nadir Qəhrəmanova bağlı təhsil rəzaləti

Tarix: 24-09-2013, 15:58 Bölmə :Maraqlı Baxış: 1 290
Nadir Qəhrəmanova bağlı təhsil rəzaləti

Sumqayıt Dövlət Universitetində korrupsiyaya dair çoxsaylı faktlar üzə çıxır

Son illər Azərbaycanda təhsil sektorunda az-çox tədqirəlayiq hallardan biri ali məktəblərdə rüşvətxorluğun nisbətən azalmasıdır. Həm semestr ərzində qiymətləndirmənin, həm də imtahanların testlə keçirilməsi oxuyan tələbələrin problemsiz qiymət almasına səbəb olur. Düzdür, oxumayan tələbələr də müxtəlif yollarla universitetləri bitirərək diplom alırlar. Ancaq bu cür nümunələr əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Bununla belə bəzi ali məktəblərdən daxil olan müraciətlər, şikayətlər həmin universitetlərdə köhnə qaydaların davam etdirildiyini göstərir. Onlardan biri kimi Sumqayıt Dövlət Universitetinin(SDU) adı çəkilir. SDU-da baş verən özbaşınalıqlar və bu zəmində yaranan qalmaqallar yenidən ictimaiyyətin diqqətini cəlb etməkdədir. Baxmayaraq ki, SDU-da baş verən özbaşınalıqlarla bağlı ölkə mətbuatında silsilə yazılar dərc olunur. Adıçəkilən təhsil ocağında baş verən neqativ hallar və rüşvətin azqala həyat normasına çevrildiyini təsdiqləyən təkzibolunmaz faktlara isə hələ də hüquqi qiymət verilməyib.
Redaksiyamıza daxil olan məlumata görə, SDU-da pul yığımının təşkili və nəzarət əsasən iki şəxsə-SDU-nun elmi işlər üzrə prorektoru Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanova həvalə olunmuşdur. Hal-hazırda bu cütlüklər yeni qəbul olunan tələbələrdən qrup nümayəndəliyi üçün 100-800 manatdan yığırlar. Ən acınacaqlı hal isə budur ki, SDU-da baş verən rüşvətxorluq, özbaşınalıq, qanunsuzluq barədə aidiyyatı qruplar kifayət qədər məlumatlıdırlar. Ya rektorun dediyi kimi pulla onların ağızlarını yummağın yolunu tapıb yadaki, aidiyyatı qurumlar rektorun pulunu almaqla başının altına yastıq qoyaraq seçkinin səs-küysüz keçməsini gözləyirlər.
Bir müddət öncə SDU-da 8 nəfər tərəqqi medalı, 10 nəfər əməkdar müəllim 1 nəfər əməkdar jurnalist fəxri adları ilə mükafatlandırıldı. Tərəqqi medalına görə 5000 manat əməkdar müəllim fəxri adına görə 10.000 manat rektorun dediyi kimi aidiyyatı insanlara rüşvət verildi. Bu işdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı xüsusilə fərqlənir. Çünki ortada pul məsələsi var. Başqa işlərdə isə yaxasını qırağa çəkir. Sumqayıt Dövlət universitetində tərtibə işləri üzrə prorektor vəzifəsində işləmiş Aslanov Həqiqəti müəmmalı ölümü heç kimi düşündürmədi. Dəfələrlə keçmiş təhsil naziri Misir Mərdanova şikayət ərizəsi yazması qəbulunda olması onu nəyə vadar edirdi. Qərəzli şəkildə şəkər xəstəsini əsəbiləşdirmək əsassız işdən azad etmək Yadigar Hüseynovun kadrlarını yerləşdirmək hamısı kollektivin gözləri qarşısında baş verib, lakin bu müəmmalı ölüm heç kimi maraqlandırmayıb. Yaxşıki ölümündən bir ay əvvəl Nazir günahlarını yuyaraq mükafatlandırıb standartlaşma və sertifikasiya kafedrasının dosenti Qələndər Məmmədovun müəmmalı ölümü barədə ailəsi dəfələrlə Respublika Prokurorluğuna müraciət etdi. Yenə fayda vermədi. Pulla susduruldu. Ekoloji kafedrasının sabiq müdiri Dürdanə Şirinovanın işdən qovulması əsassız olaraq YAP-ın Sumqayıt şəhəri üzrə müavinini məhkəmə yolu ilə qovdurdu. Allah özü bu işlərə, qanunsuzluqlara görə tədbir görəcək.
Rektorun əxlaqsız əməllərinə görə dəfələrlə məhkəmə qarşısında ittiham olunmaları isə qaçılmaz faktlardır. Budur valideynlərin öz övladlarını etibar etdikləri rektor. SDU-nun kollektivi may-iyun aylarının əmək haqlarını vaxtında ala bilməmələri, məzuniyyət pullarının sentyabr ayında verilməsi Yeni təhsil nazirinin səriştəsizlikdə ittiham olunması nəyə dəlalət edir. Ümumiyyətlə təhsil sistemindən xəbəri belə olmayan Mikayıl Cabbarovun SDU-nun rektoru tərəfindən kollektiv qarşısında bu cür günahkar kimi ittiham edilməsinə görə sən kim əsas verib. Rektor Nadir Qəhrəmanovun bildiyi təhsil sistemini nazir Mikayıl Cabbarovun bilməməsi daha məqsədəuyğundur. SDU-nun kollektivi ümid edir ki, Rektor nə qədər sandığının ağzını çox açsada Nazir Mikayıl Cabbarovu rektorun bildiyi təhsil sistemi ilə getməyə məcbur edə bilməyəcək. Tezliklə Nadir, Yadigar, Qafar, Sadiq kimilərinin SDU təhsil müəssisindəki genosid əməllərinə son qoyulacaq işləri üzrə prorektor Yadigar Hüseynov SDU-da kriminal və çox təhlükəli insan kimi tanınır. Yəqin ki, onunda haqsız əməlləri cavabsız qalmayacaq.
SDU-da qohumbazlıq və yerlibazlıq halları artıq əndazəni aşıb. Rektor Nadir Qəhrəmanov öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Gəlini guya SDU-da dosentdir. Hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün Ali Attestasiya Komissiyasına da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır.
Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur. Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SDU-da tələbələr narazılığa başladı

    SDU-da tələbələr narazılığa başladı ...

    19-12-2014, 19:00

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 17:34

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 18:05

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    29-08-2013, 19:57

  • 
  • SDU-da “təmizləmə əməliyyatı” başladı

    SDU-da “təmizləmə əməliyyatı” başladı ...

    20-12-2013, 20:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu