GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Türməyə düşən namizədlər - kim neçə il “içəridə” yatıb

Türməyə düşən namizədlər - kim neçə il “içəridə” yatıb

Tarix: 7-10-2013, 12:58 Bölmə :Maraqlı Baxış: 759
Türməyə düşən namizədlər - kim neçə il “içəridə” yatıb
Həbsxana cinayətkarların ən “sevimli məkanı” olsa da, bəzən həyat elə gətirir ki, tanınmış siyasətçilər, dövlət məmurları və adi insanlar da təsadüfi bir hadisə üzündən məhbəs həyatının acı günlərindən dadmalı olurlar. Azərbaycan təcrübəsində də belə həbslərə dəfələrlə rast gəlmişik. Eyni zamanda haqsız yerə tutulanlar, siyasi fəaliyyətinə görə həbsə düşənlər, qanunuzluğa yol verdiyi üçün cəzaçəkmə müəssisələrində yatan tanınmışlar da olur.

Bu gün Azərbaycanda prezidentlik iddiasında olan namizədlərin də bir neçəsinin yolu vaxti ilə həbsxanadan, dəmir barmaqlıqlar arasından keçib. Onlardan kimi xuliqanlığa görə, kimisi də radikal siyasi mövqeyinə görə həbs edilərək, ömrünün bir neçə ilini dörd divar arasında keçirməli olublar.

Modern.az saytı prezidentliyə namizədlərin məhbəs həyatı ilə bağlı kiçik araşdırmanı təqdim edir.

Müasir Müsavat Partiyasının (MMP) Prezidentliyə namizədi Hafiz Hacıyev opponentləri arasında bu baxımdan ən təcrübəlisidir. O indiyədək iki dəfə həbs edilib. Prezidentliyə namizədin yolu ilk dəfə həbsxanadan 1993-cü ildə düşüb.

O, sabiq baş nazir Surət Hüseynovun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olub.

Hafiz Hacıyev ikinci dəfə 1996-cı ildə həbsə atılıb. Bu dəfə o, Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. MMP sədri 3 il məhbəs həyatından sonra 1999-cu ildə həbsdən azad edilib.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin həbsi on il bundan əvvələ təsadüf edir. 2003-cü il prezident seçkilərində hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən İ.Ağazadə həmin ilin 17 oktyabrında yaşadığı mənzildə həbs edilib. İ.Ağazadə həbs ediləndə millət vəkili mandatı daşıyırdı.

22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin qararı ilə 3 il müddətinə həbs olunan İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilib.

Prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən (ADP) Sərdar Cəlaloğlunun da həbsi eyni vaxta, oktyabr hadisələrinə təsadüf edib.

ADP sədri 2003-cü ilin prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alıb, 2005-ci ildə əfv olunub. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qaldığına görə, Avropa Məhkəməsinə müraciət edib. Onun iddiası araşdırılandan sonra Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də S.Cəlaloğluna 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar verib

Prezidentliyə digər namizəd, keçmiş cəbhəçi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də ömrünün bir neçə ilini həbsdə keçirməli olub. O, nə az, nə çox düz 7 il həbsdə olub.
Fərəc Quliyev 1995-ci ildən 2002-ci ilə kimi siyasi məhbus kimi həbsdə olub.

ASDP sədri Araz Əlizadə həbsdə olduğunu çox gizlədə bilməyib. Partiya sədri Modern.az-a açıqlamasında gizli saxladığı türmə illərindən danışıb.

Araz Əlizadə bizimlə söhbətdə vaxtilə həbsxanaya düşdüyünü etiraf edərək, bunları deyib: “Bəli, 1985-ci ildə məni xuliqanlıq maddəsi ilə həbs etdilər. Hüquq-mühafizə orqanları məni siyasi baxışlarıma görə tutmuşdu”.
Araz Əlizadənin sözlərinə görə, onun həbsinə əsas səbəb onun SSRİ rəhbəri Leonid İliç Brejnevə Sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi ilə bağlı yazdığı 12 səhifəlik arayış olub.

“Mən demişdim ki, Əfqanıstana girmək olmaz və vurğulayırdım ki, məğlubiyyət qaçılmazdır”-deyən partiya rəhbəri bildirib ki, bundan sonra ona qarşı təzyiqlər başlayıb və işdən qovublar.
ASDP sədri söyləyib ki, onu bir il həbsdə saxlayıblar. Prezidentliyə namizədin sözlərindən belə aydın olur ki, Sovet rəhbərliyi onu 1979-cu ildən başlayaraq təqib edib və nəticədə 1985-ci ildə həbsə alınıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentliyə namizədlərin yaşı, boyu..

    Prezidentliyə namizədlərin yaşı, boyu.. ...

    4-10-2013, 13:40

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Prezidentliyə namizədlərin sayı-hesabı

    Prezidentliyə namizədlərin sayı-hesabı ...

    29-07-2013, 13:58

  • 
  • MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA

    MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA ...

    13-09-2013, 11:05

  • 
  • Gəncədə vağzal rəisi niyə məhbəs həyatı  yaşayıb?

    Gəncədə vağzal rəisi niyə məhbəs həyatı yaşayıb? ...

    28-06-2016, 19:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu