GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA

Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA

Tarix: 8-10-2013, 01:25 Bölmə :Maraqlı Baxış: 1 821
 Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA

Bu günlərdə dünyanın aparıcı KİV-lərində bir xəbərə geniş yer verildi. Söhbət Kolumbiyanın Gigante şəhərində bir kişinin dozadan artıq cinsi gücü artıran həblər qəbul etməsi və nəticədə cinsi orqanını itirməsindən gedir. Nəticədə kişinin cinsi orqanında irinləmə, qanqrena (çürümə) başlayıb və həkimlərin cinsi orqanı amputasiya etməkdən başqa əlacları qalmayıb. Həmin vaxt aparıcı KİV-lərdə çıxış edən həkimlər də xəbərdarlıq etdilər ki, həkim tövsiyəsi olmadan belə həblərdən istifadə yolverilməzdir.


Səhiyyə Nazirliyi susur, Bakı Metropoliteni qidamıza “əlavə” edir


Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bu həbləri istehsal edən şirkətlərin KİV-lərdə reklamı bir yana, dövlət qurumu olan, hər gün kişi, qadın, yaşlı, cavan, uşaq, bir sözlə, mütləq əksəriyyətin qatarlarının sərnişini olduğu Bakı Metropoliteni İdarəsinin stansiyalarında “Tongkat Ali Max”, “Bisatibo” və digər belə vasitələr böyük reklam lövhələrində təbliğ olunmaqdadır. Reklamlarda həblərin cinsi zəifliyi yaradan səbəbləri aradan qaldırdığı, qəbulunun təhlükəsiz olduğu, yəni həkim məsləhətinə ehtiyac duyulmadığı qeyd edilib. “Reklam haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əsasən, reseptsiz buraxılan dərman preparatlarının reklamı Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilməlidir. Məsələni araşdıran Lent.az öncə bu sahədə qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu ilə maraqlanıb.

Qanunvericiliyin tələblərini və insan sağlamlığının qorunmasının ən vacib məsələ olduğunu nəzərə alaraq, Lent.az məsələni araşdırıb, bununla bağlı Səhiyyə Nazirliyi və Bakı Metropoliteni İdarəsinə rəsmi sorğular göndərilib. Sentyabrın 4-də Səhiyyə Nazirliyinə ünvanlanan rəsmi sorğuda nazirlikdən aşağıdakı sualların cavablandırılması xahiş edilib:


- Mövcud qanunvericiliyə uyğun olaraq Bakı Metropoliteni İdarəsi “Tongkat Ali Max” və “Bisatibo” dərman vasitələrinin Bakı Metropoliteninin stansiyalarında reklamı ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib?

- Səhiyyə Nazirliyi “Tongkat Ali Max” və “Bisatibo” dərman vasitələrinin Bakı Metropoliteninin stansiyalarında reklamına nə vaxt müvafiq icazə verib?

Ancaq təəssüf ki, ötən bir ay ərzində sorğuya cavab almaq mümkün olmayıb. Hətta media nümayəndələrinin telefonlarına çox nadir hallarda cavab verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə bu arada bir dəfə əlaqə saxlamaq xoşbəxtliyinə nail olsaq da, sorğumuzun cavablandırılmasını xahiş etsək də, bir nəticə hasil olmadı.

Lent.az Bakı Metropoliteni İdarəsinə “Mövcud qanunvericiliyə uyğun olaraq Bakı Metropoliteni İdarəsi “Tongkat Ali Max” və “Bisatibo” dərman vasitələrinin reklamı ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edərək müvafiq icazə alıbmı” sualını da ünvanlayıb.
Bakı Metropoliteni İdarəsindən baş müdir Hacıyev Y.A. adından Lent.az-a ünvanlanan rəsmi cavabda qeyd edilir ki, məktubda adı çəkilən “Tongkat Ali Max” və “Bisatibo” məhsulları dərman vasitəsi deyil. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin verdiyi sanitar-epidemioloji rəydə bu məhsullar “Qidaya bioloji əlavə” olaraq göstərilib: “Bu məhsullar dərman vasitəsi olmadığı üçün “Dərman vasitələri haqqında” qanunun tələbləri məktubda yazdığınız məhsullara şamil edilmir”.


Ancaq “Tongkat Ali Max” və “Bisatibo” dərman vasitəsi deyil, qidaya bioloji əlavədirsə, reklamlarda bu həblər cinsi zəifliyi yaradan səbəbləri aradan qaldıran vasitə kimi niyə təqdim olunur? Axı qidaya bioloji əlavələr müəyyən xəstəliklər zamanı təzahürləri aradan qaldıra bilər, xəstəliyin səbəblərini yox!


Vəziyyətimiz yaxşı deyil...


Professor Adil Qeybulla isə Lent.az-a açıqlamasında deyib ki, hər bir dərman vasitəsi təyinatından asılı olaraq həkim tərəfindən xəstələrə təyin olunur. Bu sahədəki əsas problemlərdən biri də Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin olmamasıdır. Əslində həkim də xəstəyə dövlət reyestrinə salınmamış dərman vasitəsi təyin etməməlidir. Lakin Azərbaycanda dərman vasitələrinin dövlət reyestri yoxdur və sadəcə, Səhiyyə Nazirliyində Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb, bu qurum dərman vasitələrini yoxlayır, istifadəsinə icazə verir: “Ancaq dərman vasitələrinin tam tədqiqi aparılmalıdır. Nəzərə alınmalıdır ki, dərman təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir. Almaniya, İngiltərə, İsveç kimi ölkələrdə dərmanların tərkibini tam dəqiqliklə müəyyən edən laboratoriyalar var, Azərbaycandakı laboratoriyalar o səviyyədə deyil. Buna görə də Azərbaycanda sınanmış dərman vasitələrindən istifadə zəruridir. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrinə daxil edilən dərmanlardan istifadə etmək lazımdır. ÜST-nin reyestrinə daxil olmayan dərman vasitələrinin kütləvi tətbiqinə icazə verilməməlidir”.


Professor deyir ki, ekstraktlar, bitki və heyvani mənşəli dərmanlar, “Tongkat Ali Max”, “Bisatibo” kimi həblər də bura daxildir, ÜST-nin reyestrində yer almayıb: “Bu dərman vasitələrinin Azərbaycanda tətbiqinə tələsməməliyik. Biz ilk növbədə ÜST-nin reyestrində yer alan dərman vasitələrindən istifadə etməliyik. Təəssüf ki, ölkəyə dərman vasitələri gətirən şirkətlər qanunlardakı boşluqlardan istifadə edir, müəyyən nüfuzların qarşısında belə vəziyyət yaranır. İctimai rəy, mətbuat belələrinin əl-qolunu bağlaya bilər”.


Adil Qeybulla onu da qeyd etdi ki, reklamlarda vurğulandığı kimi “Tongkat Ali Max”, “Bisatibo” kimi vasitələr xəstəliyin səbəblərini aradan qaldıra bilməz. Onun sözlərinə görə, bunlar sintematik müalicəyə, yəni xəstəliyin təzahürlərinin aradan qaldırılmasına hesablanıb, xəstəliyin səbəblərini müalicə etmir. Başqa sözlə, cinsi zəifliyi müvəqqəti gücləndirir, cinsi zəifliyi yaradan səbəbləri aradan qaldırmır: “Bu reklamların yaradacağı bir ciddi fəsadı da nəzərə almaq lazımdır. Sintematik müalicəyə hesablanmış bu dərmanlar müəyyən yaşlı adamlara lazım ola bilər, bu, başqa məsələdir. Lakin belə dərmanlar cavan və orta yaşlı adamlar üçün ziyanlı ola bilər”.

“Adamı həbs edərlər”

Məsələnin mənəvi aspekti də diqqətdən kənarda qala bilməz. Azərbaycan Avropa və Asiya, Qərbə Şərq arasında bir körpüdür. Ancaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mentalitetini, əhalinin əksəriyyətinin sitayiş etdiyi islam dinini nəzərə alsaq, bir dövlət qurumunun dövlətin imkanlarından istifadə edərək bu cür reklam fəaliyyəti ilə məşğul olması normal qarşılana bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi, o metro stansiyalarına qız, oğlan, qadın, kişi, yaşlı, cavan, uşaq, ailəli, subay - hər kəs gəlir. Həm də günün istənilən vaxtında. Hətta telekanallarda belə müəyyən filmlərlə bağlı yaş senzi, yaxud nümayiş etdirilmə vaxtı ilə bağlı məhdudiyyətlər yer alırsa, Bakı Metropoliteni İdarəsi reklam siyasətində niyə məsələnin bu aspektinə diqqət yetirmir.

Yeri gəlmişkən, dövlət qulluqçularının etik davranış qaydalarını nəzərə alaraq, Lent.az Bakı Metropoliteni İdarəsinə “Cinsi zəifliklə əlaqədar dərman vasitələrinin reklamı Bakı Metropoliteni İdarəsinin Nizamnaməsinə nə dərəcədə uyğundur?” sualı da ünvanlayıb. Bu suala cavabdan isə biganəlik duyulur: “Digər sualınıza cavab olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası ərazisində reklam fəaliyyəti “Reklam haqqında qanun”a görə tənzimlənir və sözügedən reklamların məzmunu bu qanunla ziddiyyət təşkil etmir. Bakı Metropoliteninin Nizamnaməsinə hər hansı bir reklam eskizinin məzmununun aidiyyatı yoxdur...”.

Professor Adil Qeybulla isə deyir ki, Şərqi bir kənara qoyaq, Avropada, məsələn, Almaniyada bu cür dərmanlar belə kütləvi reklam olunsa, həmin adamı həbs edərlər: “ABŞ-da isə ümumiyyətlə, resept olmadan heç bir dərman buraxılmır...”.

Yeri gəlmişkən, reklamların səhv məzmunu da cinayət məsuliyyəti doğurur və Azərbaycanda səhv məzmunlu, istehlakçıya yanlış məlumat verən, yönəldən reklamlardan istifadəyə görə tez-tez İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hansısa iş adamlarına iş qaldırıldığı, onların cərimələndiyi barədə xəbərlərə rast gəlirik. Ümid edirik ki, kütləvi şəkildə qidamıza edilən bu əlavə ilə bağlı istehlakçıların hüquqlarını müdafiə etməli olan Xidmət nəhayət, öz üzərinə düşən işi görəcək...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli statistikası

    QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli ...

    24-09-2013, 16:02

  • 
  • 54 yaşlı kişinin ürəyi fahişənin qucağında dayandı

    54 yaşlı kişinin ürəyi fahişənin qucağında dayandı ...

    22-09-2014, 15:18

  • 
  • Sünnət seksdən alınan həzzi dörd dəfə azaldır

    Sünnət seksdən alınan həzzi dörd dəfə azaldır ...

    29-07-2013, 15:07

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu