GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » CAVİD QURBANOVUN SÜRÜCÜSÜ GİZLİ SƏFƏRLƏR EDİB

CAVİD QURBANOVUN SÜRÜCÜSÜ GİZLİ SƏFƏRLƏR EDİB

Tarix: 14-10-2013, 09:38 Bölmə :Maraqlı Baxış: 1 275
CAVİD QURBANOVUN SÜRÜCÜSÜ GİZLİ SƏFƏRLƏR EDİB
MAHİR LƏNKƏRANİNİN İRAN XƏFİYYƏSİQYLƏ ŞOK ƏLAQƏLƏRİ AÇIQLANDI
Redaksiyamıza “Azəryolservis ASC-nin prezidenti Cavid Qurbanovun sürücüsü olmuş Mahir Lənkərani ilə bağlı ilginc faktlar daxil olub. Oxucularımız üçün də bu faktların maraqlı olacağını təxmin edərək, DİA.AZ-a daxil olan məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Özünün uzun müddət ərzində “Azəryolservis” ASC-də işlədiyini söyləyən müəllif yazır:

“Öncə Mahir Lənkərani haqqında…

Yəqin ki, bu adamın adı sizlərə də tanışdır. Əsl adı Mahir Allahverən oğlu Quliyevdir. «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun sürücüsü işləyib və məhz İranın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələrindən dolayı bu gün axtarışdadır.

İranın məşhur ayətullahlarından olan Fazil Lənkəraninin şəninə özünə Lənkərani soyadını götürüb və 2007-ci ildə bu soyadını hətta rəsmiləşdirib də. Fazil Lənkəraninin Azərbaycan dövlətinə və dövlətimizin rəhbərliyinə, xüsusən də prezidentimizin ünvanına hansı ağır ifadələri işlətməsini isə kimsə unutmayıb. Yəni hər zaman antiAzərbaycan ruhlu mövqeyi ilə seçilən Fazil Lənkəraninin əslində Azərbaycan əleyhinə fəaliyyət üçün azərbaycanlıların cəlb edilməsi xəttinə rəhbərlik etməsi də gün kimi aydındır.

Və belə bir adamla Mahir Lənkəraninin münasibətləri olub. Nəinki olub, hətta Mahir Lənkərani ölümündən iki ay əvvəl Fazil Lənkəranini ziyarət etmək «xoşbəxtliyinə» də nəsib olub. Bu isə hər kəsə nəsib olası, qıyılası «xoşbəxtlik» olmadığından Mahir Lənkəraninin İran xəfiyyəsi üçün hansı əhəmiyyətdə bir fiqur olduğunu çılpaqlığı ilə ortaya çıxaran ciddi faktdır.

Mahir Lənkərani öldürülməyib…

Bu arada mətbuatda belə bir informasiya getdi ki, Mahir Lənkərani öldürülüb. Bu, tamamən yanlış bir məlumat idi. Və versiya irəli sürülmüşdü ki, Mahir Lənkərani yüksək ranqlı məmurlardan biri ilə bağlı məxfi məlumatlara hakim olduğundan onu aradan götürüblər və elə onun qaçaq salınması da məhz həmin məmurun sayəsində baş tutubmuş.

Amma reallıq tamam başqadır. Mahir Lənkərani bu ilin 10 ayı ərzində 3 dəfə Azərbaycana giriş-çıxış edib. Hər 3 səfərini qısa müddətə baş vurub. İki səfərində cəmi 1 gün qalsa da, digər səfərində 2 gün qalıb. Və bu səfəri də sonuncu səfəridir.

Onun Azərbaycana niyə gəldiyini təxmin etmək də olar. Mahir Lənkərani bu gün də ciddi məmurların himayəsi altındadır. Əgər belə olmasaydı, Azərbaycanın hüquq-mühafizə orqanlarının əlindən qaça bilməzdi və bu günə kimi ustalıqla gizlənməyi bacarmazdı. Amma bunları bacarır və hətta Azərbaycana 3 dəfə giriş-çıxış etmə qədərində özünü sərbəst aparır.

Onun İranla əlaqələrini sübuta yetirən şübhdəli məqam…

Mahir Lənkəraninin Azərbaycana giriş-çıxış səbəbləri də müxtəlif ola bilər. Məsələn bunu araşdıra bilərsiniz. Ən azından jurnalist araşdırması üçün ciddi bir mövzudur. İpucular yetərincədir. Mahir Lənkərani hər üç dəfəsində məhz Dağıstan istiqamətindən Azərbaycana daxil olub. Yəni şimal qapısından. Bu qapıda isə onu «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun Xaçmazda polis rəisi işləyən qardaşı qarşılaya bilər.

Çünki bu gün «Azəryolservis»in dəhlizlərində də danışılır ki, Mahir Quliyev (Lənkərani) Azərbaycana məhz adında olan bəzi əmlaklardan notarial qaydada imtina etməsi üçün keçibmiş. Onun Azərbaycana giriş-çıxışının hansı ad altında həyata keçirilməsi də araşdırılmalıdır. Çünki Mahir Lənkərani bu gün iki pasporta malikdir. Və buna məhz məmurlarla yaxın əlaqələrinin sayəsində nail olub.

Mahir Lənkəraninin İranla əlaqələrinin şübhəli məqamlarından biri də onun bu gün farsların xəfiyyəsinin Bakıdakı maliyyə qaynağı kimi çıxış etməsidir. Yəni diqqətlə izlənildikdə aydın olur ki, İran xəfiyyəsinin bir şəbəkəsi məhz Mahir Lənkərani istiqamətindən maliyyələşib.

Təsadüfi deyil ki, Mahir Lənkərani özünün keçmiş patronu Cavid Qurbanovu hətta İran xəfiyyəsi üçün geniş meydan hesab olunan «Albalı» («Vişnyovka») massivindəki məscidin inşasını maliyyələşdirməyə də cəlb edə bilir. Yəqin ki, bu məscidin adı sizlər üçün tanışdır. Bəli, bu gün həbsdə saxlanılan dindar məhbus Taleh Bağırzadənin xütbələrini oxuduğu, İrançılığı təbliğ etdiyi, inanclılıq adı altında Tehranın agenturasına insanları cəlb etdiyi bir ünvan. Və bu ünvan Cavid Qurbanovun maliyyəsi hesabına ərsəyə gəlib.

Həmin məsciddə isə ən azından 400-500 nəfər insan toplanırdı və bu insanlar Mahir Lənkəraninin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi əleyhinə təşkilatlandırılırdı. Din pərdəsi adı altında radikal aksiyaları təbliğ edərək bunu dinə xidmət kimi göstərən bir şəbəkənin neçə gəncin beynini zəhərlədiyini isə müəyyən etmək çox çətindir.

Mahir Lənkərani İrana necə qulluq edib?

Bu gün Mahir Lənkəraninin aktivində Azərbaycan üçün problemlər yarada biləcək kifayət qədər ciddi məqamlar var. Cavid Qurbanovun yanında ola-ola bu adam İranın xüsusi xidmət orqanlarına onlarla gənci təslim edib. Onun xətti ilə onlarla gənc İrana göndərilib və sonradan həmin gənclər çarşabda, saqqalda geriyə dönərək İrandan ixrac olunan təhlükəli radikalçılıqların təşviqində iştiraka qatılıblar.

Bu gün Mahir Lənkəraninin qidalandırdığı və konkret olaraq qadınlarla işləyən əsas fiqurlarından biri Yasamal rayonu ərazisində yaşayan xanımlardan biridir (etika xətrinə onun adını çəkmirəm). Həmin xanım sonu «200»lə bitən ağ rəngdə «Hyundai Santafe» markalı maşın sürür ki, bu maşın da ona Mahir Lənkəranidən hədiyyədir. Eyni zamanda həmin qadına Yasamal rayonu ərazisində mənzil də bağışlanıb.

Bu qadının əsas missiyası isə İrana gənc qızlarımızın göndərilməsinə nail olmaqdır. Onun əli ilə 300-dən artıq gənc qız bu gün İranın xüsusi xidmət orqanlarının diqtəsi ilə çarşaba bürünüb. Və bunun müqabilində həmin qadın böyük həcmdə pul mükafatına da layiq görülüb.

Cavid Qurbanov onu işdən qovub…

Cavid Qurbanov Mahir Lənkəranini işdən qovub, amma bu gün onun kifayət qədər ciddi əlaqələrinin olması faktı mövcuddur. Əgər belə olmasaydı, Mahir Lənkərani Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda ola-ola sərbəst şəkildə Azərbaycana giriş-çıxış edə bilməzdi. Və bu gün onun ciddi məmur himayəsi altında olması həm də onunla bağlı axtarışın heç də dövlətin tam gücünün tətbiq olunmaması ilə həyata keçirilməsi ilə də ortaya çıxmış olur.

Mahir Lənkəraninin Azərbaycan dövləti əleyhinə fəaliyyətlərindən biri də onun təhsil nazirliyinin qarşısındakı etiraz aksiyalarını maliyyələşdirməsi və təşkili işi ilə də ortaya çıxmaqdadır. Aydın görünür ki, axtarışda olan bir kəsin bu şəkildə özünü sərbəst aparması və hətta bir əmri ilə onlarla gənci polisin üzərinə dəyənəklə göndərə bilməsi çox ciddi və təhlükəli planlamaların mövcudluğundan xəbər verir.

Unutmaq lazım deyil ki, xəfiyyələr, kənar dövlətlərin agenturaları əksər hallarda sürücülərlə işləyib. Və çox ehtimal ki, bu gün məhz Cavid Qurbanovun sürücüsü olması hesabına Mahir Lənkərani Azərbaycan dövlətinin çox mühüm bilgilərini İranın xüsusi xidmət orqanlarına ötürüb. Bu fakt isə məsələnin mahiyyətini daha da ciddiləşdirir.

Mahir Lənkərani yenə gələcək…

Onun bu yaxınlarda Azərbaycana yeni dönəcəyi söylənilir. «Azəryolservis»də çalışan və hələ də Mahir Lənkəraniyə yaxın çevrə ilə bağlılığı olan şəxslərdən birinin danışığından bunu eşitmişəm. Bu gəlişə Azərbaycan dövlətinin hazırlaşması lazımdır"…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Cavid Qurbanovun ilginc İran əlaqələri

    Cavid Qurbanovun ilginc İran əlaqələri ...

    25-02-2013, 11:11

  • 
  • Cavid Qurbanov əks hücuma keçir

    Cavid Qurbanov əks hücuma keçir ...

    7-02-2013, 10:19

  • 
  • Mahir Lənkərani ilə bağlı sensasion - Faktlar

    Mahir Lənkərani ilə bağlı sensasion - Faktlar ...

    20-12-2013, 14:48

  • 
  • Cavid Qurbanovun şok gizlinləri

    Cavid Qurbanovun şok gizlinləri ...

    21-11-2014, 02:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu