ASC prezidenti ilə fars-molla rejimini hansı tellər bağlayıb?
Bir zamanlar «vurulacağı» haqda xəbərlər yayılan «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun siyasi proseslərə cəlb olunması barədə hələ xeyli əvvəldən məlumat vermişdik. Bildirmişdik ki, hazırki YAP iqtidarında təmsil olunan AXC iqtidarının yeganə kadrı kimi diqqətə gələn Cavid Qurbanov zaman-zaman köhnə əlaqələrindən də yararlanıb. Belə ki, ona qarşı mətbuatda aparılan kampaniya məhz bu gücünün sayəsində səngimiş oldu. Xatırladaq ki, hələ də Cavid Qurbanovun sürücüsü kimi təqdim olunan və İranın xüsusi xidmət orqanları ilə əlaqələri tam olaraq təsbit olunmuş Mahir Lənkəranlı hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışdadır. Və bu fakt da ASC prezidentinə qarşı müəyyən hücumlara nədən olmuşdu. Yəni bildirilirdi ki, əslində Mahir Lənkəranlı Cavid Qurbanovun İrandakı biznesinin əsas yönəticilərindən biridir. İndi isə Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan çox ciddi faktlar ötürülüb. Mötəbər mənbənin redaksiyamıza verdiyi bilgilərdən belə aydın olur ki, bu gün Cavid Qurbanov İran agenturasına aid Azərbaycandakı şübhəli iqtisadi çevrələrin əsas ortaqlarından biri, bəlkə də birincisidir. Məhz bu əlaqələrin nəticəsidir ki, nəqliyyat nazirliyi 8 magistral yol hissəsinin inşaat işlərini məhz İranın xüsusi xidmət orqanları ilə əlaqəli fars şirkətlərinə verib. Mənbəmiz bildirir ki, Cavid Qurbanov eyni zamanda Bakıda mola rejiminin əsas iqtisadi rıçaqlarından biri hesab olunan «NAB» Dış Ticaret şirkətinin də əsas himaədarlarından biridir. Bildirək ki, bu şirkət «Bank of Baku»da, «Hyundai Auto Azerbaijan»da və «Bacu Electronics»də böyük paya malikdir. Mənbəmizin iddialarına görə, odur ki, Mahir Lənkəranlının bu gün qeybə çəkilməsi də təsadüfi qəbul oluna bilməz: «Mahir Lənkəranlının İranla əlaqələri şübhəli yox, fakt idi. Və bu adam böyük işlər görüb. Hər halda, Cavid Qurbanovun yanında dayanaraq bu işləri görməsi faktı da təsdiqləyir ki, ASC prezidentinin bütün olanlardan nəinki xəbəri olub, hətta iştirakı da var». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin… Azər
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?