GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyətiçi savaş son mərhələdə

Hakimiyyətiçi savaş son mərhələdə

Tarix: 19-12-2012, 12:16 Bölmə :Maraqlı Baxış: 641
Hakimiyyətiçi savaş son mərhələdə

Siyasi və iqtisadi islahatlar ölkənin bütün sahələrini əhatə etməli, buna baxmayaraq hakim ailənin bütün imtiyazları qorunub saxlanılmalıdır

gundemxeber.az
Hakimiyyət daxilində qarşıdurma pik səviyyəyə çatıb. 19 illik tarixi olan indiki hakim komanda arasındakı münasibətlər hələ ki, heç bir zaman indiki kimi gərgin olmayıb. Hətta vəziyyət o səviyyədədir ki, artıq qarşıduran tərəflər bütün körpüləri yandırıblar. Son günlər ölkədə baş verən hadisələri şərh edən mənbə bizə bunları anladıb: «Ölkədə yeni hakimiyyət komandasının yaranması proosesi gedir. Lakin bu prosses hazırda çox ağrılı keçir və faktiki olaraq hakimiyyət üçün təhlükəyə çevrilib».
PA rəhbərinin qəzəbi yerə -göyə sığmır
Elşad Abdullayevin yaydığı videoçarxlara diqqət çəkən mənbə bildirir ki, həmin videoçarxların yayılmasında əsas məqsəd «köhnə qvardiyanın» əvəzolunmaz lideri Ramiz Mehdiyevi sıradan çıxarmağa hesablanıb. Lakin Prezident Adminstrasiyasının rəhbəri heç bir halda təslim olmağı düşünmür. Akademikin həddindən artıq qəzəbli olduğunu bildirən mənbə iddia edir ki, Ramiz Mehdiyevi ən çox qəzəbləndirən məsələ, rəqiblərinin onu bu şəkildə bitirməyə cəhd etmələridir. Hər halda uzun illər boyu ölkəninin idarəetməsində sükanı əlində saxlayan PA rəhbəri təntənəli şəkildə fəxri təqaüdə yollanmağı haqq edirdi. Hazırda isə uzun illər boyu hakimiyyətini onurğa sütunu təşkil edən akademiki sadəcə ləkələyərək vəzifədən uzaqlaşdırmağa cəhd göstərirlər.
Mənbənin bildirdiyinə görə bu vəziyyət Ramiz Mehdiyevi həddindən artıq qəzəbləndirib və PA rəhbəri daha əvvəl nəzəri cəhətdəq prezident seçkisindən həmən sonra yerinə öz adamını yerləşdirməklə istefaya getməyə hazır olsa da, indiki durumda artıq bunun sözünü etməyə belə dəyməz. Mənbə bildirir ki, Ramiz Mehdiyev sonuna qədər savaşmağı düşünür və PA rəhbəri son olaraq keçirdiyi toplantıda da bunu açıq şəkildə ortaya qoydu.
PA rəhbərini bu qədər inadcıl edən isə təbii ki, rəqiblərinin ona qurşaqdan aşağı zərbə vurmasıdır. Bildirilir ki, Ramiz Mehdiyev ona qarşı olan bu hücumu özündən daha çox mövcud hakimiyyətə olunmuş qəsd kimi dəyərləndirir.

«Qaragürüh» getməlidir

Ölkədə baş verənlərin səbəbinə aydınlıq gətirəq mənbə bildirir ki, baş verənlər 2013-cü ildə hakimiyyətin yeni komandasını yaratmaqla bağlıdır. Lakin «köhnə qvardiya» özündən kənarda formalaşan yeni olyuşumu qəbul etmir. Ona görə də hakimiyyət daxilində qarşıdurma artıq idarəolunmaz hala gəlib. Mənbə bildirir ki, yeni komandanın formalaşdırılmasını tələb edən son illər xeyli güclənən və artıq Naxçıvan qruplaşmasını həzm edə bilməyən Paşayevlər qruplaşmasıdır. Paşayevlər və onlara bağlı olan hakimiyyət qruplaşmaları yeni oluşumda «Naxçıvan qaraguruhuna» yer görə bilmir. Lakin qarşı tərəfin hələ çox güclü olması Paşayevlər qruplaşmasını çıxılmaz vəziyətdə qoyub.
Paşayevlərin yeni hakimiyyət oluşumu cəhdlərinə diqqət çəkən mənbə qeyd edir ki, yeni hakimiyyət komandası indikindən çox fərqlənir. Yeni hakimiyyət komandasında daha çox texnokrat gənclərin yer alması planlaşdırılır. Paralel olaraq ölkədə korrupsiyaya qarşı mübarizənin daha böyük miqyas alması və korrupsiyanın minimum səviyyəyə endirilməsi nəzərdə tutulur. Siyasi və iqtisadi islahatlar ölkənin bütün sahələrini əhatə etməli, buna baxmayaraq hakim ailənin bütün imtiyazları qorunub saxlanılmalıdır. Xüsuilə hakimiyyətin əl dəyişdirilməsi və yaxud da hakimiyyətin bu və ya başqa yolla devirilməsi yolveriləməzdir. Və aparılması nəzərdə tutulan islahatlar məhz bu məqsədə xidmət etməlidir. Bunun üçünsə, hakim komanda gəncələşdirilməli və hakimiyyət yeni sima qazanmalıdır. Hesab olunur ki, məhz bu yolla daxili və xarici dəstəyi ən azından daha 10 il müddətində təmin etmək olar.

Buna görə isə hakimiyyətdə uzun illərdir oturuşmuş və regional sistemlə çalışan məmur-oliqarxlar hakim komandadan uzaqlaşdırılmalıdır. Nümunə üçün misal çəkən mənbə bildirir: «Ölkənin birinci xanımı Mehriban Əliyeva parlamentdə yeni qaydaların yaradılmasına yol açdı. Mehriban xanımın parlamentdə təşəbbüsü ələ almasından sonra Əhəd Abıyev kimi qaragürühların parlamentdən uzaqlaşdırılmasının şahidi olduq. Həmçinin Hüseyn Abdullayevində parlamentdən uzaqlaşdırılması Milli Məclisin qaragürühdan təmizlənməsinə qulluq edirdi. Bu gün Milli Məclis qaragürühdan tam olaraq təmizlənməsə də, demək olar ki, artıq hər kəs öz yerini bilir».
Mənbə bildirir ki, Paşayevlər açıq şəkildə qaragürühçuluğa və özbaşınalığa yox deyirlər. Yəni daxilə və xaricə mesaj ötürürlər ki, bu günə qədər baş verənlərə onlar cavabdeh deyillər. Cavabdeh olanlar Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Bəylər Əyyubov və başqalarıdır. Əgər 2013-cü ildən sonra onlar bir şeyə cavabdeh olacaqlarsa, o zaman hər şey fərqli və sivill qaydalara uyğun olacaq.

«Milyarderlər ittifaqı»kimə xidmət edir?

Rusiyada formalaşan yeni oluşuma diqqət çəkən mənbə bildirir ki, «Milyarderlər ittifaqı» ətrafında baş verənlər Paşayevlərin yeni hakimiyyət komandasının formalaşıdırlmasının tərkib hissəsidir: ««Milyarderlər ittifaqı»na qarşı çıxanlar əsasən Naxçıvan qruplaşmasıdır. Fikir versəniz görərsiniz ki, milyarderlərə və Söyün Sadıqova, Abbas Abbasova od püskürənlər Naxçıvan qruplaşmalarıdır. Sonuc olaraq 2013-cü ildə hamımız şahid olacağıq ki, RATİ seçkilərdə İlham Əliyevi dəstəkləyəcək və onun seçki kampaniasına bütün imkanları ilə yardımçı olacaqlar».
Mənbəmizin sözlərinə görə, «köhnə qvardiya» ömrünün son günlərini yaşadığını da tam olaraq söyləmək mümkün deyil. Bu qruplaşmaların əlində həddindən artıq böyük adminstrativ güc və maliyyə mənbələri var. Ona görə də hesab etmək olar ki, «köhnə qvardiya» hakim komandadan uzaqlaşdırılsa belə, ölkənin siyasi palitrası kifayət qədər dəyişəcək və hakimiyyət ciddi qan itircək və daha ciddi, imkanları indiki müxalifədənə yüz dəfələrlə böyük olan bir müxalifətlə üz-üzə qalacaqlar. Yəni güman olunduğu kimi hakimiyyətin yeni sima qazanması gözlənildiyi kimi asan və yumşaq prosses olmayacaq. Çünki Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev davamlı şəkildə hədəfə aldığı qüvvələrin üzərinə hücum etməkdədir. Artıq neçə-neçə yeni faktlar açıqlanıb ki, bu da artıq bir neçə aydır davam edən məlum proseslərin hədəf miqyasının genişləndirilməsi ilə müşaiyət olunur.

Son məqsəd- bəlli bir şəbəkənin darmadağın edilməsi


İlk əvvəl bütün istiqamətləri yalnız Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə kökləyən sabiq rektor, indi yeni hədəflər də nişan verir ki, bu da məsələnin əslində tamam fərqli mahiyyət daşıdığını ortaya qoymaqdadır. Yəni söhbət məlum proseslərin sonucu olaraq təkcə Ramiz Mehdiyevin gedişinə nail olmaqdan yox, həm də bəlli bir şəbəkənin darmadağın edilmə niyyətindən gedir.
Bununla bağlı danışan hökumət içindəki qaynaqların iddialarına görə, Elşad Abdullayevin günü gündən sərtləşən çıxışları və açıqladığı videoçəkilişlərin mahiyyətindəki gərgin tempin artan istiqamət üzrə inkişaf etdirilməsi 2013-cü il prezident seçkilərinə hakimiyyətin tamam yeni əhval-ruhiyyə ilə qatılmasıi niyyətini anons etməkdədir: «Diqqət yetirin, bu gün tərəflər bir-birilərinə qarşı əks hücumlarını açıq müstəvidə edirlər. Və elə bir təəssürat yaratmağa çalışırlar ki, guya onların heç birinin baş verənlərə aidiyyatı yoxdur. Amma bəllidir ki, kimlər Ramiz Mehdiyevi vurur və Ramiz Mehdiyev də kimlərə necə cavab verir. AXCP sədri Əli Kərimlinin adı ilə bağlı sui-qəsd planının da səbəbsiz yerə ortaya atılmadığı, Rüstəm İbrahəimbəyovun şəninə təşkil olunan tədbirdə prezidentin etdiyi səmimi çıxışın indiki məqamda boşundan dövriyyəyə buraxılmadığı hər kəsə aydındır».
Mənbəmiz bildirir ki, bir-birilərinə döyüşən tərəflərin bundan sonra əlavə şantaj xarakterli faktları ortaya qoyacaqları şübhəsizdir: «Məsələn, bu günlərdə Ramiz Mehdiyevə yaxın məmurlardan birini ifşa edən çox ciddi fakt mətbuata ötürüləcək. Bəlkə də bununla hər şeyə nöqtə qoyulacaq».
Mənbəmiz bildirir ki, qarşı tərəfin əks-hücumlarına fürsət verə bilməməsi üçün Ramiz Mehdiyevə qarşı cəbhə açan qüvvələr proseslərin yekununa tələsirlər: «Ola bilsin ki, bir ayın içində bütün məsələlər başa çatsın»…

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətiçi savaş son mərhələdə

    Hakimiyyətiçi savaş son mərhələdə ...

    19-12-2012, 11:48

  • 
  • «Köhnə Qvardiya»nın məxfi toplantısı

    «Köhnə Qvardiya»nın məxfi toplantısı ...

    13-12-2012, 11:42

  • 
  • Hakimiyyət üçbucağı savaş içində

    Hakimiyyət üçbucağı savaş içində ...

    7-12-2012, 10:25

  • 
  • Hakim komanda da fövqəladə vəziyyət

    Hakim komanda da fövqəladə vəziyyət ...

    5-02-2013, 10:45

  • 
  • Hakimiyyət çox ciddi dəyişikliklərə gedir

    Hakimiyyət çox ciddi dəyişikliklərə gedir ...

    11-12-2013, 18:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (294)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu