Siyasi və iqtisadi islahatlar ölkənin bütün sahələrini əhatə etməli, buna baxmayaraq hakim ailənin bütün imtiyazları qorunub saxlanılmalıdır
gundemxeber.az Hakimiyyət daxilində qarşıdurma pik səviyyəyə çatıb. 19 illik tarixi olan indiki hakim komanda arasındakı münasibətlər hələ ki, heç bir zaman indiki kimi gərgin olmayıb. Hətta vəziyyət o səviyyədədir ki, artıq qarşıduran tərəflər bütün körpüləri yandırıblar. Son günlər ölkədə baş verən hadisələri şərh edən mənbə bizə bunları anladıb: «Ölkədə yeni hakimiyyət komandasının yaranması proosesi gedir. Lakin bu prosses hazırda çox ağrılı keçir və faktiki olaraq hakimiyyət üçün təhlükəyə çevrilib».
PA rəhbərinin qəzəbi yerə -göyə sığmır
Elşad Abdullayevin yaydığı videoçarxlara diqqət çəkən mənbə bildirir ki, həmin videoçarxların yayılmasında əsas məqsəd «köhnə qvardiyanın» əvəzolunmaz lideri Ramiz Mehdiyevi sıradan çıxarmağa hesablanıb. Lakin Prezident Adminstrasiyasının rəhbəri heç bir halda təslim olmağı düşünmür. Akademikin həddindən artıq qəzəbli olduğunu bildirən mənbə iddia edir ki, Ramiz Mehdiyevi ən çox qəzəbləndirən məsələ, rəqiblərinin onu bu şəkildə bitirməyə cəhd etmələridir. Hər halda uzun illər boyu ölkəninin idarəetməsində sükanı əlində saxlayan PA rəhbəri təntənəli şəkildə fəxri təqaüdə yollanmağı haqq edirdi. Hazırda isə uzun illər boyu hakimiyyətini onurğa sütunu təşkil edən akademiki sadəcə ləkələyərək vəzifədən uzaqlaşdırmağa cəhd göstərirlər. Mənbənin bildirdiyinə görə bu vəziyyət Ramiz Mehdiyevi həddindən artıq qəzəbləndirib və PA rəhbəri daha əvvəl nəzəri cəhətdəq prezident seçkisindən həmən sonra yerinə öz adamını yerləşdirməklə istefaya getməyə hazır olsa da, indiki durumda artıq bunun sözünü etməyə belə dəyməz. Mənbə bildirir ki, Ramiz Mehdiyev sonuna qədər savaşmağı düşünür və PA rəhbəri son olaraq keçirdiyi toplantıda da bunu açıq şəkildə ortaya qoydu. PA rəhbərini bu qədər inadcıl edən isə təbii ki, rəqiblərinin ona qurşaqdan aşağı zərbə vurmasıdır. Bildirilir ki, Ramiz Mehdiyev ona qarşı olan bu hücumu özündən daha çox mövcud hakimiyyətə olunmuş qəsd kimi dəyərləndirir.
«Qaragürüh» getməlidir
Ölkədə baş verənlərin səbəbinə aydınlıq gətirəq mənbə bildirir ki, baş verənlər 2013-cü ildə hakimiyyətin yeni komandasını yaratmaqla bağlıdır. Lakin «köhnə qvardiya» özündən kənarda formalaşan yeni olyuşumu qəbul etmir. Ona görə də hakimiyyət daxilində qarşıdurma artıq idarəolunmaz hala gəlib. Mənbə bildirir ki, yeni komandanın formalaşdırılmasını tələb edən son illər xeyli güclənən və artıq Naxçıvan qruplaşmasını həzm edə bilməyən Paşayevlər qruplaşmasıdır. Paşayevlər və onlara bağlı olan hakimiyyət qruplaşmaları yeni oluşumda «Naxçıvan qaraguruhuna» yer görə bilmir. Lakin qarşı tərəfin hələ çox güclü olması Paşayevlər qruplaşmasını çıxılmaz vəziyətdə qoyub. Paşayevlərin yeni hakimiyyət oluşumu cəhdlərinə diqqət çəkən mənbə qeyd edir ki, yeni hakimiyyət komandası indikindən çox fərqlənir. Yeni hakimiyyət komandasında daha çox texnokrat gənclərin yer alması planlaşdırılır. Paralel olaraq ölkədə korrupsiyaya qarşı mübarizənin daha böyük miqyas alması və korrupsiyanın minimum səviyyəyə endirilməsi nəzərdə tutulur. Siyasi və iqtisadi islahatlar ölkənin bütün sahələrini əhatə etməli, buna baxmayaraq hakim ailənin bütün imtiyazları qorunub saxlanılmalıdır. Xüsuilə hakimiyyətin əl dəyişdirilməsi və yaxud da hakimiyyətin bu və ya başqa yolla devirilməsi yolveriləməzdir. Və aparılması nəzərdə tutulan islahatlar məhz bu məqsədə xidmət etməlidir. Bunun üçünsə, hakim komanda gəncələşdirilməli və hakimiyyət yeni sima qazanmalıdır. Hesab olunur ki, məhz bu yolla daxili və xarici dəstəyi ən azından daha 10 il müddətində təmin etmək olar.
Buna görə isə hakimiyyətdə uzun illərdir oturuşmuş və regional sistemlə çalışan məmur-oliqarxlar hakim komandadan uzaqlaşdırılmalıdır. Nümunə üçün misal çəkən mənbə bildirir: «Ölkənin birinci xanımı Mehriban Əliyeva parlamentdə yeni qaydaların yaradılmasına yol açdı. Mehriban xanımın parlamentdə təşəbbüsü ələ almasından sonra Əhəd Abıyev kimi qaragürühların parlamentdən uzaqlaşdırılmasının şahidi olduq. Həmçinin Hüseyn Abdullayevində parlamentdən uzaqlaşdırılması Milli Məclisin qaragürühdan təmizlənməsinə qulluq edirdi. Bu gün Milli Məclis qaragürühdan tam olaraq təmizlənməsə də, demək olar ki, artıq hər kəs öz yerini bilir». Mənbə bildirir ki, Paşayevlər açıq şəkildə qaragürühçuluğa və özbaşınalığa yox deyirlər. Yəni daxilə və xaricə mesaj ötürürlər ki, bu günə qədər baş verənlərə onlar cavabdeh deyillər. Cavabdeh olanlar Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Bəylər Əyyubov və başqalarıdır. Əgər 2013-cü ildən sonra onlar bir şeyə cavabdeh olacaqlarsa, o zaman hər şey fərqli və sivill qaydalara uyğun olacaq.
«Milyarderlər ittifaqı»kimə xidmət edir?
Rusiyada formalaşan yeni oluşuma diqqət çəkən mənbə bildirir ki, «Milyarderlər ittifaqı» ətrafında baş verənlər Paşayevlərin yeni hakimiyyət komandasının formalaşıdırlmasının tərkib hissəsidir: ««Milyarderlər ittifaqı»na qarşı çıxanlar əsasən Naxçıvan qruplaşmasıdır. Fikir versəniz görərsiniz ki, milyarderlərə və Söyün Sadıqova, Abbas Abbasova od püskürənlər Naxçıvan qruplaşmalarıdır. Sonuc olaraq 2013-cü ildə hamımız şahid olacağıq ki, RATİ seçkilərdə İlham Əliyevi dəstəkləyəcək və onun seçki kampaniasına bütün imkanları ilə yardımçı olacaqlar». Mənbəmizin sözlərinə görə, «köhnə qvardiya» ömrünün son günlərini yaşadığını da tam olaraq söyləmək mümkün deyil. Bu qruplaşmaların əlində həddindən artıq böyük adminstrativ güc və maliyyə mənbələri var. Ona görə də hesab etmək olar ki, «köhnə qvardiya» hakim komandadan uzaqlaşdırılsa belə, ölkənin siyasi palitrası kifayət qədər dəyişəcək və hakimiyyət ciddi qan itircək və daha ciddi, imkanları indiki müxalifədənə yüz dəfələrlə böyük olan bir müxalifətlə üz-üzə qalacaqlar. Yəni güman olunduğu kimi hakimiyyətin yeni sima qazanması gözlənildiyi kimi asan və yumşaq prosses olmayacaq. Çünki Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev davamlı şəkildə hədəfə aldığı qüvvələrin üzərinə hücum etməkdədir. Artıq neçə-neçə yeni faktlar açıqlanıb ki, bu da artıq bir neçə aydır davam edən məlum proseslərin hədəf miqyasının genişləndirilməsi ilə müşaiyət olunur.
Son məqsəd- bəlli bir şəbəkənin darmadağın edilməsi
İlk əvvəl bütün istiqamətləri yalnız Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə kökləyən sabiq rektor, indi yeni hədəflər də nişan verir ki, bu da məsələnin əslində tamam fərqli mahiyyət daşıdığını ortaya qoymaqdadır. Yəni söhbət məlum proseslərin sonucu olaraq təkcə Ramiz Mehdiyevin gedişinə nail olmaqdan yox, həm də bəlli bir şəbəkənin darmadağın edilmə niyyətindən gedir. Bununla bağlı danışan hökumət içindəki qaynaqların iddialarına görə, Elşad Abdullayevin günü gündən sərtləşən çıxışları və açıqladığı videoçəkilişlərin mahiyyətindəki gərgin tempin artan istiqamət üzrə inkişaf etdirilməsi 2013-cü il prezident seçkilərinə hakimiyyətin tamam yeni əhval-ruhiyyə ilə qatılmasıi niyyətini anons etməkdədir: «Diqqət yetirin, bu gün tərəflər bir-birilərinə qarşı əks hücumlarını açıq müstəvidə edirlər. Və elə bir təəssürat yaratmağa çalışırlar ki, guya onların heç birinin baş verənlərə aidiyyatı yoxdur. Amma bəllidir ki, kimlər Ramiz Mehdiyevi vurur və Ramiz Mehdiyev də kimlərə necə cavab verir. AXCP sədri Əli Kərimlinin adı ilə bağlı sui-qəsd planının da səbəbsiz yerə ortaya atılmadığı, Rüstəm İbrahəimbəyovun şəninə təşkil olunan tədbirdə prezidentin etdiyi səmimi çıxışın indiki məqamda boşundan dövriyyəyə buraxılmadığı hər kəsə aydındır». Mənbəmiz bildirir ki, bir-birilərinə döyüşən tərəflərin bundan sonra əlavə şantaj xarakterli faktları ortaya qoyacaqları şübhəsizdir: «Məsələn, bu günlərdə Ramiz Mehdiyevə yaxın məmurlardan birini ifşa edən çox ciddi fakt mətbuata ötürüləcək. Bəlkə də bununla hər şeyə nöqtə qoyulacaq». Mənbəmiz bildirir ki, qarşı tərəfin əks-hücumlarına fürsət verə bilməməsi üçün Ramiz Mehdiyevə qarşı cəbhə açan qüvvələr proseslərin yekununa tələsirlər: «Ola bilsin ki, bir ayın içində bütün məsələlər başa çatsın»…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?