GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Gənc ailələr üçün sosial mənzillərin tikilməsinə yaradılan maneələr

Gənc ailələr üçün sosial mənzillərin tikilməsinə yaradılan maneələr

Tarix: 24-10-2013, 15:48 Bölmə :Maraqlı Baxış: 1 115
Gənc ailələr üçün sosial mənzillərin tikilməsinə yaradılan maneələr
İcmal Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev Azərbaycanda gənclər üçün ucuz mənzillər tikilməsi məsələsini acı bağırsağa bənzədir: “Neçə illərdir ki, elə hey bu barədə danışırlar, amma ortada bir şey yoxdur”deyən ekspert ANS PRESS-in əməkdaşı ilə söhbətində prosesə ciddi maneçiliklər törədildiyini vurğulayır: “Bu prosesi bilərəkdən, ya bilməyərəkdən inkişaf etməyə qoymurlar. Əgər dövlətin imkanı olmasaydı, mən heç nə deməzdim. Axı dövlətin imkanı var… Dindirəndə deyirlər ki, gərək valyuta ehtiyatları gələcək nəsillər üçün qalsın, bəs, bu günkü nəsillər nə etsin? Bu günkü nəsillərin problemi indi həll edilməlidir ki, gələcək nəsillər çətinliklə üz-üzə qalmasın”.

Hökumətin sabiq təmsilçisinin dedikləri əsassız deyil - il yarım qabaq Gənclər və İdman Nazirliyindən ən yüksək səviyyədə bu barədə açıqlamalar verildi, gənclər üçün ilkin ödənişsiz və 0,5% dərəcəli ipoteka kreditləri veriləcəyi bildirildi. Sonradan bu birdəfəlik unuduldu və məsələyə bir daha qayıdılmadı. Bir il keçəndən sonra nazirlik rəsmiləri yenidən gündəmə gənclər üçün tikiləcək ucuz mənzillər məsələsini gətirdilər, amma bu da tutmadı. Sonradan şahmat klublarının və ya dərnəklərin yer alacağı gənclər evlərindən bəhs edildiyi vurğulandı. İndi nazirlikdən gənclərin perspektivdə ucuz mənzillərlə təmini ediməsi barədə heç bir ciddi məlumat almaq mümkün deyil, bu barədə verilən suallar ötür-ötür oyunu ilə hansısa bir məchul sonsuzluğa yola salınır.

Azərbaycanda dövlitən maliyyələşdirdiyi ipoteka prosedurunu həyata keçirən İpoteka Fondunda (AİF) da məsələ ilə bağlı hər hansı bir yeniliyin nəzərdə tutulmasından xəbərsizdirlər. Yəni şərtlər dəyişməz olaraq qalır: Maksimum ipoteka məbləği 50 min manatdır. Adi ipoteka kreditləri illik 8%-lə 25 il müddətinə, güzəştli ipoteka kreditləri isə illik 4%-lə 30 il müddətinə verilir. Adi ipoteka kreditləri üçün alınan əmlakın 20%-i, güzəştli ipoteka kreditləri üçünsə 15%-i qədər ilkin ödəniş tələb edilir.

İlk baxışdan bu çox əlverişli görünə bilər, hər halda, ölkə üzrə kommersiya banklarının verdiyi ipoteka kreditlərinin dərəcələri 15-17% arasında dəyişir və xüsusilə güzəştli ipoteka üzrə 4%-lik dərəcə bundan 4 dəfəyə qədər aşağıdır. Amma məsələni diqqətlə və digər ölkələrin təcrübəsi ilə tutuşduraraq təhlil etdikdə Azərbaycanın ipoteka praktikasının çox əlverişsiz olduğu ortaya çıxır. Bir çox region ölkələrində, məsələn Türkiyədə dövlətin mənzillə təmin etmə proqramının iştirakçıları 15-25 il müddətinə toplam şəkildə yalnız ilkin kredit məbləğini ödəyirlər. Bunun üçün yığcam sahəli ucuz mənzillər tikilir ki, bir ailənin aylıq ödənişi 100-150 dollar ətrafında dəyişir.

Rusiyada isə dövlət üzvlərinin yaşı 35-i keçməyən yeni ailələrə mənzil almaq üçün birbaşa maliyyə yardımı edir. Uşağı olmayan gənc ailə üçün 42 kvadrat metr mənzil nəzərdə tutulur və dövlət həmin mənzilin qiymətinin 30 faizini ödəyir. Ailədə uşaq olduqda isə maliyyə yardımı 35 faizə qalxır. Ailə üzvlərinin sayı 2-dən yuxarı olanda adambaşına 18 kvadratmetr mənzil nəzərdə tutulur və qiymət hesablanması tikinti şirkətinin smetası əsasında həyata keçirilir. Tikinti üçün ərazini dövlət təmin etdiyindən mənzillər ucuz başa gəlir. Gənc ailələr qalan məbləği 3-7%-lik ipoteka krediti kimi də rəsmiləşdirə bilərlər.

Ukraynada da üzvlərinin yaşı 30-a qədər olan gənc ailələr üçün xüsusi ucuz evlr tikilir. 2013-cü ilin birinci yarısında bu ölkədə 2500-ə yaxın gənc ailə mənzillə təmin edilib. Gənc ailələrdən ilkin ödəniş tələb edilmir və kredit illik 3%-lə 30 il müddətinə ipoteka kimi rəsmiləşdirilir. Kreditlər tənha vətəndaşlara, gənc və natamam ailələrə verilir. Burada güzəşt sistemi də var. Əgər ailədə 1 uşaq varsa, o, faizlərdən azad edilir. 2 uşağı olan ailələr əsas məbləğin 25%-dən qurtulmaq imkanı yaradılır. 3 və daha artıq uşağın olması ailəyə kreditin 50%-dən azad olmağa imkan verir.

Azərbaycanda isə tamamilə əks proses gedir. Məsələn, Bakıda 45 min manat qiyməti olan iki otaqlı mənzili güzəştli almaq istəyən ər-arvad və iki uşaqdan ibarət 4 nəfərlik gənc ailənin ilkin ödəniş kimi əlində 7 min manat olmalıdır. Həmçinin aylıq gəliri ən azı 815 manat təşkil etməlidir ki, bu şərtlər əksər gənc ailələri prosesdən kənarda qoyur. Əgər ailə bu şərtləri təmin edərsə, 4%-lik kreditlə 30 il ərzində aldığı 38 min kredit əvəzinə 66 min manat, yəni 1,8 dəfə artıq pul ödəməlidir, çünki aylıq ödəniş 183 manat təşkil edir.

Azərbaycanda güzəştli ipotekaya şamil olunan əhali kateqoriyası yetərincə genişdir - gənc ailələrlə yanaşı hərbi qulluqçulardan tutmuş məcburi köçkünlərə qədər geniş bir spektri əhatə edir. Dövlətin bu ipoteka növü üçün ayırdığı vəsaitlər isə çox azdır - indiyə kimi ildə cəmi 20 milyon manat ayrılırdı, bu il 40 milyon manat ayrılıb. 40 milyon manata orta hesabla 1000 ailə mənzillə təmin edilə bilər. Bunun cəmi bir neçə yüzü gənc ailələrin payına düşür. Ölkə üzrə isə hər il 80 min yeni ailə qurulur, bunun 40 mininin evi olduğu halda 40 mininin mənzilə ehtiyacı yaranır. Mənzil bazarının illik həcminin 20 minin ətrafında dəyişdiyi nəzərə alınarsa, 20 min yeni qurulmuş ailənin evə ehtiyacının təmin edilmədiyi görünür.

Təbii ki, ailələrdən bir qismi də 8%-lik adi ipoteka kreditlərinə müraciət edir ki, onun şərtləri daha ağırdır. Yuxarıda bəhs edilən 4 nəfərlik ailə 45 min manatlıq iki otaqlı mənzili almaq üçün 9 min manat ilkin ödəniş eləməlidir və ən azı 930 manatlıq aylıq gəlirə malik olmalıdır. Ailə götürdüyü 36 min manat əvəzinə 25 il müddətinə 83 min manat, yəni 2,4 dəfə artıq vəsait ödəyir - aylıq ödəniş 278 manata bərabər olur. Göründüyü kimi, heç bir təbii ehtiyatı olmayan Ukrayna ilə müqayisədə neft ixracatçısı Azərbaycanda bu, bir bank soyğunçuluğuna bənzəyir və kommersiya banklarınn səviyyəsinə endikdə bankların əhalidən aldığı vəsaitlər ilkin məbləği 5 dəfə üstələyir. Təbii ki. əhali bu cür ağır şərtləri olan ipotekanın altına girə bilmir və hər il evsizlər ordusunun üzərinə daha 20 min ailə əlavə olunur. Müstəqil hesablamalara görə, Azərbaycanda 700 minə yaxın ailənin evi yoxdur ki, bu, ölkə üzrə ailə təsərrüfatlarının 35%-dən çoxdur.

Vəziyyət ildən ilə ağırlaşır və bu, əksər ekspetlərə məlumdur. Lakin buna baxmayaraq, vəziyyətin düzəldilməsi istiqamətində heç bir addım atılmır. Yalnız bəzi millət vəkilləri hərdən bir bu istiqamətdə vəziyyəti yüngülləşdirmək barədə çağırışlar edir. Bu yaxınlarda millət vəkili Asəf Hacıyev də belə bir təkliflə çıxış etmişdi. Millət vəkilinin ANS PRESS-ə verdiyi məlumata görə, onun təklifi ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişlərin ləğv edilməsi və verilən mənzillərin özünün girov sayılması ilə bağlıdır.

Göründüyü kimi, hətta bu təkliflər hətta həyata keçsə belə, Azərbaycan ipotekasına sosial mahiyyət qazandıra bilməz və bankların dövlət vəsaitləri hesabına əhalidən əsassız şəkildə aldığı izafi pulların ləğv edilməsinə xidmət etməz. Daha tutarlı addımlara ehtiyac var. Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev bir çox yüksək çinli məmurların belə addımlara mane olduğunu vurğulayır: “Bankların “krışa”ları elə yuxarıda oturanlardır, bankların sahibləri hamısı yüksək çinli dövlət məmurlarıdır. Bu ipotekanı da onlar ortaya atdılar. 90-cı illərin ortalarında biz Almaniya təcrübəsini öyrənirdik, neft gəlirlərini əldə edəndən sonra bu təcrübəni tətbiq etmək istəyirdik. Almaniyada mənzilləri 15 il müddətinə borca verirlər, dövlətin xərclədiyi pullar geri qayıdandan sonra mənzil gənc ailənin mülkiyyətinə keçir. Banka isə yalnız xidmət haqqı kimi ödənilən məbləğin 0,5%- çatır, dövlət isə öz məbləğini faizsiz verir”.

Oqtay Haqverdiyev bu istiqamətdə radikal addımlar atmağı, gənclər üçün faizsiz borca verilən ucuz evlərin tikilməsini vacib sayır: “Bu istiqamətdə ildə 1 milyard manat ayrılsa, problemi 3-4 ilə həll etmək olar. Zənnimcə, bu işə dövlət başısı özü qarışmalıdır. Əks halda, bu məmurlar öz maneəçiliklərindən qalmayacaqlar”,- deyə iqtisadçı-ekspert vurğulayır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan gəncləri üçün böyük tələ

    Azərbaycan gəncləri üçün böyük tələ ...

    29-10-2013, 10:43

  • 
  • Oqtay Haqverdiyev: "Bu, manatın real qiymətidir"

    Oqtay Haqverdiyev: "Bu, manatın real ...

    21-12-2015, 14:48

  • 
  • Evsizlərə şad xəbər

    Evsizlərə şad xəbər ...

    19-08-2015, 11:33

  • 
  • Gənclər sektoru irəli gedir, yoxsa geri?

    Gənclər sektoru irəli gedir, yoxsa geri? ...

    28-03-2016, 15:31

  • 
  • 9 ay əvvəl tikilən “Gənclər evi” uçur

    9 ay əvvəl tikilən “Gənclər evi” uçur ...

    14-01-2014, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu