GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Şirindil qız, fokus göstərən gənclər....” - Araşdırma

“Şirindil qız, fokus göstərən gənclər....” - Araşdırma

Tarix: 10-11-2013, 18:14 Bölmə :Maraqlı Baxış: 835
“Şirindil qız, fokus göstərən gənclər....” - Araşdırma


“Səhiyyə Nazirinin evi 3900 manatlıq tozsorandan üçünü aldı. İşlətməsə də, bəzək üçün.”


Yəqin ki, çox işi görmək qabiliyyəti olan tozsoranlar haqqında eşitmisiz. Bu tozsoranlar açıqda satıldığı qədər, gizli şəkildə də evləri gəzir və insanların ağlını başından aldıqdan sonra fantastik qiymətə ev yiyəsinə sırınır. Bəli, sadə görünsə də, qat-qat bahalı qiymətlə insanlara satılan bu məhsulun arxasında bilmədiyimiz gizlinlər var. “Qafqazinfo” üçün apardığım araşdırma ortaya maraqlı faktlar çıxarır. Qanunu bol ölkədə illərdir, açıq-aşkar insanların aldadılması isə heç təəccüb doğurmur. Əvvəlcədən deyim ki, qeyd etdiklərimın məqsədi kiminsə çörəyinə bais olmaq deyil, sadəcə haram qazancla məşğul olan insanlardan elə insanların özünü qorumaqdır. Məlumatlı olun və aldanmayın!

“Şirindil qız, fokus göstərən gənclər....”

Əvvəllər dəfələrlə evlərə gəlib kiminsə xalçasını pulsuz yuyan, divanını, döşəyini təmizləyən firmaların nümayəndələri haqqında eşitmişdim. O qədər istədim ki, öz başıma da gəldi. Sözsüz ki, bunu arzulamaqda məqsədim havayı işin arxasında nələrin dayandığını bilmək idi. Budur, günlərin birində, döyülən qapımızı açdım. Qarşımda mehriban, şirindil və “dilotu yemiş” bir gənc qızla rastlaşdım. Qız verdiyim suallardan yayınaraq, yalnız evə daxil olmağını istəyirdi. Etiraz etmədim. Nə isə... Qız həmin məşhur tozsoranın antiallergik və çoxfunksiyalı olduğunu dəfələrlə təkrarlasa da, qiymət və ödəniş barədə heç nə demədi. Məndən səbirli olmağımı istədi. Razılaşdıq. Bir neçə saat sonra “dilotu yemiş” qız arxasında da bir neçə gənc oğlanla gəldi. Qız daha çox reklam işinin olduğunu bildirdi. Belə çıxdı ki, insanlardan evə daxil olmaq iznini bu qız alır. Daha sonra əsas komanda gəlir. Evə əlində iri çomadanla daxil olan gənc( digər gənc yeni idi, o hələ “fırıldaq dərsi”ni öyrənirdi) təmizləyəcəyi otağın yerini öyrəndi. Avadanlıqlarını çıxaran, satış təmsilçisi deyilən şəxs( adını vermək istəməzdim) əvvəlcə bizə çoxfunksiyalı tozsoran haqqında məlumat verdi. “Kirby” tozsoranların elə bu adda amerikalı kişi tərəfindən kəşf olunduğunu( böyük “kəşf”), tozsoranın təkcə təmizləmək qabiliyyətinin olmadığını, həm də massaj etmək, xalça yumaq, döşək çırpmaq gücünün olduğunu bəyan etdi. Gənc oğlan reklam işini xüsusi məharətlə görürdü. Xalçadan, divardan çıxan tozları az qala gözümüzə “soxurdu”, tez-tez də “uşaqların, özünüzün sağlamlığını istəyirsinizsə, bunu mütləq alın”, deyirdi. Gənə (kleş) təsviri olan şəkilləri bizə paylayıb, sən demə bizim gözəgörünməyən gənə içində yaşadığımızı heyrətlə bildirirdi. Uzun sürən reklam işinin sonunda əsas məsələyə gəldik. Özü də, oğlan tozsoranın qiymətini üzümüzə yox, vərəqdə təqdim etdi. Qiymət də ki, 3900 manat. Bu rəqəmi görən sadə insan necə təəccüblənməz ki? Amma satış təmsilçisi bizi psixoloji cəhətdən yumşaltmağa çalışdı və “tələsməyin, ilkin ödənişdə şərtlərimiz var”, dedi. Bilirsiz, ilkin ödəniş nə qədərdir? Güya endirimlərdən sonra 1900 manat olub. Həmin gəncə Azərbaycanda minimum əməkhaqqının nə qədər olması haqqında sual verdim. Oğlan isə bilməsə də, özünü sındırmadı. Hazırcavablıq edib, “biz bunu ucuz satsaq hamı alar, baha satırıq ki, imkanlı ala bilsin”, dedi. Ona bu “məntiq”in əzbər edildiyi hər halından bəlli olurdu. Daha sonra oğlan ayda on dənə, bəzən də çox satdığını, əvəzində isə əməkhaqqından əlavə 1000 manat bonus aldığını bildirdi. Yaxşı işçinin xaricə gedib dincəlməyinin mümkünlüyünü dedi. Qarşısındakıların malı alması üçün “min dil tökdü”. Üsul və vasitələrinin heç cür “işləmədiyini” yəqin edəndə, başağrısı tutdu, hətta verdiyim dərmanın ağına-bozuna baxmadan mədəsinə göndərdi. Satış menecerinin mədəniyyətinə, nəzakətinə söz ola bilməzdi, gənc oğlanın peşəkarlığı, pul hərisliyi də sözsüz var idi. Dediyinə görə, həmin gün ərzində bizim yaşadığımız binada bir nəfər nəğd qiymətə tozsorandan birini almışdı. Buna heç təəccüblənmədim. Normal, sadə həyat tərzi keçirən insanın evində bu pulun olması və belə “fərasətli” tozsorana bir dəfədə 3900 manat sayması qeyri-mümkündür. Bunu alanlar içində əlbət ki, rüşvətxoru da, haramzadası da olmalıdır.

“Səhiyyə Nazirinin evinə girə bildik, üç tozsoranı aldılar”

Evimizdə olduğu müddətdə satış təmsilçisi olan gənc özü də bilmədən maraqlı məsələlərdən danışdı. Dedi ki, ən çox məhsulları şəhərin Gənclik deyilən ərazisində(varlılar məhləsi) satıblar. Hətta Səhiyyə Naziri Oktay Şirəliyevin villasına daxil ola biliblər. Əvvəlcə bu faktın dəqiq olduğuna şübhə ilə yanaşdım. Səhiyyə Nazirinin alış səviyyəsini bizimki ilə müqayisə etmək də ağılsızlıq olardı. Amma bu da onlar üçün tutarlı reklam idi. Bəs Səhiyyə Nazirinin evinə daxil olmaq necə baş tutdu? Həmin gənc bunları dedi: “ Bizim işdə şirindillik vacib məsələdi. Bunun üçün xüsusi qız və oğlanlar seçilir. Elə Səhiyyə Nazirinin də evinə bu yolla daxil ola bildik. Evin dirəkləri və lifti gümüşdən idi. Evdə bir neçə xalçanı yuduq, təmizlik işləri apardıq. Sağolsunlar, bizdən üç tozsoran aldılar. Oktay müəllimin xanımı mehriban qadın idi, qulluqçular olsa da tozsoranı elə bəzək üçün aldılar. Biz heç kəsi incitmirik. Tozsoran barədə əvvəlcə alıcını ələ alıb təəccübləndiririk, sonra inandırırıq.” Deyilənə görə, “Kirby”-nin satışında adam olub ki, maşınını satıb və ya da qızıllarını pula çevirib. Tozsoranı almaq üçün çalışıblar.

Tozsoranlar ancaq ev marketinqi yolu ilə satılır, Səbəbsə.....

Baş verənlərdən sonra Kirby tozsoranlarının kim tərəfindən satıldığı barədə araşdırmaya başladım. Məlum oldu ki, adı çəkilən tozsoranlar 2006-cı ildən(işçisi isə 9 il deyir) fəaliyyət göstərən Lux Life Group( “luks həyat” qrup) adlı şirkət tərəfindən satılır. Başqa sözlə, şirkət mallarını ancaq ev marketinqi yolu ilə-evləri gəzərək satır. Əslində buna sırımaq, insanları hipnoz edib satmaq desək daha doğru olardı. Çünki eyni funksiyalı tozsoranların qiyməti bazarda 300-550 manat arasında dəyişir. Tozsoranın öz markası isə 2000 manata satılır. Evləri dolaşan gənclər isə bu malı dəfələrlə baha qiymətə təklif edirlər. Səbəbsə məhsulların sırf ABŞ istehsalı olduğu gətirilir. Tozsoran aldıqdan sonra qaytarılmır, 40 illik zəmanəti var, hissələri kosmonavtların geyimi hazırlanan materialdan istehsal olunub. Hər hansı bir yardım olsa yalnız verilmiş telefonla əlaqə saxlamaq olar. Şirkətin ofislərinin yeri gizli( göstərilən ünvanda tapmadım) saxlanılır. Tozsoranı alanlar şirkətə gələ bilməzlər, ödənişi banklar vasitəsiylə həyata keçirə bilərlər. Deyilənə görə, pul daha çox İran Banklarının buradakı filialları vasitəsiylə ödənilir, şirkət sahibləri dindar adamlardır, faiz söhbəti etmirlər. Bu qiymətdə ev, məişət əşyasını satanların “vicdanlı” olmasından irəli gəlir.

Başqa bir məsələ də var ki, internet şəbəkələrdə şirkətdə vakant yerlərin olduğu bəyan olunur, 18-30 yaşlı gənclərə iş təklif olunur. İşçilərə xüsusi təqlidlər, alıcını ovsunlamaq dərsləri keçirilir. Bacarıqlı olmayan, satış cədvəlini doldura bilməyən avtomatik işdən azad olunur. Bu da, gənclərimizə açılan “fürsətlər”dir. Bizim gənclərə kələk, fırıldaq və insanların halal və ya haram yolla qazandıqları pullu mədəni şəkildə “oğurlamaq” öyrədilir. Əhsən.

Hazırda “Kirby” şirkətinin(1914-cü ildən) baş ofisi ABŞ-ın Klivlend şəhərindədir. Azərbaycanda bu məhsulu təbliğ edən şirkət rəhbərliyinə gəldikdə isə deyilənə görə, bu tozsoranları ölkəyə iki qardaş gətirir. “Kirby-Azərbaycan” öz distribyutorluq fəaliyyətinə görə 80 ölkə arasında həmişə qabaqda olub. Qabaqcıl şəxs kimi Fərid Najiyev adlı şəxs göstərilir.

“Belə satış quranların arxasında böyük adamlar durur”

Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsüynov da narahatdır. Eyyub müəllim deyir ki, bir müddət əvvəl bunabənzər problemlə bağlı şikayət olmuşdu. “Həmin tozsoranın işi beləydi ki, tozsoran gün ərzində evdə olan tozları sovurmaq qabiliyyətinə malik idi. Tozsorana bərkidilmiş qabın içindəki suyun getdikcə qaralması məişət texnikasının “möcüzəsi”ni göstərirdi. Həmin şikayətçi qadına tozsoran 4000 manata satılmışdı. O, isə bir az sonra aldığı məhsuldan narazı qalmışdı. Mən maraqlandım, hətta Almaniyada həmin tozsoranı satan şirkət nümayəndələri ilə görüşdüm. Məlum oldu ki, bu tozsoranın satış qiyməti 300 avrodur. Ümumiyyətlə, indi bir çox ölkədə olduğu kimi bizdə də, müxtəlif markada olan məhsular imitasiya olunaraq satışa çıxarılır. Ev marketinqi ilə insanlar aldadılır. Səbəbsə, qanunsuz, gizli fəaliyyət yolu ilə küllü miqdarda pul qazanmaqdır. İnsanlar məlumatlanmalı və belə fırıldaqçılara inanmamalıdırlar.”

Ekspert qismində çıxış edən və məişət cihazlarının emalı üzrə mütəxəsis Əsəd müəllim də insanları diqqətli olmağa çağırır. Onun sözlərinə görə, tozsoranın bu qiymətə satılması absurddur. Nə qədər bahalı material və hissələri olsa belə, bütün tozsoranlardakı funksiya oxşardır. “Qaldı ki, insanlara bu qiymətə məişət əşyasının satılmasına, həmin şirkət istehlakçı hüquqlarını və qanunları kobud şəkildə pozur və əlbət ki, bunu edənlərin arxasında böyük adamlar durur.”

Bəs havada olan tozdan və ya yataqdakı gözəgörünməz gənələr, mikroblardan bir tozsoranla can qurtarmaq olarmı? Allergioloq Sevda xanımsa deyir ki, mikroblardan birdəfəlik can qurtarmaq mümkün deyil. “Onlar təbiətin özündə, evdə hər yerdə var. Müntəzəm təmizlik, gigiyena ilə mübarizə aparmaq olar. Belə tozsoranın işinə isə şübhəylə yanaşıram.”

Dünyanın bir çox ölkəsində eləistehsalçı olan ABŞ-da “Kirby”-yə qarşı ittihamlar olub. Təkcə 1998-2001-ci ildə ABŞ-ın Alabama ştatında 100-dən çox məhkəmə çəkişməsi olub.

Onu da qeyd edim ki, Rusiyada da “Kirby” tozsoranı ilə bağlı dəfələrlə qalmaqal baş verib. İddiaçı tərəf olan alıcılar tozsoranın heç də trend, luks olmadığını faktlarla sübut etmişlər. Buna baxmayaraq “Kirby”-yə uduzmuşlar. Rusiya telekanalının nüfuzlu “İnsan və Qanun” verilişi də vətəndaşları xəbərdar edib.Tozsoranın “qabiliyyəti” barədə bu video çarxdan da məlumat əldə edə bilərsiz. Yəqin ki, şirkətin və aidiyyatlı dövlət orqanlarının da deməyə sözü olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra nümayəndəsi qız qaçırdı

    İcra nümayəndəsi qız qaçırdı ...

    17-01-2014, 11:54

  • 
  • 12 yaşlı qız özünü partlatdı

    12 yaşlı qız özünü partlatdı ...

    17-05-2015, 16:04

  • 
  • Gəncədə məktəbli qız özünü 13-cü mərtəbədən atdı

    Gəncədə məktəbli qız özünü 13-cü mərtəbədən atdı ...

    29-03-2015, 14:50

  • 
  • ABŞ-da maraqlı araşdırma: İngilislərin atası Türklər

    ABŞ-da maraqlı araşdırma: İngilislərin atası ...

    8-05-2013, 23:45

  • 
  • Zibil atmağa gedən 17 yaşlı qızı insanların gözü qarşısında zorladılar

    Zibil atmağa gedən 17 yaşlı qızı insanların gözü ...

    10-01-2015, 21:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu