GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar - SİYAHI, QİYMƏTLƏR

Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar - SİYAHI, QİYMƏTLƏR

Tarix: 12-01-2022, 11:48 Bölmə :Maraqlı Baxış: 774


Həkimlər hesab edir ki, ölkəmizdə cərrahi əməliyyatların qiyməti qat-qat ucuzdur, xaricdə müalicənin nəticəsi heç də həmişə yaxşı olmur

Azərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları da daxildir.

Lakin hələ ki ölkədə ən bahalı əməliyyat - orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.

Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları - ürək, böyrək, qaraciyər tez sıradan çıxmağa başlayıb.

Medicina.az hazırda Azərbaycanda qiyməti “dodaq uçuqladan” bahalı əməliyyatların siyahısını hazırlayıb.

Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.

ORQANLARIN TRANSPLANTASİYASI: insanlığın xilası, yoxsa orqan mafiyasının  çiçəklənməsi? » YeniSözçü qəzeti

Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır:

- Qaraciyər köçürülməsi - 35-40 min manat (donor canlıdan və ya xəstənin ailə üzvü, qohumundan olur);

- Böyrək köçürülməsi - 15-18 min manat.

Xərçəng xəstəliyi. Onkologiya. Onkoloqlar | Azərbaycan Tibb Ensiklopediyası

Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:

- beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) - 10-15 min manat;

- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı - 7-9 min manat;

- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat.
Travmatoloji əməliyyatlardan:

- Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - bir oynaq 6000-7000 - iki oynaq 10-12 min manat;

- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi - hər fəqərə arası sahə üçün - 2500 manat - 4-5 fəqərə 8-10 min manat.

Varikoz damar cərrahiyyəsi

Damar əməliyyatları - invaziv, qeyri-invaziv:

- Beyin anevrizması, damar yırtılması - 9-10 min manat;

- Damar angioplastikaları - aşağı, yuxarı ətraflara stendin qoyulması - bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat;

- Beyində stend yerləşdirilməsi - bir stent 3-4 min manat.

Azərbaycanda ürək əməliyyatları çoxalıb

Ürək əməliyyatları:

- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3 min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq - 8-10 min manat;

- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar - 9-14 min manat;

- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə - 7-9 min manat.

Mədə kiçiltmə əməliyyatı - bariatrik cərrahiyyə - 5-6 min manat. Qiymət əməliyyat zamanı istifadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s. bu kimi alətlərin sayından asılıdır;

Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. - bir oynaq 3-4 min - ikisi 6-7 min manat.

Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-3 min manat ucuz və ya baha ola bilər. Bəs qeyd olunan qiymətlər nə qədər real və bahadır?

Bəzi ekspertlər qeyd edir ki, ölkəmizdə cərrahi əməliyyatlar, hətta müayinə və müalicələr digər ölkələr ilə, o cümlədən qardaş Türkiyə və Rusiya ilə müqayisədə daha ucuzdur. Xüsusən də onkoloji əməliyyatların qiyməti Türkiyədə az qala 10 dəfəyə yaxın bahadır. Bir neçə il əvvəl Gürcüstan və İranda cərrahi əməliyyatlar daha ucuz olsa da, hazırda həmin ölkələrdə də qiymətlər xeyli artıb.

Qiymətlərin baha olmasının digər səbəbi isə əməliyyat zamanı istifadə olunan ləvazimatların, dərmanların hamısının xarici ölkələrdən yüksək qiymətə gətirilməsi ilə əlaqələndirilir. O da məlumdur ki, demək olar ki ölkəmizdə heç bir tibbi ləvazimat istehsal olunmur.
Tanınmış cərrah Elnur Mehrəli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Cərrahi əməliyyatlarda biz həm fiziki həm də zehni əziyyət qoyuruq. Fiziki əziyyət dedikdə ayaqüstə durmağı, fiziki dedikdə isə əl işlərinin görülməsi, zehni işlədib əməliyyatların icra metodunu həyata keçirməyi nəzərdə tuturam.

ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH | Azərbaycan Tibb  Ensiklopediyası

Qiymətlərin isə çox da bahalı olduğunu qəbul etmirəm. Məsələn, ola bilər ki, digər ölkələrlə, o cümlədən İran və Gürcüstanda olan qiymətlərlə müqayisə edib, qiymətlərin bahalı olduğunu deyirlər. Amma unutmasınlar ki, İranın, Gürcüstanın özündə də ən yaxşı həkimlərin, cərrahların qiymətləri tam fərqlidir. Eləcə də Ukrayna, Rusiyada qiymətlər daha bahadır, nəinki bizim ölkəmizdə.
Daha bir məsələ, cərrahi əməliyyatlarda istifadə olunan ləvazimatların xarici ölkələrdən gətirilməsi də qiymətə təsir edir. Adi stendlər, onların materialları, təkcə burun əməliyyatı üçün istifadə olunan gipslər, tikiş saplarının özü xarici ölkələrdən gətirilir. Onların qiymətləri dəyişdikcə qiymətlər də qismən dəyişməyə başlayır".

Elnur Mehrəli qeyd edib ki, xarici ölkələrə üz tutan azərbaycanlı pasiyentlərin əksəriyyəti heç də uğurlu nəticə ilə geri dönmür: “Burada insani meyar da öz təsirini göstərir. Xarici ölkələrdə heç də əcnəbi vətəndaşlara, yad ölkənin insanına ürək yanğısı ilə, insaflı, alicənab, diqqətli yanaşılmır, bunu etiraf etmək lazımdır. Ona görə də dəfələrlə olub ki, pasiyentlər qüsurlu şəkildə bizə üz tutublar. Deyə bilərəm ki, son illərdə əhalimiz daha çox öz həkimlərinə etimad göstərir”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da mövzu ilə bağlı danışıb: “Qeyd olunan qiymətlər əməliyyatların ağırlıq dərəcəsi və icra olunarkən istifadə olunan ləvazimatlar, müraciət olunan klinikanın statusuna görə dəyişir. Ümumilikdə isə dünyanın hər yerində ciddi cərrahi əməliyyatların qiyməti bahadır. Məsələ burasındadır ki, inkişaf etmiş ölkələrdə bu cür əməliyyatlar sığorta ilə tənzimlənmiş şəkildə həyata keçirilir. Yəni xəstələr adətən öz cibindən ödəmir. Orqan köçürməsi və digər ağır əməliyyatlar sığortanın hesabına həyata keçirilir. Və yaxud pasiyent öz istəyi ilə özəl klinikaya müraciət edib, öz cibindən ödəniş edə bilər.

O ki qaldı qiymətlərin həkimlərə görə dəyişməsi, dünyanın bütün ölkələrində də belədir. Yəni həkimin təcrübəsi, nüfuzu daha yüksək olanda qiymət də fərqli olur. Lakin məlum olduğu kimi, artıq ölkəmizdə də icbari tibbi sığorta əhəmiyyətli dərəcədə xeyli sayda ciddi əməliyyatların ödənişini öz öhdəsinə götürməyə başlayıb. Bununla da ehtimal etmək olar ki, yaxın zamanlarda digər problemlər də öz həllini tapacaq və vətəndaşlarımız icbari tibbi sığorta sayəsində ödənişsiz olaraq, keyfiyyətli şəkildə əməliyyat xidmətlərindən istifadə edəcək. Qiymətlərlə bağlı bir məsələni də qeyd etmək istərdim ki, Türkiyə ilə müqayisədə ölkəmizdə cərrahi əməliyyatların qiyməti qat-qat ucuzdur".

ккк.JPG (21 KB)

Həkim-ginekoloq Rəşad Sultan da ölkəmizdə cərrahi əməliyyatların qiymətlərinin heç də bahalı olmadığını dedi: “30 il əvvəl bazar iqtisadiyyatına keçmişik. Bazar iqtisadiyyatı da o deməkdir ki, qiymətləri bazar müəyyən edir. Ona görə də hansısa sənətkar öz əsərinə fərqli qiymət qoyursa, bu onun tam haqqıdır. Bu baxımdan səhiyyədə də, məncə, həkimin öz əməyinə görə müəyyən bir dəyər seçməsi öz haqqıdır. Necə olur ki, kimsə öz evini baha qiymətə satanda onu günahlandırmırıq, eləcə də bu məsələdə həkimləri günahlandırmaq olmaz.

Beləliklə, “niyə həkim filan əməliyyatın qiymətini baha qoyub demək lazım deyil, demək lazımdır ki, niyə icbari sığortamız hələ də bu xidmətləri xidmət paketinə daxil etməyib. Belə olan təqdirdə həkim də, xəstə də razı qalar. Türkiyədə həm sığorta, həm də özəl sistem var. Məsələn, kimisə dövlət xəstəxanasında dövlətin hesabına göstərilən xidmətdən razı qalmazsa, özəl xəstəxanaya müraciət edir, əməliyyat etdirir və yaxud müalicə alır. Hətta Türkiyədə qiymətlər bizdəkindən daha qat-qat bahadır.

Bizim vətəndaşımız Türkiyədə bəzən 10 qat baha qiymətə əməliyyat olunur, şikayəti olanda heç səsini də çıxarda bilmir, ağırlaşma ilə geri dönür, amma öz həkimlərimizə gəldikdə dəyər vermək istəmir, “niyə pulsuz müalicə etmirsiniz” deyirlər. Biz axı 5-6 il ona görə oxumamışıq ki, pulsuz iş görək. Hamı işə pul qazanmağa gedir. Mən yarıac-yarıtox Ankaraya imtahanlara gedəndə heç kim gəlib cibimə beş qəpik salmayıb, amma indi deyirlər ki, pulsuz iş gör..."


Gundemxeber.Az


.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ən riskli və bahalı əməliyyatlar

    Azərbaycanda ən riskli və bahalı əməliyyatlar ...

    27-11-2017, 11:38

  • 
  • “Ən bahalı ətrim 8400, ən ucuzu isə 1500 manatdır”

    “Ən bahalı ətrim 8400, ən ucuzu isə 1500 manatdır” ...

    6-12-2014, 01:41

  • 
  • Ən bahalı evlər satılan ölkələr: SİYAHI

    Ən bahalı evlər satılan ölkələr: SİYAHI ...

    22-08-2017, 17:23

  • 
  • Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon

    Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 ...

    28-03-2017, 23:10

  • 
  • İngiltərədə dünyanın ən bahalı velosipedi hazırlanıb

    İngiltərədə dünyanın ən bahalı velosipedi ...

    16-12-2014, 11:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu