GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Göz xəstəxanasında göz-görəsi pulgirlik

Göz xəstəxanasında göz-görəsi pulgirlik

Tarix: 11-11-2013, 14:05 Bölmə :Maraqlı Baxış: 1 443
Göz xəstəxanasında göz-görəsi pulgirlik
Səhiyyə Nazirliyi “müayinə, müalicə, əməliyyat pulsuzdur” deyir, xəstəxana isə...

“Uşaq 3 yaşında olanda bildik ki, gözləri zəif görür. 5 ildir Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun xəstəxanasında müalicə alır. Həkimlər deyirlər ki, gözün zəifliyi irsidir, buna görə də müalicə effekt vermir”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində göz xəstəxanasında müalicə alan 8 yaşlı Məhəmmədin anası Arzu Quliyeva deyir.

A.Quliyeva söyləyir ki, balaca Məhəmmədin bir kurs müalicəsi 200 manata başa gəlir: “Hər kurs müalicədə soğan kimi soyuluruq. Daha çox aparatlara, bir də dərmanlara pul xərcləyirəm. Həkim müayinəsinə 20 manat verirəm. Sonra aparatlar vasitəsilə gözdibi, bəbək, gözün ölçüsü yoxlanılır. Hər aparata da 15-20 manat ödəmək lazım gəlir. Bundan sonra aparatlarla müalicə yazılır. Bu aparatla müalicənin qiyməti isə 50 manatdır”.

Söhbətə qapının yanında dayanan digər xəstə yaxınları da qatılır.

“Mənim nəvəmin gözlərində zəiflik var. Bir gözündə isə anadangəlmə çəplik hiss olunur. Hər dəfə müalicə üçün yazılan dərmanlara ən azı 100-150 manat ödəyirik. Baxırsan ki, ancaq vitaminlər yazıblar. Guya ki, gözdibi hüceyrələrin inkişafı üçün vacibdir” - deyə 6 yaşlı nəvəsinin müayinə otağından çıxmasını gözləyən Sürəyya nənə bildirir.

Onun sözləri çoxlarının ürəyindən olur. Nənəyə sual ünvanlanır.

- Bəs bilmirsiniz niyə bahalı dərmanlar yazırlar? - deyə balaca oğlunun əlindən tutub növbə gözləyən ata Sürəyya nənənin dediklərinə bir qədər əsəbi reaksiya verir.

Onun suallarına cavab verilməsə də çoxları təsdiq əlaməti kimi başını yelləyir. Ata davam edir:

- Hamısı firmalarla işləyirlər. O gün deyirəm ki, ay həkim, Rusiyanın dərmanlarını yazın. Axı Səhiyyə Nazirliyi də deyib ki, firmalarla işləməyin. Deyirlər ki, yox, bahalı dərmanlar keyfiyyətli olur. Səhər tezdən xəstədən çox firma nümayəndələri olur burada. Hər dəfə reseptə 50-60 manat xərcləyirəm. Eynəyin də təkcə şüşələrinə 50 manat vermişəm. Hələ yaxşı ki, həkimini dəyişdim. İndi uşağa Tamella həkim baxacaq. O, başqaları kimi acgöz deyil.

Bu arada Sürəyya nənə də həkimini tərifləməyə başlayır:

- Nigar xanım da yaxşı həkimdir. Hər gün 100-dən çox adam qəbuluna yazılır. Pul versən də, verməsən də bir söz demir. Amma müsəlmançılıqdır, aparatla baxanda hörmət etmək lazımdır. İnsafən, nəvəmin gözləri çox yaxşılaşıb. Bir də 50 manat həkimə yox, aparata verilir.

Öyrənirik ki, əksəriyyətin “aparat” dediyi şüa terapiyasına 50 manat xərcləndiyi iddia olunsa da ödənilən vəsaitin müqabilində çek verilmir. Xəstələrə yalnız 10 günlük müalicə üçün göndəriş yazırlar.

...Xəstəxanada baş verənləri müzakirə edən xəstə yaxınlarını hirslə süzən tibb bacısının gəlişi hamını susdurur.

Xəstəxananın bu şöbəsindən uzaqlaşırıq. Amma öyrənirik ki, bu şöbədə müasir avadanlıqlar vasitəsilə ultrason, biokimyəvi, elektrofizioloji, kompüter tomoqrafiyası, nüvə-maqnit rezonansı ilə müayinə və müalicələr aparılır. Lakin xəstələrin sözləri ilə ifadə etsək, gərək əlin cibində olsun.

Xəstəxananın digər korpusuna gedirik. Bayaqdan bəri bizi izləyən mühafizə xidmətinin əməkdaşlarından yayınıb (yeri gəlmişkən, həmin xəstəxanada jurnalistə “birtəhər” baxırlar, onlara foto və videoçəkiliş aparmağa icazə verilmir, hər halda bizə bu icazə verilmədi-müəl.) bu dəfə də əməliyyatlarla maraqlanırıq.

Atasının əməliyyat olunduğunu deyən Zərdab rayon sakini Nəcibə Məmmədova indiyədək 800 manat xərclədiklərini söyləyir: “Hər iki gözünə “mirvari suyu” (katarkat) gəlmişdi, üstəlik şəkər xəstəsidir. Sağ olsunlar, qiymətlərdə endirim etdilər. 800 manat verdik, deyirlər, əməliyyat yaxşı qurtarıb”.



Elçin Qəmbərov da atasının əməliyyat olunduğunu bildirir, lakin müsahibim əməliyyatdan narazı qalıb: “Atamın 76 yaşı var. Əvvəl deyirdilər ki, əməliyyatdan sonra görəcək. Amma indi deyirlər yaş öz sözünü deyib, görməsi bərpa olunmaya da bilər. Əgər görməyəcəkdisə, bəs məni də, yazığı da niyə əziyyətə salırdılar? Mən hələ indiyədək xərclədiyim pulları demirəm. Atam 145 manat təqaüd alır. Amma əməliyyata 1000 manata yaxın pul xərcləmişəm”.

Xəstə yaxınlarının şikayətini bizimlə birgə dinləyən həkimlərə yaxınlaşırıq. Əvvəlcə əməliyyatla bağlı suallarımıza cavab almaq istəyirik. Cavabları belə olur: “Sizin xəstənizin şikayəti nədir? Əməliyyatın qiymətini həkim müəyyənləşdirir. Gətirin xəstəyə baxsınlar, bəlkə heç əməliyyata ehtiyac qalmadı...”

Amma jurnalist olduğumuzu biləndən sonra xəstəxanaya dair bütün suallarımızı yalnız Səhiyyə Nazirliyinin icazəsindən sonra cavablandıra biləcəklərini deyirlər və qapını göstərirlər...

Əslində onlar da bilməmiş deyillər ki, “görünən kəndə bələdçi lazım deyil”. Başqa sözlə, suallara veriləcək cavablar aydındır. Amma biz bu xəstəxana ilə bir daha əlaqə saxlayıb nazirliyin ona icazə verib-verməyəcəyini dəqiqləşdirməyə çalışacağıq. Çünki bu pullu xidmət məsələsinə nəhayət ki, aydınlıq gətirilməlidir. Bu səhiyyə ocağı dövlət xəstəxanası olaraq Səhiyyə Nazirliyinin tabeliyindədir. Nazirliyin tabeliyində olan səhiyyə ocaqlarında isə əhaliyə xidmət pulsuzdur...

Bunu virtualaz.org saytına açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli də söyləyir: “Dövlət xəstəxanalarının hamısında, o cümlədən göz xəstəxanasında bütün və hər cür müayinə, müalicə və əməliyyatlar pulsuzdur. Səhiyyə nazirinin bununla bağlı xüsusi əmri də var”.

Şərhsiz...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    14-01-2014, 15:43

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    10-01-2014, 16:16

  • 
  • Taleyin ümidinə buraxılan xəstələr

    Taleyin ümidinə buraxılan xəstələr ...

    2-05-2014, 09:37

  • 
  • Sumqayıt xəstəxanasında FACİƏ - Xəstə özünü binadan atdı

    Sumqayıt xəstəxanasında FACİƏ - Xəstə özünü ...

    30-04-2016, 11:08

  • 
  • Oqtay Şirəliyyevin səhiyyə sistemində daha bir rüsvayçılıq

    Oqtay Şirəliyyevin səhiyyə sistemində daha bir ...

    16-12-2012, 13:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (297)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu