GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Doğum evlərindəki gerçək körpə bazarı

Doğum evlərindəki gerçək körpə bazarı

Tarix: 18-11-2013, 20:38 Bölmə :Maraqlı Baxış: 1 665
Doğum evlərindəki  gerçək körpə bazarı
- Sağ-salamat qurtarsın, xala...

- Sağ ol, ay bala. Daha səbrimiz də kəsildi, səhərdən gözləyirik...

...Bura yığışan hər kəsin üzündə narahatlıq, həyacan, nigaranlıq var. Hamı qapının o üzündən xəbər gözləyir. Dünyaya körpə gələcək, bir ailəyə özü boyda sevinc gətirəcək. Övlad yolu gözləyən neçə gənci, nənə-baba, xala-bibi, əmi-dayı olacaq neçə cavanı, qocanı sevindirəcək. Amma...

Amma indi hər doğulan uşaq özü ilə təkcə sevinc gətirmir, özündən qat-qat böyük problemlərlər də gətirir.

Virtualaz.org saytının əməkdaşları 1 saylı Tibbi Klinik Xəstəxananın doğum şöbəsində olaraq bu problemlərin nədən ibarət olduğunu xırdalığına qədər öyrənməyə çalışıblar. Onlar həmin xəstəxanada görüb-eşitdiklərini yazır.

“Sizin uşaq neçəyə başa gəldi?”

- İçəridəki nəyinizdir?

- Gəlinim.

Bakı şəhər sakini Yeganə Əhmədova deyir ki, gəlini Samirəni xəstəxanaya gətirəndən əli ürəyinin üstündə gözləyir. Söhbətə müsahibimin baldızı müdaxilə edir:

- Niyə narahat olursan ki? Qiyməti artırmaq üçün belə edirlər də. Artıq pul almaq üçün hər oyundan çıxırlar.



- Vəziyyət necədir?

-Nə olacaq ki?! Hərəsi bir xəbərlə gəlir. Biri deyir gəlini çox yedirtmisən, uşaq böyükdür. Biri də deyir qanı azdır, nə bilim bağırsağı dolanıb. Min-bir bəhanə gətirirlər. İndi də deyirlər ki, gəlin çox qışqırır. Neyləsin ay bala, canı ağrıyır də. Az qala ondan ötrü də pul istəsinlər.

- Nə qədər pul istəyiblər ki?

- 550 manata danışmışıq. Amma deyirlər ki, bağırsaq uşağın başına dolandığından doğuş ağır keçir. Ona görə də qiymət artacaq.

Yenə də yandakı qadın danışır:

- Yalan deyirlər. Doğuşdan əvvəl elə bu xəstəxanada UZİ (ultrasəs müayinəsi-red.) eləmişdilər. Uşağın boğazına bağırsaq dolanmışdısa, xəbər eləyərdilər. Bir də axı bağırsaq dolananda əməliyyat etməli idilər. Biz əməliyyat istədik, dedilər təbii doğuş mümkündür.

Bu arada qapıçı ilə “dil tapa” bilməyən qadın səsini ucaldır:

- Mən iki uşağımı bu xəstəxanada dünyaya gətirmişəm, amma belə şey görməmişəm. Hər içəriyə girib-çıxanda pul verməliyəm ki?!

- Vəziyyət necədir?

- Guya görmürsünüz necədir?! Həkimə pul, muştuluq üçün pul, qan analizlərinə pul, qapıçıya pul, sənəd yazana pul... Hamısına da verməlisən. Bu qədər pul verəcəyimi bilsəydim, elə özəl xəstəxanaya aparardım də, daha dövlətin havayı dediyi bazara niyə gətirirdim?! Özəldəkilərin heç olmasa xoş üzləri var...



- İndiyədək nə qədər xərciniz çıxıb?

- Həkimə 200 manat verdim. İki tibb bacısı gəldi ki, muştuluq ver, oğlan olub. Dedim əvvəlcədən də bilirdik ki, oğlu olacaq, indi aparat baxıb uşağın cinsini deyir. Hərəyə 5 manat verdim, donquldandılar, narazılıq elədilər. Dedilər heç olmasa 10 manat ver. Sonra qızım xəbər göndərdi ki, palata həkiminə, uşağa baxan həkimə, bir də uşağa qulluq edənlərə də hörmət eləməliyik. Ay qızım, gündə üç dəfə növbə dəyişir, hərəsi də 5 manatdan istəyir. Gündə də üç dəfə hörmət olar?! O gün qızım birinə pul verməyib deyə uşağın bələyini dəyişməyiblər. İndi uşağa baxmağa nə var ki?! Uşaq doğulan kimi pampers istəyirlər. Hələ mən qapıçılardan danışmıram. Hər dəfə bir şey göndərəndə pul verməliyəm?

“Pul vermədinsə, dalınca qara daş getsin...”

Doğum şöbəsinin yerləşdiyi binanın yan tərəfindəki qapıya yaxınlaşırıq. Artıq ana olan qadınlar bu qapıdan yola salınır. Binanın qarşısında üstü şarlarla bəzədilmiş iki maşın dayanıb. Çox keçmir ki, qapı açılır və 3 tibb bacısı uşağı bayaqdan bəri gözləyənlərə təqdim edir. Təbii ki, pul almamış yox...

Növbəti “yolasalma” mərasiminin “mərkəzi fiquru” da iki tibb bacısıdır. Əl boyda çağanı götürmək guya çox ağır işmiş kimi... Amma bu dəfə gözlənilən baş vermir - pul verilmir. Ananı və uşağı taksi ilə aparmağa gələn kişinin “şirinlik” verməməsi tibb bacılarını özündən çıxarır.

Onların dilindən eşitdiyimiz sözlər bizi dəhşətə gətirsə də nə qadın, nə də onları qarşılamağa gələn kişi vəhşiləşmiş şəfqət bacılarına qarğışlarının qarşılığnda cavab qaytarmır. “Get, dalınca da qara daş...” - pul ala bilmədiklərindən qəzəblənib bayquşa dönən tibb bacıları körpənin dalınca belə qarğış yağdırırlar.

Gözləyənlərdən birinə yaxınlaşırıq:



- Gözünüz aydın.

- Sağ olun.

- Nə qədər xərciniz çıxdı?

- Bizim həkim Yaqut xanımdı. Bilirsiniz, qızıl kimi həkimdir. Qızımın oğlu oldu, üçüncü uşağıdır. Evdə iki qızı vardı. Əvvəlki uşağı olanda həkimi bu şöbənin baş həkimi olmuş Natəvan xanım idi. Onun əlindən başımızı götürüb qaçdıq. İndi vəziyyət dəyişib.

- Palataya köçürülündən sonra çox xərciniz çıxdı?

- Hə, əsas xərc onda çıxır elə. Yoxsa həkimə verilən pul onun çəkdiyi əziyyətin yanında heç nədir. Təkcə həkimin zəhməthaqqı olsaydı, nə vardı ki?! Palataya köçəndən sonra palata həkiminə 30 manat verdim. Sonra uşaq həkiminə 20, uşağa baxanlara 30, qızın yarasını yuyanlara 30 manat verdim. Bir də qapıcıya, muştuluğa verdiyim pullar 20-30 manat oldu. İndi də sənəd verəcəklər ki, uşağın doğum haqqında şəhasdətnaməsini alaq. 15 manat da bunun üçün vermişəm. Qaldı ki uşağı gətirənlərə, onların dolanışığı bu şirinlikdən çıxır.

Qeyd edək ki, xəstəxananın ginekologiya şöbəsi də var. Bu şöbədə əsasən ultrasəs müayinəsinə gələnlərin sayı çoxdur. UZİ müayinəsi 20 manatdır. Halbuki ödənilən məbləğin müqabilində çek verilmir.

Hamilə qadın axını...

Adının açıqlanmasını istəməyən həkimin sözlərinə görə, 6 və 1 saylı doğum evləri bağlanandan sonra oranın da xəstələri ginekologiya şöbəsinə axışıb: “Bu şöbə hamiləlik patalogiyalarına görə ixtisaslaşıb. Təcili tibbi yardıma müraciət edən hamilələr də bura gətirilir. Elə xəstə var ki, nəinki özəl, hətta digər dövlət xəstəxanaları da götürmək istəmir. Yəni heç kim məsuliyyəti daşımaq istəmir. Amma biz hepatit, AİDS və digər yoluxucu, xroniki xəstəliklərdən əziyyət çəkən hamilələrə də yardım edirik. Bizim maaşla bir ailəni dolandırmaq mümkün deyil”.

Həkim deyir ki, palatanın təmiri də onların hesabına həyata keçirilir: “Bir də görürsən tualetdə nəsə xarab olub, biz onu öz cibimizin pulu ilə düzəltdiririk”.

Bir də həkim onu deyir ki, rüşvət adlı bir bəlanı aradan qaldırmaq üçün məvacibin gülünc rəqəmini dəyişmək lazımdır: “Mən təxminən 250 manat maaş alıram. Bu pulla ailə dolandırmaq mümkündürmü?”

Xəstəxana ilə bağlı sualları cavablandırmaq üçün baş həkimə müraciət etmək istəsək də bizi Səhiyyə Nazirliyinə ünvanladılar. Doğrusu, Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin yaxınlığında yerləşən xəstəxanada baş verənlərdən bu qurumların xəbərsiz olduğunu söyləmək sadəlövlükdür.



Əslində heç təkcə bu xəstəxanada deyil, paytaxtın bütün xəstəxanalarında doğuşun neçəyə başa gəldiyini övlad sahibi olan hər kəs bilir. Sadəcə qiymət fərqləri uşaqların çətin və ya asan doğulması, qız və ya oğlan olması, eləcə də birinci və ya ikinci uşaq olduğuna görə, bir də lüks və ya ümumi palataya, xəstəxanadakı qulluğa görə tənzimlənir. Bizə isə “uşaq bazarında bazar olsun” deməkdən başqa heç nə qalmır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qurbağa körpə dünyaya gəldi-VİDEO

    Qurbağa körpə dünyaya gəldi-VİDEO ...

    6-08-2013, 19:35

  • 
  • Körpə doğuş zamanı öldü

    Körpə doğuş zamanı öldü ...

    6-12-2013, 22:43

  • 
  • 12.12.12 tarixində Bakıda doğulan ilk uşaq

    12.12.12 tarixində Bakıda doğulan ilk uşaq ...

    12-12-2012, 14:03

  • 
  • Şabranda körpə dünyaya gözsüz gəldi - VİDEO

    Şabranda körpə dünyaya gözsüz gəldi - VİDEO ...

    6-02-2015, 22:42

  • 
  • Dəfnə aparılan körpə dirildi

    Dəfnə aparılan körpə dirildi ...

    13-07-2013, 14:44


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu