GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA

Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA

Tarix: 22-06-2022, 15:22 Bölmə :Maraqlı Baxış: 1 139

Son vaxtlar azyaşlıların özlərindən böyük şəxslər tərəfindən cinsi istismara məruz qalmalarının şahidi oluruq. Xüsusən də qız uşaqlarına qarşı bu hallar baş verir. İnsanlar bunu pedofiliya ilə əlaqələndirsə də, lakin çoxunun bununla əlaqəsi yoxdur.

Maraqlıdır, bəs pedofiliya nədir?

Belə ki, yetkinlik yaşında olan adamların həddi-büluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya, bu əlamətin daşıyıcılarını isə pedofil adlandırırlar. Bu hal qadınlarda da rast gəlinə bilər. Lakin daha çox kişilər arasında müşahidə olunur. 

Seksoloq Təhmasib Cavadzadə Oxu.Az-a açıqlamasında pedofiliyanı cinayət hesab etdiyini bildirib: 

“Pedofiliya cinayət, seksual problemdir. İlk növbədə cinayət, daha sonra psixi pozuntu hesab olunur. Pedofiliyada şərt var. Pedofilin seçdiyi qurban özündən 5 yaş kiçik olmalı, yetkinlik yaşına çatmamalıdır. Pedofillər çox vaxt qurbanlarını dəyişirlər. Pedofilin qurbanın yaşı artdıqca onu dəyişirlər. Pedofillərin uşaqlardan xoşu gəlir. Bir insan böyüyürsə, o zaman pedofil qurbanını dəyişir. Pedofillər həmişə cinsi istəklərinə uyğun iş yerləri seçirlər. Pedofillər çox vaxt ibtidai siniflərdə, bağçalarda işləməyə çalışırlar. Pedofillərin əksəriyyəti qurbanlarına təcavüz etmirlər.

Təcavüz edənlər manyak hesab olunur. Pedofillərdə manyaklıq halı olmur. Onlar çox vaxt çalışırlar ki, seçdiyi qurbanı razı salsınlar”.

T.Cavadzadə qeyd edib ki, valideynlər uşaqlarına başa salmalıdırlar ki, kiminsə onların bədəninə toxunmasına icazə verməsinlər:

“Valideynlər uşaqlarını məlumatlandırmalıdırlar. Hər hansı kənar şəxs onun bədəninə əl vura bilməməlidir. Valideynlər uşaqlarına başa salmalıdırlar ki, kənar şəxslərə belə hərəkətlər etmələrinə icazə verməsinlər. Ancaq zəruri halda ata-ana və həkim əl vurub yoxlaya bilər. Elələri də var ki, ailə içində pedofillik edirlər. Pedofillər özlərini elə aparırlar ki, guya dünyaya belə gəliblər. Xeyr. Heç bir əlaqəsi yoxdur. Pedofiliya cinsi oriyentasiya, cinsi istək deyil. O sırf travma nəticəsində yaranıb. Çünki pedofilin özünə ya təcavüz ediblər, ya da travması var. Ona qarşı o hərəkət olduğuna görə, indi eyni şeyi kompensasiya edir. Pedofiliya ilə dünyaya gələn yoxdur.

Axtalama düz deyil. Həmin şəxsi axtalasan, o daha da manyaklaşacaq, intiqam almağa çalışacaq. Onun effekti olmayacaq. Onları birdəfəlik həbs etmək daha məqsədəuyğun olar”. 

Psixoloq Elnur Rüstəmov əlavə edib ki, pedofillər qurbanlarını daim təzyiq altında saxlayırlar: 

“Bu gün cəmiyyətdə bu cür hallarla rastlaşırıq. Əslində bu hallar dünən də var idi. Sadəcə əvvəllər ailə özü gizlədirdi. Və ya heç ailənin də xəbəri olmurdu. Pedofillər qarşı tərəfə təzyiqlər göstərib, daim onları təhdid altında saxlayırdılar. Lakin bu gün artıq həmin uşaq və yeniyetmələr müəyyən qədər məlumatlıdırlar. Əvvəlki illərlə müqayisədə valideynləri ilə münasibətlərində emosional bağlılıq çoxdur deyə, valideynlərinə deyirlər”.

E.Rüstəmov qeyd edib ki, valideyn uşağına öz bədənini tanımağa kömək etməlidir: 

“Valideyn uşağına öz bədənini tanımağa kömək etməlidir. Bu cür situasiyalarda ən azı özünü qoruya bilsin. Maarifləndirmə işi olarsa, bu halların qarşısı alınar. Cinsi travma onların həyatında neqativ izlər buraxa bilər. Bəzən həmin şəxsə uşaqlıqda edilən zorakıllığa görə, belə olurlar. Bundan ötrü insanlar belə hala düşürlər. Pedofilləri ilk baxışdan tanımaq çətindir. Pedofiliyadan əziyyət çəkən şəxs özü gedib, psixoloji dəstək almalıdır. O bu xəstəlikdən qurtulmağa can atmalıdır. Uşaq və yeniyetmələrdə cinsi maarifləndirmə işi düzgün aparılmalıdır ki, belə hallarda uşaq özünü qoruya bilsin”.

Araşdırmaya görə, dünyada son 10 ildə cinsi istismara məruz qalan uşaqların sayı 250 mini ötüb. Cinsi istismar faktlarının sadəcə 15 faizi ədliyyə instansiyalarına çatır. Qalanı hər hansı bir şəkildə ört-basdır edilir və uşaq öz yaşadığı travma ilə baş-başa qalır. İstismara məruz qalmış uşaqlar böyüyəndə özləri uşaqları istismar edir. Avropada aparılan araşdırmalara görə, təqribən 10 faizdən 20 faizə qədər uşaqlar cinsi istismara məruz qalırlar.

Azərbaycanda 2015-ci ildə qanunvericilik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci və 153-cü maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Valideyn olmaq uşağın yalnız ehtiyaclarını qarşılamaqla bitmir, ata-ana həm də onun təhlükəsizliyinin məsuliyyətini daşıyır.

Qeyd edək ki, pedofiliya yunan mənşəli sözdür, “uşaq” və “sevgi” sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Digər bir deyimlə uşaqbazlıq mənasını verir. Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Yalnız müəyyən dərman preparatları ilə pedofillərdə cinsi istəyi azaltmaqla onların islahı mümkün ola bilər. Lakin bu, övladlarımızın cinsi istismara məruz qala bilmə təhlükəsini sovuşdurmur. Psixoloqlar və psixiatrlar bildirirlər ki, uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Hər bir valideyn övladına nəzarəti əldən verməməli, onların təlim-tərbiyəsi ilə bilavasitə məşğul olmalıdır. Əks halda, onun da övladı dünya üzrə cinsi zorakılığa məruz qalan 20 faiz uşaqdan biri ola bilər./oxu.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarajda pedofiliya faktı - Bu dəfə 15 yaşlı oğlana qarşı

    Qarajda pedofiliya faktı - Bu dəfə 15 yaşlı ...

    26-07-2019, 13:59

  • 
  • İranda şok qanun: "Ata balaca qızı ilə evlənə bilər"

    İranda şok qanun: "Ata balaca qızı ilə ...

    28-09-2013, 18:35

  • 
  • Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə cəza sərtləşdirilməlidir"

    Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq ...

    8-01-2018, 10:50

  • 
  • Bakıda gənclər 13 yaşlı oğlana təcavüz edib

    Bakıda gənclər 13 yaşlı oğlana təcavüz edib ...

    19-08-2019, 17:04

  • 
  • Azərbaycan prokurorluğu Yanukoviçin ətrafını uşaqbazlıqda ittiham edir

    Azərbaycan prokurorluğu Yanukoviçin ətrafını ...

    22-08-2014, 10:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu