GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Naxçıvan Xanı və MTN-in ortaq təxribatı

Naxçıvan Xanı və MTN-in ortaq təxribatı

Tarix: 22-12-2012, 12:18 Bölmə :Maraqlı Baxış: 3 274
Naxçıvan Xanı və MTN-in ortaq təxribatı
Düşmən dəyirmanına su tökənləri Muxtar Respublika hakimiyyətinin içərisində axtarmaq daha düzgün olar

gundemxeber.az Naxçıvan MTN-in İbrahim Musayev haqqında açıqlamasına Anar Musaoğlunun Azadlıq qəzetində samballı və hərtərəfli cavabından sonra adı çəkilən nazirliyin nəticə çıxaracağını düşünürdük. Amma görünür yanılmışıq. 12 dekabr tarixində azpolitika. Info saytında keçmiş MTN işçisinə istinadən “Naxçıvan hadisələrində ABŞ kəşfiyyatının izi axtarılır” başlıqlı yazı dərc olub. Yazıda baş verənlərin bütün günahkarı kimi bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri və jurnalistlər göstərilir. Hətta onlar çox ağır ittihamlarla, xarici xidmət orqanlarına cəsusluqda ittiham olunurlar. Bu xarakterli yazılar bir neçə dəfə hakimiyyətə yaxınlığı ilə seçilən mətbuat orqanlarında bəzi məddah həmkarlarımız tərəfindən yazılıb. Amma biz əhəmiyyətsiz bir iş olduğunu hesab edib cavablandırmamışıq. Son yazıda əsassız olaraq daha ağır ittihamlar irəli sürüldüyünü nəzərə alıb cavablandırmağı qərar verdik.
Bundan bir neçə gün əvvəl də həmin saytda ““Paşayevlər” Naxçıvanı nəzarətə götürməyə niyə can atır?” başlıqlı yazı dərc olunmuşdu. Əvvəla qeyd edim ki, hər iki yazı stilinə, üslubuna görə eyni mərkəzdən və ya eyni şəxslər tərəfindən qələmə alındığını açıq biruzə verir. Hər iki yazı Naxçıvanda son dövrlər baş verən aktivliyi gözdən salmaq, nəzərləri başqa istiqamətə yönəltmək məqsədi güdür. İlk yazı sayta yerləşdirildikdən sonra müəllif açıqlamasında üz gözünə bulaşdırdığının fərqinə varıb. Yazıda Naxçıvandakı son olaylar, gərginlik, hərəkətlilik ölkədaxili qruplaşmalara, Paşayevlərə yönəldilməyə çalışılır. Sonradan müəlif başa düşür və ya başa salınır ki, bu cür yazmaqla idərəçilikdən narazı olanların və hakimiyyətdaxili Paşayevlərə meyilli qüvvələrin daha da aktivləşməsinə səbəb ola bilər. Bundan başqa birinci yazıda vurulmaq, gözdən salmaq üçün konkret hədəf seçilməmişdi. Tələm –tələsik ikinci yazı dövriyəyə buraxılır ki, burada da səriştəsizliyin, peşəkarlığın olmaması bir daha ortaya qoyulur. İndi keçək əsas məsələyə.

Naxçıvan qan çanağına dönüb
Yazıda qeyd olunur ki, “Adətən, medianın girə bilmədiyi və informasiyaların hədsiz çətinliklə əldə edildiyi qapalı bölgələrdən sayılan Naxçıvandan son aylar ərzində, sanki, mətbuata yeni bir nəfəslik açılıb: bölgədə insan hüquqlarının vəziyyəti xüsusi diqqətə gətirilib və bu diqqətin olduğu ərəfədə də ard-arda yerli hakimiyyətin sərt tənqidinə səbəb olacaq olaylar baş verir! Elə bil, hansısa “görünməz əl” neçə vaxtdır Naxçıvanı arayıb-araşdırıb, hər şeyi yerli-yataqlı öyrənib və indi də əməliyyat masası arxasında əyləşərək bölgəylə bağlı hazırladığı ssenarini çox rahatca həyata keçirməkdədir.” Əvvəla qeyd edək ki, Naxçıvanda baş verən özbaşınalıqlar, hüquq pozuntuları ilə bağlı məlumatlar həmişə medianın gündəmində olub. Bunu yazını qeydə alan MTN işçisi etiraf etməsə də, yazının yayılmasına şərait yaradan hörmətli həmkarlarım yaxşı bilməlidir. Əgər bilmirlərsə zəhmət çəkib medianın arxivini araşdırsınlar. Məsələn 2007-ci ildə jurnalist İlqar Nəsibovun həbsi, onların və mənim evimdə DİN-in apardığı axtarış və kompyuterlərimizin müsadirəsi, Naxçıvan Resurs Mərkəzinə olunmuş basqın və axtarış, 2009-cu ildə hazırda həbs olunan Məmməd Qurbanovun Naxçıvan Psixoloji dispanserinə yatırılması, 2010-cu ilin yanvarında baş verən Bənəniyar hadisələri, 2010-cu ilin dekabrında baş verən Püsyan hadisələri və s. uzun müddət mətbuat orqanlarının gündəmindən düşməyib.
Siyasi aktivliyin artmasına isə dünyada, eləcə də Ərəb ölkələrində baş verən hadisələr təsirsiz ötüşə bilməz. Uzun illərdir Naxçıvanda yerli hakimiyyət insanları əzir, narazılıqlar baş alıb gedir, Naxçıvan sürətlə boşalır. İşsizlik, manopoliya, məmur özbaşınalığı insanları təngə gətirib. Narazılar təkcə aşağılar deyil, dövlət məmurlarının arasında da var. Özləri bu rejimdən beziblər, söyülürlər, təhqir olunurlar, müflüsləşdirilirlər. Artıq içdən yerli hakimiyyətin nazirləri arasında ziddiyətlərin kəskinləşməsi haqda məlumatlar var və mesajlar çatdırılır. Bunları yəqin ki, yazını dövriyəyə buraxan həmkarlarım da bilməmiş deyillər. Bu baş verənlərdə hüquq müdafiəçisi və ya hansısa jurnalistin nə günahı ola bilər ki?

Muxtar Respublika rəhbərliyi erməni kartından bəhrələnir
Sonra müəlif ABŞ-n Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın ötən ilin aprelində, indiki ABŞ səfiri Riçard Morninqstarın bu ilin oktyabrın 31-də xanımıyla birlikdə iki günlüyə Naxçıvana səfərinə işarə edərək yazır: “həm Metyu Brayza, həm də Riçard Morninqstar israrla Culfaya getmək istəyirdilər. ABŞ-dakı erməni lobbisi onları inandırıb ki, Naxçıvan qədim erməni torpağı olub, bunun sübutu kimi də Culfadakı “erməni qəbirstanlığı”nı göstəriblər və oranın dağıdıldığını iddia edirlər. Ancaq hər iki səfirin ora getməsinə Naxçıvan hakimiyyəti razılıq vermədi. Düz də etdilər. Çünki bunlar alban qəbristanlıqlarını erməni qəbristanlığı kimi qələmə verirlər. Çox təəssüf ki, ABŞ səfirliyinin və Beynəlxalq İnkişaf Agentliyinin xəttiylə külli miqdarda qrant alan yerli hüquq-müdafiəçiləri də, milli maraqlarımıza tüpürərək, onlara bu işdə yardımçı olurlar. Məndə olan məlumata görə, jurnalist adıyla Naxçıvana gələn, əslində isə xarici ölkələrin kəşfiyyatına xidmət edən iki reportyoru da yerli hüquq-müdafiəçiləri həmin qəbristanlığa aparıblarmış, deyiblərmiş ki, guya, erməni “xaçkar”larıdır və oradan köhnə alban məzarlarının fotoşəkilləri də çəkilibmiş”.
Müəllif qeyri-peşəkarlıq və səviyyəsizlik göstərib. Birinci, bu bizə aid məsələ deyil və heç bir hüquq müdafiəçisi bu mövzu ilə heç bir yerdə çıxış etmir. Onların buna ehtiyacı da yoxdur. İkinci, onlar heç bir jurnalisti həmin yerə aparmayıblar. Bu təmamilə ağ yalan və böhtandır. Əgər tariximizə aid olan Alban qəbristanlığı “erməni qəbristanlığı kimi göstərilirsə” bunun günahını yerli hüquq müdafiəçilərində yox, yerli hakimiyyətdə axtarmalıdırlar. Bu işlə onların alimləri məşğul olmalıdırlar. Bu mövzuya toxunmaqla bizi hansısa həqiqətləri yazmağa məcbur edirlər. Amma biz onların dediyi kimi milli mənafe naminə buna yol vermirik və elə burdan da cənab agentin “necə milli mənafe qoruması”, milli mənafeyə hüquq müdafiəçilərinin deyil özünün tüpürməsi üzə çıxır və özünü bir daha ifşa edir.

ABŞ səfiri ilə görüş təhrif olunur
Məqalədə əlavə qeyd olunur ki, “ABŞ səfiri Riçard Morninqstar oktyabrın 31-də xanımıyla birlikdə iki günlüyə Naxçıvana gəlmişdi. O, dövlət qurumlarıyla yanaşı, hüquq müdafiəçisi Məlahət Nəsibovanın ofisində də görüş keçirdi. Görüşdə Məlahət xanım, onun həyat yoldaşı İlqar Nəsibov, həmçinin Elman Abbasov, o cümlədən hazırda Sədərək gömrüyündə baş vermiş olaya görə həbs edilmiş Məhəmməd Qurbanov da olub. Məhəmməd Qurbanov elə öz dilinin bəlasına düşüb. O özünü səfirə sahibkar kimi təqdim edibmiş və Sədərək gömrüyündən necə mal keçirdiyini danışıbmış” yenə ağ yalan, böhtan qeyri -peşəkarlıq və özünü ifşa. Birinci görüş yazıldığı kimi Məlahət Nəsibovanın ofisində yox, “söyüdlük” adlanan restoranda nahar yeməyində olub və görüşdə sona qədər Naxçıvan Xarici İşlər İdarəsinin əməkdaşı da iştirak edib. Çox güman ki, bu şəxs MTN-in ən etibarlı adamı olub. Lakin cənab agent görünür ya bu adamın orada olmasını unudur və ya ən etibarlı adamlarına belə inanmır. Ikinci o görüşdə Sahibkar Məhəmməd Qurbanov ümumiyyətlə, iştirak etməyib. Görüşdən sonra Ali Məclisə məxsus avtomobillərlə səfir 10 dəqiqəlik yeni açılan mərkəzdə olub, mərkəzə baxıb. Ofisdə olarkən də xarici işlər idarəsinin əməkdaşı onu yenə müşayət edib.

Naxçıvan MTN-nin İbrahim Musayev səriştəsizliyi
Sonra müəllif yazır: “keçmiş zabit ötən il MTN təcridxanasında dünyasını dəyişmiş Turac Zeynalovla bağlı məsələnin son günlər hədsiz dərəcədə şişirdilməsinin və özünü “MTN əməkdaşı” kimi təqdim edən İbrahim Musayev adlı şəxsin xaricə qaçırılmasının da arxasında “Qərb kəşfiyyatının əli”nin olduğu iddiasındadır: “Turacın İran kəşfiyyatı ilə əlaqələri tam sübuta yetirilib. Bunu ailəsi də bilir. Məndə olan məlumata görə, Turacın aeroportda əldə etdiyi informasiyalar, çəkdiyi şəkillər hərbi xarakterli olub və İran vasitəsi ilə Ermənistana satılırmış. Əslində, Naxçıvan MTN-i böyük bir işin üstünü açıb, sadəcə çox mühüm, dövlət əhəmiyyətli bəzi sirlər açılmasın deyə, iş materiallarını ictimailəşdirmirlər. Bu işin ictimailəşməsindən ermənilər faydalana bilərlər. Təəssüf ki, bizim Naxçıvandakı hüquq müdafiəçiləri ya bilməyərəkdən, ya da bilərəkdən, məqsədli şəkildə israrla bu işin üstünə gedirlər.” İbrahim Musayevin kim olmasını yəqin ki, Naxçıvan MTN-i daha yaxşı bilir və onun açıqlamalarına görə də elə məsuliyyət özlərinindir. İ. Musayevin nəyi deyib, nəyi deməməsinin də hüquq müdafiəçilərinə heç bir dəxli yoxdur. Jurnalist və hüquq müdafiəçisinin işi hamını dinləmək, hüquqi yardıma ehtiyacı olanlara hüquqi yardım göstərmək, jurnalistin işi həmçinin, aldığı informasiyaları işlədiyi mətbuat orqanına ötürməkdir. Yəqin ki, müəllif bunu bilməmiş deyil. Burada bir məqama toxunmaq istəyirəm ki, müəllif bir tərəfdən MTN-in açıqlamasına istinad edərək Musayevin MTN-lə heç bir əməkdaşlığının olmadığını bildirsə də, yazdıqları ilə bunu dərhal təkzib edir. İ. Musayevin Qərbin xüsusi xidmət orqanları tərəfindən qaçırıldığına iddia edir. Naxçıvan MTN-in açıqlamasına görə Musayev sona qədər ali təsil belə almayıb. Adam hansısa xüsusi xidmət orqanının nəyinə lazım olub və ya hansı parametrlərinə görə onu qaçırmalı idilər? Müəllif bu iddianı irəli sürməklə Musayevin çox məlumatlı birisi olmasını, açıqlamalarının isə həqiqət olduğunu bir daha təsdiq etmirmi?

Turac Zeynalov və ailəsinə olan təhdidlər
Qayıdaq Turac Zeynalov məsələsinə. Əvvəla, mərhum Turacın ailə üzvləri -atası və digər ailə üzvüləri iddianı qəbul etmir. İş artıq avropa məhkəməsindədir. Əsas fakt ondan ibarətdir ki, Turac sağ salamat MTN-ə aparılıb və 2 gündən sonra meyidi oradan çıxarılıb və ekspertizadan keçirilərkən valideynlərinin iştirakına icazə verilməyib. Sonradan atasının onlara təzyiq edilməsi ilə bağlı açıqlamaları olub. Məlahət Nəsibovanın xəbəri olmadan onlar Bakı şəhərinə gedərək şikayət ediblər, vəkil Aslan İsmayılovu tapıblar və Azadlıq Radiosuna müsahibə veriblər. Sonradan özləri şəxsən Məlahət Nəsibovadan bu işdə onlara kömək etməsini xahiş ediblər. Daha sonra isə ailəsinin başına gətirilənlər haqda imformasiyalar yayılıb. Burada hüquq müdafiəçilərinin və ya jurnalistlərin günahı nədir? Əgər bu işdə qanunsuzluq yoxdursa hüquq müdafiəçilərinin bu işin üzərinə getməsindən niyə bu dərəcədə narahat olurlar?
Bu gün şərlənərək həbs olunan sahibkar Məmməd Qurbanovun ailəsinə də hüquq müdafiəçisi, jurnalistlərdən uzaq olmaları, onları məhkəməyə vermələri üçün təzyiqlər edilir, mesajlar göndərilir. Bunu edəcəkləri təqdirdə həbs olunanları buraxacaqları vədini verirlər. Bu, bir daha Turacın ailəsinə olunan təzyiqlər, sizin çirkin əməllərinizi təsdiq etmirmi?.

MTN medianı hədəf seçib
Daha sonra müəllif qeyd edir: “Belə getsə, ola bilsin ki, Naxçıvan MTN-i də hansısa addımlar atsın. Artıq mənim bildiyimə görə, yerli hüquq-müdafiə təşkilatlarının ABŞ və Norveç səfirliyi xəttiylə nə qədər maliyyə vəsaiti əldə etdiklərinin, keçirilən layihələrin təftişinə başlanılıb və konkret nəticələr də əldə edilib. Hətta gözlənilir ki, Məlahət Nəsibovagil və “Azadlıq” qəzeti məhkəməyə verilsin, eləcə də “xarici ölkə kəşfiyyatına işləmək” ittihamıyla Naxçıvandan bəzi şəxslər həbs edilsin”. Müəllif burada bir daha özünü ifşa etmiş olur. Sübut edir ki, həqiqətən o, hal -hazırda MTN-də işləyir. Digər tərəfdən yenə qeyri- peşəkarlıq nümayiş etdirərək, gələcək planlarını, hazırladıqları təxribatın üstünü açmış olur. Bir daha adı çəkilən qrumun hansı işlərlə məşqul olduğunu, insanları susdurmaq üçün hansı üsullara əl atdığını ortaya qoyur. Digər tərəfdən bu yaxınlarda yerli hüquq müdafiəçilərinin bəyanatlarında onlara qarşı təxribat hazırlandığını, hətta onlardan birinin yaxın gələcəkdə şərlənərək həbs edilə biləcəyi xəbərini təsdiq edir.
Bu yazıda Azadlıq qəzeti və Radiosu, “Turan” İnformasiya agentliyi, RATİ və BBC radiosu da təhdid olunur. Azadlıq qəzetinin yaxın gələcəkdə məhkəməyə veriləcəyinə işarə vurulur. Bir daha Azərbaycanda barmaqla sayılacaq müstəqil mətbuat orqanlarını susdurmaq üçün yeni hücum kompaniyasına başlanacağı xəbəri verilir. Bununla da bu günə qədər müstəqil mətbuat orqanlarına və onların jurnalistlərinə olan təxribatların arxasında MTN-nin dayandığı təsdiq edilir.
Təxribatçı kimdir?
Müəllifin nəzərinə çatdırırıq ki, bəli iki yox, üç ildir Naxçıvana beynəlxalq təşkilatların diqqəti artıb. Təkcə ABŞ səfiri deyil, Avropa ölkələrinin Azərbaycandakı səfirləri, ATƏT-in Bakıdakı səfiri, hətta ötən il AB daxil olan 13 ölkə səfiri birlikdə Naxçıvana səfər ediblər. Onlar hər səfərində adları çəkilən hüquq müdafiəçiləri ilə görüşürlər. Həmçinin muxtar respublikaya səfər edənlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri V. Talıbovla, başqa dövlət qrumları ilə görüşür, NDU-da tədbirlər həyata keçirirlər. Onların hər səfəri yerli hakimiyyətlə razılaşdırılır və işlədiyiniz qurum şəxsən bütün proseslərə nəzarət edir. Əgər nəzarət edə bilmirsə, hansısa dövlət qurumu və ya dövlət orqanlarında işləyən naziriniz və ya məmurunuz təxribatlar hazırlayırsa bu yenə sizin günahlarınızdır.
Düşmən dəyrmanına su tökənləri hakimiyyətin içərisində axtarmaq daha düzgün olar. Bəlkə də elə bu müəllifin özüdür. Sadəcə iz azdırmaq, nəzəri yayındırmaq üçün bu yazılar gündəmə çıxarılır. Hər halda insan hüquqlarını pozan, insanlara işgəncə verən, vətəndaşların, jurnalistlərin üzərinə qoçu dəstələri göndərən, qanunsuzluqlar edənlər hakimiyyətin məmurlarıdır. Bunları etmək hüquq müdafiəçilərinin imkanı xaricindədir.

Elman Abbasov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvan Xanı və MTN-in ortaq təxribatı

    Naxçıvan Xanı və MTN-in ortaq təxribatı ...

    22-12-2012, 12:10

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • MTN-in əməkdaşı  İnterpolun axtarışında

    MTN-in əməkdaşı İnterpolun axtarışında ...

    13-09-2013, 10:57

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Naxçıvan MTN “Azadlıq radiosu”nun əməkdaşının iddialarına münasibət bildirib

    Naxçıvan MTN “Azadlıq radiosu”nun əməkdaşının ...

    10-07-2015, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu