7 Saylı Uşaq Poliklinikasının həkimləri üsyana qalxdı, onlar səhiyyə nazirindən təcili tədbir görülməsini tələb edirlər Bu gün redaksiyamıza Nərimanov rayonunda yerləşən 7 saylı Uşaq Poliklinikasının 280 nəfərlik həkim kollektivinin adından ilginc müraciət daxil olub. Daxil olan müraciətdə qeyd olunur ki, bu yaxınlarda poliklinikanın baş həkimi Aygün Əliyeva dünyasını dəyişdikdən sonra onlara erməni əsilli birini baş həkim təyin ediblər.
Həmin müraciətdə vurğulanır: «Baş həkimimizin vəfatından 40 gün keçməmiş, kollektivimimizə 14 saylı uşaq poliklinikasının sahə həkimi, əslən erməni mənşəli olan Lolita Cuvarliniskaya rəhbər təyin olunub. Bu hərəkəti kollektiv özünə, xalqa, poliklinikamızda işləyən işçilərə, ərazimizdə yaşayan çoxsaylı qaçqınlarımıza, şəhidlərimizə və şəhid ailələrimizə hörmətsizlik və təhqir edici qəbul edirik».
Onlar sual edirlər ki, nə üçün dövlət poliklinikasının rəhbərliyi məhs erməniyə həvalə olunmalıdır? «Nə üçün 53 il Azərbaycanda yaşamasına baxmayaraq dilimizi bilməyən, öyrənməyə belə cəhd etməyən, insanlığı bacarmayan (kollektivlə ünsiyyət qurmağı bacarmayan) Lolita bizə rəhbərlik etməlidir? Ömrünün çox hissəsini uşaqların sağlamlığı üçün həsr edən biz həkimlər nə üçün erməni qadının əmrləri altında işləməliyik? Hansı ki, yeni təyin olunmuş erməni əsilli baş həkimimiz Lolita Cuvarliniskaya bizim istəyimizə, eyni zamanda da Azərbaycan xalqına xas olmayan bir şəxsdi».
Səhiyyə naziri Oqtay Şirəliyevə də müraciət ünvanlayan 7 saylı poliklinikanın kollektivi ondan əslən azərbaycanlı olan birinin baş həkim təyin olunmasını tələb edirlər. «Xahiş edirik ki, kollektivimizi, ən əsası isə ərazidə yaşayan qaçqın əhalinin qıcığına səbəb olan bu məsələni araşdırıb poliklinikamızın rəhbərliyinə azərbaycanlı həkim təyin edəsiniz. Çünki biz bu ağlasığmaz hərəkətə daha da dözə bilmirik. Tez bir zamanda xahişimizi və müraciətimizi nəzərə alacağınıza ümid edərək, bunu həll edəcəyinizə inanırıq».
P.S. Qeyd edək ki, Azərbaycanda adını və soyadını dəyişmiş 30 minə yaxın erməninin yaşadığı rəsmi statistikalarda da öz təsdiqini tapıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?