GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Azərbaycan neftdən faydalanan adamların kimliyini açıqlamalıdır”

“Azərbaycan neftdən faydalanan adamların kimliyini açıqlamalıdır”

Tarix: 11-12-2013, 14:26 Bölmə :Siyasət Baxış: 769
“Azərbaycan neftdən faydalanan adamların kimliyini açıqlamalıdır”

“Anonim Azərbaycan: Azərbaycan Dövlət Neft Şirkəti və niyə Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü irəli getməlidir” hesabatını hazırlamış Global Witness təşkilatının təmsilçisi Tomas Meyn Amerikanın Səsinə müsahibə verib. Müsahibədə cənab Meyn Azərbaycan cəmiyyətində böyük rezonans doğurmuş tapıntıların mühüm məqamlarına aydınlıq gətirib.

Sual: Sizin təşkilatınız, Global Witness, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin şübhəli biznes əməliyyatlarına dair hesabat açıqlayıb. Siz bu hesabatın üzərində nə qədər işləmisiniz? Ümumiyyətlə, bu biznes əməliyyatları üzərində araşdırmaya nə rəvac verdi?

Cavab: Biz bu sənədin üzərində bir ildir ki, işləyirdik. Azərbaycanda mövcud olan sivil cəmiyyət təşkilatlarının neft sənayesində şəffaflığa çağırışları, bu mövzuda bəyanatları hesabatın hazırlanmasına rəvac verən faktorlardan idi. Hərçənd ki, Azərbaycan EITI (Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü) qarşısında öhdəliklər götürüb, şəffaflığın səviyyəsi artmayıb və korrupsiyanın səviyyəsi enməyib. Biz müəyyən etmək istəyirdik ki, görək EITI şəffaflığı artırmaq üçün nə edə bilər. Bunu etmək üçünsə biz situasiyanı nəzərdən keçirməli idik. Bir sıra sənədləri bir araya topladıqdan sonra aşkar etdik ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bir biznesmenlə əməkdaşlıq qurub, halbuki bu adamı heç kim tanımır və ARNDŞ onun bu əməliyyatlardakı iştirakının səbəblərini izah etməyib.

Sual: Siz öz tapıntılarınızdan təəccübləndinizmi?

Cavab: Bəli. Nəzərə alanda ki, ARDNŞ ilə ən azı 48 biznes sövdələşməsi olan adam haqda çox az məlumat var, bu, təəccüb doğurur. Biz ARDNŞ-ə məktub yazdıq və suallar soruşduq. Niyə məhz bu adam? Onun bu sahədə hansı ekspertizası var? Təəssüf ki, onlar bizə Anar Əliyevin kimliyi haqda səthi məlumat verdilər. Onlar bizim spesifik suallarımızı cavablandırmadılar. Bu, çox məyusedici idi və bizim hesabatı yazmağımıza səbəbdlərdən biri də bu oldu.

Sual: Azərbaycan hökumətinin bu hesabata reaksiyası nədir? Onlar burada yazılanları inkar edirlərmi? Sadə Azərbaycan vətəndaşı üçün bu hesabatda əksini tapanlar nə dərəcədə etibarlıdır, ələlxsüsus nəzərə alanda kim burada biznes mexanizmləri haqda yer alan detalları lokal juralistin əldə etməsi çətin olardı?

Cavab: Əvvəlcə, onu deyim ki, hesabatda korrupsiya halı iddia olunmur. Biz sadəcə suallar veririk ki, EITI təşəbbüsünə riayət edən ölkədə bunlar necə baş verə bilər. Bu sənəddəki faktların əksəriyyəti istinad olunur. Onların çoxu ictimaiyyətə açıq olan sənədlərdən götürülüb. Azərbaycandakı yox, amma dünya boyu Sinqapur, Dubay kimi yerlərdə ictimaiyyətə açıq olan məlumat bazasından. Bu məlumatları bir araya toplamaq bizə uzun müddət vaxt apardı.

Sual: Bu doğrudan da geniş hesabatdır və dediyiniz kimi, Anar Əliyevin şəxsi üzərində cəmləşib. Bəs Anar Əliyev kimdir? Bu gənc multmilyoner qəfildən necə peyda oldu?

Cavab: Elə bunun müəmmalı tərəfi də budur. Abramoviç, Xodorkovski kimi məşhur rus biznesmenlər hamıya tanışdır. Mən əmin deyiləm ki, bu adam onlarla müqayisə edilə bilər. Ən fərqlisi isə odur ki, onu haqqında çox az adam eşidib. Və ARDNŞ bunu cavablandırmayıb. Biz Azərbaycan hökumətinin hesabata reaksiyasını bilmirik. Biz çox çalışmışıq ki, Anar Əliyevlə əlaqə saxlayaq. O, cavab verməyib. Bizə ARDNŞ cavab yazıb və biz o cavabı öz vebsaytımızda yerləşdirmişik. Qoy hamı oxusun görsün ki, bu, nə dərəcədə məqbul cavabdır.

Sual: Azərbaycan Dövlət Neft Şirkəti bp, Statoil və başqa Qərb neft şirkətləri ilə biznes edir. Əslində onun var dövlətinin böyük kəsimi məhz bu əməkdaşlıqdan qaynaqlanır. Tez-tez eşitdiyimiz bəyanatlardan biri də budur ki, Azərbaycanda neft sənayesi şəfaffdır. Bu hesabatın fonunda bu iddialar nə dərəcədə etibarlı səslənir?

Cavab: Hər biznes əməliyyatını özü-özlüyündə dəyərləndirmək lazımdır. Bp ilə biznes tranzaksiyaları haqda çox şey çap olunub. Söhbət burada kənarda aparılan əməliyyatlardan gedir. Burada böyük şirkətlərin iştirakı yoxdur. Əlbəttə ki, baş verənlər Azərbaycanın şəffaf neft sənayesinə malik oması haqda suallar meydana çıxarır. Azərbaycan özünün şəffaf işlədiyini göstərmək üçün çox işlər görməlidir. Azərbaycan bu neft əməliyyatlarından faydalanan tərəflərin adlarını, bu əməliyyatlara nəzarət edən həqiqi şəxslərin kimliyini açıqlamalıdır. Bu, müsbət addım olardı. Bu eləcə də EITI-ın təklifidir. İnsanlar təkcə şirkətlərin Azərbaycan hökumətin nə qədər pul verdiyini yox, həmçinin puldan bəhrələnənlərin kim olduqlarını bilməlidir. O zaman Global Witnes kimi təşkilatlar üçün də bu adamları müəyyən etməkdən ötrü bir il araşdırma aparmağa ehiyac qalmaz.

Sual: Siz bu araşdırmaları davam etdirəcəksinizmi?

Cavab: Biz EITI-la əməkdaşlıq edirik. Biz şəffaflığın səviyyəsini artırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq etməliyik və əgər bu, o deməkdirsə ki, biz neft sənayesi ilə bağlı araşdırma aparaq, onda biz öz tapıntılarımızı dərc etməkdən məmnun olardıq. Və ümid edirik ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə dialoq qura biləcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR "Global Witness" təşkilatının iddialarına tutarlı cavab verdi

    SOCAR "Global Witness" təşkilatının ...

    20-12-2014, 15:08

  • 
  • SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu

    SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu ...

    10-12-2013, 00:04

  • 
  • Putindən neft proqnozu

    Putindən neft proqnozu ...

    29-11-2014, 22:34

  • 
  • ARDNF: "Suraxanı Oil" Azərbaycanın quruda ən uğurlu PSA müqaviləsidir

    ARDNF: "Suraxanı Oil" Azərbaycanın ...

    20-11-2014, 00:24

  • 
  • Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

    Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü ...

    9-05-2015, 00:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu