GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Əlillərin yalnız 10%-i təhsil ala bilir”

“Əlillərin yalnız 10%-i təhsil ala bilir”

Tarix: 15-12-2013, 17:54 Bölmə :Maraqlı Baxış: 1 483
“Əlillərin yalnız 10%-i təhsil ala bilir”
Azərbaycanda əhalinin 430 minini sağlamlıq imkanları məhdud olan-əlil insanlar təşkil edir. Onlar arasında 60 minə yaxını əqli və fiziki qüsurlu uşaqlardır. Bu qrup uşaqların dörd divar arasından çıxıb cəmiyyətdə yerini tapması üçün çoxlu maneələr var. Dövlətin yaxşı qanunları var, amma icra mexanizmlərindəki mövcud boşluq problemləri dəf edə bilmir. Bu işdə fəal qeyri-hökümət təşkilatlarının(qht) əməyini qeyd etmək vacibdir. Ölkədə əlillərin problemlərinin həllinə yönələn 40-a qədər qht qeydiyyatda olsa da, onların yalnız barmaqla sayıla bilən qismi fəaliyyəti ilə gərəkli işlər sərgiləyib. Onlar arasında “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin adını qürurla çəkmək olar. Bu təşkilatlar son bir neçə ildə əlillərin cəmiyyətə qarışmasında, onlara psixoloji yardım edilməsində bir çox layihələr həyata keçiriblər. Əsas məsələdən biri olan-əlillərin təhsil almaq hüququnun bərpasına çalışmışlar. “Qafqazinfo” olaraq, həmin layihədən birinin həyata keçirildiyi Bakının Nizami rayonundakı 210 saylı orta məktəbin qonağı oluram.

Məktəbdə əlillər üçün şəraət yaradılıb. Bu şəraətin yaradılması üçün adı çəkilən qht-lər uzunmüddətli təşşəbbüs göstərib, əlillərin məktəbdə rahat hərəkəti üçün xüsusi yerlər-panduslar tikilib, şagird və müəllimlər arasında maarifləndirmə işləri aparıblar. Təəssüf ki, məlum dövlət proqramı dayandığından əlil uşaqların təhsili də yarımçıq qalıb. Bu barədə əvvəlcə məktəb direktoru Razim Rəsulov fikirlərini bölüşür.

“Əlil uşaqlara təhsil verməyə hazırıq”

“ Məktəbimiz “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə Dövlət Proqramının”(2005-2009-cu illər) reallaşdırılmasına dəstək verənlər arasındadır. Bu gün də dəstəyə hazırıq. Məktəbimiz bu layihə üçün seçiləndə çox narahatlıq keçirirdik. Bu asan iş deyil. Fiziki və ya əqli uşağın birdən-birə ev mühitindən məktəb sinfinə gəlməsi, uyğunlaşması, yerli şagirdlərin onları qəbul etməsi, müəllimlərin davranışı, nəticənin necə olacağı hamımızı düşündürürdü. Qeyri-hökümət təşkilatları ilə birgə işimiz alındı və məktəbimizə əlil uşaqları qəbul etdik. Onların valideynləri də istəkli idi. Bəzi valideynlər qüsurlu övladına “lazımsız biri” kimi baxır, onun ictimai həyatdan təcrid olunmasına göz yumur. Amma seçilmiş valideynlər övladlarının irəliyə getməsi üçün çalışırdılar. Valideyn vardı ki, hər gün xəstə uşağını Lökbatandan götürüb məktəbə gətirməli idi. Amma yaşadığı ərazidə bizim məktəb kimi şəraət yaradılsaydı, həm valideyn, həm uşaq əziyyət çəkməzdi. Pis hava şəraəti ola bilir, uzun yol xəstə uşağın vəziyyətinə mənfi təsir göstərir. Bir təhsil ocağının rəhbəri kimi təvvəqələrim var. Ən əvvəl növbəti Dövlət proqramının bütün respublikanın təhsil ocaqlarını əhatə etməsini istəyərdim. Məni narahat edən digər məsələ var, tutaq ki, həmin qüsurlu uşaqların bağça və orta məktəbə adaptasiyasını təşkil etdik, bəs gələcəkdə böyük sinifdə nə olacaq? Həmin uşaqlar daha da irəli getməyə can atacaq, bunun üçün isə imkanlar olmayacaq. Misal üçün, məktəbimizdə bir neçə yerdə panduslar( əlil arabaları üçün “pilləkən”) qurmuşuq, bu yalnız birinci mərtəbəylə məhdudlaşır. Əsas məsələ valideynlərdə, ailələrdə əlil uşaqlara qarşı xoş münasibət aşılanmalıdır. Digər problem həmin uşaqlar üçün tələb olunan xüsusi müəllimə heyyətidir, başqa sözlə, onlara ştatda yer verilməsidir. Hər sinifdə müəlliməyə yardım edən ikinci müəllim-loqoped, defektoloq və ya psixoloq olmalıdır. Bu müəllimələrə xüsusi təcrübə və təlimlərin keçirilməsi vacibdir. Əlillik dərəcələri, kateqoriyaları müxtəlif şəraət, mühit tələb edir. Əqli cəhətdən problemli uşaqların ümumitəhsil məktəblərində oxuması ilə razılaşmazdım. Çünki bu dərs gedişatına, digər şagirdlər üçün qarışıqlıq yaradar, yaxud təhlükəli( xəstə uşaq digərinə xətər yetirə bilər) vəziyyətə səbəb olar. Belə uşaqların mütləq xüsusi tədris proqramları, qiymətləndirmə forması işlənilməlidir.”

Qeyd edək ki, İnklüziv təhsillə bağlı olaraq 2005-2009-cu illərdən həyata keçirilən dövlət proqramı layihələrini dondurub. Buna baxmayaraq, 2010-1012-ci illərdə Bakının bir neçə aparıcı təhsil ocaqlarında layihələr davam edirdi. Növbəti proqramın icrası hələlik 2015-2020-ci illər üçün nəzərdə tutulur.

“Valideynlərin maariflənməsi əsas şərtdir”

Bu arada söhbətə “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Validə Abbasova qoşulur. Validə xanımın sözlərinə görə, sağlamlıq vəziyyəti məhdud olan uşaqların bütün yaşıdları kimi hüquqları var. Biz cəmiyyət olaraq mövcud stereotipləri qıraraq həmin hüquqları tanımalı və qəbul etməliyik. Hələ də çox qüsuslu uşaq dörd divar arasinda saxlanılır, bunda valideynlərin passivliyi rol oynayır. Bir neçə ildə xeyli maarifləndirmə işləri aparmışıq. İnklüziv təhsilin ilkin layihəsində iştirakçısı olduğum xüsusi komissiya tərəfindən 9 nəfər qüsurlu uşaq seçmişdik. Həyata keçirdiyimiz layihə 210 saylı orta məktəblə yanaşı, 113 saylı körpələr evi, uşaq bağçasında da reallaşdı.

Amma mövcud dövlət proqramının dayandırılması, bizim işimizin səmərəsinə mənfi təsir göstərdi. Buna baxmayaraq, biz inklüziv təhsillə bağlı layihələrimizi davam etdiririk.”

“Əlillərin yalnız 10%-i təhsil ala bilir”

“Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov ötən bir neçə ildə uğurlar əldə olunduğunu deyir. Aydın müəllimə görə,

əlillərin və xüsusi qayğıya möhtac insanların yalnız 10%-i təhsil ala bilir. “Ölkəmizin beynəlxalq təcrübəyə əsaslanan qanunları olsa da, onların həyata keçirilməsi üçün icraedici, nəzarət mexanizmi yoxdur. Elə əlillər var ki, onların evdə təhsil alması lazımdır. Eləsi var ki, onunla fərdi məşğul olmaq gərəkdir. Bizdə “inklüziv təhsil”məsələsi hələ də tam mənimsənilməyib. Bu təhsil forması təkcə əqli və fiziki qüsurlu insanları əhatə etmir, həmçinin xüsusi diqqət tələb edən –məcburi köçkün, müharibədən, hansısa münaqişədən travma almışlara tətbiq olunmalıdır. Başqa sözlə, söhbəti gedən təhsilin ana xəttində psixoloji yardım məsələsi əsas yer tutur. Burada təhsilə cəlb olunan tərəflər müəllimlər, tərbiyəçilər, valideynlər, məktəb rəhbərliyi, şagirdlərin münasibəti və davranışı əhəmiyyət kəsb edir. Məktəb uşaqlarına mərhəmətli, səbirli, qaygıkeş olması üçün dərslər keçilməlidir. Əlillərə diqqət göstərmək onlara ev vermək və ya pensiyasını artırmaq deyil, başqa insanlara qarışması üçün onlara imkan və şəraətin yaradılmasıdır. Əslində, mövcud qanunlara görə, əlillər üçün xüsusi yollar quraşdırılmalı, onların da kütləvi nəqliyyatdan istifadəsinə imkan yaradılmalı, panduslar tikilməlidir. Bu gün çox az obyektlərdə panduslara rast gəlmək olar. Onların çoxunun yüksək, dik olması narahatlıq yaradır, əlverişli deyil.”

Yeri gəlmişkən, bir neçə metro stansiyasında quraşdırılan panduslar yenidən tikilməlidir. Oradan istifadə etmək nəinki əlverişli deyil, daha çox təhlükəli vəziyyət yaradır.

Unutmayaq ki, əlil insanlara biganə qalmaq olmaz, kimin nə zaman nədən, nəyindən məhrum olmamasına heç kim təminat verə bilməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanda III qrup əlillərin müavinəti kəsilə bilər” - Nazir müavini

    “Azərbaycanda III qrup əlillərin müavinəti kəsilə ...

    31-10-2013, 10:59

  • 
  • “Azəriqaz” əlil işçilərinə zülm edir

    “Azəriqaz” əlil işçilərinə zülm edir ...

    22-11-2013, 00:03

  • 
  • İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub

    İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim ...

    26-12-2012, 16:05

  • 
  • Əlillər “müavinət qiyamı”na hazırlaşır

    Əlillər “müavinət qiyamı”na hazırlaşır ...

    6-08-2013, 12:25

  • 
  • Nazir əlillərlə rəqs etdi - Video

    Nazir əlillərlə rəqs etdi - Video ...

    3-12-2013, 22:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu