“Əlilliyin müəyyən edilməsilə bağlı meyarlar müasir tələbata cavab vermir. Bu səbəbdən həmin meyarlara yenidən baxılmalıdır”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sözlərinə görə, Azərbaycanda əhalinin sayı bir neçə səbəbdən artır.
“Bunlardan biri odur ki, əhalinin sayının artmasına rəğmən əlillərin də sayı artır. Həmçinin tibbi naliyyətlərin imkanları hesabına əlillik aşkar edilir. Ekoloji problemlər də əlillərin sayının qrtmasına təsir göstərir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial layihələr motiv yaradır ki, insanlar əlilliyə meyilli olsun. Çünki pensiya və müavinətlərin həcmi yüksəkdir. Buna baxmayaraq, ölkədə qanunsuz əlilliyə qarşı mübarizə aparılır və həbslər də var”.
Nazir müavini onu da qeyd edib ki, mümkündür ki, üçüncü qrup əlillərə müavinət verilməsin.
Deputat Hadı Rəcəbli isə bildirib ki, Azərbaycanda əlilliyin artması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, hazırda Azərbaycanda 420 min əlil var ki, bu da əhalinin təxminən 5 faizini təşkil edir.
“Dünyada əlilliklə bağlı göstərici əhalinin 10 faizini təşkil edir. Buna baxmayaraq əlilliyin müəyyənləşdirilməsilə bağlı yeniliyin edilməsinə ehtiyac var. Ola bilsin ki, üçüncü qrup əlillik aradan götürülsün. Onun üçün nəzərdə tutlan vəsait digər kateqoriyalar arasında bölüşdürülsün”.
Sorğu
Yeni dizaynımız necədir?