2024-cü ildə xarici ölkələrdən Azərbaycana 82 434 ədəd minik avtomobilləri idxal edilib.
Bu barədə Gundemxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ölkəyə idxal olunan minik avtomobillərinin ümumi dəyəri 1 milyard 566 milyon 604,4 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü illə müqayisədə say baxımından 6,5% azdır. Dəyər ifadəsində isə 3,4 % çoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?