GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Valideynlərə xəbərdarlıq - Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla...

Valideynlərə xəbərdarlıq - Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla...

Tarix: 11-04-2025, 11:18 Bölmə :Maraqlı Baxış: 373

Valideynlərə xəbərdarlıq - Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla...

Uşaqlar və yeniyetmələr arasında “Qırmızı Qapı, Sarı Qapı” (Red Door, Yellow Door) adlı təhlükəli oyun yayılıb.

Gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, Bakı məktəbliləri arasında son vaxtlar bu oyunu oynadığı qeyd edilir. Bəzi məktəblərdə hətta valideynlərə çağırışlar edilib. Qeyd edək ki, bu, psixoloji eksperiment və ya hipnozvari təsirə malik ritual kimi təqdim olunan bir oyun formasıdır. Bu oyun son illərdə, xüsusən “TikTok” və digər sosial media platformalarında trendə çevrilib və əsasən yeniyetmələr arasında populyarlaşıb. Oyun necə oynanır? Bir şəxs (bələdçi) digərini (oynayanı) yönləndirir. Oynayan gözlərini yumur, bələdçi isə onun alnına və sinəsinə toxunaraq hipnoz effektinə bənzər şəkildə onu "qapılarla dolu" bir “zehni otağa” daxil etdiyini təsvir edir. Oynayan bu otaqlarda “qırmızı qapı”, “sarı qapı” və sair qapılar görür və hansı qapıdan keçmək istədiyini seçir. Görülən obrazlar və səhnələr isə çox zaman qaranlıq, qorxulu və narahat edici olur — bu da oyunun təhlükəsini artırır. Məlumat üçün bildirək ki, Rusiyada artıq bu oyunla bağlı valideynlərə xəbərdarlıq edilib. Qeyd edilir ki, bu oyun bəzi yeniyetmələrdə psixoloji travma yaradıb. Qeyd edilir ki, bu oyun xüsusən həssas psixikası olan yeniyetmələrdə qorxu, təşviş, narahatlıq və yuxusuzluğa səbəb ola bilər. Hipnoz elementi isə oyun zamanı bəzi hallarda uşaq, yeniyetmə özünü realdan ayırır və kontrol hissini itirə bilərlər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a mövzunu şərh edib: “Əgər uşaqların davranışlarında qəfil dəyişikliklər, qorxulu yuxular və ya sosial təcrid halları müşahidə edilirsə bu, bir təsadüf kimi qiymətləndirilməməlidir. Onları dinləmək, müşahidə etmək və dəstək olmaq lazımdır. Eyni zamanda onlar rəsm, musiqi, idman və oxu kimi sağlam alternativ fəaliyyətlərə yönləndirilməlidir. Uşaqla açıq və sakit tərzdə oyunlar haqqında danışılmalıdır. Onu qorxutmadan, ancaq məlumatlandıraraq izah edilməlidir ki, bu tip oyunlar psixikaya mənfi təsir edə bilər. Zərurət yarandıqda psixoloqa müraciət edilməlidir.
“Qırmızı Qapı, Sarı Qapı” kimi hipnozvari, yönləndirilmiş təsəvvürə əsaslanan və düşüncəni dəyişən ritual oyunlar uşaqlara və yeniyetmələrə təsiri həm psixoloji, həm də sosial baxımdan narahatlıqlar yarada bilər.
Oyunda "bələdçi" rolundakı şəxsin oyunu idarə etməsi və oynayan şəxsin ona tam etibar edərək öz təsəvvür dünyasını ona açması hipnoz təcrübəsinə bənzəyir. Bu zaman uşaq psixikasında mənfi davranış hissi və təşviş reaksiyası baş qaldırır. Bəzi hallarda bu, travmatik kabuslara, yuxusuzluğa, panik ataklara və daha ağır psixi pozuntulara səbəb olur.

Yeniyetməlik dövrü emosional dalğalanmalar, şəxsiyyət axtarışı və kimliyin formalaşması kimi gərginliklərlə müşayiət olunur. Bu dövrdə beyin tam formalaşmadığı və qərarvermə funksiyaları inkişaf etmədiyi üçün yeniyetmələr təsirə daha açıq olurlar. “Qırmızı Qapı, Sarı Qapı” kimi oyunlar sağlam düşüncəni mənfi obrazlarla manipulyasiya etdiyi üçün oyun oynayan şəxslərdə psixi pozuntular müşahidə edilir. Təşvişi, depressiyası və ya hansısa keçmiş travması olan uşaq və yeniyetmələr üçün bu, çox təhlükəlidir. Psixoloji həssaslıq göstərən uşaqlar bu cür yönləndirilmiş təsəvvür oyunlarından uzaq tutulmalıdır”.
Psixoterapevt əlavə edib ki, valideynlər övladları ilə bu kimi oyunlar barədə açıq və anlayışlı şəkildə danışmalıdır: ““Qırmızı Qapı, Sarı Qapı” kimi oyunların uşaq və yeniyetmələr arasında yayılması psixoloji maarifləndirmənin əhəmiyyətini daha da ön plana çıxarır. Psixoloji maarifləndirmə vasitəsilə valideynlər, müəllimlər və uşaqlar bu oyunların mahiyyəti və mümkün təhlükələri barədə məlumatlandırılmalı, uşaqlara öz hisslərini ifadə etmə və təhlükəli situasiyalardan uzaq durma bacarıqları öyrədilməlidir”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurdu

    Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi ...

    6-11-2015, 01:57

  • 
  • Qurban Qurbanov: "Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq"

    Qurban Qurbanov: "Oyunu uduzsaq da, ...

    23-11-2017, 12:48

  • 
  • "Qapı özü qalar qapı dalında'' - MAHIR MEHDİ

    "Qapı özü qalar qapı dalında'' - MAHIR MEHDİ ...

    9-07-2020, 09:48

  • 
  • Ronaldo daha bir oyun buraxacaq

    Ronaldo daha bir oyun buraxacaq ...

    28-04-2016, 15:03

  • 
  • Avropa Liqası: Hansı oyun hansı kanalda?

    Avropa Liqası: Hansı oyun hansı kanalda? ...

    18-02-2016, 13:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu