GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 20 günlük fürer – Hitlerin varisi Denis admiral olduğu halda kapitan təqaüdü ilə yaşayıb

20 günlük fürer – Hitlerin varisi Denis admiral olduğu halda kapitan təqaüdü ilə yaşayıb

Tarix: 7-05-2025, 22:57 Bölmə :Maraqlı Baxış: 268

Ən yeni tarix. Maraqlı faktlar.

Onlar sonuncu dəfə 1945-ci ilin aprelin 20-də görüşüblər. Almaniya hərbi dəniz qüvvələrinin baş komandanı, qross-admiral Karl Denis həmin gün Adolf +itlerin bunkerində fürerin 56-cı doğum günündə iştirak edib.
Bu görüşdə +itler gələcək planlarını açıqlamayıb. Doqquz gündən sonra isə, aprelin 29-da o, intiharından bir gün əvvəl vəsiyyətində aşağıdakıları da qeyd edib:
“Ölümümdən əvvəl mən reyxs-marşal German Herinqi partiyadan xaric edirəm və bütün hüquqlarını əlindən alıram.
Qross-admiral Karl Denisi reyxs-prezident və silahlı qüvvələrin ali baş komandanı təyin edirəm...”
Fürerin intiharından sonra vəsiyyət Denisə təqdim edilib.
Qross-admiral radio vasitəsi ilə xalqa müraciət edərək +itlerin ölümünü və özünün varisliyini rəsmi bəyan edib.
Müraciətdə o, +itlerin qəhrəmancasına öldüyünü qeyd edərək, fürerin ideyalarının davam etdirilməsi üçün xalqı mübarizəyə çağırıb...
Karl Denis 1891-ci ildə Berlin yaxınlığında yerləşən Qrunau şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra Almaniya hərbi dəniz qüvvələrində sıravi kimi xidmətə başlayıb.
Daha sonra xüsusi kurslar keçib və ali hərbi təhsil alıb, xidmətini zabit kimi davam etdirib.
Karl Denis çox qısa illər ərzində hərbi dəniz sahəsində peşəkar və bacarıqlı hərbçi kimi tanınıb. Xüsusilə sualtı donanmada onun səmərələşdirici təklif və layihələri müsbət nəticələr verib.
+itler müharibə planlarını reallaşdırmağa hazırlaşanda 1935-ci ildə Karl Denisi Almaniyanın sualtı donanmasna komandan təyin edib.
II dünya müharibəsinin ilk illərində Denis az sayda olan sualtı hərbi gəmilərlə böyük uğurlara imza atıb.
Bir çox hallarda Denisin tələbkarlığı 3-cü reyxin rəhbərləri ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Qross-admiral sualtı donanmanın təchizatı, yeni gəmilərin alınması üçün büdcədən vəsaitin ayrılmasında problemlərlə üzləşib. Son qərarlarda +itler onun təkliflərini dəstəkləyib.
Denis təkcə Almaniyada deyil, dünyanın inkişaf etmiş ölkələrində də hərbi dəniz sahəsi üzrə peşəkar mütəxəssis kimi tanınıb. Müasirləri onu siyasətdən uzaq olan əsl hərbçi kimi xarakterizə ediblər. Həqiqətən də Denis heç vaxt siyasi proseslərlə müdaxilə etməyə can atmayıb. Qross-admiral həm də +itlerə ifrat dərəcədə sədaqəti ilə seçilib.
1943-cü ildə +itler Karl Denisi Almaniya hərbi dəniz qüvvələrinin baş komandanı vəzifəsinə təyin edib.
Məhz bu ərəfədə Denisin sualtı gəmiləri Atlantik okeanı və Aralıq dənizi sularında SSRİ və müttəfiq qüvvələrə güclü müqavimət göstərməyi ilə yadda qalıb.
Denis bütün gücünü Almaniyanın qələbəsi üçün sərf etsə də, artıq 1944-cü ilin sonlarında məğlubiyyətin çox da uzaqda olmadığını yaxşı dərk edib.
Vermaxt qoşunlarının gücünün tükənməsinin səbəbini komandanlıqda görən qross-admiral +itlerə kadr islahatları aparılmasının vacibliyini bildirəndə ali rütbəli hərbçilərlə Denisin arasında ciddi konfliktlər yaranıb. O, bu konfliktləri belə qiymətləndirib:
“Fürerin qarşısında baş əymək, təzim etmək heç də ona sədaqət nümayiş etdirmək deyil. Əsl sədaqət nümunəsi hərbi əməliyyatlarda uğur qazanmaqdır. Təəssüf ki, Vermaxt rəhbərliyi son əməliyyatlarda bu uğuru qazana bilmirlər. Bu isə o deməkdir ki, onlar öz yerlərində deyillər...”
Karl Denis üçün +itlerin varisi olmaq gözlənilməz hadisə olub. 20 günlük hakimiyyəti dövründə Denis heç bir hərbi irəliləyiş haqqında düşünməyib.
O, yalnız sülh müqaviləsinin imzalanmasına ümid edib. SSRİ və müttəfiqlərinin şərti isə konkret olub: kapitulyasiya.
21 may 1945-ci ildə Denis amerikalılar tərəfindən həbs edilib.
Nürnberq məhkəməsində Denis iki maddə, sülhə qarşı cinayət və hərbi cinayət maddələri ilə ittiham edilib.
SSRİ tərəfi ona ən ağır cəza, edam olunmasını istəsə də, Denis özünü müdafiə edə bilib.
O, prosesdə digər nasist rəhbərlərdən fərqli olaraq özünü əsl zabit kimi aparıb. O, ifadələrində +itleri tənqid etməyib, onu lənətləməyib, müharibə qanunlarına uyğun hərəkət etdiyini bildirib. Ayrı-ayrı ölkələrin, o cümlədən ABŞ-ın da hərbi dəniz sahəsi üzrə tanınmış mütəxəssisləri Denisin müdafiəsi üçün Nürnberq məhkəməsinə müraciət ediblər.
Bütün bu müraciətlər, o cümlədən Denisin nasist Almaniyasında siyasi proseslərə müdaxilə etməməsi, yalnız hərbçi kimi əmrləri icra etməsi nəzərə alınaraq məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bununla da Denis edam hökmündən xilas olub.
Qross-admiral Berlindəki Şpandau türməsində 10 illik cəzasının günə-gün çəkib. O, həbsxanada meyvə-tərəvəz yetişdirməklə məşğul olub. 20 günlük fürer həbsxananın ən nümunəvi məhbuslarından biri sayılıb.
1956-cı ildə azadlığa çıxdıqdan sonra sabiq fürer Aymyule kəndində məskunlaşıb və ömrünün sonuna qədər bu kiçik kənddə yaşayıb. Almaniya (AFR) hökuməti ona pensiya təyin edib. Amma bu pensiya təyinatı onu qane etməyib.
Belə ki, Denisə qross-admiral pensiyası deyil, kapitan pensiyası təyin edilib. O, məsələ ilə bağlı dəfələrlə Almaniya kansleri Konrad Adenauerə müraciət edib. Kansler bu müraciətləri cavabsız qoyub.
Denisin hökumətdən daha bir xahişi isə dəfni ilə bağlı olub. Ölümünü gözləyən sabiq fürer dəfninin qross-admiral səviyyəsində, hərbi şərəflə keçirilməsini xahiş edib.
Onun bu xahişi də yerinə yetirilməyib. 1980-ci ildə 89 yaşında vəfat edən Denis adi vətəndaşlar kimi kənd qəbirstanlığında dəfn edilib.
Ömrünün son illərinə Denisin 3 kitabı işıq üzü görüb. Bu kitabların arasında “10 il və 20 gün” kitabı daha çox populyarlıq qazanıb. Denis bu kitabda 10 il donanmaya komandanlıq etdiyi dövrə və 20 günlük fürerliyinə dair maraqlı açıqlamalar verib
İlham Cəmiloğlu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı qərar verdi

    Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı ...

    1-07-2019, 16:17

  • 
  • Admiral ABŞ-ı hədələdi: "O gəmiləri 50 saniyəyə batırarıq"

    Admiral ABŞ-ı hədələdi: "O gəmiləri 50 ...

    3-11-2014, 01:33

  • 
  • Rusiyanı şoka salan intihar: admiral özünü güllələdi

    Rusiyanı şoka salan intihar: admiral özünü ...

    4-01-2014, 00:15

  • 
  • "Azadlıqda olduğuma görə İlham Əliyevə təşəkkür edirəm" - Həbsdən çıxan general

    "Azadlıqda olduğuma görə İlham Əliyevə ...

    25-12-2014, 22:58

  • 
  • Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

    Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı ...

    26-09-2017, 19:40


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (225)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu