GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » «Uğur» MMC ilə Əmrahbank arasında maxinasiya

«Uğur» MMC ilə Əmrahbank arasında maxinasiya

Tarix: 16-01-2014, 12:02 Bölmə :Maraqlı Baxış: 1 372
«Uğur» MMC ilə Əmrahbank arasında maxinasiya
Məhkəmələrdə hüquqlar necə qorunur?

Fiziki və yaxud da hüquqi şəxslər “BANK”-lardan kredit alarkən 100 ölçüb, bir biçməlidirlər. Belə ki, “BANK”-lar kreditləri verərkən AR-sı qanunvericiliyinə və “Milli Bankın” qanunlarına, təlimatlarına məhəl qoymurlar. Öz istədikləri kimi hərəkət edərək AR-sı qanunvericiliyini və AR-sı vətəndaşlarının Konstitusiya ilə qorunan hüquqlarını gobud sürətdə pozurlar.
Bu barədə qəzetimizə daxil olan informasiyalarda bildirilir ki, öz maddi maraqlarını güdərək “şapka” alaraq “ təminarsız” “girovsuz” “zaminsiz” kreditlər verirlər, kredit verərkən qanunvericiliyə uyğun şəkildə sənədləşdirmə aparmırlar. Bununla da “Banklarda Kreditlərin Verilməsi Qaydaları”-nın tələblərini pozurlar.
Sonradan kredit geri ödənilməyəndə onlar məhkəmələrə müraciət edirlər. Məhkəmə hakimləri isə kredit alanlar tərəfindən təqdim edilən sənədlərə, sübutlara, faktlara hüquqi qiymət verilmir, “Bank”-ların saxtakarlıqlarına göz yumaraq, işlərin təxminən 80-90% “Bank”-ların xeyrinə qərarlar qəbul edirlər. Hakimlər “ Bank”-lardan krediti “HÜQUQİ ŞƏXSLƏRƏ” verərkən notariat qaydasında kredit müqaviləsi bağlanmasını və hüquqi şəxslər tərəfindən kredit alınması üçün “etibarnamə” təqdim edilib-edilməməsini araşdırmırlar.
Bu da vətəndaşların haqqlı narazılıqlarına səbəb olur.
Banklarda verilən kreditlərin çox hissəsi Dövlətdən, vergidən gizlədilir. Verilmiş kreditlər haqqında aidiyyəti qurumlara düzgün hesabatlar verilmir. Öz şəxsi vəsaitlərini kredit olaraq, sənədləşdirmə aparmadan“təminatsız” hüquqi və fiziki şəxslərə verirlər. Kredit adına vermiş olduqları şəxsi vəsaitləri geri ala bilmədikdə, saxta bank sənədləri düzəldərək, bankın adından məhkəməyə müraciət edirlər.
Hal-hazırda Gəncə-İnzibati, iqtisadi məhkəməsində 17.01.2013-cu il tarixindən baxılacaq olan belə bir iş haqqında cəmiyyətimizə və aidiyyəti qurumlara məlumat vermək istəyirəm.
Tovuz rayonunda «Uğur» MMC-də səlahiyyət sahibi olmayan İcraçı direktora “ Əmrahbank” tərəfindən heç bir “təminat” almadan, heç bir sənədləşdirmə aparmadan, təsisçinin “etibarnaməsi”, razılığı olmadan “şapka” qarşılığında 15.000 manat kredit verilmişdir. “Təminatsız” krediti geri ala bilməyən bank “MMC”-ni məhkəməyə verib.
Hüququ pozulmuş hüquqi şəxs MMC-nin təsisçisi etiraz olaraq məhkəməyə təqdim etdiyi ərizənin bir bölümündə qeyd edir.
“xxxxxbank”ASC-i, icraçı direktor K.Ə.Ş oğlu ilə;-10.12.2012-ci il tarixində bağladəğı kredit müqaviləsi saxta, əsassız və qanunsuzdur. Ə. K.Ş. oğlu “Bank”-a MMC-nin heç bir hüquqi sənədini “notariat qaydasında”təsdiqini təqdim etməmişdir. Kredit alınması üçün “BANK”-a “XXXX”MMC-nin notariat qaydada təsdiq edilmiş “etibarnaməsini” təqdim etməmişdir.
...... MM-nin 362.5 –ci maddəsi; Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla--verilir. MM – nin 390 – cı maddəsində:Hüquqi şəxslərə müqavilə bağlandıqda həmçinin nəzərə almaq lazımdır ki, hüquqi şəxsin adından müqavilə bağlamaq hüququna, təsis sənədləri üzrə onun orqanları olan vətəndaşlar və ya səlahiyyətli nümayəndələr malikdirlər. Hüquqi şəxsin orqanı statusuna malik olan vətəndaş xüsusi səlahiyyət (etibarnamə) olmadan, onun təşkilatdaki vəziyyətini təsdiq edən sənəd təqdim etməklə müqavilə bağlaya bilər. Müqavilə bağlayarkən hüquqi şəxsin orqanı təsis sənədlərini və ya onun səlahiyyətlərini təsdiq edən təsis-sənədlərinin-çıxsrışını-təqdim-etməlidir
.......Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda, təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
Normanın məzmunundan göründüyü kimi təmsilçiyə təmsil edilən adından özü barədə əqd bağlamağa səlahiyyət verilmir və həmin norma imperativ xarakter daşıyır.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
Həmin Məcəllənin 337.4-cü maddəsin əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Görünüdüyü kimi, “Əmrahbank” ASC ilə K. Ə. Ş. oğlu arasında ”Uğur” MMC-i adına bağlanılmış 10.12.2012-ci il- tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirlmış şərtləri, konkret olaraq əqdlərdə təmsilçilklə bağlı müddəaları pozmaqla bağlanmışdır. Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə əsasən belə əqd etibarsız əqd hesab edilməlidir. Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi
334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
Kredit müqaviləsi bağlanarkən cavabdeh “Əmrahbank” tərəfindən işin bu halına göz yumulmuş və belə bir müqavilənin bağlanması təmsil edilənin mülkiyyət hüquqlarını pozduğu halda bank tərəfindən həmin müqavilə bağlanmışdır.
Azərbaycan Respublikası Qanunvericiliyinin yuxarıda şərh edilən müddəaları onu sübut edir ki, ”BANK” 10.12.2012-ci ildə K. Ə. Ş. oğlu ilə bağladığı OV-12 saylı kredit müqaviləsi etibarsız əqddir.
Yüxarıda şərh olunan müddəalar “Əmrahbank” ASC-nin iddiasının əsassız olması üçün əsasdır. “Bank”-lar tərəfindən hüquqları gobud şəkildə pozulmuş hüquqi şəxs (MMC) yuxarıda qeyd olunmuş faktların, sübutların 10 qatını məhkəməyə təqdim etdiyini bildirir. Məhkəmənin doğru və ədalətli qərar qəbul edəcəyinə şübhə ilə yanaşır.
“Bank”-lar isə məhkəmələrin onları müdafiə edəcəklərini bildikləri üçün hələ də bu formada“təminatsız” kreditlər verməyə davam edirlər.
Qanunvericiliyə uyğun şəkildə belə kreditlər verən banklar haqqında Milli Bank tərəfindən tədbirlər görülməli, audit yoxlamaları aparılmalıdır. Bu saxtakarlıqlar haqqında sahibkar özu Milli Banka və aidiyyəti qurumlara rəsmi qaydada müraciət edəcəyini bildirir.

Məhkəmə prossesi barədə məlumatlar veriləcək.

Vaqif Əhmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Azərbaycanda kredit almaq çətinləşəcək.

    Azərbaycanda kredit almaq çətinləşəcək. ...

    19-08-2015, 11:30

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu