GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Öz hüquqlarını qoruya bilməyən başqasının hüquqlarını qoruya bilərmi?”

“Öz hüquqlarını qoruya bilməyən başqasının hüquqlarını qoruya bilərmi?”

Tarix: 27-01-2014, 19:43 Bölmə :Müsahibə Baxış: 804
“Öz hüquqlarını qoruya bilməyən başqasının hüquqlarını qoruya bilərmi?”
Azad Mürsəliyev: “Ailəmdə olan insanlara, şəxsən özümə qarşı repressiv hərəkətlərə son qoyulmasını tələb edirəm”

Elşad Abdullayevin Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü və bacısı oğlu Azad Mürsəliyev yanvarın 22-dən aclıq aksiyasına başlayıb. O, 2003-cü ildən oğurlanaraq yoxa çıxan Mahir Abdullayevin tapılmasını, özünün hüquqlarının pozulmasının dayandırılmasını tələb edir, xüsusilə Konstitusiya ilə ona verilən sərbəst hərəkət etmək hüququna qoyulan qadağanın aradan qaldırılmasını istəyir. Aclıq aksiyasının üçüncü günündə Azad Mürsəliyev “Gündəm xəbər”in suallarına cavab verib.

- Azad bəy, artıq bir neçə gündür ki, aclıq aksiyasına başlamısınız. Sizi aclıq aksiyasına sövq edən səbəblər nədən ibarətdir?

- Aclıq aksiyasına başlamağımın üç səbəbi var. İlk öncə qeyd edim ki, bütün bu məhkəmələr, istintaq sona yetdikcə mənim sivil qaydada müdafiə rıçaqlarım bitdi. Başqa sözlə, heç bir məhkəmənin mahiyyəti olmadı. Əgər diqqət etdinizsə, nə Mahir Abdullayevin adı çəkildi, nə də onun oğurlanması məsələsinə aydınlıq gətirildi. Beləliklə mən ilk öncə 2003-cü ildən oğurlanan və bu günə qədər taleyinin necə olduğu bəlli olmayan Mahir Abdullayevə görə aclıq aksiyası keçirirəm. Bu arada deyim ki, məhz bu cinayəti araşdırmaq məqsədilə yaradılan Müstəqil İstintaq Komissiyası bu günə qədər heç bir addım atmayıb. İkinci səbəb bir vətəndaş kimi konstitisiyon hüquqlarımın pozulması ilə bağlıdır. Xüsusilə, mənim hərəkət etmək hüququm məhdudlaşdırılıb. Bu gün mənim ölkədən çıxarılmağıma qadağa qoyulub. Bunu hansı səbəbdın etdikləri bəlli deyil və ortaya bir fakt da qoymurlar. Əslində isə mən bəzi məhkəmə proseslərində şahid kimi iştirak etmişəm və bunu fakt kimi göstərə bilərdilər. Ancaq bu məhkəmələr də artıq başa çatıb. Yəni mənim hərəkət hüququmun məhdudlaşdırılmasına hətta saxta səbəb də gətirmək mümkün deyil. Ən azından mənə deyilməli idi ki, bu müddət ərzində sizdən nəsə alacağıq, yoxlamalar aparacağıq, odur ki, ölkədən çıxa bilmərsiniz. Üzərimdə cinayət işim yoxdur, bu günə qədər şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilməmişəm, ifadəm alınmayıb. Artıq şahidlərin dindirilməsi də bitib. Amma bütün bunlara baxmayaraq mənim hərəkət hüququma məhdudiyyətlər tətbiq edilməkdə davam edir. Məndə o nəticəyə gəlirəm ki, Elşad Abdullayevin qohum-əqrabası ətrafında, Hüquqlarının Müdafiəsi Komitəsində ikinin üstünə iki gəlməyi bacaran şəxslərin hamısını belə edir, fəaliyyətlərini məhdudlaşdırırlar. Üçüncü səbəbim odur ki, ailəmdə olan insanlara, şəxsən özümə qarşı repressiv hərəkətlərə son qoyulmasını tələb edirəm. Buna misal kimi Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevi göstərmək istəyirəm. Heç bir səbəb olmadan ona 10 il həbs cəzası kəsiblər.

- Sizin ölkə hüdudlarını tərk etməmənizlə bağlı qadağa nəyə görə tətbiq edilir?

- Mən sizə bir söz deyim. Əslində bunun səbəblərini özləri də izah edə bilmirlər. Yəni mən hazırda sizə yüz sözdən birini deyirəm. Əgər bu gün mən bir vətəndaş olaraq öz hüquqlarımı müdafiə edə bilmirəmsə, Mahir Abdullayevin və ya Elşad Abdullayevin hüquqlarını necə müdafiə edə bilərəm? Əvvəl biz baxıb görməliyik ki, özümüzü müdafiə etmək imkanındayıqmı. Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarını qoruya bilməyən biri başqasının hüquqlarını necə müdafiə edı bilər? Bu reallıqdır. Mənim ölkədən çıxmamağım haqda qərarı Müstəqil İstintaq Komissiyası verib.

- Niyə?

- Maraqlısı odur ki, onlar bunu edərkən heç nəyə istinad etmirlər. Ən faciəvisi odur ki, biz qeyd edirik ki, müstəqil məhkəmələr var. Mən bu işlə bağlı Səbail və Bakı İqtisad Məhkəməsinə müraciət etdim. Sonra apelyasiya və Ali Məhkəməyə üz tutdum. Ancaq bu məhkəmə qurumlarının heç biri mənim iddiamı təmin etmədi və istintaqın qərarını qüvvədə saxladı. Faciə budur.

- Demək istəyirsiniz ki, qanunlar işləmir və müvafiq qurumlar ona əhəmiyyət vermir?

- Nə qədər ağır və gülünc görünsə də, bu sözlərdə böyük həqiqətlər var. Bəli, artıq qanunlar işləmir. Ayrı-ayrı şəxslərin tapşırığı işləyir.

- Sizə münasibətdə bu sifariş hardan gəlir?

- Mən indi yüksək vəzifəli şəxslərin adını çəkib desəm ki, bunu onlar edib, sabah məhkəmədə bu fikrimi sübut edə bilməyəcəyəm. Ancaq konkret bir şəxsin adını çəkə bilərəm. Müstəqil İstintaq Komissiyasının rəhbəri, baş ədliyyə müşaviri Elmar Camalovu göstərə bilərəm. Mən hava limanında bilet alıb uçmaq istədiyim zaman bu şəxs məni bir gecə orada saxlatdırıb, daha sonra Baş Prokurorluğa gətizdirib. Burada mənim suallarıma heç bir cavab verə bilməyib və deyib ki, məni onun rəhbəri olduğu istintaq komissiyası deyil, ondan əvvəl müstəntiq olan Vüqar adlı şəxs saxlayıb. Məndən heç bir ifadə alınmayıb, mənim aldığım bilet pulunu belə ödəməyiblər. Ancaq əvəzində mənə deyirlər ki, çıx get evinə, sən başqa ölkəyə gedə bilmərsən. Amma bu zaman mənim saxlanılmağımla bağlı izahat belə alınmayıb. Odur ki, mən bu gün konkret olaraq Elmar Camalovun adını hallandıra bilərəm. Bəli, bu adam mənim respublikadan kənara çıxmağıma yasaq qoymaq təşəbbüsünü irəli sürənlərdən biridir. Ona kim göstəriş verir, bu haqda ondan kimin tələb etdiyini isə yəqin ki, tarix özü ortaya qoyacaq.

- Ola bilərmi ki, əsas məqsəd sizinlə Elşad Abdullayevin görüşməsinin qarşısını almaqdır?

- Bəlkə də. Amma iş ondadır ki, mən Elşad Abdullayevlə hər gün skaype proqramı ilə danışa bilirəm. Üstəlik sosial şəbəkələr vasitəsi ilə də əlaqə saxlamaq imkanı var. Odur ki, mənim Elşad Abdullayevlə görüşməyimin hansı təhlükə yaradacağını anlaya bilmirəm.

- Skaype və sosial şəbəkələrdə danışıqlara nəzarət olunduğu təqdirdə, Elşad Abdullayevlə real görüşünüzdə hansı məsələləri müzakirə etməyiniz sirr olaraq qala bilməzmi?

- Qabaqlayıcı tədbirlər kimi bunu edə bilərlər. Ancaq mən elan edirəm ki, nə bildiyimdən çox, nə də bildiyimdən az danışmıram. Mən nə qədər informasiya əhatə edirəmsə bunu da mediada bölüşürəm. Bundan artıq informasiyaya malik deyiləm.

- Hüquqi müstəvidə hüquq davası, Elşad Abdullayevin iddiası üzrə aparılan məhkəmə prosesləri nə yerdədir?

- Elşad Abdullayevlə bağlı bir sıra məhkəmələr bitmək üzrədir. Artıq vəkil Adil İsmayılov tərəfindən işlər Avropa Məhkəməsinə göndərmək üçün hazırlanır.

- Bu məhkəmələrin heç biri qaldırdığınız iddiaları təmin etmədi?

- Bu günə qədər ayrı-ayrı məhkəmə instansiyalarında 35-dən çox proses olub. Əlbəttə ki, iddiaçı Elşad Abdullayev olub. Yalnız üç məhkəmədə iddiaçı mən olmuşam. Məhkəmələrin heç biri iddiaları təmin etməyib. İstisna hal kimi bir məhkəməni deyə bilərəm. Nəsimi rayon məhkəməsi Elşad Abdullayevin iddiasını təmin etdi.

- İddia nədən ibarət idi?
- Elşad Abdullayev mənim vasitəmlə Adil İsmayıloval hüququ təminata dair müqavilə bağlayan zaman bu müqavilənin bir sürəti də Baş Prokurorluğa göndərildi. Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Eldar Əhmədov buna etiraz etmişdi. Yəni prokurorluq vəkil kimi Aslan İsmayılovu qəbul etmirdi. Bizdə Nəsimi məhkəməsində iddia qaldırdıq və prosesi udduq. Yeganə udduğumuz məhkəmə prosesi bu olub.

- Elşad müəllim iddialarında əsasən hansı məsələləri qaldırıb ki, məhkəmələrimiz bunu təmin etməkdən imtina etməyə səbəb olub?

- Kifayət qədər iddialar qaldırılıb. Məsələn, Elşad Abdullayev başda olmaqla ailəsi, yaxınları və ətraflarının bank hesablarına yasaq qoyulması, mülklərinə yasaq qoyulması, Elşad Abdullayevin ata yurdunun qeydiyyat vərəqinin ləğv edilməsi, Elşad Abdullayevin yaydığı videolarında adı keçən şəxslərin məsuliyyətə cəlb edilməsi bağlı iddialar olub. Səhv etmirəmsə bu günə qədər Artıq Avropa Məhkəməsinə dörd iş gedib.

- Azad bəy, siz neçə gündür aksiya keçirirsiniz?

- Mən yanvarın 22-si, saat 17.00-dan aclıq aksiyasına başlamışam.

- Aksiya nə qədər davam edəcək?

- Mən xüsusi olaraq vaxt müəyyən edə bilməmişəm. Bu müddətsiz aclıq aksiyasıdır. Səhhətim nə qədər imkan versə bir o qədər də davam edəcəyəm. Bu tələblərimin qismən və ya tam olaraq yerinə yetirilməsindən də asılıdır.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Mən hüquq-mühafizə orqanlarında çalışmışam, uzun müddət Qarabağda olmuşam. Güman edirəm ki, bu həftənin sonuna qədər problem olmayacaq.

- İndiyə qədər sizinlə maraqlanan, sizə baş çəkən olubmu?

- Rəsmi orqanlardan hər hansı bir reaksiya ilə tanış deyiləm. Amma jurnalistlər daima mənimlə əlaqə saxlayıb, yanıma gələnlər də olub.

- Bəs hüquq müdafiəçiləri?

- Bircə Oqtay Gülalıyev mənim yanımda olub. Birdə Şaban Nəsirov mənə baş çəkib.

- Elşad Abdullayevlə əlaqə saxlayırsınızmı, onun bu aksiyaya münasibəti necədir?

- Təxminən sizdən əvvəl onunla əlaqə saxlamışam. Elşad Abdullayev ilk öncə məni bu fikrimdən daşındırmağa çalışdı, dedi ki, bu sizin səhhətinizə ciddi ziyan vuracaq. Amma mən öz fikrimdə qərarlı oldum. Elşad Abdullayev dedi ki, iki gün ərzində aksiyanı dayandırmasam o da, siyasi mühacirlərlə Fransadakı Azərbaycan səfirliyinin qarşısında aclıq aksiyasına başlayacaq. Daha bunun nə dərəcədə həqiqət olacağını mən deyə bilmərəm.

- Sizi, eləcədə ailə üzvlərinizin izlənməsi kimi hallar varmı?

- Güdülmə, dinləmə, nömrəsiz telefonlardan daxil olan zənglərə artıq biz əhəmiyyət vermirik. Çünki bunlar mütəmadi haldır. Ancaq hər bir vətəndaş kimi bizdə ölkə içində harasa gedib-gəlirik. Fiziki təzyiq halları yoxdur. Amma güdülmə,nəzarətda saxlanma halları var. Bunu sıravi vətəndaş hiss eləməsə də, mən gözəl hiss edirəm. Ola bilsin ki, burada təcrübə və ya hissiyat da rol oynayır. Mən hətta bu haqda prokurorluğa da məlumat vermişəm. Təəssüf ki, bu izlənməni çox bacarıqsız etdikırindən bunu hiss eləmişəm.

- Elşad Abdullayevin hüquqlarının müdafiəsinə qoşulmayan digər qohumlarına təzyiqlər varmı?

- Faktiki olaraq Elşad Abdullayevin böyük qardaşı İsmayıl Abdullayev işindən çıxarılıb. Eləcədə evinin “kupçası” ləğv edilib. Məhkəmələrdə onun iddiasını təmin etməyib. Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev 10 il müddətində məsuliyyətə cəlb edildi.

- Hakimiyyət orqanlarına sözünüz varmı?

- Mən sizin qəzetiniz vasitəsilə dövlət başçısına , hüquq müdafiəçilərinə, ziyalılarımıza müraciət edirəm. Mən hər kəsi bu haqsızlığa son qoymağa yardımçı olmağa çağırır, mənim hüquqlarımın pozulmasına son qoymaq üçün imkanları daxilində addım atmağa dəvət edirəm. Heç olmasa mən azad insan olaraq qohumlarımın müdafiəsi ilə məşğul ola bilim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • Elşad Abdullayevin bacısı oğlu prezidentə müraciət etdi

    Elşad Abdullayevin bacısı oğlu prezidentə ...

    31-01-2014, 18:25

  • 
  • Jurnalist aclıq aksiyasına başladı

    Jurnalist aclıq aksiyasına başladı ...

    25-11-2013, 14:51

  • 
  • Qatar bələdçiləri aclıq aksiyasına başladı

    Qatar bələdçiləri aclıq aksiyasına başladı ...

    18-01-2014, 11:07

  • 
  • Pərviz Həşimli aclıq aksiyasına başlayır

    Pərviz Həşimli aclıq aksiyasına başlayır ...

    21-11-2013, 15:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu