GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ukraynada baş verən proseslərə Qərb tam nəzarət edir”

“Ukraynada baş verən proseslərə Qərb tam nəzarət edir”

Tarix: 30-01-2014, 12:45 Bölmə :Müsahibə Baxış: 691
“Ukraynada baş verən proseslərə Qərb tam nəzarət edir”
Rasim Ağayev: “Bəla ondadır ki, meydana çıxan siyasətçilər getmək istəmirlər”

“Gündəm xəbər”in suallarına sabiq dövlət müşaviri Rasim Ağayev cavab verib. Rusiya və MDB üzrə siyasi mütəxəssis kimi tanınan Rasim Ağayev əsasən Ukraynada baş verən inqilabi prosesləri şərh edib.

- Rasim müəllim, Azərbaycana dost və qardaş Ukraynada baş verən proseslərin mahiyyəti nədən ibarətdir, bu ölkədə yaşananların səbəbləri nə ilə bağlıdır?

- Ukraynada demək olar ki, bir neçə siyasi qüvvələrin marağı birləşib, faktiki olaraq inqilab adı ilə dövlət çevrilişi prosesini həyata keçirmək istəyirlər. Məsələ ondan ibarətdir ki, bu qüvvələr Ukraynada əhalini toplayaraq bəhanə edirlər ki, Yanukoviç mütləq Avropa Birliyi ilə əməkdaşlıq edəcəyini açıqlasın, Gömrük İttifaqına daxil olmayacağını bəyan etsin. Hazırda bu tələblər bəhanə kimi istifadə olunur. Həm də deyirlər ki, baş verənlər inqilabdır. Əslində isə bu prosesin arxasında Amerika durur. Demək olar ki, Qərb əsasən öz seçimini edib və bu prosesdə Qərbi Ukraynadan istifadə olunur. Bəli, Qərbi Ukraynanın əhalisi xiristian katolikləridir, Şərqi və Mərkəzi Ukrayna əhalisi isə provaslav xiristiandırlar. Yəni ruslarla eyni dini dəyərləri bölüşürlər. Həm də faktiki olaraq deyirlər ki, Ukrayna bütün Rusiya şəhərlərinin anası olub. Başqa sözlə, Rusiyada provaslav xristianlıq Kiyevdən başlayıb. Məni burada təəccübləndirən bir məqamdır. Əslində diqqətlə baxsaq Ukrayna son 10-15 ildə postsovet məkanında həqiqi mənada demokratik mexanizmlər yaradıb. Həm də Ukraynanın demokratik seçilən legitim parlamenti var. Mənim xoşuma gəlməsə belə Ukraynanın legitim prezidenti var. Bəli, Yanukoviç siyasətçi kimi ziddiyyətli insandır. Ancaq bu adam axı Ukrayna əhalisi tərəfindən prezident seçilib. İndi biz bu hərəkatı qanuniləşdirsək pis nəticə çıxır. Başqa sözlə, prezidenti seçirlər və sonra da müəyyən qüvvə elan edir ki, qanuni prezident bu siyasəti düzgün aparmır, belə etməməlidir, gəlin onu yıxaq. Bu isə şübhəsiz ki, demokratik proses deyil, anarxiya olur. Bunu da, biz faktiki olaraq Kiyevin özündə müşahidə edirik. Bu vəziyyət isə artıq dilema yaradıb. İndi Qərbi Ukraynanın müxtəlif şəhərlərində dövlət qurumlarını, rəsmi strukturları tutublar. Mən bu situasiyanı təxmini olaraq 1989-1990-cı ilin yanvar ərəfəsində Azərbaycanda gedən hadisələrə bənzədərdim. 5-10 nəfər silahla və ya hay-küylə gəlib rayonlarda rəsmi qurumlara deyirlər ki, burada biz oturacağıq. Bu artıq anarxiyadır, xaosdur. Bunu nə adlandırsaq da, tarix və siyasi təcrübə göstərir ki, bu yolla demokratik reysə keçmək alınmır. Ümumiyyətlə belə addımlarla siyasi məqsədlərə çatmaq olmaz. Fikrimcə, bunun axırı çox pis ola bilər. Vəziyyətin mahiyyəti bundan ibarətdir. Müxalifət ona görə bu yolla getmir ki, ancaq hakimiyyəti almaq istəyir. Onlar faktiki olaraq Yanukoviçi silahdan istifadə etməyə təhrik edirlər ki, nəticədə qan tökülsün və prezidentin istefasına nail olunsun.

- Bu vəziyyət hansı nəticələr yarada bilər?

- Bu proses mürəkkəbdir. Yanukoviçi vadar edirlər ki, əlini silaha atsın. Əgər prezident buna getsə qan töküləcək. Bu isə vətəndaş müharibəsinə gətirib çıxara bilər. Eləcə də Ukraynanın bir dövlət kimi parçalanmasına səbəb ola bilər. Faktiki olaraq bunun nəticəsində Suriyadakı vəziyyətin bir qədər mədəni forması yaşana və beynəlxalq qüvvələr gəlib ölkədəki vəziyyəti yoluna qoymaq üçün hərəkətə keçə bilər. Həmçinin Ruminiya təcrübəsi də baş verə bilər. Vaxtı ilə Çavuşevskini ailəsi ilə birlikdə həbs etdilər, öldürdülər. Bu, əlbəttə Mixail Qarbaçovun əməlləri idi. Bu vəziyyət də baş verə bilər. Ancaq iş ondadır ki, bütün bu əhvalatlar Yulya Timaşenkonun üzərində başlamışdı. Həmin bu Arseniy Yatsenyuk, Kliçko faktiki olaraq situasiyanı qaynatdılar, tələb etdilər ki, Timaşenkonu azad edin gəlib lider olsun. İndi isə heç Timaşenkonun adı belə çəkilmir. İki gün əvvəl prezident Yanukoviç dedi ki, əgər hökumət xoşunuza gəlmirsə biriniz baş nazir, digəriniz isə baş nazirin müavini vəzifəsini götürün. Amma onlar bunu qəbul etmədi. Nəticədə göründü ki, nə Yatsenyuk, nə də Kliçko Maydanda toplaşan insanların və narazı kütlələr arasında biz düşündüyümüz qədər də nüfuza malik deyil. Onlar öz tərəfdarları vasitəsilə proseləri idarə edirlər. Kütlələrinin arasında isə sanki “hər kəsə qarşı” mövqeyi mövcuddur. Mənə elə gəlir ki, yaxın günlərdə adlarını çəkdiyim müxalifət liderləri siyasi meydandan uzaqlaşa bilərlər. Çox güman ki, ortaya yeni lider çıxacaq. Əgər bu baş versə, ortaya yeni və ağıllı lider çıxsa, bu xeyirli olardı. Amma ortaya yeni bir avanturist də çıxa və bu da Ukrayna üçün ağır nəticələr verə bilər.

- Hazırda Ukraynada baş verən proseslərə Qərb tam nəzarət edirmi?

- Sözsüz. Buna şübhə yoxdur. Baxın bu hərəkatın əvvəlindən Qərbi Ukraynadan gəncləri qatarlarla, avtobuslarla Kiyevə gətiriblər. Bunlar hamısı Qərbin pulları hesabına baş verir. Qərb onlara açıq-aydın maliyyə verir. Qərbin də davası Ukraynanın demokratik ölkə olması ilə bağlı deyil. Biz televiziyada gördüyümüz xarici mövqelər ideoloji söhbətlərdir. Yəni biz prosesin görünən tərəfini müşahidə edirik. Əslində isə bütün bu proses bir məsələ ətrafında gedir. Məsələ ondadır ki, Qərb çalışır ki, Yenidənqurma-2 layihəsini sona çatdırsın. Bu planın əsasını Ukraynanı Rusiyadan qoparmaq və uzaqlaşdırmaq tutur. Əgər Qərb Ukraynanı Rusiyadan aralaya bilsə, nəticədə həm Ukrayna, həm də Rusiya çox pis vəziyyətə düşəcək.

- Nəyə görə?

- İş ondadır ki, Rusiyanın hərbi sənaye sisteminin tank, təyyarə və kosmik sənayesi Ukrayna ilə əlaqəlidir. Əgər Ukrayna Moskvanın əlindən çıxsa, deməli Rusiyanın hərbi sənaye kompleksinə ən ciddi zərbə vurulacaq. Eləcə də Ukraynada ən böyük zavodlar bağlanacaq. Bunu da yenidən bərpa etmək çətin olacaq. Və nəhayətdə bu prosesin davamı da olacaq.Yəni yeni hərəkat yaranır. Çox güman ki, bunun nəticəsində regional problemlər qalxa bilər. Biz nəzərə almalıyıq ki, Rusiyanın tərkibində Tatarıstan, İnquşetiya, Çeçenistan, Dağıstan və digər muxtar qurumlar var. Məsələn, artıq Krımda insanlar muxtariyyət tələbi səsləndirməyə başlayıblar. Nəzərə alın ki, Krımda əksəriyyət türklər və ruslardır.

- Rusiya bu proseslərə necə müdaxilə edir?

- Yanukoviç son səfəri zamanı Moskvada açıq dedi ki, mən məcburam Avropaya gedim. Çünki maliyyə problemi yaranıb, insanların əmək haqlarını verə bilmirəm və s. Rusiya da Ukrayna üçün 15 milyard dollar ayırdı və bunun da 3milyardını verdi. Bundan sonra Ukraynada başladılar ki, bəlkə Avropaya tərəf gedək. Beləcə proses yenidən qızışdı. Putin də bildirdi ki, hara istəyirsiniz gedin, siz öz siyasətinizi sabitləşdirməyənə qədər maliyyə verməyəcəyəm. Nəzərə alın ki, Rusiyanın özünün vəziyyəti ürəkaçan deyil.

- Moskva prezident Yanukoviçə nəzarət edə bilirmi?

- Yanukoviçlə sözsüz ki, ciddi kontaktlar var. Şübhəsiz ki, Ukraynada rus mütəxəssislər də var. Amma siz deyən köhnə nəzarət yoxdur. Yanukoviç də bir növ potensialı tükənən liderdir. Əslində daha yaxşı olardı ki, siyasi vasitələrlə sabitlik bərpa olunsun, Yanukoviç də söz versin ki, müəyyən tədbirləri görəndən sonra istefaya gedəcək. Ortaya çıxan Kliçko və Yatsenyuk kimi avanturistlər çəkilsinlər kənara. Və müvəqqəti hökumət yaransın, prezident seçkiləri keçirilsin, yeni şəxslər gəlsin. MDB məkanının bir dənə bəlası var və bundan da millətlər qurtula bilmir. Bu da ondan ibarətdir ki, meydana çıxan siyasətçilər getmək istəmirlər.

- Bəlkə elə buna görə Gürcüstanda baş verən prosesləri, siyasi elitanın tez-tez dəyişməsini pozitiv qiymətləndirirlər...

- Təbii. Gürcüstanın siyasi elitası tarixən gec-tez çıxış yol tapıb. Bu dəfə də tapdılar. Ancaq Gürcüstanda da bəla millətçilik bəlasıdır. Bu millətlər anlamırlar ki, millətçi xətt üzərində uzağa getmək olmaz. Millətçilik ideologiya olaraq dini ideologiya kimi tədricən tükənir. Dünya, aləm artıq dəyişilib və millətçi ideologiyasına əvvəlki maraq yoxdur. Həm də millətçiliklə camaatı ayağa qaldırmaq, hansısa prosesi həyata keçirmək olar, ancaq hüquqi dövlət yaratmaq alınmaz. Nəzərə almaq lazımdır ki, millətçiliklə vətənpərvərlik arasında böyük fərqlər var. Millətçiliyin məqsədi düşmən axtarmaqdır. Əvvəl düşməni sərhəddən kənarda axtarırlar, sonra isə öz sıralarında. Vətənpərvərlik isə budur ki, sən xalqa xidmət edirsən, öz maraqlarını vətənin maraqlarından üstün tutmursan. Dünyanın hər yerində millətçilik düşmən axtarmaqla məşğuldur. Qeyd etdiyim bu iki bəla millətləri məhv edib. Mən Ukraynada baş verənlərə rəğmən böyük ümidlər bəsləyirdim ki, bu ölkənin potensialı yüksəkdir, demokratik mexanizmlər pis-yaxşı formalaşıb. İndi bunları məhv edirlər. Əgər çıxış yolu tapa bilməsələr Ukraynanı geri atacaqlar.

- Rusiyadan sonra MDB-də ən yüksək intellektual potensialın Ukraynada cəmləşdiyi haqda çoxlu fikirlər var. Sizcə, bu intellektual potensial imkan verəcəkmi Ukrayna yaranan böhrandan itkisiz çıxsın?

- Təcrübə göstərir ki, intellektual potensial əsas şərt deyil. Almaniyanı götürün. O cür intellektə malik alman xalqı Hitler kimi dılğırı başına qaldırdı və sonra da onun arxasınca getdi. Elə bilirsiniz ki, həmin dövrdə almanların sırasında ağıllı insanlar yox idi və onlar Hitlerin avanturist olduğunu görmürdülər? Əlbəttə, görürdülər. Ancaq ağıllı insanları ağzını açmağa imkan vermirdilər. Çünki silahla, qaraguruh şüarlarla ortaya çıxaraq ağıllı insanları sıxışdırıb çıxarırdılar.

- Ukrayna bir dövlət olaraq bu prosesdə ziyan çəkən tərəf olacaq. Hazırda prosesi idarə edən ABŞ və buna qarşı çıxan Rusiya var. Bu mənada qalib hansı tərəf olacaq?

- Hər halda hesab edirəm ki, Ukraynanın taleyi bir qarşıdurmada və bu qış da həll olunmayacaq. Bu proses zənnimcə, bir neçə siyasi liderin taleyini həll edəcək. Ukrayna ilə Rusiya münasibətləri o qədər dərindir ki, hətta Yanukoviçin istefasına nail olsalar da, bu münasibətləri ləğv edə bilməyəcəklər. Münasibətlər bir-birinə sıx bağlıdır və bunu yalnız bir addımla, qərarla, mövqe ilə aradan qaldırmaq mümkün deyil. Təsəvvür edin ki, mən inanmasam da, qərb millətçiləri hakimiyyətə gəlsələr onlar rusdilli əhaliyə divan tutacaqlar. Rusdilli əhali də qaçıb gedəcək. Eyni zamanda millətçilər antisimitdir. Onlar Avropa Birliyinə yaxınlaşsalar bu qitəyə nə verəcəklər. Onlar cuhudları daima söyürlər, bütün bəlalarını kənarda görürlər. Sizcə, bu şüurla onlar Avropada neyləyə bilərlər? Onlar özlərini millətçi kimi göstərirlər. Ancaq onlar 50 il əvvəl kommunistlərə, ruslara, cuhudlara divan tutublar. İndi isə onlar hakimiyyətə revanş məqsədilə gəlirlər. Ukrayna isə böyük, bacarıqlı və potensialı olan respublikadır. Rusiya da ora ordu göndərməklə heç nəyə nail ola bilməz. Bu mümkün də deyil. Bu konfiliktin yolu ancaq siyasi yoldur. Bu danışıqlarda ortaya çıxan qüvvələr öz vətənpərvərliyini göstərməli, şəxsi ambissiyalarını kənara qoyaraq milləti düşünməlidirlər. Hər halda mən Ukraynada intellektual potensialın yüksək olduğu fikrindəyəm. Və hesab edirəm ki, bizə dost olan bu ölkədə siyasi liderlər dövləti və milli maraqları nəzərə alaraq addımlar atmalıdırlar.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynada gömrük rəisini dirəyə bağladılar

    Ukraynada gömrük rəisini dirəyə bağladılar ...

    23-02-2014, 15:30

  • 
  • “Krımda keçirilən referendum MDB məkanında yeni situasiya yaradır”

    “Krımda keçirilən referendum MDB məkanında yeni ...

    18-03-2014, 18:51

  • 
  • Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək

    Ukraynada bu gün növbədənkənar prezident ...

    25-05-2014, 13:03

  • 
  • “Azərbaycanın müqavimət potensialı Ukraynada hadisələrin nəticəsindən asılı olacaq”

    “Azərbaycanın müqavimət potensialı Ukraynada ...

    3-03-2014, 17:15

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu