GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Krımda keçirilən referendum MDB məkanında yeni situasiya yaradır”

“Krımda keçirilən referendum MDB məkanında yeni situasiya yaradır”

Tarix: 18-03-2014, 18:51 Bölmə :Müsahibə Baxış: 1 144
“Krımda keçirilən referendum MDB məkanında yeni situasiya yaradır”
Rasim Ağayev:
“Rusiya öz muxtar respublikaları, milli azlıqlar Krım hadisələrindən dərs götürə bilərlər”


Ötən gün Rusiyanın hərbi-siyasi dəstəyi ilə Krım Muxtar Respublikasında “referendum” keçirilib, ərazinin Rusiyaya birləşdirilməsi üçün hüququ proseduralara başlanılıb. Artıq Krımı Rusiyanın tərkibi hesab etmək olar. ABŞ və Avropa Rusiyanın Ukrayna ərazi bütövlüyünə təcavüz etməsini, Krımı bu ölkədən güc yolu ilə qoparmasını rədd edir və bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edəcəyi mesajını verirlər. Beynəlxalq ictimaiyyətin etirazına rəğmən Kremlin Krımda keçirdiyi referendum və bunun yaradacağı situasiya haqda suallara sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev cavab verib.

- Rasim müəllim, Krımda referendum keçirildi, artıq nəticələr bəllidir, Krım Rusiyanın bir subyektinə çevrilir. Bu yeni situsiya yaradır?
- Əlbəttə ki, bu yeni situasiya yaradır. Əgər dünənə qədər Krımın bir dövlət qurumu, cəmiyyət kimi varlığı bir statusla ölüçülürdüsə, indi bu status dəyişib. Başqa sözlə, Krım xalqı öz iradəsini referendumla ifadə edib. Nəzərə alınmalıdır ki, referendumdan savayı ayrı bir ölçü yoxdur. Xalqların necə yaşamaq istəyini ən dəqiq formada referendum müəyyən edir. Bəli, qərbin bu məsələyə öz iradları var. Bu da, onunla bağlıdır ki, referendumda dəqiq legitimlik yoxdur. Düşünürlər ki, referendum üçün tələm-tələsik addım atılıb, bunun üçün Ukrayna hökumətinin razılığı olmalıdır və s. Ancaq iş ondadır ki, ümumiyyətlə Ukraynada legitim hakimiyyət yoxdur. Yatsenyukdan tutmuş Kliçko və Timaşenkoya qədər hamısı elan edib ki, Ukraynada inqilab baş verib. İnqilab nə deməkdir? Yəni mövcud quruluş və konstitusiya bir kənara atılır və yeni qanunlar qəbul olunur. Bəli, Krım xalqı gözləməli idi ki, Ukraynada sabitlik yaransın, legitim hökumət formalaşsın. Ancaq vaxtı ilə SSSRİ dağılandan sonra ittifaqı təmsil edən ölkələr müstəqillik elan etdilər, özlərinin prezidentini seçdilər. Bu da dünya tərəfindən de fakto status kimi qəbul edildi. Ukraynada da buna oxşar baş verir. Bir xalq öz gələcəyini, quruluşunu inqilabı yolla təyin edirsə, bu zaman başqa bir xalqın inqilabi proseslərə əl atmasından əsla inciməməlidir.
- Krımda referendum necə qanuni ola bilər ki, ərazidə faktiki olaraq rus əsgərləri var və bu prosesə siyasi-hərbi dəstək ifadə edirlər?
- Bəli, bütün bunlar müzakirə mövzusudur. İndi qərb və Avropa elan edəcək ki, bu referendumu tanımır. Krımda olan ruslar da deyəcəklər ki, heç tanımayın, bəs sən camaatı təhqir edəndə, rusları qovmaq istəyəndə, qubernatoru tutub ağaca bağlayanda niyə bu hallara irad tutmurdun? Bəli, qərb belə iradlar tuta bilər. Amma Ukraynada inqilab baş verib. Belə proseslər zamanı ölkədə sabitlik pozulur, it yiyəsini tanımır. Ukraynada hakimiyyət yoxdur, Krımda yaşayanlar kimə müraciət etməlidir? İstər Azərbaycan, istər Gürcüstan, istərsə də Moldovada inqilab baş verən zaman eyni vəziyyət yarandı. Biz XVI əsrdə yaşamırıq. Dünyanın qanunları, beynəlxalq təşkilatlar var. Gərək bütün xalqlar öz addımlarını qanunla ölçsünlər. Kliçkoya, Yatsenyuka, Timaşenkoya kim deyirdi ki, inqilab edin, prezidentin iqamətgahını ələ keçirin, qubernatoru tutub eşşək kimin döyün? Mayda Ukraynada prezident seçkiləri var idi. Zəhmət çəkib maya qədər gözləyərdiniz, xalq da öz iradəsini göstərərdi. Yanukoviç onsuz da seçilmyəcəkdi. Siz qalib gələrdiniz, legitim hakimiyyət qurardınız və sonrada Yanukoviçi həbs edib türməyə qoyardınız. Bu da olardı qanuni yol. Bu zaman nə Krımda, nə də başqa şəhərdə heç kimin haqqı olmazdı ki, Ukraynanın tərkibində qalmaq istəmədiyini dilə gətirsin.
- Artıq vəziyyət dəyişib və Krım Rusiyanın nəzarətinə keçib. Bundan sonra hansı proseslər baş verəcək?
- Krım deyir ki, Rusiyanın tərkibində olmaq istəyirəm. Bildiyiniz kimi, Krım bir muxtar respublikadır və öz taleyini özü təyin etmək istəyir. Hətta arqument kimi tarixi faktlar ortaya qoyur. 1778-ci ildən 1954-cü ilə qədər Krım Rusiyanın tərkibində olub. Buna qədər isə Krım xanlığı 340 il müddətində Türkiyənin vassalı olub. 1778-ci ildən sonra Rusiyanın nəzarətində olub. SSRİ dövründə Xuruşov Krımı öz şəxsi təşəbbüsü ilə Ukraynaya verib. Özü də, o zaman səsvermə zamanı çoxluq olmayıb, müvafiq sənədlər doğru şəkildə tərtib edilməyib və s. Əsas məqam ondan ibarətdir ki, Ukraynada inqilabı gerçəkləşdirənlər qərb və Avropa tərəfindən legitim prezident kimi tanınan şəxsi ölkədən qovublar, amma indi də başqalarına münasibətdə qanunçuluqdan danışırlar. Bunda isə məntiq yoxdur.
- Sizcə, Krım ikinci bir Qarabağ taleyini yaşaya bilərmi?
- Mən heç Qarabağı nəzərə almıram. Bu eyni prosesdir. Əgər SSRİ dağılmasaydı, Qarabağdakı ermənilərin nə ixtiyarı ola bilərdi ki, SSRİ-nin tərkibindən çıxsın, buna kim icazə verərdi? İkincisi, ABŞ və Avropa Birliyi Krımda referendumu qəbul etmirsə, bəs niyə bunu Dağlıq Qarabağda edəndə susur? Bu sualı onlara vermək lazımdır. Əslində məni narahat edən başqa bir məqamdır. Bunu ya heç kim görmür, ya da görüb demək istəmir. Məsələ ondadır ki, Krım faktiki olaraq postsovet regionunda yeni situasiya yaradır. Bu situasiya birinci növbədə Rusiya üçün təhlükə yaradır. Nəzərə alın ki, Rusiya özü muxtar respublikalardan ibarətdir. Sabah onlarla muxtariyyətlər, milli azlıqlar da Krım hadisələrindən dərs götürə bilərlər. Onlar bu gün olmasa da, sabah öz müstəqilliklərini əldə etmək üçün ortaya çıxa bilərlər. Yakutiyada, Tulada, Başqırdıstanda və ya Dağıstanın özündə bu hal baş versə Moskva çətin vəziyyətə düşəcək.
- Qərb dairələri indiyə qədər referendumun dayandırılması üçün ciddi bəyanatlar verirdilər. Amma Putin dayanmadı və istədiyini etdi. Bəs bundan sonra Avropa-Rusiya və ABŞ-Rusiya münasibətləri necə olacaq?
- Hər şey aydındır. ABŞ başda olmaqla qərb dünyası referendumun nəticələrini tanınmayacaq, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Fikrimcə, qərb dövlətləri bir sıra tədbirlərə əl ata bilərlər. Ancaq görünən budur ki, onlar əsasən iqtisadi, maliyyə və siyasi sanksiyaları vacib hesab edirlər. Ruslar da deyirlər ki, elə son yüz ildə qərb onlara qarşı sanksiya tətbiq edir də.
- Bu sanksiyaların reallaşdırılması Rusiyanı çökürdə bilərmi?
- İqtisadçı eksperlər hesab edirlər ki, nəzərdə tutulan sanksiyalar Rusiyaya zərər gətirəcək, amma eyni zamanda qərbin özü də problem yaşayacaq. Fransa və Almaniya sanksiyaya qoşulsa, bu ölkələrin əhalisinə ziyan vuracaq. Çünki 300 minə yaxın vətəndaş Rusiyanın sifarişlərini həyata keçirən zavodlarda, fabriklərdə işləyirlər. Bu isə o deməkdir ki, bu insanlar işsiz qalacaq. Rusiyanın hesablarını bağlasalar, Moskvada eyni üsula əl ata bilər. Napolion zamanında Böyük Britaniyaya sanksiya tətbiq edirdi, bu ölkənin ətrafına hasar çəkmək istəyirdi. Amma bu baş tutmadı. Sonra ABŞ 30-cu illərə qədər SSRİ-ni tanımadı, bu ölkəyə faktiki olaraq sanksiyalar tətbiq etdi. Amma bundan bir neçə il sonra dedilər ki, gəlin Hitlerə qarşı birgə olaq. Təxminən 5 il müttəfiq oldular. Müharibə qurtaran kimi dedilər ki, SSRİ ilə münasibətlər bitdi, biz soyuq müharibəyə keçirik. 1980-cı illərin sonuna qədər soyuq müharibə davam etdi. Bunun nəticəsində çalışdılar ki, əlaqələri kəssinlər. SSRİ-yə bir sıra malları vermirdilər. Demək istəyirəm ki, sanksiyalar qarşıya qoyulan məqsədə çatmaq üçün yetərli olmur.
- Amma burada daha təhlükəli məqam var. Rusiya Krımı götürməklə dayanmayacaq və Krıma yaxın olan başqa bölgələri də ələ keçirməyə çalışacaq. Bu nə dərəcə də realdır?
- Mən buna inanmıram. Hesab edirəm ki, indiki mərhələdə Rusiya bunu edə bilməz. Sadəcə olaraq bu vilayətlərdə öz muxtariyyətlətini tələb edə bilərlər. Çünki yeni hökumət qanun qəbul edib. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, rus dili danışana vətəndaşlıq verilməyəcək. Bu vilayətlərdə isə ruslar danışırlar. Sizcə, onlar nə etməlidir? Mənə elə gəlir ki, Ukrayna məsələsində güc dili ilə danışmaq istəyənlər ciddi səhvə yol verirlər. Hər şey danışıqlar yolu ilə həll edilməlidir. Real vəziyyəti nəzərə almaq vacibdir. Bu vəziyyət də ondan ibarətdir ki, faktiki olaraq Ukrayna parçalanıb. Bunun günühı da Rusiyanın üzərində deyil. Bunun səbəbkarı qanunsuz olaraq Kiyevdə hakimiyyətə gələn siyasi qüvvələrdir. Rusiya ola bilsin ki, bu vəziyyətdən yararlanır.
- Krıma su, qaz, elektrik xətti Kiyevdən gəlir. Rusiyanın yaxın müddətdə Krımı su, elektrik enerjisi ilə təmin etmək imkanı olmayacaq. Ukrayna bu boru və elektrik xəttlərini kəssə necə olacaq?
- Belə halda Krım deyəcək ki, sənin suyun da, qazın da, elektrikin də başına dəysin. Mən sənin tərkibində deyiləm. Buyur, müqavilə bağlayaq. Suyu neçəyə satırsan, 10 manata satırsansa, mən 15 manat ödəyirəm. Demək istəyirəm ki, belə məsələlər müqavilə yolu ilə həll edilir. Amma Ukrayna hökuməti su, qaz satmasa, Rusiya çalışmalıdır ki, öz ərazisinin sosial problemlərini həll etsin. Həm də Ukrayna hökuməti buna getsə pis imic yaradacaq və hamı deyəcək ki, bu qüvvələr aqressivdir. Çünki Krımda təkcə ruslar yaşamır. Orada ukraynalılar, tatarlar, yunanlarda var. Başqa sözlə, bu referendumda iştirak edənlər də, etməyənlər də olub.
- Krım tatarlarının taleyi necə olacaq?
- Mənim zənnimcə, Krım tatarlarının taleyi hamıdan yaxşı olacaq. Çünki tatarlar Krımın aborigen əhalisidir. Onların sayı haradasa Krımda ümumi əhalinin 15 faizinə qədəridir. Fikrimcə, onlarda demoqrafik vəziyyətdə inkişaf edir. Krım tatarları çevik tərpənməlidir. Düzdür, orada Mustafa Cəmiloğlu Rusiyaya qarşı aqresiv mövqedə durur. Fikrimcə, onlar operativ, ehtiyatlı və çevik siyasət aparmalıdır. Onu da deyim ki, Krımda tatarların bir qismi referendumu boykot edir, bir qismi isə referenduma gedib. Tatarlara qarşı heç bir təhlükə ola bilməz. Əsində gələcəkdə tatarların sayı daha artacaq, onların vəziyyəti yaxşı olacaq. Bunun üçün çevik tərpənmək lazımdır. Ukrayna və Rusiyanın nə istəməsindən asılı olmayaraq Krım hər zaman tatarların olacaq. Burada ruslardan da, ukraynalılardan da qabaq tatarlar yaşayıb. Krım tatarlarının yerli əhali olması bir həqiqətdir. Artıq əvvəlki dövr deyil ki, onlar yenidən repressiyaya məruz qoyulsun.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Krımda Rusiyanın Daxili İşlər Nazirliyi yaradılır

    Krımda Rusiyanın Daxili İşlər Nazirliyi yaradılır ...

    26-03-2014, 10:07

  • 
  • Krımda çevriliş: Ukrayna prezidentinə müraciət

    Krımda çevriliş: Ukrayna prezidentinə müraciət ...

    1-12-2015, 19:38

  • 
  • Krımda yaşayan azərbaycanlıların taleyi necə olacaq?

    Krımda yaşayan azərbaycanlıların taleyi necə ...

    2-04-2014, 11:24

  • 
  • "Krımı Rusiyanın hesab etmək hələ tezdi"

    "Krımı Rusiyanın hesab etmək hələ tezdi" ...

    26-03-2014, 10:00

  • 
  • Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür

    Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür ...

    13-05-2014, 10:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu