GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Real müxalifətin gerçək ünvanı İctimai Palatadır

Real müxalifətin gerçək ünvanı İctimai Palatadır

Tarix: 30-12-2012, 11:43 Bölmə :Müsahibə Baxış: 3 640
Real müxalifətin  gerçək ünvanı İctimai Palatadır
Vidadi Mirkamal: “Yüzlərlə insan var ki, Azərbaycanı İlham Əliyevdən yaxşı idarə edə bilərlər”

gundemxeber.az “Gündəm Xəbər” qəzetinin demokratik düşərgə, burada baş verən proseslər və qarşıdan gələn seçkilərlə bağlı suallarına İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal cavab verib.

- Vidadi müəllim, İctimai Palata haqqında neqativ fikirlər səslənir, xüsusilə bu qurumda ciddi fikir ayrılıqlarının artıq parçalanma həddinə çatdığı deyilir. Bu haqda son durumu olduğu kimi oxucularımıza çatdıra bilərsinizmi?
- İctimai Palatada müzakirələr aparılır. Təəssüflər olsun ki, bu müzakirələri bəzən cəmiyyətə ya şişirdilmiş formada, ya da tamam başqa şəkildə çatdırırlar. Birincisi, 2010-ci ildə Milli Məclisə seçkilər keçirilib, hakimiyyət bu seçkiləri saxtalaşdırıb, qanunsuz olaraq istədiyi şəxslərin deputat seçildiyini elan edib. Müxalifət partiyaları, eləcə də seçkidə iştirak edən bitərəf namizədlər İctimai Palata adlı qrum təsis edərək saxta parlament seçkilərinə qarşı mübarizəyə başlayıblar. Sonradan baş verən proseslərin gedişi zamanı İctimai Palata əsas müxalifətin aparıcı ünvanına çevrilə bilib. O mənada ki, İctimai Palata hakimiyyətə alternativ mərkəz kimi tanındı. Bu ərəfədə ərəb coğrafiyasında inqilablar baş verdi və bu əhval-ruhiyyə əksər avtoritar ölkələrin əhalisinə müsbət mənada təsir göstərdi. Bizim ölkəmizdə də, İctimai Palatanın təşəbbüsü ilə mitinqlər, icazəsiz etiraz aksiyaları başladı. Qısa müddətdən sonra İctimai Palata daxildə və xaricdə hakimiyyətə real alternativ olaraq qəbul edildi. Prezident seçkiləri məsələsi orata çıxana qədər də normal işlər gedirdi. Biz normal qaydada fəaliyyət göstərə bilir və hakimiyyətin hərəkətlərinə qarşı pis-yaxşı dururduq. Ancaq indi prezident seçkiləri məsələsi ortaya çıxdı, bu mövzuda polemikalar açıldı. Bu zaman məlum oldu ki, İctimai Palatanın formatı qarşıdan gələn prezident seçkiləri üçün o qədər də keçərli deyil. Bunun üçün İctimai Palata daxilində müəyyən islahatlara gedilməli, dəyişikliklər olmalı, yeni taktiki variantlar haqqında düşünülməlidir və s. Oktyabr ayından bu yana Koordinasiya Şurasında ciddi müzakirələr başladı və hazırda bu davam edir. Bu müzakirələr mətbuatda “İctimai Palata dağılır” formasında təqdim edildi. Hətta bəziləri vaxt göstərərək deyirdi ki, palata dekabrın 19-da dağılacaq. Əslində baş verənlər İctimai Palatanın 2013-cü illə bağlı hədəfinə istiqamətlənən taktiki variantların müəyyən olunması ilə bağlı idi. Bir də ki, dekabrın 19-da biz ciddi qərarlar qəbul etdik. İctimai Palatada əsasən iki partiya var və onların prezident seçkilərinə münasibəti müxtəlif formadadır. Məsələn, Müsavat Partiyası hesab edir ki, bu dəqiqə prezident seçkiləri ilə bağlı namizəd irəli sürmək və sonra da mübarizə aparmaq lazımdır. AXCP isə hesab edir ki, birinci demokratik seçki mühiti yaradılmalıdır. Bundan sonra namizədliyi irəli sürüb prosesi aparmaq daha əlverişlidir. Bu iki fikir uzlaşdırılması üçün Koordinasiya Şurasında xeyli müzakirələr aparıldı və sonda qərar qəbul edildi. Qərarda hər iki mövqe müdafiə edildi, keçərli sayıldı. Həm də bununla bağlı islahatlar aparmaq məqsədilə Koordinasiya Şurasına seçkiləri də ertələndi. Ertələməkdə məqsəd odur ki, İctimai Palatada siyasi partiyalar dominatlıq edir, vətəndaş cəmiyyəti təmsilçilərinin sayı azdır. Biz hesab edirik ki, İctimai Palatada vətəndaş cəmiyyətinin üzvləri artırılana qədər Koordinasiya Şurasına seçkilər təxirə salınmalıdır. Əsasən bu proseslər gedir. Biz də çalışırıq ki, prosesləri millətimizin xeyrinə doğru apara bilək.

- Müsavat bu başdan namizədi müəyyən etməyi, AXCP isə əvvəlcə seçki mühitinin demokratikləşməsi xəttinin aparılmasını istəyir. Bəs peşəkar hüquqşünas və partiya maraqlarından çıxış etməyən şəxs olaraq siz nəyi təklif edirsiniz?
- Siz də bilirsiniz ki, bir qrup hüquqşünas və seçkilər üzrə mütəxəssislər bir araya gələrək seçkilərlə bağlı memorandum hazırlamışıq. Memorandumda əsasən Seçki Məcəlləsinə ediləcək əsas prinsipial dəyişikliklər öz əksini tapıb. Biz bu sənədlə bağlı cəmiyyətdə geniş müzakirələr təşkil etmişik, memorandumu siyasi partiyalara təqdim etmişik. Bu sənəddə Azərbaycanda demokratik seçki mühitinin yaradılması üçün 6 istiqamətdə təkliflər irəli sürülüb. Biz hesab edirik ki, altı istiqamətdə iş aparılmalıdır ki, seçkilərdə demokratik ab-hava yaransın. Mənim bir ziyalı kimi arzum nədir? Hesab edirəm ki, İctimai Palatada bütün müxalifət qüvvələri cəmləşməyib. Əlbəttə ki, əsas müxalifət partiyaları İctimai Palatadadır. Mən mübarizə aparan fədakar qüvvələri nəzərdə tuturam. Amma bu heç də bütün qüvvələr deyil. İctimai Palatadan kənarda Məşvərət Məclisi var və orada ondan çox müxalif partiya təmsil olunur. “Qarabağ” bloku ayrıca siyasət aparır. Real Hərəkatı böyük qüvvədir. Nəhayət Ziyalılar Forumu aparıcı qüvvələrdən biridir. Mənim bir ziyalı olaraq mövqeyim və istəyim ondan ibarətdir ki, adını çəkdiyim bu qüvvələrin hamısı bir araya gələrək koalisiya yaratsınlar. Koalisiya vahid seçki platforması müəyyən etməlidirlər və bizim hüquqşünasların hazırladığı seçkilər haqqında memorandum əsasında iş aparmalıdırlar. Təbii ki, koalisiya vahid seçkilər mərkəzi yaratmalıdır. Orada bir və ya üç namizəd ola bilər. Bu böyük koalisiya yerlərdə, dairələrdə, məntəqələrdə yayılmalı, seçki prosesinə nəzarət edə bilmək üçün zəruri addımlar atmalıdır. Yəni bu qurum bir növ müxalifətin mərkəzi seçki komissiyası rolunu oynamalıdır. Həm də heç kimi qıcıqlandırmamaq üçün burada kim istəsə namizədini irəli sürə bilər. Fikrimcə, 5-6 namizəd bura yığıla və seçkilərdə ciddi mübarizə apara bilərlər. Məsələn, seçki qanunvericiliyinin mümkün verdiyi qədər televiziyada, mətbuatda, radioda ciddi kampaniya qura bilərlər. Burada həm də namizədlər arasında centlmen razılaşması ola bilər. Müvafiq monitorinq qrupu yaradıla və o hansı namizədin şansının yüksək olduğunu, digər namizədlərdən önə çıxdığını müəyən edə bilər. Seçkilərə bir həftə qalmış müddətdə həmin namizədlər şanslı namizədi irəli verə bilərlər. Bir variant budur. Hesab edirəm ki, bu müxalifət düşərgəsinin şanslarını artıra bilər. İkincisi isə, ən vacib məsələ demokratik seçki mühitinin yaradılmasına nail olmaqdır. Əgər normal seçki mühiti yaradılmasa, seçki komissiyaları indiki formada qalsa bizim fikrimizcə, müxalifətin səs toplaya bilən namizədi də seçki qutusudan çıxmayacaq. Çünki köhnə seçkilər göstərir ki, onlar istədiyi şəxsi qalib elan edə bilərlər. Məsələn, 2003-cü ildə İsa Qəmbər seçkidə qalib gəlmişdi. Ancaq Mərkəzi Secki Komissiyası İlham Əliyevi qalib elan elədi. Müxalifətin bütün cəhdlərinə baxmayaraq onu əzdilər, repressiyalara məruz qoydular və İlham Əliyevi də, prezident elan etdilər. Bax bu olmasın deyə seçki mühiti mütləq demokratikləşdirilməlidir. Bunun üçün həm daxili qüvvələr, həm də xarici beynəlxalq təşkilatların ciddi təpkiləri olmaladır.

- Bir müddət vahid namizəd kimi professor Rafiq Əliyevin üzərində işlənilsə də, sonda bu məsələ gündəmdən çıxdı. Sizin özünüz də bitərəf, peşəkar hüquqşünas və obyektiv ziyalısınız. Vahid namizəd kimi sizin üzərinizdə durulmasının nəyi pisdir ki?
- Mən sizə bir şeyi bildirim. Azərbayan kifayət qədər ağıllı adamları yetirib. Yəni Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında yüzlərlə insanımız var ki, onlar nüfuzlu şəxslərdir və Azərbaycanı asanlıqla idarə edə bilərlər. Sizə deyim ki, müxalifətdə onlarla insan var ki, prezident olsalar ölkəni İlham Əliyevdən yaxşı idarə edərlər. Bu birmənalıdır. Konkret olaraq söhbət idddialara gəldikdə deyim ki, şəxsən mən həm partiya liderlərinin, həm də ondan kənardakı ictimai qurumların rəhbərlərində olan iddialara heyranam. Mən belə iddianı heç vaxt qəbul etməmişəm. Yəni o adamın ki, vaxtı gələndə namizədliyi veriləcək və ya bu müdafiə ediləcək ayrı bir şeydir. Amma kimsə özünün iddiasını kəskin şəkildə ortaya qoyaraq mən də prezident ola bilərəm deməsini ciddi qarşılamıram. Mən prezidentliyə layiqli insanların verilməsini məqbul hesab edirəm. Əgər mümkünsə, bu sahədə mübarizə aparan siyasi partiya və onların liderləri öndə olmalıdır. Yox əgər hamı tərəfindən qərara gəlinsə ki, bu mərhələdə ziyalının üzərində dayanılmalıdır, açığı mən özümü belə ziyalıların arasında görmürəm. Təbii ki, mən prosesdə iştirak və bacardığım qədər kömək edəcəyəm. Ürəkdən çalışacağam ki, bu amansız, irtica və klan hakimiyyəti getsin. Amma mən heç bir halda özümün vahid namizəd kimi verilməyim haqqında düşünmürəm və hesab edirəm ki, bu mənim iddialarıma da ziddir. Yəni mən özümü o rolda görmürəm.

- Bu gedişatla İctimai Palatanın taleyi necə ola bilər, mümkün hansı ssenarilər reallaşa bilər?
- Bütün hallarda biz gücümüzü səfərbər edib prezident seçkilərinə getməliyik. İkinci də, axı İctimai Palata yalnız seçkiyə hesablanan qurum deyil. Mənimlə çoxlu sayda insan əlaqə saxlayır, xaricdən mənə məktublar göndərirlər. İnanın ki, onların çoxu İctimai Palatanı özlərinin həyat və mənafelərinə uyğun təşkilat kimi görürlər. Yəni doğurdan da, ölkədə İctimai Palatanın adından verilən bəyanatlar, işlədilən sözlər qədər heç harada ifadələr işlədilmir. İctimai Palata artıq insanların ümid yerinə çevrilib. Bu mənada ümid yerini qırmaq olmaz. Həm də ümid yerini yalnız siyasi bloka çevirmək olmaz. İctimai Palata seçki bloku deyil. Odur ki, İctimai Palata da prezident seçkilərində aparıcı və istiqamətverici qüvvə rolunda çıxış edə bilər. Bu mənada hesab edirəm ki, palata seçki ilində üzərinə düşəni etməlidir. Bu həm birlik üçün lazımdır, həm də ölkədə ünvanlı müxalifətin göstərilməsi üçün əlverişlidir. Mən də hesab edirəm ki, kənarda qalan digər qüvvələr də İctimai Palatanın ətrafında birləşməlidir. Söhbət ondan getmir ki, bütün partiyalar palatada birləşməlidir. Əksinə, söhbət ondan gedir ki, bir zindana vurmaq üçün İctimai Palata əlverişli formuldur.

- AXCP ilə Müsavatın fikir fərqliliyi və firqə maraqları bu qurumun dağılaraq siyasi arxivə getməsinə səbəb ola bilərmi?
- Siz də gördünüz ki, İctimai Palata dağılmadı. Çox dedilər dağılmadı və bundan sonra da dağılmayacaq. Söhbət ondan gedir ki, ölkənin iki ən güclü partiyası bu qurumda təmsil olunub. Mən bunu deyərkən küçələrdə mübarizə aparan, siyasi məhbusu olan AXCP və Müsavatı qeyd edirəm. Bunları ideoloji yanaşma bölə bilər. Amma bu partiyaların ikisi də Rəsulzadə-Elçibəy siyasi yolunda durduğunu bəyan edib.Yəni ideoloji yanaşma da birdir.

- Amma etiraf edin ki, bu iki partiya son 20 ildə çoxlu sayda siyasi birliklər və bloklar yaratsa da, çoxu məqsədinə çatmayaraq iflas edib...
- Təbii. Belə hallar da olub. Amma İctimai Palatanın unikallığı ondadır ki, burada dominatlığı ziyalılar və müstəqil şəxslər edirlər.

- Son əfv fərmanını necə qiymətləndirirsiniz?
- Əfv prosesi bütün hallarda yüksək qiymətləndirilməlidir. Ona görə ki, insanlar həbsdədirlər, bayram yaxınlaşır və evlərinə gedirlər. Amma prosesin özünə baxmaq lazımdır ki, bu nədən baş verdi. Bilirsiniz ki, yanvarın ortalarında Avropa Şurasının sessiyası başlayacaq və orada da Azərbaycanın məsələsi müzakirə ediləcək. Azərbaycan da bu qurum qarşısında siyasi məhbusları azadlığa buraxmaq öhdəliyi götürüb. Bu əfv fərmanı göstərir ki, hakimiyyət siyasi məhbusların heç də hamısını azadlığa buraxmağa hazır deyil. Yəni onları hissə-hissə buraxır, cığallıq edir və s. Bu prosesi axıra qədər aparmaq lazımdır. Yəni həbsxanada nə qədər siyasi məhbus, jurnalist və hüquq müdafiəçisi varsa azad edilməlidir. Bu Azərbaycanın dünyada qınaq obyektinə çevrilməməsi üçün lazımdır. Amma indi həbsxanada çoxu sayda siyasi məhbuslar var. Bu məhbuslar da İctimai Palatanın çətiri altındadırlar və biz onların azad edilməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Həbsdən çıxan siyasi məhbuslar da haqsız həbs edildikləri ilə bağlı hüquqi müstəvidə Avropa Məhkəməsinə qədər mübarizəni davam etdirəcəklər.
HÜSEYN ABBASOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İctimai Palata buraxılası olmadı - Açıqlama

    İctimai Palata buraxılası olmadı - Açıqlama ...

    14-11-2013, 12:27

  • 
  • AXCP: “İctimai Palata fəaliyyətini davam etdirəcək” -AÇIQLAMA

    AXCP: “İctimai Palata fəaliyyətini davam ...

    4-06-2013, 15:14

  • 
  • “İctimai Palatanın fəaliyyət göstərməsinə zərurət yoxdur”

    “İctimai Palatanın fəaliyyət göstərməsinə zərurət ...

    28-10-2013, 12:04

  • 
  • Arif Hacılı: "İctimai Palatanı süni şəkildə saxlamaq niyyətində deyilik”

    Arif Hacılı: "İctimai Palatanı süni şəkildə ...

    9-01-2014, 02:26

  • 
  • İctimai Palatanın fəaliyyətinə xitam verilir

    İctimai Palatanın fəaliyyətinə xitam verilir ...

    8-05-2013, 11:56


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (70)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu