GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Yanukoviçin Moskvaya qaçması mənə Ayaz Mütəllibovu xatırladır”

“Yanukoviçin Moskvaya qaçması mənə Ayaz Mütəllibovu xatırladır”

Tarix: 3-03-2014, 12:26 Bölmə :Müsahibə Baxış: 723
“Yanukoviçin Moskvaya qaçması mənə Ayaz Mütəllibovu xatırladır”
Qabil Hüseynli:
“Qərbin qərar qəbul etməsi üçün Rusiyanın daha çox səhv etməsinə ehtiyac var”


Ukrayna böhranı dünyann siyasi gündəmində bir nömrəli məsələ olaraq qalır. Rusiyanın Svestapolda yerləşən Qara Dəniz Hərbi Donnanmasına məxsus olan zirehli texnika Krım Muxtar Respublikasının içərilərinə doğru hərəkət edib. Bir qrup rusmeylli şəxs isə muxrariyyətin qanunverici orqanının və hökumət binalarını zəbt edib. Krımda “tatarlar” adı ilə çoxlu sayda türklərin yaşadığını nəzərə alsaq bu bölgədə baş verənlər bizi daha yaxından və dərindən düşündürməlidir. Çünki burada söhbət həm də 300 min türkün taleyindən gedir. Bu mövzuda suallarımıza sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavab verib.
- Qabil bəy, fevralın 27-si səhər saatlarında Rusiya Ukraynanın Krım Muxtar Respublikasına əsgəri qüvvələrlə daxil oldu.Hətta Krım Ali Radası və hökumət binası Rusiyaya yaxın şəxslər tərəfindən zəbt edildi. Bunu necə qiymətləndirmək olar?
- Bu beynəlxalq hüququn kobud sürətdə pozulması, suveren dövlətə qarşı təcavüz, müdaxilə faktıdır. Əlbəttə, bu heç də xoş hal deyil. Söhbət ondan gedir ki, bir ölkənin daxilində siyasi mübarizə gedir, xalq hakimiyyətə qarşı çıxır. Prezident də etdiyi səhvlərin nəticəsi olaraq ölkəni tərk etməyə məcbur olur. Bu zaman başqa bir dövlət yaranan fürsətdən istifadə edərək həmin ölkəyə təzyiq vasitəsilə müdaxilə edirsə, bu artıq beynəlxalq hüquqa hörmətsizlik, saymamazlıqdır.
- Bəs beynəlxalq ictimaiyyət Rusiyanın bu addımını suveren dövlətə qarşı təcavüz kimi qiymətləndirəcəkmi?
- Buna şübhə ola bilməz. Moskvanın bu addımına adekvat münasibət sərgilənəcək. Bu yüz faizlik bir məsələdir. Mən ehtimal edirəm ki, Kremli bu istiqamətdə dirənişini davam etdirsə, BMT Təhlükəsizlik Şurası təcili toplanacaq və hansısa qərarlar qəbul olunacaq. Eləcə də Rusiyaya qarşı bəyanatlar, hədələr və müxtəlif çəkindirici amillər dərhal işə düşəcək.
- Sizcə, niyə Ukrayna müharibə həddinə gətirilib çatdırılıb?
- Baş verənlər Ukraynada rejim dəyişikliyi ilə əlaqədardır. Xalq ayağa qalxaraq razı olmadığı rejimi devirib. İndi ölkədə yeni siyasi qüvvələr hakimiyyətə gəlməyə başlayıb. Proses davam edir. Ancaq bu o demək deyil ki, xalqı təmin edən hakimiyyət formalaşıb. Hələ qarşıda prezident seçkiləri keçiriləcək. Beləcə Ukrayna uzun bir inqilabi proseslərdən keçəcək və bu ölkə özünün siyasi oriyentasiyasını dəyişərək qərbə inteqrasiya xətti götürəcək. Bir müddətdən sonra isə Ukrayna azad dünyanın ayrılmaz bir hissəsinə çevriləcək.
- Baş verənləri Ukrayna-Rusiya mübarizəsi kimi təqdim etmək lazımdır, yoxsa burada başqa məqamlarda var?
- Burada həm daxili siyasi mübarizə, həm Ukrayna-Rusiya münasibətlərinin yaratdığı reallıqlar, həm də geopolitik mübarizə elementləri var. Amma bunları müəyyənedici faktorlar hesab etmək doğru olmazdı. Onsuz da Ukrayna çoxdan qaynayırdı, ukraynalılar Yanukoviçi prezidentlik vəzifəsindən çoxdan uzaqlaşdırmaq istəyirdi. Xalqın içərisində Yanukoviçi Rusiyanın layihəsi hesab edən adamlar tədricən çoxalmaqda idi. Bu proses pik həddə çatanda xalq ayağa qalxdı, xüsusilə, Ukraynanın Avrasiya Birliyinə daxil etməkdə qərarlı görünən prezidenti vəzifəsindən kənarlaşdırdı. Geosiyasi mübarizə elementi isə ondan ibarətdir ki, Avropa Birliyi Avropanın mərkəzi saylan bir ölkəni öz sırasında görmək istəyir.
- Bu mübarizədə Amerika-Rusiya qarşıdurmasını göstərən elementlər varmı?
- Əlbəttə var. Başqa cür ola da bilməz. Çünki son zamanlar Kremli öz cızığından çox çıxmışdı. Xüsusilə, Suriya hadisələrində Amerikanın geri çəkilməsi və Rusiyanın yenidən Dəməşqdən meydan sulamağa başlaması, bunun nəticəsində Suriyada qarşıdurmanın bir qədər də genişlənməsi dünyanın ictimai rəyində ABŞ-a qarşı dərin qınaq yaratmışdı. Amerika bu məsələyə görə, Rusiyadan yanıqlı idi. Və Rusiyanı artıq dünyada ABŞ-ın etmək istədiyi hegomonluğa maneə kimi görünürdü. Ukrayna hadisələri zamanı bu maneə özünü bütün parametrlər üzrə göstərdi. Artıq Amerika Rusiyanı xəbərdar etmək məcburiyyətində qaldı. Düzdür, bu xəbərdarlıq çox sərt formada edilməsə də, biz xəbərdarlığın ilkin formasını görürük. İndiki mərhələdə Rusiyaya başa salınır ki, artıq hərəkət etməsin. Əgər belə hərəkət etsə, cavabını alacaq.
- Rusiya Krımda sanki söz sahibidir, istədiyini edir, lazım gələndə hökumət binaları üzərində Ukrayna bayrağını endirib Rusiya bayrağını qaldırır. Necə düşünürsünüz, Rusiyanın Krımda separatizm siyasətini dayandırmaq mümkün olacaqmı?
- Öncə qeyd edim ki, Rusiya Krımda yalnız Sevastopola nəzarət edir. Rus qoşunları da əsasən Sevastopola daxil olub. İmzalanan müqaviləyə görə, Sevastapol 20 illik müddətinə Rusiyaya icarəyə verilib. Krımın tatarların nəzarəti altında olduğunu desək daha düzgün olardı. Krım tatarları bu gün Krım Muxtar Respublikasının taleyini heç kimə güzəştə getməyəcəklər. Rusiya deyil, rusların babası gəlsə belə, tatarlar son nəfərə qədər qırılacaq, amma Krımı əldən verməyəcək. Çünki bu bir tarixi fürsətdir. Mustafa Cəmiloğlu başda olmaqla Krım tatarlarının başbilənləri bu gerçəkliyi yaxşı anlayırlar. Başa düşürlər ki, demokratik Ukraynada Krımı tatar muxtariyyəti kimi əldə edəcəklər.
- Ancaq Krım tatarlarının sayı heç də rusların sayından çox deyil?
- Bu, belədir. Ancaq nəzərə almaq lazımdır ki, Krım tarixi ərazi kimi tatarlara məxsus olub. Tatarların Krıma qayıtması haqda beynəlxalq təşkilatların qərarları var. Tatarlar tədricən Krıma qayıdaraq məskunlaşır. Düzdür, bu qayıdışa müəyyən qədər maneə var. Əgər bu maneə olmasaydı tatarlar indi Krımda aparıcı millətə çevrilmişdi. Rusiyanı narahat edən təkcə Ukraynada baş verən proseslər deyil, həm də Krıma tatarların qayıdışının çoxalması məsələsidir. Ona görə də, Krım məsələsində Kiyevin münasibətindən daha çox tatarların tutacağı mövqe həlledici olacaq.
- Krım Ali Radası muxtariyyətdə referendum keçirmək haqda qərar verib. Belə bəlli olur ki, referendumda Krım Muxtar Respublikasının Ukraynanın tərkibində qalmaq və ya Rusiyaya birləşmək məsələsi qoyulacaq. Vətəndaş müharibəsi ola bilərmi?
- Məncə, bunu vətəndaş müharibəsi adlandırmaq doğru olmazdı. Əgər belə bir hal baş verəcəksə, bunu Ukraynanın özünü müdafiə etmək məcburiyyətinə gətirildi kimi qiymətləndirmək lazım gələcək. Ukrayna hərbi imkanlarına görə Rusiyadan zəif olsa da, bu ölkəyə müqavimət göstərəcək qədər hərbi gücə malikdir. Əgər Rusiya Ukrayna ilə müharibə həddinə qədər gəlsə, dünyanın aparıcı ölkələri Kiyevin arxasında dayanacaq, bu prosesdə məğlub olan tərəf Rusiya olacaq.
- Ancaq bu günə qədər beynəlxalq güc mərkəzləri vəziyyəti susqunluqla qarşılayırlar...
- Hesab edirəm ki, qərb institutları susmayacaq. Sadəcə olaraq bir qədər səbr etmək lazımdır. İkincisi də, qərb ölkələrinin bir neçə xarici işlər nazirləri hələ də Kiyevdədir. Qərb Ukraynaya 20 milyard avro məbləğində kredit verməyə hazırlaşır. Qərb susmayacaq və öz sözünü deyəcək. Görünən budur ki, qərbin qərar qəbul etməsi üçün Rusiyanın daha çox səhv etməsinə ehtiyac var. Bu səhvlər isə getdikcə çoxalır.
- Konkret olaraq bu gün Amerikanın Rusiyaya təsir etmək üçün hansı rıçaqları var?
- Burada söhbət çoxsaylı rıçaqlardan gedir. Bunların içərisində əlbəttə ki, iqtisadi rıçaqlar öndə gedir. Məsələn, Rusiya neftinin və qazının alınmasından imtina edilməsi. Xüsusilə də, neftin alınmasından. Yalnız bu fakt Rusiyanı ciddi böhranla üz-üzə durmasına gətirib çıxarardı. Bundan başqa, Rusiyaya qabaqcıl texnologiyanın satılmasının dayandırılması və Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi. Yalnız bu tədbirlər Rusiyanı yarımcan hala sala bilər. Rusiya bütün bunları yaxşı hesablayır. Odur ki, Rusiya Ukrayna məsələsində çox dərinə getməyəcək. Amma əsgəri məsələ reallığa çevrilsə, qərb Ukraynaya hər cür dəstək göstərməyə hazır olacaq. Mən buna şübhə belə etmirəm. Odur ki, Kremli bu münasibətlərin son həddə qədər kəskinləşdirməyə ehtiyac hiss etməyəcək.
- Hər halda indi münasibətlərin ən gərgin dövrü yaşanır. Siz müharibə ehtimallarını real hesab edirsinizmi?
- Əgər söhbət mənim fikrimdən gedirsə, mən müharibə ehtimalını görmürəm. Çünki Rusiya müəyyən qədər psixoloji müharibə aparıb geriyə çəkiləcək. Mən bundan artığını gözləmirəm.
- Türkiyənin Krım tatarlarına təsiri hansı dərəcədədir?
- Türkiyənin Krım türklərinə təsiri o qədər də güclü deyil. Çünki Krım tatarları yaxşı başa düşürlər ki, rəsmi Ankara Rusiya qarşısında aciz vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Türkiyənin xarici ticarət dövriyyəsində ən qabaqcıl yeri Rusiya tutur. Bu pulun bir qəpik azalması Türkiyəyə hər şeydən çox zərər vura bilər kimi görünər. Ona görə də, Krım tatarlarının Türkiyəyə bel bağlayacağı və ya Ankaraya güvənərək hansısa addımlar atacağını söyləmək çətindir.
- Demək istəyirsiniz ki, Krım tatarları özlərinə güvənərək hansısa addımlar atacaq?
- Xeyr. Krım tatarları Tatarıstana, Başqırdıstana, Kiyevdə qalib gələn yeni iqtidara, Amerika və Avropa Birliyinə söykənəcəklər. Mən deməzdim ki, Türkiyəni bu siyahıdan çıxarmaq olar. Demək istəyirəm ki, Türkiyə belə məsələlərdə özünü aciz vəziyyətdə aparır, strateji düşüncə tərzindən məhrum bir ölkə təsiri bağışlayır. Bunu həm İraq, həm də Suriya siyasəti göstərdi. Türkiyənin indiki rəhbərliyinin türkçü olmadığını nəzərə alsaq vəziyyət daha aydın görünər.
- Rusiya öz xalqına güllə atan Yanukoviçin təhlükəsizliyini qoruyacağına zəmanət verdi, hazırda Yanukoviç Moskvadadır. Moskvanın bu hərəkətini necə qiymətləndirmək olar?
- Bu mənə Ayaz Mütəllibovu xatırladır. Yəni Rusiyanın adamı idi və bu səbəbdən də Moskvaya qaçmalı idi. Dünyanın heç bir ölkəsinə qaçmağa yer tapmadı. Fikrimcə, Kremli bir müddət Yanukoviçdən kart kimi istifadə edəcək. Daha doğrusu Ukraynada vəziyyəti qarışdırmaq üçün istifadə edəcək. Vaxtı çatandan sonra isə Yanukoviç Rusiya üçün arzu olunmaz bir şəxsə çevriləcək.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Krım rus silahlılarının əlində: Simferopol aeroportu tutuldu

    Krım rus silahlılarının əlində: Simferopol ...

    28-02-2014, 10:01

  • 
  • BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

    BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi ...

    1-03-2014, 10:56

  • 
  • “Rusiya dünya düzənini pozmaqla məşğuldur”

    “Rusiya dünya düzənini pozmaqla məşğuldur” ...

    5-02-2015, 00:40

  • 
  • Krım tatarları hərəkətə keçdilər

    Krım tatarları hərəkətə keçdilər ...

    9-03-2014, 13:47

  • 
  • Krım böhranı Rusiyaya 70 milyard dollara başa gəldi

    Krım böhranı Rusiyaya 70 milyard dollara başa ...

    27-03-2014, 09:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu