GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Azərbaycan təmiz qidaya görə Ermənistandan geri qalır”- Müsahibə

“Azərbaycan təmiz qidaya görə Ermənistandan geri qalır”- Müsahibə

Tarix: 30-03-2014, 14:58 Bölmə :Müsahibə Baxış: 2 082
“Azərbaycan təmiz qidaya görə Ermənistandan geri qalır”- Müsahibə
“10-15 il sonra Azərbaycanda adı bilinməyən xəstəliklər olacaq”

Ölkənin qida siyasətinin nə qədər zərərverici olduğunu yaxşı bilirik. Bu adda siyasətin aparılmadığını desək, daha doğru olardı. Yüksək inkişaf edən ölkədə yaşayan və oradan bizə baxan bunu daha tez etiraf edə bilər.
Mədinə Məmmədova Amsterdamda yaşayan həmyerlimizdir. Bir müddət əvvəl Mədinə xanım “Qafqazinfo” ilə maraqlı fikirlərini bölüşmüşdü. Təxminən 20 il əvvəl Vətənindən məcburiyyət qarşısında uzaqlaşan bu xanım qürbətdə hörmət sahibi olan aşbaz, desert ustası kimi işləyir. Hazırda Vətənində olan Mədinə xanımla növbəti müsahibəni təqdim edirəm.

“Vətənimdə məni narahat edən çox sey var”

“Hər dəfə Bakıya gələndə üzücü vəziyyətlərlə qarşılaşıram. Bakının görkəmi sürətlə dəyişir. Paytaxtın yaşıllıqları azalıb, olan-qalan ağaclar da havası kimi kirlidir. Şəhər dənizə yaxın olsa da, havası çox ağırdır. Avropa şəhərlərində bu qədər maşın yoxdur. Maşınlardan çıxan qazlar havanı o qədər kirli edib ki, hətta bura gəldiyim ilk günlər məndə boğulmalar oldu. İndi bir qədər öyrəşirəm. Mən təbiət xəstəsiyəm. Bakıda təbii yaşıllıqlar yox edilir, əvəzində süni parklar yaradılır. Bu kimə lazımdır? Təəssüf ki, şəhərin mərkəzində vaxtiylə bildiyimiz məşhur istirahət ocaqlarında yeni, şəhərin planına uyğun olmayan binalar ucaldılır. Avropalı üçün sağlam qidalanmadan sonra yaxşı istirahət əsasdır. İndi deyəcəklər ki, Vətənini bəyənmir. Amma həqiqət budur ki, hər ölkə vətəndaşının təmiz qida, su və havasını təmin etmək üçün çalışmalıdır. Təəssüf, bizim sadə insanlar bu hüquqlarından məhrum yaşayırlar.”

“Azərbaycan həmin hesabatda Ermənistandan çox alt sıralarda yer tutur”

“Bakıda olduğum müddətdə mağaza, market hətta bir neçə restoranların işi ilə tanış olmaq imkanım oldu. İri, nüfuzlu marketlərdə gündəlik tələbatda olan ərzaq, meyvə, tərəvəz məhsullarını qat-qat yüksək qiymətlə təklif edirlər. Bunu bazar qiymətləri ilə tutuşdurduqda böyük fərq meydana gəlir. Ərzaq məhsulların saxlanma qaydası və istifadə müddətiylə bağlı güman edirəm, məlumatsızlıq və kələk hökm sürür. Hətta xarici məhsulun yararlılıq müddətinin üzərinə yeni tarixlər əlavə olunur. Belə vəziyyətlər Avropa ölkələrində ciddi qanun pozuntusu hesab edilir. Bu səbəbdən oranın insanları öz camaatına kələk gəlməkdən yayındırılır. Yaxud, məhsulların çoxu ciddi yoxlamadan keçirilmir. İnanırsız, xaricdə ölkəyə gətirilən bir məhsulun tərkibi standarta uyğun olmazsa, o mal tonlarla gəldiyi yerə qaytarılır. Azərbaycan bu mənada, qapılarını taybatay açıb. Zərərli, konserogen, GMO məhsullar belə kütləvi satışda nəzarətsiz satılır. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, ötən il beynəlxalq hesabatların birində Azərbaycan dünya ölkələri içərisində 80-ci yeri tutub. Ekoloji təmiz qida istifadəsinə görə, Hollandiya ən qabaq sıralarda, Ermənistan isə Azərbaycandan çox ön sıralarda yer alıb. Belə məlumatları yayanlar bəzən qeyri-obyektivlikdə təqsirləndirilir. Amma həqiqəti görmək çətin deyil. Sadə bir misal deyim. Bildiyimə görə, burada dönərxanalarda toyuq dönəri satmaq qadagan olunduğu halda, şəhərin çox obyektində bu qeyri-qanuni satışın şahidi olmuşam. Azərbaycan dövləti qida və içki məsullarına nəzarətlə bağlı yeni islahatlar keçirməlidir. Bir daha qeyd edirəm, xəstəliklərin 99 %-i yanlış qidalanmadan ortaya çıxır. İnsanlarımızı ən çox narahat edən bir məsələ barədə söz demək istəyərdim. Hansı yağdan istifadə etməliyik? Təmiz nehrə yağı( imkan tapıldığı qədər), bir də zeytun yağı. Zeytun yağının belə bir xüsusiyyəti var ki, o kənar maddələri özündə saxlamır, bu səbəbdən ona qatqı əlavəsi çox halda imkansızdır. İndi hamı qarğıdalı yağından istifadə edir. Bu yanlışdır. İnanın ki, emala verilən qarğıdalı məhsulunun heç yarı hissəsi həmin qablarda toplanmayıb. Bir də indi dünyada geni modifikasiya olunmuş(GMO)məhsullar becərilir. Qarğıdalı da beləsindəndir . Belə məhsullardan hazırlanmış qidalar orqanizm üçün çox təhlükəlidir. Bu barədə bizim mütəxəsislər tez-tez xəbərdarlıq etməlidirlər. Azərbaycanlı balalarına yazığınız gəlsin. Kənardan müşahidələrim məni narahat edir. Baxın, bu gün nə qədər azərbaycanlı uşaq gün ərzində tərəvəz və ya meyvə yeyir. Əslində süni bahalaşdırma mühitində problemin kökündə başqa şeylər durur. Avropa məktəblisi üçün sağlam qidalanma kiçik yaşlarından başlayır. Yaşadığım Amsterdamda məktəblərdə hər ay bir neçə dəfə tərəvəz, meyvə günü keçirilir. Bizim uşaqlarımız bu barədə çox məlumatsızdırlar. Çünki hər şey ailədən başlayır.”

“Hollandiyanın HoReCa-sı kifayət edər”

“Bakıda adı hallanan restoranlardan birinə getmişdim. Məlum oldu ki, ən böyük restoranlarda belə xidmət, onun hissələri, müştəri ilə davranış qaydaları yoxdur. Başqa sözlə, Azərbaycanda bu məsələlər qulaqardına vurulur. Halbuki, Hollandiya və hər hansı Avropa ölkəsində restoran daxilində davranış, müştəri ilə münasibətlə bağlı kurslar keçməlisən. Bu məsələ təqdim olunan mətbəx, menyudan öndə gəlir. HoReCa adlı idarəetməçilik sistemi mövcuddur. HoReCa-otel, restoran, kafe(ingiliscədə, hotel, restaurant, cafe) sözlərinin ilk hecalarının birləşməsindən meydana gələn kəlmədir. HoReCa-qida və içki sektorunda xidmət verən qurumların əsas birliyidir. Bu sistem otel, restoran, kafe və digər xidmət sahələrində bənzər şərt və xüsusiyyətləri birləşdirən qurumdur. Hollandiyada da bu sistem oranın öz dilində “Uniforme Voorwaarden Horeca”(UVH) kimi tanınır. Bu sistem müvafiq qanunlarla tənzimlənir. Bakıda isə restoran açmaq üçün yalnız pul olması kifayətdir. Bu işi qurmaq üçün ən azı məlumatlanmaq, yeni tendensiyalar barədə fikir toplamaq lazımdır. Lazımdır ki, müştəri istəkləri qarşılansın.”

“Avropada adi təmizlik işi görənin də təhsil alması mütləqdir”

“Bir məsələni də qeyd edim. Azərbaycanda yalnış işgüzarlıq hökm sürür. Bəzi peşə sahələrində işləmək üçün tanışlar cəlb olunur. Lap belə bir misal çəkim. Avropada təmizlik işi görən bir şəxsin öz işi barədə məlumatı olmalıdır. Istifadə etdiyi təmizləyici vasitələr(işçinin özü üçün də zərərli ola bilər), onlardan yerinə görə yararlanmaq, nə zaman silib-süpürmək kimi. Bu dediklərim bizə gülünc görünə bilər. Amma həmişə bəhs edilən standartlar insanların rahatlığı və sağlamlığı üçün nəzərdə tutulur. Bu gün tək Bakının bir neçə restoranlarında sorğu aparsaq, məlum olacaq ki ofisiant işləyənlərin çoxu və ya hamısı öz işi barədə məlumatsızdırlar.”

“Milli yeməklərimizin orijinal halı qorunmalıdır”

“Bildiyimə görə illərdir, Milli Kulinariya Mərkəzi fəaliyyət göstərir. Milli mətbəximizin təbliği işində irəliləyişlərin olmasından xəbərsizəm. Ən azı xaricdə yaşayan kimi bizimkilərin aktivliyini görmürəm. Mən xalqımın məxbəxini hər fürsətdə göstərməyə hazır olmuşam, bu gün də bu davam edir. Mənim kimi soydaşlarımız var. Amma bu pərakəndə şəkildə yox, sistem formasında həyata keçirilməlidir. Bir hollandiyalının agız dadı ilə bizimki eyni ola bilməz. Misal üçün, bizim elə xörəyimiz var ki, o süfrəyə mütləq təndir və ya lavaş çörəklə verilməlidir. Və ya, plovun hər növü tələb olunan şəkildə bişirilməlidir. Burada özbaşına əlavələr və yeni reseptlər kəşf etməyə ehtiyac yoxdur.”
Raminə Eyvazqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Mən o qadının atası deyiləm" - Tanınmış aktyor

    "Mən o qadının atası deyiləm" - ...

    5-08-2015, 01:00

  • 
  • Bakıda üç gün öncə toyu olan gənc sevgili qurbanı oldu

    Bakıda üç gün öncə toyu olan gənc sevgili qurbanı ...

    18-09-2013, 11:20

  • 
  • Vətəndə baha, qürbətdə ucuz

    Vətəndə baha, qürbətdə ucuz ...

    13-08-2013, 00:54

  • 
  • Müəllimlərin adına kredit götürən direktorun məhkəməsi olacaq

    Müəllimlərin adına kredit götürən direktorun ...

    7-08-2014, 02:19

  • 
  • "Yolumuz nikah masasına qədər gedib çıxacaq"

    "Yolumuz nikah masasına qədər gedib ...

    7-03-2016, 14:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (12)
Sentyabr 2025 (561)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu