GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu Azərbaycandan Əfqanıstan düzəltmək istəyənlərin əməlidir”

“Bu Azərbaycandan Əfqanıstan düzəltmək istəyənlərin əməlidir”

Tarix: 5-04-2014, 13:34 Bölmə :Müsahibə Baxış: 841
“Bu Azərbaycandan Əfqanıstan düzəltmək istəyənlərin əməlidir”
Şahbaz Xuduoğlu:
“Əgər həbs olunmağım lazım olsa, demək həbs olunacağam”


“Gündəm Xəbər”in suallarına Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu cavab verib. Qeyd edək ki, Vergilər Nazirliyi Qanun Nəşriyyatının əmlakını müsadirə edib, bank hesablarını dondurub, sənədlərini əsassız olaraq götürüb. Son illər Azərbaycanda çoxlu sayda bədii ədəbiyyat tərcümə və nəşr edən, ölkəmizdə kitaba böyük maraq yaradan bu nəşriyyatın sıradan çıxarılması prosesi açıq şəkildə aparılır. Artıq demək olar ki, Vergilər Nazirliyi istəyinə “çatıb” və ölkəmizdə kitab nəşrinin qarşısını almağın astanasındadır. Naşir Şahbaz Xuduoğlu ilə söhbətimizdə əsasən nəşriyyatın durumu ilə bağlı olub.

- Şahbaz bəy, Qanun nəşriyyatında son durum necədir?
- Hazırda durum pisdir. Artıq işığımızı da kəsiblər. Bundan əvvəl isə bizim sənədlərimizi götürüblər. Həm də komputerlərimiz aparılıb. Eyni zamanda bank hesablarımız dondurulub. Son durum bundan ibarətdir. Hətta suyumuz da kəsilib. Çünki, nəşriyyata su elektrik enerjisinin hesabına gəlir. Əgər elektrik yoxdursa, deməli su da yoxdur. Hazırda bu vəziyyət hökm sürür.
- Sizcə, bütün bunlar niyə baş verir, sizin üçün məlum olan və olmayan hansı məsələlər var?
- Doğrusu, mənim üçün bəlli olan budur ki, nəşriyyatın sənədlərinin qanunsuz olaraq götürülməsinə dair biz məhkəməyə müraciət etmişdik. Qanunun bizim tərəfimizdə olmasına baxmayaraq, sonda hakim hazır qərar oxudu. Bu qərar da bizim əleyhimizə idi. Biz də sənədlərin götürülməsinin qanunsuz olması ilə əlaqədar, həmçinin bunun zorakılıq vasitəsilə edilməsinə dair Baş Prokurorluğa müraciət etdik. Normativ hüquqi sənədlərə əsasən, Baş Prokurorluq bu işi araşdırmalı idi. Amma bunun əvəzində Baş Prokurorluq bizim şikayətimizi nəşriyyatı yoxlayan, qanunsuz təftiş edən, cəzalandıran Vergilər Nazirliyinə göndərdi. Yəni hara müraciət edirsənsə, kömək umursansa, onlar sənin şikayətini şikayət etdiyin quruma göndərir. Onlar da səni bu formada cinayət cəzası ilə təqib edirlər. Hazırda cinayət işi başlanılıb və yüzə yaxın adamın dindirilməsi gözlənilir. Artıq 50 nəfərə yaxın şəxs istintaqa çağırılaraq dindirilib. Aprelin 1-də də bizim bir əməkdaşımız istintaqa çağırılaraq dindirilib və axşam saat 21.00-a qədər saxlanılıb. Hazırda bu vəziyyətdir. Niyə bunlar baş verir? Çünki hüquqi nihilizm var, münasibətləri hüquq tənzimləmir. Əksinə, bu münasibətləri vergi orqanının göstərişləri tənzimləyir. Kimsə sanki vergi orqanını killer olaraq tutub və qanun nəşriyyatından intiqam alır.
- Niyə intiqam alırlar?
- Çünki Qanun nəşriyyatı iki ildir ki, vergilər əleyhinə kompaniya başlayıb və bəyan edir ki, bütün dünyada əlavə dəyər vergisi kitabın üzərindən götürülüb. Qonşu Gürcüstanda vergi həm kitabın, həm də kitab kağızının üzərindən götürülüb. Hətta kitab çap edən avadanlığın da üzərindən vergi götürülüb. Bu onun göstəricisidir ki, bu ölkə öz kitabına dəyər verir, mədəniyyətini irəli aparmaq istəyir. Ona görə də, bu sahəni vergilərdən azad edib. Biz iki ildir ki, əlavə dəyər vergisinin kitab üzərindən götürülməsi kompaniyasını aparırıq. Vergilər də, bunun müqabilində ona verilən sifarişdən sui-istifadə etməklə bizim tələbimizə bu yolla cavabını verir və cəzalandırır. Bizim vəziyyətimiz də indi gördüyünüz durumdadır.
- Vergilər Nazirliyi bu prosesdə sifariş yerinə yetirir?
- Əslində sifarişin icra edilməsi də qanuna əsaslanmalıdır. Hər hansı bir sərəncam və göstəriş verən də qanuna söykənməlidir. İstənilən dövlət təşkilatı şifahi göstərişlə işləmir. Dövlət təşkilatları qanuna əsaslanaraq fəaliyyət göstərirlər. Bu qurumlar şifahi tapşırıqlara söykənərək fəaliyyətlərini qurmurlar. İndi bunlar şifahi tənzimləmə metoduna keçiblər. Hal-hazırda yazılı qanunlar bizi müdafiə edir. Amma bu qanunlara əməl edən bir dövlət qurumunu tapmaq mümkün deyil. Biz hara və kimə şikayət edək? Təbii ki, indi biz gözləyirik ki, Azərbaycanda yerli məhkəmə instansiyaları bitsin. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edək. Amma buna qədər işığımız sönmüş, hesabımız donmuş,elektrikimiz kəsilmiş şəkildəmi qalmalıyıq? Bu nədir, hansı qanundur? Bu kitab nəşr edən bir nəşriyyata qarşı bu cür münasibət hardan qaynaqlanır? Doğrusunu deyim ki, mən bu sualın cavabını tapa bilmirəm.
- Bəlkə bu prosesdə siyasi motiv var...
- Azərbaycanda siyasi mənada həll olunmayan hər hansı bir məsələ varmı? Azərbaycanda siyasi münasibətlərdə aydın olmayan mürəkkəb nə var ki? Siyasi münasibətlər çox aydındır. Kimin müxalifət mövqeyində və düşərgəsində, kiminsə hakimiyyət rolunda olduğu bəllidir. Eləcə də müxalifət hara qədər danışa bilər, hakimiyyət hara qədər nəyi əzə bilər kimi məsələlər aydındır. Amma kitab nəşriyyatının bu məsələlərə heç bir aidiyyəti yoxdur. Biz müxalifət partiyalarını təbliğ edən bir kitabmı buraxdıq? Yoxsa iqtidar partiyasını tənqid edən kitab nəşr etdim? Axı kitabın bu məsələyə dəxli yoxdur. Siyasi münasibətlərini partiyalar öz nizamnaməsi və məramnaməsi ilə tənzimləyir. Bu fəaliyyəti bizim nəşr etdiyimiz kitablarla tənzimləmirlər. Kitabı bu məsələlərə qatmaq və qanun nəşriyyatına hüquq müstəvisində baxmamaq doğru deyil. Buna siyasi mənada baxmaq və 150 əməkdaşı olan nəşriyyatı batırmaq da düzgün deyil axı. Bizim hansı siyasi fəaliyyətimiz var ki? Mən hansı siyasi partiyanın üzvüyəm və onun fəaliyyətinə təkan verirəm ? Bunların hamısı aydın məsələdir və bunu da yaxşı bilirlər. Hesab edirəm ki, burada siyasi məsələ deyil, başqa sifariş ola bilər. Hər halda mən bu məsələdə siyasi sifariş görmürəm.
- Bəlkə indiyə qədər sizin 5 mindən çox kitab nəşr etməyiniz artıq siyasi baxımdan narahatlıq yaradır...
- Doğrudur, mən indiyə qədər beş mindən çox kitab nəşr etmişəm. Hər zamanda çalışmışıq ki, ən müasir kitabları nəşr edək. Axı bizim işimiz kitab nəşr etməkdir. Biz dünyanın aparıcı yazarlarının kitabını nəşr edirik. Əgər bir kitab ingilis dilində çıxıbsa, biz dərhal onun Azərbaycanda çıxmasını istəyirik. Yəni biz Azərbaycanda kitabın rolunu şərəfli bir pilləyə ucaltmaq istəyirik. Bizim niyyətimiz budur. Hər kəs bilir ki, indiyə qədər Azərbaycanda kitab ayaq altında olub. Hətta oxumadan diplom alıblar, vəzifə sahibi olublar, oxumadan məhkəmə də bizim əleyhimizə qərar çıxarırlar, Cinayət Məcəlləsinin adını və tozunu bilməyən insanlar müstəntiqlik edirlər, bizim əleyhimizə istintaq işi aparırlar. Biz isə kitabı qaldırmaq, kitabın yerini cəmiyyətimizdə ucaltmaq istəyirik. Buna görə, bizə cəzamı düşür?
- Mümkündürmü ki, sizin bu fəaliyyətiniz kimlərinsə xoşuna gəlməsin?
- Xoş gəlmirsə, niyə bu dövlətin dili Azərbaycan dilidir. Mən bunu başa düşmürəm, bu porodoks olardı. Kitab nəşr edən bir nəşriyyatı bağlamağın adının nə olduğunu şəxsən mən bilmirəm.
- Burada kitab sahəsini monopoliyaya almaq motivi ola bilərmi?
- Ola bilər. Mən bunu istisna etmirəm. Amma onlar tez bir zamanda buna görə peşman olacaqlar. Çünki, onların heç biri Şahbaz Xuduoğlu deyil ki, gedib küçədə durub kitab satsınlar və bu kitabı vicdanları ilə eyni dərəcədə nümayiş etdirə bilsinlər. Mən kitab satmaq naminə kitab satmıram, həm də kitaba yaxınlaşan insanlara başa salmağa çalışırdım ki, kitab qorxulu deyil, əksinə onlar üçün uğur vasitəsidir. Həm də mən oxumadığım heç bir kitabı nəşr etmirəm. Başqa sözlə, mən buna biznes kimi baxmıram, həm də həyatımın bir hissəsi kimi baxıram. Mən həyatımı bu işin içində görürəm. Əgər onlar bu işi görmək niyyəti ilə belə işləri görürlərsə, çox tez zamanda anlayacaqlar ki, bu işi görmələri mümkün deyil. Çünki bu gəlirsiz sahədir, onlar başqa sahələrdən bu pulu daha tez götürə bilərlər. Bəlkə də onlara elə gəlir ki, kitab yarmarkalarına gələn gənclər sabah onların da buraxdıqları kitabların üstünə gələcəklər. Əgər belə düşünürlərsə, çox böyük səhv edirlər. Bu gənclər onların kitabının üzərinə getməyəcək, eləcə də bizimlə əməkdaşlıq edən tərcüməçilər onlarla eyni xətlər əsasında işləməyəcək. Bu mümkün deyil. Ancaq onlar bizimlə paralel şəkildə işləmək istəyirlərsə, buyurub işləsinlər. Bizdə intellektual mülkiyyət sanki fəzadadır. Sən bunu götürüb idarə edə bilməszən. Min dənə yazar var, hər gün 5 min kitab çıxır. Sən də öz yazarını seç, maraqlı kitablar nəşr et və sənin də yarmarkalarının ətrafında gənclər olsun. Sən bunu etmirsən, amma bunu edəni də bağlayırsan. Bu isə korluq, cəhalət cəmiyyətinə aparan yoldur. Bu Azərbaycandan Əfqanıstan düzəltmək istəyənlərin əməlidir. Biz buna qarışıyıq və istəyirik ki, Azərbaycanda sivil cəmiyyətin qaydaları oturuşsun. Kitablı bir cəmiyyət olsun. Kitabsız cəmiyyət həm də korazehinlik deməkdir.
- Şahbaz bəy burada Qanun Nəşriyyatı ilə bağlı problem var, yoxsa Əli və Nino Kitab Mağazaları şəbəkəsi də bu problemlərin içinə salınıb?
- Bəli, problem var və səslənib. Mən bildiyim qədər kitab mağazasına da zənglər edilib və onları da istintaqa dəvət ediblər. Təbii ki, bu bizim sıx işlədiyimiz və birgə layihələrimiz olan bir kitab mağazasıdır. Yəqin bununla bağlı onları da narahat edirlər. Eyni zamanda bizim işlədiyimiz digər kitabçılar var və yəqin ki, onları da bu prosesə cəlb edəcəklər. Çünki onlar da bizimlə əməkdaşlıq edirlər. Ümumiyyətlə bütün kitab mağazalarında satılan ədəbiyyat əsasən bizim nəşriyyatımıza aid olan ədəbiyyatdır.
- Bundan sonra nə etməyi düşünürsünüz, hansı planlarınız və müdafiə mexanizmləriniz olacaq?
- Mən başqa mübarizə yolunu görmürəm. Gedib piket və ya mitinq edəsi deyiləm. Eləcə də özümü də yandırası deyiləm. Biz hüquq çərçivəsində sona qədər müdafiə işini aparacağıq. Hazırda media bu işə qoşulub. Bir sözlə qəzetlər, ictimai çevrələr, gənclər təşkilatları bu işdə fəaldırlar. Qeyd edim ki, vəziyyətlə bağlı yazıçılar dövlət başçısına müraciət edib. Biz bunun da cavabını gözləyirik. Gələcək müdafiəni də bu yolla görürəm. Əgər işləmək mümkün olmasa, qanun işləməyəcək. Əgər həbs olunmağım lazım olsa demək həbs olunacağam.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?”

    Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?” ...

    18-11-2013, 12:14

  • 
  • Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı

    Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı ...

    13-11-2013, 12:53

  • 
  • “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə çəkişməsi: ifadələr fərqlənir

    “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə ...

    24-01-2014, 15:11

  • 
  • Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın olacaq”

    Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın ...

    6-11-2013, 17:24

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu