GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ehtiyatlı olmalı, hissə qapanıb bəyanatlar verməməliyik”

“Ehtiyatlı olmalı, hissə qapanıb bəyanatlar verməməliyik”

Tarix: 9-04-2014, 10:26 Bölmə :Müsahibə Baxış: 753
“Ehtiyatlı olmalı, hissə qapanıb bəyanatlar verməməliyik”
Adil Qeybulla:
“Forsmajor hadisə baş verməsə, müxalifətdə fəallıq parlament seçkiləri öncəsi müşahidə olunacaq”


Müsavat Partiyasının Məclis üzvü, professor Adil Qeybulla “Gündəm Xəbər”in suallarını cavablandırıb. Professor əsasən Ukrayna ətrafında baş verən proseslərdən, Müsavat Partiyasında fəaliyyətindən, demokratik düşərgənin durumundan, 1999-cu ildə qəbul edilən “Tibbi sığorta haqqında” Qanundan, bu qanunun işləməməsindən və onun vətəndaşa verəcəyi üstünlüklərdən danışıb. Müsahibəni təqdim edirik.

- Adil bəy, Ukraynada baş verən proseslər hələ də davam edir. Bu məsələlərlə əlaqədar təmsil olunduğunuz partiyanın da münasibəti olub. Siz bu haqda nə düşünürsünüz?
- Mən hesab edirəm ki, biz Ukrayna hadisələrindən həm dərs götürməliyik, həm də buna çox həssas yanaşmalıyıq. Demək olar ki, biz onoloji taleyi yaşayırıq. Azərbaycanın əraziləri işğal edilib. Biz hansı ərazi vahidi ilə SSRİ-nin tərkibinə daxil olmuşduqsa, Rusiya SSRİ-nin varisi kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etməli idi. Çox təəssüflər olsun ki, belə olmadı. Biz müstəqilliyimizi elan etməyin bir addımlığında Dağlıq Qarabağda separatizm baş verdi və biz ərazimizin bir hissəsini itirdik. İndi burada həm beynəlxalq hüququn pozulması var, həm də SSRİ müqaviləsinin pozulması halı var. Çünki müqavilə öz əhəmiyyətini itirəndən sonra bizim müqavilədən əvvəlki ərazimiz təmin edilməlidir. Amma bu baş verməyib. Əlbəttə, bu gələcəkdə beynəlxalq hüququnun preqmenti ola bilər. Amma biz indiki dövrdə yaşayırıq və dünyada beynəlxalq hüquq deyil, güc rol oynayır. Bunu Krım məsələsində bir daha gördük. Azərbaycan bu cür məsələlərdə hər zaman ehtiyatlı olmalıdır. Bizim hissə qapılıb müxtəlif bəyanatlar vermək, bəzi proseslərdə iştirak etmək, kimlərisə qıcıqlandırmaq kimi addımlar atmaq düzgün deyil. Hesab edirəm ki, bu gün Krım tatarlarından daha çox Azərbaycanın taleyini düşünməliyik. Öz taleyimizi düşünüb öz qayğımıza qala bilməsək, heç kimin qayğısına qala bilməyəcəyik.
- Azərbaycan hökumətinin Ukrayna məsələsində BMT-də tutduğu mövqeyi necə qiymətləndirirsiniz?
- Ukrayna ilə bağlı BMT-də aparılan müzakirələrdə Azərbaycanın tutduğu mövqe tamamilə düzgün idi və Rusiya da bunu başa düşməlidir. Moskva anlamalıdır ki, qonşu dövlət kimi Azərbaycan torpaqlarını itirmiş bir ölkədir və özünün analoji variantlarını başqa cür dəyərləndirsə, siyasi konyukturadan qiymətləndirsə, sabah özünün əleyhinə olan president yaratmış olar. Bu baxımdan biz düzgün mövqe tutmuşuq və bu qətiyyən Rusiyanın əleyhinə olmaq, ona meydan oxumaq kimi qəbul edilməməlidir. Əksinə, bu hər bir dövlətin öz taleyini, müqəddəratını düşünmək konteksində qəbul olunmalıdır. Bu baxımdan Azərbaycan məsələyə doğru yanaşıb və qonşu dövlətlər də buna anlayışla yanaşmalıdır.
- Ukrayna məsələsinə münasibətdə sizinlə Müsavat Partiyası arasında ciddi fərqlər varmı?
- Deməzdim ki, prinsipial fərq var. Amma düşünürəm ki, bir partiya adından Krımla bağlı hansısa bəyanat verərkən Azərbaycanın milli maraqları və dövlət təhlükəsizliyi nəzərə alınmalıdır. Çünki, bu artıq ölkə daxili deyil, beynəlxalq məsələdir. İndiki həssas və təhlükəli, hər bir addımların ölçülüb-biçilməsi tələb olunan dövrdə emossiyalardan deyil, milli maraqlardan çıxış edərək addımlar atılmalıdır. Hesab edirəm ki, Ukrayna məsələsində müxalifət və xalq iqtidarın yanında olmalıdır. Diqqət edin, Yanukoviçi hakimiyyətdən aparan səbəb nə oldu? Yanukoviçi hakimiyyətdən salan səbəb onun Avrasiya İttifaqına daxil olmaq istəyi oldu. O, bu istəyindən çəkinmədi və xalqın etirazı ilə üz-üzə gəldi və sonda hakimiyyətini itirdi. Amma bütün bunlara rəğmən Azərbaycan siyasi hakimiyyətinin taktiki gedişləri daha düzgün oldu. Bu ən optimal yol idi. Əgər başqa bir optimal yol varsa, buyurub ortaya qoysunlar. Bu baxımdan hesab edirəm ki, biz bu mövqeyi müdafiə etməliyik. Siz diqqət edin, Ukrayna kimi hadisə Azərbaycanın başına gəlsə, bizim üçün daha mürəkkəb vəziyyət yaranmış olar. Əgər ölkədə Qarabağın taleyi ilə bağlı təhlükə yaranarsa, biz Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü müdafiə etməli və bunun əleyhinə gedənlər qarşısında Azərbaycan demokratik qüvvələrini görməlidir. Amma indiki situasiyada siyasi hakimiyyətin apardığı xətt ən optimal xətt kimi dəyərləndirilməlidir.
- Siz Müsavat Partiyasının tədbirlərinə, xüsusilə Divanın toplantılarına qatılırsınızmı?
- Mən Divan üzvü olmadığımdan bu iclaslara qatılmıram. Məclisin də iclaslarında olmuram.
- Müsavatla sizin aranızda soyuqluq var?
- Xeyr, soyuqluq yoxdur. Sadəcə mən üzv olmadığım strukturların toplantılarında iştirak etmirəm. Mən Müsavat Partiyasının sıravi üzvüyəm. Dəvət edildiyim tədbirlərdə iştirak edirəm, dəvət almadığım tədbirlərdə isə təbii ki, iştirak etmirəm.
- Hazırda demokratik düşərgədə yaranan süstlüyü necə qiymətləndirirsiniz, bundan çıxış üçün imkanlar varmı?
- Hesab edirəm ki, müxalifət düşərgəsində mövcud olan süstlük bir müddət davam edəcək. Bu süstlüyü yalnız baş verə biləcək forsmojor hadisə dəyişə bilər. Bu zaman isə aktivliyin müəllifi müxalifət deyil, xalq ola bilər. Məsələn, Qarabağ ətrafında neqativ proseslər baş verə bilərsə, və ya Ukraynaya oxşar hadisə yaranarsa, bu zaman siyasi aktivliyin müəllifi xalq ola bilər. Bu gün müxalifətin siyasi səhnəyə çıxaraq siyasi gündəmi dəyişmək, ictimai hadisələrə dərindən nüfuz etmək imkanı yoxdur. Çünki buna uyğun şərait yoxdur.
- Müxalifətdə fəallığın olmamasına səbəb nədir?
- Hesab edirəm ki, bir uğursuzluq sindromu və ondan doğan nəticələr var. Bu göz önündədir. Yəni insanlar uzun müddət apardığı mübarizənin perspektivini görməyəndə bu prosesdən uzaqlaşır. Təbii ki, bu dünyada gedən bir prosesdir. Çeçenistanda prezident Yelsinin dövründə olan siyasi fəallığa baxın və bir də indiki fəallığa diqqət edin. Hər bir ictimai-siyasi fəallıq və mübarizə üçün şərait olur. Bu şəraitin parametrləri itəndə təbii ki, bu fəallığa ciddi şəkildə təsir etmiş olur. Digər tərəfdən, hər hansı bir ictimai-siyasi fəallıq konkret hədəfə çata bilmirsə, ictimai-siyasi hadisələri bu istiqamətə yönləndirə bilmirsə, onun perspektivi məsələsi göz önünə çıxır. Bu zaman insanlar mübarizədən soyumağa başlayır. Azərbaycan reallığında bu kimi hallar var. Mən hesab edirəm ki, əgər forsmojor vəziyyət baş verməsə, müxalifətin fəallığı 2015-ci il parlament seçkiləri öncəsi müşahidə olunacaq.
- Milli Məclis Tibbi sığorta haqqında qanunu müzakirə etdi, müəyyən dəyişikliklər olundu. Amma bu qanun hələ də işləmir. Bu haqda nə düşünürsünüz?
- Tibbi sığorta ilə bağlı biz 1992-ci ildə işlədik, araşdırmalar apardıq və sonda bir qanun layihəsi hazırlayıb hökumətə və parlamentə təqdim etdik. Həmin layihədə tibbi sığortanın işləmə mexanizmi açıq göstərilirdi. Təəssüflər olsun ki, bu layihədən bir səs belə çıxmadı. Sonradan 1999-cu ildə Milli Məclis “Tibbi sığorta haqqında” Qanunu qəbul etdi, ölkə prezidenti qanunu imzaladı. Amma iş ondadır ki, qanunun işlək olması üçün onun dəqiq mexanizmi olmalıdır. Əks halda qanun kağız üzərində qalır. Mən Milli Məclisdə bu qanuna edilən dəyişikliklərə də diqqət etmişəm. Bu dəyişikliklər tibbi sığortanın real həyatda əks olunması, insanların mənafeyinə yönəlməsi, vətəndaşların sosial müdafiəsinə yönəlməsi baxımdan ortaya mexanizm qoymur.
Qanuna edilən dəyişikliklər məsələnin həlli deyil. Azərbaycanda tibb sığortası üçün konkret kateqoriyalar müəyyənləşməlidir. Əhalinin hansı kateqoriyası necə sığortalanmalıdır, işləməyən şəxslər, işsizlərin sığortalanması kriteriyası xeyli fərqlidir. Eləcə də dövlət məmurlarının sığortalanması kimi xeyli nüanslar var ki, dəqiq mexanizm tələb edir və bu işlənib hazırlanmalıdır. Çünki, sığorta həm də maliyyə ilə birbaşa bağlı məsələdir. Tibbi sığorta vətəndaşın xeyrinə işləməsə, mühüm məsələləri əhatə etməsə, bundan həkim və tibbi personalın adekvat əmək haqqı təmin edilməsə, bu zaman ölkədə tibbi sığorta xidməti təmin edilə bilməz. Əgər biz qərb standartlarına doğru gediriksə, bu standartları və meyarları mənimsəməli, dünyanın bir parçası olmaq istəyiriksə, dünyanın getdiyi yolla getməliyik.
- Burada sizi narahat edən məqam varmı?
- Səhiyyə Nazirliyi nədən bu prosesə aparıcı mütəxəssisləri dəvət etmir, necə ola bilər ki, bu işdən xəbəri olanlar bu prosesə qoşulmasın? Mən 1992-ci ildə Türkiyədə tibbi sığorta ilə bağlı xeyli məsələləri araşdırmışam. Eləcə də Azərbaycanda bunun necə tətbiq edilməsinin mexanizmlərini işləyib hazırlamışıq. Böyük elmi əsası olan qədim türk təbabətinin Azərbaycanda hansı əsasla tətbiq edilməsi məsələsinə diqqət edilməlidir. Bu gün bütün dünya bundan bəhrələnir, amma biz buna barmaq arası baxırıq. Bütün bunlar milli səhiyyəmizin atributlarıdır və onlar xalqın xeyrinə işləməlidir. Bu halda biz normal səhiyyədən söhbət edə bilərik.
- Bu gün üçün Tibbi sığorta haqqında qanunu tətbiq etmək üçün Azərbaycanın imkanı və şəraiti varmı?
- Bunun mexanizmi yoxdur. Əvvəl bunu pilot layihə kimi bir-iki rayonda tətbiq etmək istəyirdilər. Sonradan bu bir söz oldu və ortada real bir şey yoxdur.
- Əgər bu tətbiq ediləcəksə, bu zaman vətəndaşın xeyri nədən ibarət olacaq?
- Bu beynəlxalq standartlara uyğun və Azərbaycanda doğurdan da səhiyyənin mühüm bir xidmət formasını təmin etməyincə, əhalinin bütün kateqoriyaları sığortalanmayınca və tibb işçiləri adekvat leqal gəlir əldə etməyincə, bu proses xalqın marağına işləyə bilməz. Bu mexanizmlərdə açıq və aydın görünməlidir. Tibbi sığortanın ilk növbədə vətəndaş üçün xeyri odur ki, doğuş və təxirəsalınmaz yardımlardan insanlar xeyli yararlana biləcək. Bu gün insanların narazılığı əsasən bu məsələlərlə bağlıdır. Eləcə də mühüm diaqnostika tədbirlərini, müəyyən digər məsələləri həll edə bilər. Əgər bu insanların yüksək tibbi xidmətlə təmin edirsə, bu əlbəttə normal sistem olacaq. Əslində vətəndaşın istədiyi də elə budur.
Hüseyn Abbasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavatçı professor partiyasının Milli Şuranı tərk etməsini istəyir

    Müsavatçı professor partiyasının Milli Şuranı ...

    14-08-2013, 16:14

  • 
  • Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

    Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI ...

    24-09-2014, 11:24

  • 
  • “Müxalifət depressiyadan çıxmalıdır...”

    “Müxalifət depressiyadan çıxmalıdır...” ...

    24-12-2013, 17:13

  • 
  • Azərbaycanda bu qanun xəstəliklərin yayılmasına səbəb olur

    Azərbaycanda bu qanun xəstəliklərin yayılmasına ...

    24-04-2014, 11:49

  • 
  • İlham Əliyev: “Ukrayna hökuməti anlamalıdır ki, Azərbaycan Rusiya ilə yaxın dostdur”

    İlham Əliyev: “Ukrayna hökuməti anlamalıdır ki, ...

    23-01-2015, 23:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu