GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Kimin İmam Şamilin, kimin İmam Gülənin nəticəsi olduğu üzə çıxdı”

“Kimin İmam Şamilin, kimin İmam Gülənin nəticəsi olduğu üzə çıxdı”

Tarix: 9-04-2014, 10:42 Bölmə :Müsahibə Baxış: 4 198
“Kimin İmam Şamilin, kimin İmam Gülənin nəticəsi olduğu üzə çıxdı”
Məhəmməd Nooyev:
“Elnur Aslanovun mənə qarşı apardığı “qara piar” kampaniyası təsdiqini tapmadı,
zaman kimin kim olduğunu və hansı təriqətə xidmət etdiyini göstərdi”


Bir müddət öncə vəzifəsindən uzaqlaşdırılan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun məsələsi hələ də müzakirə mövzusudur. Adı xarici qüvvələrin təsirində olan dini təriqətlərə xidmət etməkdə hallanan sabiq şöbə müdiri barədə müxtəlif informasiyaların yayılması mövzunu daha da aktuallaşdırıb. 2010-cu ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olmuş Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Siyasi Şura üzvü Məhəmməd Nooyev həmin dövrdə Elnur Aslanov və onun anası, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova tərəfindən təzyiq və təqiblərə məruz qaldığını, özünün və ailə üzvlərinin işdən çıxarıldığını bildirirdi. Hətta M.Nooyevin YAP sıralarından çıxarılmasının da Aslanovların sifarişi ilə reallaşdırıldığı iddia olunurdu. Mövzu ilə bağlı müsahibə verən M.Nooyev yenə də Aslanovlara qarşı əvvəlki mövqeyindədir.

- Məhəmməd müəllim, bir müddət əvvələ kimi deyirdiniz ki, Aslanovlar sizə təzyiq edir. Hətta ailə üzvlərinizin də onların təzyiqindən əziyyət çəkdiyini bildirirdiniz. Artıq dövlət başçısı Elnur Aslanovun işdən çıxarılması ilə bağlı sərəncam verib. Onun işdən çıxarılmasını necə dəyərləndirirsiniz?
- Mən, Elnur Aslanovun və digər dövlət məmurunun hansısa dini-siyasi cərəyana, yaxud təriqətə xidmət eləməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki, əlimdə konkret fakt yoxdur. Bunu yəqin ki, müvafiq dövlət orqanları araşdırıb, tədbir görəcək. Mənim deyəcəklərim tam başqa məsələlərdir. Birincisi, dövlət məmurunun əsas vəzifəsi cənab İlham Əliyevin dediyi kimi, hansısa təriqətə, dini cərəyana deyil, dövlətə xidmət etməkdir. O ki qaldı möhtərəm Prezidentimiz İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı sərəncamına, mən bunu müsbət qiymətləndirirəm və dəstəkləyirəm.
- Deyilənə görə, bir vaxtlar Aslanovlarla normal münasibətləriniz olub, sonradan belə bir gərginliyin yaranmasının səbəbi nə idi?
- Aslanovlarla aramızdakı gərginlik 2010-cu il parlament seçkilərində başladı. Mən həmin vaxt cənab prezidentin dövlətimizin demokratiya kursuna sadiqliyini, demokratik seçki keçirilməsi ilə bağlı tövsiyyələrini, Balakən ağsaqqalları və ziyalılarının müraciətlərini nəzərə alaraq, deputatlığa namizədliyimi müstəqil olaraq, doğulduğum Balakən rayonundan, 109 saylı seçki dairəsindən irəli sürmüşdüm. Azərbaycan Respublikasının vətəndaşı və Yeni Azərbaycan Partiyasının üzvü olaraq, mənim buna haqqım çatırdı.
Məlumat üçün bildirim ki, mən, 1993-1998-ci illərdə Ulu öndərimiz Heydər Əliyevin, 2003-2008-ci illərdə isə cənab İlham Əliyevin seçki kampaniyasında YAP təbliğat-təşviqat qrupunun üzvü kimi Balakən-Zaqatala rayonlarında yaxından iştirak etmişəm. Eyni zamanda, dövlət tədbirlərində avar xalqını təmsil eləmişəm.
Azərbaycan xalqına, bu dövlətin müstəqilliyinə, mövcud hakimiyyətə sədaqətlə xidmət etməyimə baxmayaraq, Elnur Aslanov həmin seçki ərəfəsində öz nəzarətində olan KİV-in dəstəyi ilə məni ermənilərlə işbirliyində ittiham edirdi. Bu, mənə və mənsub olduğum nəsilə qarşı çox ağır ittiham idi. Yəni, Elnur Aslanov hələ o zaman öz səlahiyyətlərini aşaraq mənim haqqımda böhtan, iftira yaydırırdı. Onun məqsədi həmin dairədən deputatlığa namizəd olan anası Rəbiyyət Aslanovanın xeyrinə məni gözdən salmaq və qarayaxma kampaniyasını reallaşdırmaq idi.
Mən, hələ 4 il əvvəl Prezident Administrasıyasında çalışan Elnur Aslanovun dövlətə, dövlətçiliyə deyil, kənar qüvvələrə xidmət göstərdiyini öz çıxışlarımda qeyd eləmişəm. Özünü yalandan İmam Şamilin kötücəsi adlandıran Rəbiyyət Aslanova da gözəl bilirdi ki, onun Balakəndən deputat seçilməsi mümkün deyil. Ona görə də özünün və oğlunun imkanlarını işə salaraq mənim Balakən camaatı arasında olan nüfuzuma zərbə vurmağa çalışırdı. Ancaq Elnur Aslanovun mənə qarşı apardığı “qara piar” kampaniyası təsdiqini tapmadı, zaman kimin kim olduğunu və hansı təriqətə xidmət etdiyini göstərdi.
Mətbuatın yazdığına görə, Aslanovlar hansısa dini təriqətə xidmət edirlərmiş. İndi soruşmaq istəyirəm ki, başqa qüvvələrlə işbirliyinə gedən kim olub, cənab Aslanovlar? Mən, yoxsa siz? Əgər ölkə başçısı seçkidən öncə demokratik seçkilərin prioritet olduğunu elan edirsə, siz - ana və oğul hansı səlahiyyətlə məni ləkələməyə çalışırdınız? Bu səlahiyyəti sizə kim vermişdi? Kim dayanmışdı sizin arxanızda? Əminəm ki, Aslanovlar bu sualların heç birinə cavab vermək istəməzlər.
- Əgər Aslanovların məqsədi sizin seçkidə iştirakınıza mane olmaq idisə, ailə üzvlərinizə təzyiq etməkdə məqsəd nə idi?
- Haqsızlıq təkcə mənə qarşı olsaydı, bunu, haradasa başa düşə bilərdim. Ancaq mənim seçkidə iştirak etməyimin oğluma, qardaşım oğluna və digər qohumlarıma nə aidiyyəti var idi? Təbii ki, bu, məni susdurmaq üçün, namizədliyimi geri götürməyim üçün aparılan çirkin kampaniya idi.
Elnur Aslanov gənclərdən, gənclərin önə çəkilməsindən danışır, amma mənim oğlum və qardaşım oğlunun işdən çıxarılması üçün əlindən gələni edirdi. İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmiş və müsabiqə yolu dövlət qulluğuna qəbul olunmuş oğlum və qardaşım oğlu - özü də məzuniyyətdə ola-ola, heç bir səbəb göstərilmədən, mənə görə işdən azad edildi. Çox yüksək savada və təfəkkürə sahib olan hər iki gəncin işdən çıxarılmasına heç bir ad vermək olmaz. Görünür, Elnur Aslanovun gənclərlə bağlı dedikləri boğazdan yuxarı sözlər imiş. Görəsən, mənim qardaşım oğlunun işdən çıxarılmasına sərəncam verən Vergilər Nazirliyinin rəhbərliyi Elnur Aslanovun sifarişi iləmi işləyirdi? Necə olur ki, məzuniyyətdə ola-ola dövlət qulluqçusu kiminsə sifarişi ilə işdən çıxarılır?
Mən, hələ 4 il əvvəl verdiyim müsahibələrdə bunların dövlətə, dövlətçiliyə deyil, kənar qüvvələrə işlədiyini açıq deyirdim. Bir daha qeyd edirəm ki, əgər Aslanovlar təkcə mənə qarşı haqsızlıq eləsəydilər, onları bağışlaya bilərdim. Ancaq mənim ali məktəbi fərqlənmə diplomu ilə bitirən və işə müsabiqə yolu ilə qəbul olunan oğlumu işdən qovdurub, ehtiyac üzündən fəhlə işləməyə məcbur edən Aslanovları heç vaxt bağışlamaram.
- Səhv etmirəmsə, Sizin və qardaşınız oğlunun işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdiniz. Hər hansı nəticə oldumu?
- Bütün məhkəmə instansiyalarını keçdik, ancaq təəssüf ki, Aslanovlar məhkəmələrdə də müəyyən adamlara təsir göstərə bildilər. Nəticədə onların sifarişi ilə məhkəmələr bizim iddiamızı qəbul etmədi və ədalətsiz qərar çıxardı.
- Həmin ərəfədə deputatlığa namizədliyinizi irəli sürdüyünüzə görə sizi partiyadan da xaric eləmişdilər. Sizcə, burada da əsas səbəb namizəd olmağınız idi?
- YAP öz siyahısını açıqlamaqda yubandığı üçün mən namizədliyimi müstəqil şəkildə irəli sürmüşdüm. Məndən sonra YAP-ın rəsmi siyahısı elan olundu. Məlum oldu ki, mənim də namizəd olduğum dairədən Rəbiyyət Aslanovanın namizədliyi irəli sürülüb. Seçki kapmaniyası başladığına görə artıq seçim etmək imkanım qalmamışdı. Məhz, buna görə, YAP mərkəzi aparatında olan bəzi məsul şəxslərin təsiri ilə YAP Səbail rayon təşkilatının idarə heyətinin qərarını və partiya nizamnaməsinin 7-ci maddəsini guya pozduğuma görə, məni partiya sıralarından kənarlaşdırdılar. Məni Aslanovların xüsusi göstərişi ilə YAP-dan çıxardılar. Əgər partiya qərar qəbul edirsə, bu qərar niyə təkcə mənə tətbiq olunur, ancaq digər namizədlərə şamil olunmur? Bu ədalətsizliklə bağlı dəfələrlə prezidentə müraciət etdim, amma müraciətimə cavab aidiyyatı olmayan qurumlardan gəldi.
Rəbiyyət Aslanova o vaxtkı müsahibələrinin birində deyirdi ki, mən partiyanın qərarı ilə YAP-dan çıxarılmışam, hətta bununla fəxr edirdi. Onun sözlərinə görə, YAP sıralarından xaric olunmaq Azərbaycana sədaqətli bir insan üçün faciəyə çevrilməlidir.
Bəli, mən o zaman haqsız yerə YAP-dan çıxarıldım, amma sonradan yenidən bərpa olundum. İndi görəsən, Elnur Aslanovun işdən çıxarılması Rəbiyyət Aslanova üçün faciədirmi? Mən haqlı olduğum üçün partiyama qayıtdım. Bəs, Rəbiyyət Aslanova faciəsini nə qədər yaşayacaq? Mən kiminsə işdən çıxarılmasının tərəfdarı deyiləm, amma haqq-ədalət gec-tez öz yerini tutur.
- Məhəmməd müəllim, Sizin və ailə üzvlərinizin pozulmuş hüquqları ilə bağlı məsələ hazırda nə yerdədir, problemləriniz həllini tapdımı?
- Müdrik atalarımız deyib ki, haqq nazilər, üzülməz. Mən ilk öncə ölkəmizin və Qafqazın şəriksiz lideri cənab İlham Əliyevə və onun xanımı hörmətli Mehriban Əliyevaya təşəkkür edirəm ki, mənim və ailəmin şərəfini qorudular. Mən ömrüm boyu onlara minnətdaram. Çox çətinlikdən sonra müraciətlərim ölkə başçısına və xanımına çatdı. Az bir vaxtda mən uzun illər sədaqətlə qulluq elədiyim YAP sıralarına bərpa olundum və YAP Səbail rayon təşkilatının Siyasi Şurasının üzvü seçildim. Sonra işimə bərpa olundum. Prezident tərəfindən göstəriş verilməsinə baxmayaraq, oğlum və qardaşım oğlu hələ işə bərpa olunmayıblar. İnanıram ki, cənab İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğının nəticəsi olaraq mənim oğlum da, qardaşım oğlu da əvvəlki işlərinə bərpa olunacaq.
- Siz əslən Balakən rayonundansız, avar xalqının nümayəndəsisiniz. Hazırda avarlara qarşı hər hansı ayrı-seçkilik hiss etmirsiniz ki?
- Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Avarlar da digər xalqların nümayəndələri kimi Azərbaycanın tərəqqisi uğrunda bacardıqları işləri görürlər. Biz avarlar dövlətçiliyi, dövlət başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyirik. İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının icrasına göstərdiyi diqqət də xüsusi qeyd olunmalıdır. Bu proqram çərçivəsində Balakən rayonunda da xeyli işlər görülüb. Ölkə başçısının qayğısını hər an öz üzərimizdə hiss edirik. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə avar xalqının nümayəndələri də yaxından iştirak ediblər. Qarabağ döyüşlərində torpaqların azadlığı uğrunda avar xalqı da şəhid verib. Bundan sonra da Azərbaycanın inkişafı, təhlükəsizliyi və müdafiəsi üçün əlimizdən gələni etməyə hazırıq.
Bu gün mənim mənsub olduğum avar xalqının həqiqi nümayəndəsi dövlətin rəhbər strukturlarında demək olar ki, təmsil olunmur. Kimlərsə özünü avar xalqının nümayəndəsi kimi sırımaq istəyir, amma reallıqda başqa mənzərədir. İnanıram ki, avar xalqının həqiqi nümayəndələri də bu ölkədə haqq elədikləri mərtəbələrdə olacaqlar.
Biz avarlar Aslanovlardan fərqli olaraq, yıxılana balta vuran deyilik. Və mənim mübarizəm keçmişdə baş verənləri bayraq eləmək deyil. Mən, Azərbaycan dövlətçiliyinə sadiq olan bir nəslin nümayəndəsiyəm. Mənim davam nə mandat, nə də vəzifə davası deyildi. Mən 4 il əvvəl də görürdüm ki, bəziləri düz yolda deyillər, kimlərsə Balakən camaatını narazı salmaq istəyir. Mən bunlara qarşı mübarizə aparırdım. Yaxşı oldu ki, zaman hər şeyi öz yerinə qoydu. Kimin dövlətə, kimin hansısa təriqətə qulluq elədiyi məlum oldu. Kimin İmam Şamilin, kimin İmam Gülənin nəticəsi olduğu üzə çıxdı. Bu, bir daha göstərdi ki, son dövrə qədər özünü gah türk, gah avar xalqının nümayəndəsi kimi təqdim edənlərin xisləti başqa imiş.
Sevindirici hal odur ki, cənab prezident vaxtında və çox düzgün addım atdı. Xislətində problem olanlara öz yerini göstərdi. Biz avar xalqı bir daha cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
SAMİR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

    Prezident nurçuluqda ittiham olunan Elnur ...

    17-03-2014, 20:05

  • 
  • Rəbiyyət Aslanova oğlundan danışdı

    Rəbiyyət Aslanova oğlundan danışdı ...

    27-03-2014, 19:19

  • 
  • Elnur Aslanovun "vurulmasına" qərar verildi

    Elnur Aslanovun "vurulmasına" qərar ...

    30-04-2013, 12:52

  • 
  • Elnur Aslanova sonuncu zərbə

    Elnur Aslanova sonuncu zərbə ...

    8-05-2014, 10:48

  • 
  • Elnur Aslanov: “Boğaza yığılmışam”

    Elnur Aslanov: “Boğaza yığılmışam” ...

    10-12-2015, 20:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu