GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Putin daxili stabilliyi saxlamaq üçün hər şeyə hazırdır”

“Putin daxili stabilliyi saxlamaq üçün hər şeyə hazırdır”

Tarix: 10-04-2014, 10:16 Bölmə :Müsahibə Baxış: 779
“Putin daxili stabilliyi saxlamaq üçün hər şeyə hazırdır”
Mehman Əliyev:
“Rusiya iqtisadi konteksdə özünün iqtisadi maraqlarını təmin etməklə Azərbaycana münasibətini dəyişməyəcək”


Suallara “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyev cavab verib. O, əsasən Ukraynada baş verən son proseslər və Rusiyanın Azərbaycan siyasəti haqqında fikirlərini bölüşüb.
- Mehman bəy, Ukraynada baş verən proseslər ikinci mərhələyə daxil olur. Artıq Donetski, Xarkov və Luqanskidə mərkəzi Kiyev hökumətinə qarşı aksiyalar təşkil edilir, bölgədə “Müstəqil Respublika” elan olunub. Nələr gözlənilir?
- İndi baş verənlər prosesin davamıdır. Bu həm də göstərir ki, Rusiya ilə ABŞ arasında gedən danışıqlar Moskvanın istədiyi nəticələri vermir. Rusiya ABŞ-dan istədiyini əldə edə bilmir. Qeyd edim ki, Rusiya hazırda Qərbdən onun iqtisadiyyatının dəstəklənməsini istəyir. Əslində, Rusiyanın iqtisadi vəziyyəti olduqca ağırdır və bütün proseslərdə bunun ətrafında gedir. Mən bu haqda analitik məqalələrlə çıxış etmişəm. Sonuncu yazıda Ərdoğan və İlham Əliyevin görüşünə toxunmuşam və hesab edirəm ki, onların görüşləri məhz Rusiya ilə bağlıdır və Kremlin maraqlarını təmin etməklə Azərbaycana qarşı hər hansı bir mənfi addımın qarşısını almağa yönəlib.
- Ukrayna faktiki olaraq iki hissəyə bölünə, Şərqi Ukrayna Respublikası elan oluna bilərmi?
- Mən bu yanaşmaya inanmıram. Açığını deyim ki, indi Ukraynanın şərq vilayətlərində Rusiyaya meyl edənlər, onu dəstəkləyənlər azdır. Məsələn, iki ay əvvəl Donbasda və digər şəhərlərdə Rusiyaya dəstək məqsədilə bir neçə min insan mitinq keçirirdisə, indi onların sayı azdır. Özünüz də bilirsiniz ki, Donetski milyonlarla insanın yaşadığı şəhərdir. Orada mitinqə heç olmasa 30-50 min insan çıxmalıdır. Amma orada aksiyaya min nəfər çıxırsa, bu Rusiyanı dəstəkləyənlərin çox olmadığının göstəricisidir. Nəzərə alın ki, mitinqə çıxıb Kremlə dəstək verənlərin sayı getdikcə azalır. İkincisi, Ukrayna tərəfindən verilən informasiyaya görə, mitinqdə iştirak edənlərin müəyyən hissəsi Rusiyadan gələn adamlardır və həm də öyrədilmiş şəxslərdir. Demək olar ki, bu dəstək almayan bir hərəkətdir. Ukraynada aparılan son sosioloji sorğular da göstərir ki, Rusiyanın Krımla bağlı apardığı əməliyyatlardan sonra ukraynalıların qərbə rəğbəti çoxalıb, Rusiyaya isə azalıb. Bir daha qeyd edim ki, son aksiyalar göstərir ki, Rusiyaya dəstək iddia olunduğu kimi deyil.
- Sizcə, nədən qərbə meyl edən ölkələr ərazilərini itirir, biz bunu Azərbaycanda Qarabağda, Gürcüstanda Abxaziyada, Moldovada Dnestiryani bölgə və Ukraynada Krımının itirilməsi timsalında gördük. Nədən qərbə meyl edən ölkələr ərazilərini itirir və həm də qərbdən yetərincə dəstək ala bilmirlər?
- Birincisi, siz özünüz də deyirsiniz ki, qərbə meyl edənlər. Qərb onları qəbul etməyə hazırdır və bu istiqamətdə də işləyir. Rusiya da bunu görür və başa düşür. Bu səbəbdən də Rusiyanın daxilində kritik vəziyyət yarananda belə ölkələrə qarşı addımlar atır ki, qərbdən istədiyi dəstəyi ala bilsin. Biz bunu 2008-ci ildə də, 2013-2014-cü ildə də gördük. 1999-cu ildə Putin hakimiyyətə gətiriləndə Çeçenistan müharibəsi zamanı da bu xətt özünü göstərdi. Çünki, maraqlar Şimali Qafqazda çəmləşmişdi. Odur ki, bütün bunlar hesablanan addımlardır. Rusiyada hər dəfə bu cür addımlarının müqabilində qərbdən istədiyi dəstəyi ala bilir. Rusiya bunun müqabilində ilk olaraq qərbdən maliyyə, investisiya dəstəyi alır. Onsuz da Rusiyanın özünün daxilində vəziyyət pisləşir və vəziyyət dağılmaq həddinə çatır. İş ondadır ki, Putin daxili stabilliyi saxlamaq üçün hər şeyə hazırdır. Hər hansı balaca kampaniyalar keçirmək və qələbə əldə etmək daha çox əhalinin nioimperiya əhval-ruhiyyəsi ilə oynamağa, onları daxili problemlərdən yayındıqmağa hesablanır. Onsuz da bilirlər ki, sabah daxili problemlər qaçılmazdır. Amma belə kiçik qələbələrdən sonra sabah baş verəcək daxili problemlərə görə, qərbi günahkar eləmək daha real olacaq. Çünki qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Kremli də bəyan edəcək ki, bu problemlər sanksiyaların nəticəsidir, ona görə hamımız bir olmalıyıq, dözməliyik, müqavimət göstərməliyik və s. Bu zaman kimin prezident, kimin fəhlə olmasının əhəmiyyəti yoxdur, hamı bir olmalıdır. Qeyd edim ki, indi Rusiya siyasətinin strategiyası bundan ibarətdir. Ona görə də, Kremli elə ölkələr seçir və bilir ki, bu ölkələrin müqaviməti ciddi olmayacaq, Rusiya hərbisinin qarşısında dura bilməzlər, heç mübaribəyə girmək istəməzlər. Bu yolla qərbi şantaj edir və onlardan istədiyi yardımı ala bilirlər. Qərb də bunu gözəl başa düşür. İndi qərb üçün Rusiyanın vahidliyini saxlamaq əsas prioritetdir.
- Nədən qərb Rusiyanın bütün bu şıltaqlığına dözür və ona ciddi embarqaolar tətbiq etmir?
- Qərb bizdən də yaxşı bilir ki, Rusiyanın bütün ərazisi nüvə və kimyəvi silahlarla doldurulub, bu böyük əraziləri əhatə edir. Rusiyanın parçalanacağı təqdirdə kimin əlinə nə düşdüyü və kimin onu necə idarə edəcəyi ciddi problemlər yarada bilər. Rusiya siyasətçiləri də bunu başa düşür və bu səbəbdən də siz dediyiniz şantaj siyasətinə əl atır.
- Krım əldən getdi. Bu ərazinin üzərindən Ukrayna birdəfəlik xətt çəkə bilərmi?
- Hesab edirəm ki, bu müvəqqəti prosesdir. Eləcə də nə Abxaziya, nə də Osetiya əldən gedəcək. Biz Osetiya və Abxaziya təcrübəsinə baxanda görürük ki, bu ərazilər 2008-ci ildə Gürcüstandan ayrılıb və ancaq Kreml tərəfindən dövlət kimi tanınıb. Bu gün orada Rusiyanın silahlı qüvvələri yerləşdirilib. Abxazların və ostetinlərin dediyinə görə, bu əraziləri ruslar idarə edirlər, sadəcə olaraq bu ölkələrin müstəqilliyi formal xarakter daşıyır. Baxın, 2008-ci ildən bu ərazilər Rusiyanın nəzarətindədir, amma bu günə qədər Rusiya dövləti bu ərazilərə 1 qəpik belə sərmayə qoymayıb. Gürcüstanda hazırda pozitiv inkişaf prosesi gedir, bu ərazilərdə əhali də pis vəziyyətdə yaşayır və məhvə doğru gedir. Rusiya bu əraziləri özünün əbədi torpağı hesab edirsə, bəs niyə buralara sərmayə qoymur? Deməli Kremlidə anlayırlar ki, bu müvəqqəti ərazidir. Ona görə də, bura pul qoymaq haqqında düşünmür. Krımla bağlı da təxminən belə vəziyyət olacaq. Hazırda rus iqtisadçılarının dediyinə görə, Krım Rusiya üçün iqtisadi mənada əlverişli deyil. Krım nə tranzit ərazi, nə də ticarət ərazisi olaraq Rusiyaya xüsusi divident gətirmir. Turizm baxımından isə Soçi var. Krımı saxlamaq Rusiya üçün əlavə vəsaitlər tələb edir. Krımda körpünü tikmək üçün bir neçə il vaxt və bir neçə milyard maliyyə lazımdır. Bu pul Rusiyada yoxdur. Mən hələ başqa məsələləri demirəm.
- ABŞ və Avropanın Krım məsələsində tutduğu mövqeyi və tətbiq etdiyi sanksiyaları nə dərəcədə effektiv hesab edirsiniz?
- İş ondadır ki, Rusiyaya qarşı lazımi səviyyədə mövqe ifadə edilir. Hesab edirəm ki, sadəcə olaraq alver gedir. Donetskidə, Xarkovda baş verən hərəkətlər göstərir ki, qərb Rusiyaya Kremlin istədiyi səviyyədə güzəştə getmək istəmir. Rusiyada vəziyyəti gərginləşdirərək deyir ki, biz burada varıq, nəsə edə bilərik. Mənim qənaətimcə, bu proses Ukraynada prezident seçkilərinə qədər çəkəcək. Amma sonda Rusiya bu dəstəyi ala biləcək. Qərb də öz maraqlarını təmin etmək istəyir. Bütün danışıqlarda Rusiyaya sərmayə qoyulması ətrafında gedəcək. Bundan başqa ortada bir şey yoxdur. Odur ki, burada qərb göstərmək istəyir ki, bir tərəfdən sərt mövqedə durub,digər tərəfdən isə danışıqlar yolu ilə məsələni həll etməyə hazırdır. Bu da göstərir ki, tərəflər arasında danışıqlar gedir.
- Ərdoğanın Bakı səfəri, ondan əvvəl Türkiyənin silahlı qüvvələrinin baş qərargah rəisi gəlmişdi. İndi isə Rusiya baş qərargah rəisinin Bakı səfəri başlayıb. Bu məsələlər bir-birilə bağlıdırmı?
- 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs dayandırıldı. Bundan sonra Rusiya müdafiə naziri Qraçov Bakıya gəlməli idi. Heydər Əliyev dərhal İstanbula uçdu və orada ABŞ-ın nümayəndəsi Kristoferlə görüş keçirdi. Bu danışıqlar nəticəsində Rusiyanın istəklərinin qarşısı alndı. Bundan sonra Qraçovla görüş formal xarakter daşıdı. İndi də təxminən buna oxşar vəziyyətdir. Rusiya baş qərargah rəisinin Azərbaycana səfəri və gündəlik Əliyev üçün bəlli idi. Azərbaycan tərəfi bu danışıqlara hazır olmadığını başa düşüb. Ərdoğanın təcili Bakıya gəlməyi və burada danışıqların aparılması Rusiya istiqamətinə yönəlib. Odur ki, Əliyev Ərdoğanla görüşdən sonra müəyyən qədər rahatlıqla Naxçıvana getdi. Bu o deməkdir ki, Əliyev Rusiya rəsmisi ilə görüşmədən Naxçıvana getdi.
- Bu hansı məna verir?
- Bu o deməkdir ki, mən danışıqlara hazır deyiləm. Bu mesaj göstərir ki, Rusiya ilə belə bir danışığın olmaması üçün müəyyən mənada razılıq əldə edilib. Hesab edirəm ki, Ərdoğanın görüşündən sonra Rusiya baş qərargah rəisi ilə görüş öz əhəmiyyətini itirib.
- Son vaxtlar hökumətə yaxın şəxslər, xüsusilə deputatlar çıxışlarında deyirlər ki, Azərbaycanın BMT-də Ukraynanı dəstəkləməsi Rusiyaya qarşı yönəlməyib. Bir narahatçılıq açıq hiss edilir. Sizcə, Rusiya bu mövqeyə görə, Azərbaycanı cəzalandırmaq haqda düşünürmü?
- Hökumətdə belə narahatlıq var. Novruz Məmmədovda qeyd etdik ki, Rusiya ilə bağlı müəyyən problemlər var, amma ümumilikdə münasibətlər normaldır. Əlbəttə, Azərbaycan BMT-də səs verərkən ilk olaraq özünün ərazi bütövlüyü haqda düşünüb. Rusiyada da bilirlər ki, Azərbaycan niyə belə mövqedə durub. Həmin səsvermədə həm də Azərbaycan ərazi bütövlüyü prinsipindən, Ermənistan isə xalqların öz müqəddaratını təyin etmək prinsipindən çıxış edib. Odur ki, Azərbaycanın mövqeyi başadüşüləndir. Amma əlbəttə, bu mövqeyi Rusiyanın siyasətinə qarşı da hesab etmək olar.
- Bəs buna görə, Azərbaycana təhdidlər varmı?
- Azərbaycan bu mövqeyi tək dövlət olaraq tutmayıb. İkincisi, Rusiya kimisə şantaj edərək nümayiş etdirə bilər ki, mən bu istiqamətdə gedə bilərəm. Ancaq Rusiya 2008-ci ildə də Gürcüstan kampaniyası zamanı Azərbaycanı hədələyirdi. Rusiya üçün daha məqbulu Azərbaycanın Rusiya iqtisadiyyatına rəsmi və qeyri rəsmi sərmayə qoymasıdır. Azərbaycan bu yolla öz canını qurtarır. Bundan başqa, Rusiya Azərbaycandan nə istəyə bilər ki? Rusiya deyir ki, mənim malımı, silahlarımı al, ərazimdə zavod tik və s. Bundan sonra da Rusiya iqtisadi konteksdə özünün iqtisadi maraqlarını təmin etməklə Azərbaycana münasibətini dəyişməyəcək.
Hüseyn Abbasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi də müzakirə olunacaq“

    Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi ...

    29-07-2013, 14:16

  • 
  • Rusiyanın məhv olacağı tarix açıqlandı

    Rusiyanın məhv olacağı tarix açıqlandı ...

    20-04-2015, 23:20

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Gürcüstan prezidenti :” Rusiya istədiyi ölkənin ərazisinə tankla soxula bilər”

    Gürcüstan prezidenti :” Rusiya istədiyi ölkənin ...

    5-11-2014, 16:51

  • 
  • “İlham Əliyev "Nabukko”dan imtina edən kimi Putin zəng vurdu” - MÖVQE

    “İlham Əliyev "Nabukko”dan imtina edən kimi ...

    3-07-2013, 17:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu